Qax mətbəxi- ağız dadı
Qax rayonu özünəməxsus mətbəxi
ilə seçilir. Ətin
qaxac edilməsi (qurudulması) və qaxacdan
“Sürfüllü”-nün
bişirilməsi dağ
kəndləri üçün
daha xarakterikdir.
Ümumiyyətlə, dağ yerlərinin
əhalisinin xəmir xörəklərinin çeşidləri
zəngin olur. Toyuqlu, lobyalı, qatıq tökən xəngəl, qiyməli, göyərtili, çürümtəkli
qırs, lobyalı, qozlu, tərəcəli aş
və s. Qax əhalisinin ən sevimli yeməklərindəndir.
Qoz-fındıq ilə
zəngin olan Qaxda qoz və fındıqdan
şirniyyatların hazırlanmasında bol-bol istifadə olunduğundan hazırlanan xüsusi şirniyyatların ləzzətindən
doymaq olmur.
Sürfüllü
Sürfüllü-qaxacla və yaxud təzə
ətlə bişirilir.
Quru və yaxud təzə ət əvvəlcədən bişirilir.
Sonra sürfüllü üçün
bərk olmayan xəmir yoğrulur. Qazanda qaynamaq üçün su qoyulur. Xəmir lülələnərək uzun
formaya salınır və təxminən barmaq uzunluğunda doğranır. Doğranmış
xəmirlər barmaqla
taxta üzərində müəyyən
formada çəkilir, çəkilmiş
xəmir qaynanmış
suya tökülür.
Duz vurulur. Xəmir bişdikdən sonra suyu süzülür və boşqablara
çəkilir. Hazırlanmış ət suyu ilə
birlikdə bişmiş
xəmirin üzərinə
tökülür.
Sürfüllü alçadan, zoğaldan hazırlanmış turşu
ilə yeyilir. Turşunu
hazırlamaq üçün
sarımsaq həvəngdə
döyülür və durulaşdırılmış
turşuya qatılır, surfüllünün
yanında süfrəyə
verilir. Zövqə görə xörəyin
üzərinə turşu
tökülür.
Toyuqlu xəngəl
Toyuq əti qazanda yağ, soğanla
qovrulur, üzərunə
tamat əlavə edilir. Ət bişəndən sonra üzərinə qaynanmış su əlavə olunur, kişniş doğranılır.
Sonra bərk
xəmir yoğrulur. Xəmir yumuru
halda kündələrə
bölünür. Kündələr oxlovla açılır.
Açılmış nazik halda olan xəmir kvadrat şəklidə doğranır. Su qaynadılır, duz vurulur və doğranmış xəmirlər
suya ehtiyatla, qazanı qarışdırmaqla
tökülür ki, xəmrlər bir-birinə
yapışmasın. Bişəndən
sonra xəmir süzgəcdə süzülür,
boşqablara çəkilərək,
üzərinə əvvəlcədən
hazırlanmış toyuq
şorbası tökülür.
Camış qatığı toyuqlu xəngəlin yanında olsa, daha ləzzətli olar.
Qax özünəməxsus
plovları ilə də tanınır. Onlardan bəziləri ilə sizi tanış
edirik
Plov quru ətlə
Qozlu plovu bişirmək üçün
qaxac əti və yaxud adi
ət bişirilib kanara qoyulur. Lobya bişirilir,
süzgəcdən süzülür.
Qoz ləpəsi ətçəkəndən
keçirilərək lobyaya
qatılır,
kişniş və
az miqdarda soğan və duz vurularaq qarışdırılır.
Düyü süzülür. Qazmaq hazırlanır. (Qazmağın hazırlanması
başqa aşlarda olduğu kimidir) Qazmağın üzərinə hazırlanmış ləpə-lobya,
onun da üzərindən
ət tikələri düzülür. Düyü dəmə
qoyulur.
Plov süfrəyə
veriləndə pamidor,
xiyar tutması süfrəyə qoyulur.
Çığırtmalı
plov
Düyü süzülür, dəmə
qoyulur. Süfrəyə gətiriləndə çığırtma ilə
yeyilir. Çığırtma üçün ya toyuq ya
da qoyun və mal ətindən istifadə olunur. Ət bişirilir, tavaya yağ tökülür, bişirilmiş
ət tavaya düzülür üzərinə
yumurta çalınaraq
tökülür, yumurtaya
azacıq limon duzu vurulur.
Səbzili plov
Səbzili plovu bişirmək
üçün qoyun
və yaxud mal ətindən və göyərtidən istifadə olunur. Göyərtilərdən şüyüt,
kəvər, kişniş,
ispanaq, göy soğan, cəfəri və s. xırda-xırda doğranılır, suda pörtlədilir, sıxılaraq kanara qoyulur. Ət xırda-xırda doğranaraq bişirilir.
Hazırlanmış göyərti
ətin üzərinə
tökülür, üzərinə
yağ, bir az limon
duzu əlavə olunur. Vam odun üzərində
bişirilir. Düyü süzülərək
qazmağı üstündə
süfrəyə verilir.
Səbzi-qovurma boşqabda
düyünün yanında
verilir.
Tutlu plov
İri tutlar seçilərək qaynayan
suya tökülür,
su şərbət şəklinə düşənədək
bişirdikdən sonra
süzülür. Həmin
şərbət qaynamağa
qoyulur, düyü qaynayan zaman qazana süd
əlavə edilir. Digər aşlarda olduğu kimi düyü süzülür. Hazır
olanda plovun üstü yağda qızardılmış qayğanaq,
kişmiş, xurma ilə bəzədilir.
Tərəcəli plov
Düyü süzülür. Yağda soğan bir az qızardılır, onun üzərinə 7-8 ədəd çalınmış
yumurta, 3 stəkan çəkilmiş
qoz, 1 stəkan bişmiş düyü,
1 stəkan kişmiş, 1 stəkan çəkilmiş lobya tökülərək qarışdırılır.
Qazanda qazmağ hazırlanır.
Hazırlanmış qatışıq qazmağın üstündən
tökülür. Düyüyə
qarışmasın deyə
onun üstünü boşqabla
qapamaq lazımdır.
Boşqabın üzərindən düyü
tökülərək dəmə
qoyulur. (Qatışığı ağzı
bağlı qaba töküb qazmağın üzərindən qoymaq olar, yalnız nəzərə almaq lazımdır ki, qatışıq
bişəndə şişir
və geniş yer tutur).
Plovu çəkəndə tərəcə
doğranır və qazmqla birlikdə aşın üzərinə
qoyulur və ya
boşqabda plovun yanında verilir. Süfrəyə xiyar, badımcan,
kələm turşusu
verilərsə, aş
daha ləzzətli olar.
Qaxac və quru dolma
Qax rayonu qozu, fındığı,
qaxacı ilə tanınır. Qaxda qaxac hazırlamaq
qədim dövrlərdən
gəlir. Dağ rayonu
olduğu üçün
heyvandarlıq inkişaf
etmişdir. Soyuq
və sərt qışda insanlar özlərinə
azuqə ehtiyatı tədarük edərlərmiş.
Buna qaxacı, müxtəlif meyvə qurularını (qax), mürəbbələri misal
göstərmək olar.
Qaxac kalorili qida sayılar,
uzun qış boyu yaxşı qidalanmaq üçün qaxacdan istifadə edərlərmiş.
Qaxac hazırlamaq üçün qoyun və mal ətindən istifadə edirlər. Ət şırımlara çəkilir, duzlanaraq qurumağa asılır. Xırda buynuzlu heyvanı isə, adətən, bütöv qurudurlar. Qaxacın ləzzətli növü dolma sayılır. Dolma hazırlamaq üçün ət çəkilərək bağırsağa doldurulur. Çəkilmiş ətə ədəvalar, duz, istiot, soğan, turşu vurulur. Xüsusi olaraq hazırlanmış malın bağırsağına doldurulur və qurumağa asılır. Qaxacı yalnız soyuq vaxtlarda hazırlayırlar ki, ət xarab olmasın. Külək və ayaz əti yaxşı qurudur. Qaxac quruyandan sonra onu saxlayırlar. Qış boyunca quru ətdən, dolmadan ləzzətli xəmir xörəkləri- sürfüllü, xəngəl, və s. yeməklər bişirəndə istifadə edirlər.
Ət gırs
Gırsa başqa rayonlarda gürzə də deyirlər.
Qax rayonunda gırsın, bur neçə növü bişirilir. Şordan, ətdən və göyərtidən, xarxuşdan (qarın-bağırsaq) hazırlanır.
1. Şor gırsı -bunun üçün şor, soğan, yağ lazım olur. Soğan yağda azacıq qızardılır. Hazırlanmış yağ-soğan şor, müxtəlif göyərtilər- şüyüd, kişniş, nanə, duz qatılır. Sonra xəmir yoğrulur, nazik yayılır, dairələr şəklində kəsilir. Dairə formasında kəsilmiş xəmirin içərisinə hazırlanmış içlik qoyulur və bükülərək duz vurulmuş suda bişirilir. Süfrəyə veriləndə üzərinə yağ əlavə olunur.
2. Ət gırsı- ət maşından keçirilir. İçinə soğan qatılır (soğanı ətçəkəndən çəkmək olar), turşu, zövqə görə duz və istiot vurulur. Sonra xəmir yoğrulur, nazik yayılır, dairələr şəklində kəsilir. Dairə formasında kəsilmiş xəmirin içərisinə hazırlanmış içlik qoyulur və bükülərək duz vurulmuş suda bişirilir. Süzülərək süfrəyə verilir. Bu gırsı həm sulu, həm də quru yemək olar. Yanına sarımsaqlı qatıq, əridilmiş yağ da qoyula bilər.
3. Göyərti gırsı- yabanı halda bitən göyərtilər yuyularaq xırda-xırda doğranır. Suda bişirilərək sıxılır. Üstünə yağda az qızardılmış soğan, ətçəkəndən keçirilmiş qoz ləpəsi və yumurta əlavə edilir. Sonra xəmir yoğrulur, yayılır, dairələr formasında kəsilir. Dairə formasında kəsilmiş xəmirin içərisinə hazırlanmış içlik qoyulur və bükülür. Qaynadılmış və duz vurulmuş suda bişirilir. Süzülərək süfrəyə veriləndə üzərinə yağ əlavə olunur.
Zaman.-2014.-1 aprel.-S.11.