Əsrarəngiz Turizm MərkəziQax

 

Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir.

 

Kümrük, Qaşqaçay Əyriçay çayları sərhəd boyunca axır. Dağlardakı göllər şəlalələr bu yerlərin bəzəyidir. Rayonun cənubunda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Yayda ən yüksək temperatur +41 C olur. Bu cür yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə olunur. Qışda ən aşağı temperatur dağların zirvəsində müşahidə olunur - 45 C- çatır. İlisu qoruğu bu rayonun ərazisindədir. Dağ meşələrində ayı, dağ keçisi, canavar, çöl pişiyi, qaban, çaqqal başqa heyvanlar yaşayır. Rayonda ovçuluq balıqçılıq üçün geniş şərait vardır. Qanıq - Əyriçay vadisində düzənliklər dağ ətəyi əsas ovçuluq zonalarıdır. Balıqçılıq üçün isə Əyriçay, Qapıçay, Qanıq çayları Lələli kəndi ərazisinin su hövzəsi münasibdir. Rayonun ən mənzərəli yerləri rayon mərkəzindən 12-20 km məsafədədir.

 

Azərbaycanın hər rayonunun öz xüsusiliyi var. Qaxda isə bu, əlbəttə ki, dəniz səviyyəsindən 1400-1600 metr yüksəklikdə, Qax şəhərindən 12 km məsafədə yerləşən dağ kəndi İlisudur. Kəndin ətrafındakı termal mineral kükürd bulaqları müalicəvi xüsusiyyətlərə malikdir.

 

Dünyanın hər yerindən minlərlə insan müalicə olunmaq gözəl təbiətə - misli görünməmiş meşəyə, şəlalələrə, coşqun çaylara zövqlə tamaşa etmək üçün bura gəlirlər.

 

İlisu ilk baxışdan kənd təsiri buraxmır. Küçələrin, yolların, evlərin digər binaların özünəxas memarlığı diqqəti çəkir. Qırmızı kirəmitli, bişmiş kərpicdən, çay daşından tikilmiş evləri çay daşından hörülmüş hasarlar əhatə edir. Evlərin içində spesifik qoxu var. Hamısının daxili dizaynı da demək olar eynidir. Divarlarda xüsusi oymalar var. Bunlar şkaf vitrini əvəz edir. Pəncərə ilə üzbəüzdəki oymalar yorğan - döşək yığmaq üçündür. Divarın üstündəki kiçik oymalar lampa ya şam qoymaq üçün nəzərdə tutulub. Nəhayət, divar boyunca taxtalar vurulub ki, buna taxça deyirlər bunlar da qab - qaşıq düzmək üçündür. Evlərdə kiçik otaqlar da görmək olur. Bunların taxta qapısı var. Heç bir bəzək işlənməyən bu yer vanna otağı rolunu ifa edir. İlisunun qışı çox soyuq olduğundan, şaxtalı aylarda sakinlər bu otaqlarda çimirlərmiş. Buradakı ən gənc evin azı 100 yaşı var. Bir qayda olaraq daş hasarların üstündə evin inşa edildiyi tarix ustanın adı, bəzən evin kimə aid olması da yazılıb. Qapılar, darvazalar, balkonlar da demək olar ki, evlərlə eyni yaşdadır Həyətlərdə meyvə ağacları boldur. Torpağa səliqə ilə çay daşı döşəyirlər ki, bu da buralara xüsusi memarlıq çaları qatır.

 

Tarixən yerli əhalinin əsas hissəsi sənətkar olub. Müxtəlif peşələrlə məşğul olan bu kəndlilər öz sənətlərini nəsildən-nəslə ötürərək yaşayıblar. 1500- ə yaxın kənd əhalisinin əksəriyyəti saxurlardan ibarətdir. Qoyunçuluq əkinçiliklə məşğuldurlar. Oxumuş, savadlı insanları ilə tanınan kənddir. Zarafatla deyirlər ki, oxumuş ilisulu alim olur, oxumamış isə çoban. Buranın camaatı məişət adət - ənənələrini qoruyur. Məsələn, İlisuda qapıya qıfıl vurmurlar. Heç həyətdə it saxlamırlar. Bu kənd sakinlərini yüksək səslə danışdıqlarını görmək mümkün deyil. Bazarda - küçədə piştaxta arxasında mal satan, satıcı ilisuluya rast gəlmək olmur. Heç kimsəyə ağız açmağı xoşlamadıqları üçün bir problem olanda özləri həll edirlər. Bunu yerlilər ilisuluların bəy nəslindən olmaları faktı ilə izah edirlər. Tovlatala sultan qəbiristanlığı indiyədək durur. Şəhid sultanlar məzarlığı kimi tanınır. İlisunun hökmdar nəslindən olan ailə nümayəndələrinin çoxunun qəbri buradadır. Yerli aristokratiyanın kökləri orta əsrlərə gedib çıxır.

 

İlisuda bir çox tarixi abidə var. Dağlardakı yüksəkliklərdə elə maraqlı abidələr var ki, buralara yayda belə gedib çıxmaq çox çətindir. Hündürlüyü 10 metrə çatan Keşikçi qalası (XIV əsr), Şamil qalası, Cinqala bu silsilədəndir. İlisuda 3 dənə rus qalası var. Ruslar İlisunu işğal etdikdən sonra dağlıların onlara qarşı göstərdiyi inadkar müqavimətə qarşı mübarizə apararkən tikiblər. İki dənəsi İlisu kəndi içərisindədir. Onlardan biri Yəzdidağın üstündədir. Ara məhəllələrdən birindən keçməklə, qalaya doğru aparan dağ cığırı vasitəsilə getmək mümkündür. Digəri daha asan yerdə, Qalaməhəllədə yerləşir. nəhayət, üçüncüsü Həsənxan qalasıdır ki, o da İlisunun bitişiyində, indiki Qaxbaş kəndi ərazisində, Kürmük çayının sahilində yerləşir.

 

Bucaq məhəlləsindəki bu tarixi abidə İlisunun emblemi hesab edilir. Sumuq qala. Müdafiə qülləsidir, 4 mərtəbəlidir. Üstündən hər tərəf açıq - aydın görünür. Şimali Qafqaz və Dağıstanda bu tip qalalar çoxdur. Yerli əhali sümüyə Sumuq deyir. Sümük kimi bərk olduğu üçün qalanın belə adlandırıldığı güman edilir. Sumuq qala Daniyal sultanın evinin bitişiyində tikilib onun dayağı olub.

 

Kəndin yanından iki çay axır: sularının rənginə görə birini Qaraçay, digərini isə Ağçay adlandırırlar. Qaraçayın dayaz yerindən keçməklə aşağı tökülən Qaraçay şəlaləsinə tamaşa etmək olar. Şəlalənin bu dərəcədə əlçatmaz yerdə olduğuna görə, onun ətrafındakı təbiət məsum dərəcədə gözəldir. Şəlalə pillələrdən ibarətdir, yuxarı qalxdıqca, şəlalə güclü aqressiv olur. 4-cü pilləyədək qalxmağı hər turist bacarmır, yerli sakinlərdən isə kimi 6, kimi isə 7 pillə qalxa bilir. Lakin, deyilənlərə görə, hələ heç kim axırıncı pilləyədək qalxa bilməmişdir.

 

Azərbaycanın ən yüksək şəlaləsi sayılan Ram-Rama şəlaləsi buradadır.Qax rayonu ərazisində çoxlu sayda tarixi abidələr, qala xarabalıqları, qüllələr var.

 

Küp qəbirlər burada tapılan artefaktlardan ən qədimi hesab olunur (bizim eradan əvvəl I əsr). Arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş kurqanlar tunc dövrünə aiddir. İlisu kəndində 10 metr yüksəklikdə qarovul qülləsi (XIV əsr) mərkəzində məscid olan Sumuq Qala qalmışdır. Yeri gəlmişkən məşhurQorxma, mən səninləyəmfilmi vaxtilə bu qalada çəkilmişdir. Əgər bir az yuxarı, Yezlidağ dağındakı Şamil Qalasına (XIX əsr) qalxsaq, oradan vadinin kəndin üzərindəki Böyük Qafqaz dağlarının gözəl mənzərəsi açılacaqdır.

 

Azərbaycanın bu hissəsində həm bir sıra qədim alban məbədlərini görmək olar - onlar Qafqazda ilk kilsələrdir, dünyadakı ilk kilsələrindən biridir. Qum kəndində dairəvi formada kilsə, unikal ibadətgah - Qum bazilikası, V-VII əsrlərə aid tikililərin xarabalıqları, Sırtqala (XVIII əsr) yerləşir. Ləkit kəndində möhtəşəm məbəd tikililərinin kompleksi yerləşir (V-VI əsrlər).

 

Odur ki, əgər Siz qədim əşyaların pərəstişkarısınızsa təbiət gözəlliklərinin qiymətini bilənsinizsə - onda Qaxa xoş gəlmisiniz! Rayonda yaşamaq üçün hər bir şərait vardır: 5 ulduzlu EL Resort oteli, Eden Park hoteli, Ulu Dag Resort Green Park Resort turizm kompleksləri, “İlisuşəfamüalicə pansionatları fəaliyyət göstərir.

 

Zaman.-2014.-1 aprel.-S.7.