“İşlərin uğur qazanması üçün təkcə çoxlu pul xərcləmək kifayət etmir

 

/ELVIN ƏLIYEV,

 

Uzun müddət bizneslə məşğul olmuşam. Bu sahə üzrə 2007-ci ildə fəlsəfə doktorluğunu müdafiə etmişəm. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bundan başqa incəsənət akademiyasını bitirmişəm. İngilis, İspan, Rus, Türk dillərini bilirəm.

 

İşgüzar söhbət”in bu dəfəki qonağı vaxtilə bizneslə məşğul olan istedadlı müğənni, şou-biznesimizin sevilən simalarından olan Ədalət Şükürovdur.

 

- Ədalət bəy, vətəndaşlar sizi incəsənət xadimi olmaqla yanaşı həm uğurlu adamı kimi tanıyırlar. Bu ilə bağlıdır?

 

- Sankt-Peterbruqda yaşadığım vaxtlarda bizneslə məşğul olmuşam. Bu da 1990-1998-ci illərə təsadüf edir. O vaxt bizim Holdinqimiz vardı. Onun da tərkibində tikinti şirkətləri, satış mağazaları s. fəaliyyət göstərirdi. Mən şirniyyat firmasına nəzarət edirdim. Orada bir müddət işlədikdən sonra mətbəə işində çalışmağa başladım. Biz şampunlar, parfumeriya məhsulları, içkilər s. üçün etiketlər hazırlayırdıq.

 

- Bizneslə məşğul olduğunuz vaxtlarda heç musiqi ilə maraqlanırdınızmı?

 

- Musiqini çox sevirəm. Həmişə işdən evə gələndə özüm üçün musiqi yazırdım. Heç ağlıma da gəlməzdi ki, vaxtsa ciddi şəkildə musiqi ilə məşğul olacam.

 

- Necə oldu ki, hər şeyi bir kənara qoyub musiqi ilə məşğul olmağa başladınız?

 

- 2000-ci ildə Azərbaycana gəldim. İstədim ki, burada da nəsə qurum. Turizm şirkəti açmağı planlaşdırmışdım. Amma alınmadı. Çünki həm musiqi ilə, həm bizneslə məşğul olmağa vaxtım olmadı. Mən musiqi sahəsini seçib, onunla ciddi şəkildə məşğul olmağa başladım. İndi özümün studiyam var. Mahnı yazmaqla, aranjeman etməklə, konsertlərin təşkil edilməsi ilə s. məşğul oluram. Bütün bu işlərin həyata keçirilməsində mənə 5 nəfər   kömək edir.

 

- Azərbaycanda biznesinizi qurmamağa səbəb ancaq vaxt çatışmazlığı oldu, ya başqa səbəblər var?

 

- Gərək həmişə işinin başında olasan, daimi nəzarətdə saxlayasan. Mənim bu kimi işlərə ayıracaq vaxtım olmadı.

 

- Şou-biznes əhlinin başqa biznes sahəsi ilə məşğul olmasına münasibətiniz necədir?

 

- Bir çox sənət dostlarım bizneslə məşğul olurlar. Onların arasında kafe, gözəllik salonu, avtomobil salonu s. işlədənlər var. Mən, bunu təqdir edirəm. Sevinirəm ki, onlar buna vaxt ayıra bilirlər.

 

- Gələcəkdə bizneslə məşğul olmaq planınız varmı?

 

- Açığı bizneslə məşğul olmaq üçün mənə çox təkliflər gəlib. Mənə dəfələrlə sənətimlə yanaşı hansısa bir şirkətə rəhbərlik etmək təklif olunub. Amma bütün bunlar mənim üçün hələ ki, kiçik təkliflərdir. Amma düşünürəm ki, brend şirkətdən belə bir təklif alsam, məmnuniyyətlə qəbul edərəm.

 

- Brend şirkət rəhbəri olmaq istəyirsiniz. Sizin üçün bu çətin olmasın?

 

- Ümumiyyətlə, rəhbərlik işi çox çətindir. Amma bu sahədə bilik təcrübəm olduğu üçün düşünürəm ki, belə işlərin öhdəsindən layiqincə gələ bilərəm. Mən uzun müddət bizneslə məşğul olmuşam. Bu sahə üzrə 2007-ci ildə fəlsəfə doktorluğunu müdafiə etmişəm. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bundan başqa incəsənət akademiyasını bitirmişəm. İngilis, İspan, Rus, Türk dillərini bilirəm.

 

- Bildiyimiz qədəri ilə ölkələri gəzməyi çox sevirsiniz. 50-dən çox ölkədə olmusunuz. Ölkəmizi dünya dövlətləri ilə necə müqayisə edərdiniz?

 

- Əvvəla onu deyim ki, mən Azərbaycana gələndə yol infrastrukturu ürək açan deyildi. Öz-özümə fikirləşirdim ki, kaş yollarımızı düzəldəydilər. Çünki hansısa bir ölkəyə gedən turistlər ilk olaraq oranın yollarına fikir verirlər. Çox sevinirəm ki, az müddətdən sonra yollarımız düzəldildi. Bundan başqa şəhərimizin işıqlanması ürəyimcə deyildi. Gürcüstanda şəhərlərin işıqlandırılması sistemini çox bəyənirdim. Düşünürdüm ki, bizim şəhərlər belə işıqlandırılsa idi, daha yaxşı olardı. Bu arzum da gerçəkləşdi. Bir müddətdən sonra eşitdim ki, şəhərlərimizdə yeni işıqlandırma sistemləri qurmaq üçün İtaliya şirkətləri dəvət olunub. Hazırda şəhərlərimiz, xüsusən , Bakı gözəl şəkildə işıqlandırılır. İndi başqa istəyim var. Hələ ki reallaşmayıb. Çox istəyirəm ki, Bakının girəcəklərində şəhərin adı yazılmış giriş qapıları tikilsin. Bir neçə gün bundan əvvəl İstanbuldaDubayda olmuşam. Açığı deyim ki, Bakımız kimi gözəlləşən şəhər, Azərbaycan kimi inkişaf edən ölkə yoxdur.

 

- Necə fikirləşirsiniz ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yetərincə şərait varmı?

 

- Əlbəttə ki, hər bir dövlət üçün, eləcə də ölkəmiz üçün önəmli olan məsələlərdən biriyeni yerlərinin açılmasıdır. Bu istiqamətdə də xüsusi dövlət proqramı varbuna uyğun olaraq da sahibkarlara lazımi dəstək göstərilir. Bununla yanaşı hesab edirəm ki, xaric ölkələrin bəzi təcrübələri bizdə də tətbiq olunsa, daha yaxşı olar. Misal üçün xarici ölkələrin böyük bir qismində yeni işə başlayan müəssisələrdən müəyyən müddət ərzində vergi alınmır. Onlara işlərini qurmaları üçün tam sərbəstlik verilir. Çünki yeni yaranmaqda olan heç bir şirkət qazanc gətirmir. Onun pul qazanması üçün müəyyən vaxt lazımdır. Elə ki, yeni açılan müəssisələrin işi qaydasına düşür onda da vergi almağa başlayırlar.

 

- Sizə görə ideal biznesmen necə olmalıdır?

 

- Hesab edirəm ki, uğurlu adamının birinci növbədə “ürəyi” olmalıdır. İkincisi isə məşğul olduğu işi incəliklərinə qədər bilməlidir və onun əziyyətinə qatlanmalıdır. Çünki bu kimi işlərin uğur qazanması üçün təkcə çoxlu pul xərcləmək kifayət etmir. Elə pulu olan adamlar var ki, heç bir qura bilmiryaxud qurduğu iflas olur. Bundan başqa uğurlu sahibkar olmaq üçün gərək tabeliyində olan bütün işçilərlə ünsiyyət qura biləsən. Çünki sən onlara, onlar da sənə qazandırırlar. Birdəki gərək hər kəs öz işi ilə məşğul olsun. Xüsusən də, Azərbaycanda müşahidə edirəm ki, başqalarının işlərinə müdaxilə edirlər.

 

- Sizcə düzgün peşə seçiminin uğur qazanmada rolu nə qədərdir? 

 

- Ümumiyyətlə, insan gərək sevdiyi işlə məşğul olsun. Belə olan halda adamın daha çox uğur qazanmaq şansı var. Mən hazırda cəmiyyətimizdə çox örnək göstərə bilərəm ki, adam bəyənib-seçdiyi, təhsil alıb, ixtisaslaşdığı sahələr üzrə işləmirlər. Onlar, buna hansısa səbəblərdən dolayı məcbur olurlar. Bu şəxsən məni çox narahat edir. Çünki belə bir adamın uğur qazanması çox çətindir. Bu, onun üçün işgəncədir. Mən məşğul olduğum işi çox sevirəm və sənətimlə məşğul olub rahat da pulumu qazanıram. Bundan gözəl nə ola bilər ki?! İnsan gərək işindən ləzzət ala bilsin.

 

 -Sizin ticarət prinsipiniz necədir? Ticarət zamanı daha çox nəyə diqqət edirsiniz?

 

- Hesab edirəm ki, bahalı əşya almaq hələ uğurlu seçim demək deyil. Misal üçün ola bilər ki, sən 50 manatlıq pencək alarsanbu sənə yaraşar. Elə də ola bilər ki, 1000 manatlıq pencək alarsan, amma sənə yaraşmaz. Bundan başqa da, gərək başın çıxdığı malı alasan. Əlbəttə ki, keyfiyyətli mal almaq lazımdır. Belə mallar da, adətən, bahalı olur. Birki, ticarətdə düzgünlük əsas şərtdir. Belə olan halda uğur qazanmaq daha asandır.Elvin Əliyev-www.zaman.az

Zaman.-2014.-4 aprel.-S.9.