Sağlam cəmiyyət qurmaq istəyiriksə, ekotəhsildən başlamalıyıq

 

Gözəl sözlər, nikbin xəbərlər eşidəndə, nurlu sima görəndə ruhumuz təzələnir, ovqatımız xoş olur.

 

Təbiət belədir. Adi səhranın da, qoynunda qıyya çəkən qartallı qayaların da, dağların, çayların, bulaqların da, kiçicik kəpənəyin , bapbalaca gülün, çiçəyin öz bənzərsizliyi var bu bənzərsizlikdən doymaq qeyri-mümkündür. Bu mənada bir ağacın, gülün insan yaşantısına, insan ovqatına gətirdiyi xoş ab-havanı heç ilə müqayisə eləmək olmaz. Çünki yaşıllığa, gül-çiçəyə qayğısını əsirgəməyənlər dünyasını dəyişəndə rəhmətlə anılırlar. Lakin təbiətə laqeyd qalanda, ona xəyanət edəndə faciə baş verir. O səbəbdən atdığımız hər addımda axirətimizi düşünək, qarışqanın belə, ayaqlar altında qalmasına yol verməyək. Əgər ətrafımıza diqqətli olsaq, təbiət bizdən üz döndərməz. Necə deyərlər, yaşatsaq yaşarıq, yaşatmasaq yox!

 

Haşiyə:  Hərdən mənə elə gəlir ki, ağacların da ailəsi olur onları kəsməklə, yaxud köklü-köməcli qoparmaqla o “ailəninnəslini, kökünü yer üzündən silirik. Bəzən öz-özümə düşünürəm ki, əgər şadlıq sarayının bünövrəsi məhv edilən ağacların yerində qoyulursa, orada qurulan ailələr xoşbəxt ola bilməzlər bəlkə , kəsilmiş ağacların göz yaşları həmin ailəyə bədbəxtlik gətirir.

 

Niyə gözlərin nəmlidir?

 

Gəlişini elə səbirsizliklə gözləyirdim... Təkcə mən yox, yuvan da darıxmışdı səndən ötrü. Nəhayət, göründün, amma bu görüntü, bu gəliş ayrı, başqa aləm idi. Gözlərin bir az nəmli, bir az da qəmli görünürdü. Oxuyurdun, kimsənin eşidə bilməyəcəyi tərzdə: “oxuyuruq dərd əlindən, sən bəmdən, mən bəmdən”. Özü bu dəfə məftillərin üzərində deyil, yuvanın yaxınlığında kiçicik taxta üzərində qərar tutmuşdun. Qəminə qurban, qaranquş, niyə nisgillisən? Ürəyindən qopan ağrını ürəyimdə hiss edirdim. Balaca, şabalıdı gözlərinin dərinliyində qaraya bələnmiş xatirələr gizlənmişdi. Sanki bu yerlərə zorla gəlin gətirmişdilər səni, baxışların arxada qalmışdı, yəqin gözü yolda qalanın vardı. Görəsən, gözlərindən süzülən kədər karvanı hara aparırdı səni? Yoxsa hansısa faciənin başlanğıcından, başlanacağından xəbər vermək istəyirdin? Əlimi uzadıb, astaca başına sığal çəkdim, gözlərinə baxa-baxa pıçıltılı bir səslə: “ olub sənə? Nədən narazısan, qaranquşum, gözəl quşum”, - deyə soruşanda elə bil sualımı duyurmuş kimi baxışlarınla: “soruşma...” dedin göz yaşlarına bələnmiş baxışlarını gözlərimdən yayındıraraq, uçub getdin. Heyifsilənirdim, demək istədiyini bilmədiyim üçün. Beləcə, hər gün səni eyni yerdə, eyni məkanda görürdüm, sakitcə səsinə qulaq kəsilirdim. Bir gün isə səni yuvanda gördüm, deyəsən, ana olmağa hazırlaşırdın. Səsindən ötrü darıxdığım üçün hər gün yanına gəlirdim. Neyləyim, səssizliyinə dözə bilmirdim. Vaxt gəldi, vədə yetişdi. Yuvadan bala cikkiltiləri eşidilməyə başladı. Sevinirdim, yaxşı, artıq tək deyilsən. Boylanıb gözlərini görmək, baxışlarından süzülən sevinci sezmək istəyirdim. Məndən ötrü, nədənsə, elə əlçatmaz olmuşdun ki...

 

Bir gün yenə səsini eşitdim, yuvanda oxuyurdun, əvvəlkindən daha kədərli avazla. O nəğmədə elə bil fəryadın tüğyan edirdi, sanki bu nəğmə deyildi, nalə, ağı idi. Nəhayət, susdun. Sakitcə yuvana yaxınlaşdım. Kaş heç yaxınlaşmayaydım... Körpəndən biri şikəstdoğulmuşdu”. İndi mən neyləyim?” - deyə suallı baxışların yardım diləyirdi. Fəryad edib çırpınmaqdan qanadın da qırılmışdı. Hər şey mənə aydın oldu...

 

Çox zaman belə faciələri möcüzə ilə bağlayırıq. bununla  özümüzü törətdiyimiz cinayətdən sığortalamağa çalışırıq. O binəva canlının dünyaya şikəst doğulmasının səbəbkarı isə bizik. Artıq təbiətin işlərinə qarışmaqdan çəkinmirik. Ətraf mühitin çirklənməsindən, ekoloji tarazlığın pozulmasından danışırıq, bəli, hamı danışır, bəs onda müqəssir kimdir? Yazıq quşcığazın hələ körpə ikən şikəstliyinə, məhvə məhkum olmasına, ağacların qırılıb dəfn edilməsinə, bəşər övladının hələ bətndə ikən eybəcər şəkildə, hətta ölü doğulmasına kim rəvac verir görəsən?

 

Ən ağrılısı da odur ki, insan bütün canlılardan fərqli olaraq şüurlu doğulur şüuru, ağlı kəsə-kəsə təbiətə əl qaldırır, onun mizan-tərəzisini pozur, özü-özünə gor qazır, məzar düzəldir.

 

Söz yox ki, son illər respublikamızın paytaxtında, eləcə rayonlarında geniş tədbirlər həyata keçirilir, yaşıllıqlar salınır, abadlıq-bərpa işləri aparılır. Lakin görülən işlər yenə azdır. Xarici ölkələrdən baha qiymətə cürbəcür dekorativ bitkilər, güllər alıb paytaxtımızın park bağlarının gözəlləşdirilməsində istifadə edirik. Min illik tarixi olan ağaclarımızı isə kökündən qoparırıq, heçufda demirik. Axı hər ağac bir abidədir. Ən azından qədim bitki olan zeytun meşələrini bərpa etməliyik. Yaddan çıxarmamalıyıq ki, zeytun digər bitkilər kimi şəfa mənbəyidir. Zeytun yağının sağlamlıq üçün qədər önəm daşıdığını hər kəs bilir: mədə-bağırsaq xəstəliklərinin dərmanıdır, vitaminlərlə zəngindir, damar sərtliyini aradan qaldırır, həzmi asanlaşdırır, insan ömrünün qənimi olan xolesterolu əridir. Bu yağ bütün dünyada digər bitki yağlarından daha yüksək qiymətləndirilir. Ona görə zeytun meşəliklərinə xüsusi qayğı göstərmək lazımdır.

 

Zeytunun sağlamlıq üçün yararları daha çox olduğundan bu bitkiqızıl zeytunadlandırılmağa qızıl qədər dəyərləndirilməyə layiqdir. Ümumiyyətlə, məmləkətimizin flora faunası çox zəngindir zəngin olduğu qədər həyat üçün dəyərlidir. Bu barədə düşünək görəcəyimiz işləri sözdə deyil, əməldə həyata keçirməliyik.

 

Unutmayaq: Allah-Təala hər şeyi Adəm övladı üçün yaradıb heç birimizə bu yaradılışları şəxsi məqsədlərimizə görə məhv etmək ixtiyarı verilməyib.

 

 

 

Ölümə açılan qapılar

 

Çaylara, dənizlərə axıdılan tullantıların törətdiyi təhlükə heç ilə ölçülə bilməz. Fabrik-zavodlardan, gizli fəaliyyət göstərən sexlərdən havaya püskürən zəhərli tullantıların, kimyəvi maddələrin, xarici ölkələrdən gətirilən keyfiyyətsiz geyim əşyalarının, oyuncaqların orqanizmə vurduğu zərbəni birbaşaölümə açılan qapıadlandırmaq olar. Çin istehsalı olan, dünyanın müxtəlif tullantılarından hazırlanan bazarlarımızdaxodgedən əl fanarları əslində bizi qaranlıq gecələrdən işıqlığa çıxarmır, əksinə, zərərli şüaları ilə həyatımızı zülmətə bürüyür, matəm libasını göz görə-görə əynimizə biçir.

 

 

 

Ozon təbəqəsi tamamilə məhv olsa...

 

Məlumdur ki, Yer kürəsini zərərli şüalardan ozon təbəqəsi qoruyur. Lakin bu təbəqənin ildən-ilə nazikləşməsi və ozon dəliklərinin yaranması, suda, atmosferdə zərərli maddələrin toplanması nəticəsində bitkiheyvanlar (florafauna) məhv olur, insan orqanizmi sağalmaz xəstəliklərə yoluxur. Ozon təbəqəsinin nazikləşməsinin, deşiklərinin meydana çıxmasının əsas səbəblərindən biri kosmosa buraxılan raketlərin sərf etdikləri yanacaq nəticəsində çıxan zəhərli maddələr, həmçinin hərbi məqsədlər üçün aparılan nüvə sınaqlarıdır. Aparılan sınaqların, buraxılan raketlərin sayı azaldılsa, ümumiyyətlə, ozon qatının yırtılmaya məruz qalmasına şərait yaradan amillər aradan qaldırılsa, o zaman bu təbəqə normal vəziyyətinə qayıdar. Ozon təbəqəsi tamamilə məhv olsa,  Yer üzərində bütün canlılar yaşantısını itirər.

 

Alimlər hesablamışlar ki, əgər təbiətə təxminən 30 il müdaxilə olunmasa, daha doğrusu, insan əli dəyməsə, hər şey qaydasına düşər. Çünki təbiət insana şəfa verməklə bərabər, həm də özü-özünün həkimidir. Ona görə, ilk növbədə, atmosferin çirklənməsinin qarşısı alınmalıdır.

 

Statistik məlumata görə, inkişaf etmiş ölkələrdə əhali inkişaf etməkdə olan ölkələrə nisbətən 16 il çox yaşayır. İndi atom enerjisindən dinc məqsədlərlə istifadə edilməsi, epidemiya xəstəliklərinə, təbii fəlakətlərə qarşı mübarizə, savadsızlığın ləğv olunması, tarixi və mədəniyyət abidələrinin mühafizəsi və s. haqqında beynəlxalq təşkilatlar və dövlətlər arasında əməkdaşlıq genişlənir.

 

Maarifləndirmə işi gücləndirilməlidir

 

Əgər sağlam cəmiyyət qurmaq istəyiriksə, ekotəhsildən başlamalıyıq. Yəni uşaqlarımızda ekoloji biliyin səviyyəsini artırmalı, onlara ekologiyanın əsaslarını öyrətməliyik. Acı faktdır ki, böyüyən nəsil ətraf mühitə, bitkiheyvanlara qarşı o qədər də mülayim davranmır. Hər bir yeniyetmə, gənc vətəninin torpağını, təbiətini, hər bir canlısını sevməli və qorumalıdır. Bu mənada bizdən də çox şey asılıdır. Çünki övladlarımızı bu ruhda tərbiyə etməliyik. Baş verən əksər çatışmazlıqların aradan qaldırılması və bir də təkrar olunmaması üçün, ilk növbədə, özümüzü, uşaqlarımızı maarifləndirməyi bacarmalıyıq.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Yeganə Məmmədova 

Zaman.-2014.-10 aprel.-S.13.