Milli süfrə mədəniyyətimiz: zənginlik, yoxsa israfçılıq

 

Xalqımızın qonaqpərvərliyi onun tarixi qədər qədimdir.

 

Gələn qonağı min bir naz nemətlə qarşılayıb yola-salmaq Azərbaycanın süfrə mədəniyyətinə ən xas xüsusiyyətlərdəndir. Çoxşaxəli zəngin mədəniyyəti içərisində süfrə mədəniyyətinin öz yeri, öz gözəllikləri var. Mədəniyyətimiz tarixən xalqımızın həyat tərzini, məişətini, dünyagörüşünü formalaşdıran əsas amil olmuşdur. Tarixi eramızdan çox-çox əvvəllərə gedib çıxan antik mənbələrdə, o cümlədən qədim ədəbi abidələrimizdən olanQabusnamə”də, “Kitabi-Dədə Qorqud”da, əcnəbi səyyahların səyahətnamələrində, qaynaqlarda xalqımızın süfrə mədəniyyəti, yemək qaydaları, qonaq qarşılaması s. barədə olduqca qiymətli məlumatlar var. Bu qaydaların böyük əksəriyyəti bu gün öz bəşəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Azərbaycan xalqı elə bir xalqdır ki, hər bir mövsümə, məqama, şəraitə, mərasimə uyğun fərqli süfrə mədəniyyətinə malikdir. Bu süfrələrin çoxu elə mərasimin öz adı ilə adlanır. Ancaq bir məsələ var ki, bəzən süfrəmiz o qədər zəngin olur ki, bu da bir növ israfa səbəb olur.

 

 

 

Dünyaca məşhur süfrə mədəniyyəti

 

Məşhur avropalı səyyah Marko Polo Azərbaycana səyahət edərkən təbiətinin gözəlliyi ilə yanaşı, zəngin süfrə mədəniyyətinə malik olduğu haqqında da təəssüratlarını bölüşmüşdür. Ağqoyunlu hökmdarı Uzun Həsənin qonağı olmuş italyan səyyahı Katerino Zeno yazır: “Mənə sarayda yer verildi. Mən hər gün şah süfrəsində nahar edə bilərdim”. Gördüklərini möcüzə adlandıran Zeno hər dəfə süfrə arxasında oturarkən yemək əvəzinə buradakı gözəlliyə baxıbdoyduğunubildirir. Göründüyü kimi hələ 500 il əvvəl milli süfrə mədəniyyətimizə heyran olan avropalının dedikləri xalqımızın qonaqpərvərliyi ilə yanaşı, zəngin bir mədəniyyət sahibi olduğunu sübut edir.

 

Toy süfrəsi Azərbaycanda ən geniş yayılmış ən zəngin süfrələrdən biridir. Digər ölkələrin toy mərasimləri sadəcə əylənməklə yekunlaşırsa, ölkəmizdə bu tamamilə  fərqlidir. Süfrənin üzərində göz oxşayan çeşid- çeşid yeməklərin gəlməsi qonaqların toyda ən həvəslə gözlədikləri məqamdır. O da ki, Azərbaycan mətbəxinin məhsulu ola... Kulturoloq Fuad Məmmədov da süfrə mədəniyyətimiz haqqında belə dedi: “Mən bu yaşıma qədər 26 ölkədə olmuşam. İnandırım sizi ki, bu ölkələr içərisində ən gözəl yeməkləri Azərbaycan mətbəxində gördüm. Yeməklərimiz çox çeşidli bol olur. Xaricdən gələnlər belə, ölkəmizdə bəyəndikləri şeylər içərisində yeməklərimizi xüsusi vurğulayırlar”.

 

 

 

Toylarımız əndazəsini aşıb

 

F. Məmmədov toy mərasimlərində yol verilən israfçılıq məsələsinə toxundu: “Bir şeyi qeyd edim ki, bizim professorlarımız bu yaxınlarda belə bir təklif irəli sürmüşdülər ki, toy məclislərini təşkil edən zaman ailələr yeni evlənən gənclər üçün bank hesabı açsalar, daha yaxşı olar. Belə ki, toyda yeməkləri çox vermək israfdan başqa bir şey deyil. Qalan yeməklər çox zaman ya atılır, yaxud da paylanır. Çox yaxşı olardı ki, toylarda yeməklər az verilsin qənaət edilmiş pul gənclər üçün açılmış bank hesabına köçürülsün. Beləliklə, həm israfçılıq olmaz, həm , bu yolla gənclərə maddi yardım edilmiş olar”. Eyni zamanda süfrə mədəniyyəti ifadəsini birmənalı olaraq yeməklərin dadlı çeşidli olması ilə bağlamaq olmaz deyən kulturoloq qeyd etdi ki, süfrə mədəniyyətinə aid Peyğəmbərimizin bir çox məsləhətləri var: “Yeməkdən əvvəl əlləri yumaq, başqasının yeməyinə baxmamaq süfrə mədəniyyətinə daxildir. Bəzən olur ki, restoranlarda yemək çeşidlərini çox gördüyümüz üçün onu bitirməyə hər şeyin dadına baxmağa can atırıq. Ancaq bu həm süfrə mədəniyyətinə, həm sağlamlığımıza ziddir. Unutmamaq lazımdır ki, çox yemək az yeməkdən qoyar”.

 

Millət vəkili Çingiz Qənizadə qəzetimizə ötən il verdiyi müsahibəsində toy mərasimlərində açılan süfrələrin öz məqsədini itirdiyinə diqqət çəkmişdi. Ç. Qənizadənin sözlərinə görə, həm toy, həm yas mərasimlərinin təşkili zamanı insanlar həddindən artıq israfa ifrata yol verirlər: “Toylarımız əndazəsini aşıb, 500, 700, 1000 nəfərlik məclislər təşkil olunur. Menyunun qiyməti 100, 150, 200 manat, deyirsən mən bu yeməklərin yarısını çıxarmaq istəyirəm deyirlər ki, olmaz. Eyni problemlər yas mərasimlərinə aiddir. Baxırsan ki, yaslarda masalara bahalı şokoladlar, meyvələr, yeməklər qoyulur. Bu artıq yas deyil, bu yas sahibinin özünü insanlara göstərməsidir. Bu dəb-dəbəyə düşən kasıb insanların da ölüsü ölür, canını qurtarır, dirisi isə borc içində boğulur. Bu ifratçılıqdır, adət-ənənələrimizə ziddir. Həm toy, həm yas mərasimləri ilə bağlı müvafiq qanunlara ehtiyac var. Milli Məclisdə bununla bağlı hər hansı bir layihə təqdim olunsa, mən bunu dəstəkləyərəm. Ancaq bu bir az çətindir, çünki şadlıq saraylarının sahibləri nüfuzlu adamlardılar onların millət vəkillərinə təsir etmək imkanları ola bilər.

 

Həvva Calilova

Zaman.-2014.-10 aprel.-S.8.