Həqiqi azadlıq xeyirlini eləməkdir

 

Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Şirvan şəhərində anadan olub. Şair, esseist, tərcüməçidir. Şeir

 

esseləri bir çox dünya dillərinə çevrilib.

 

Prezident təqaüdçüsüdür.

 

 

 

 

- Sizə görə həyatda ən asan ən çətin şey nədir?

 

- Ləyaqətlə yaşamaq, imtina etmək  çətindir. Tərsi asan. Necə deyərlər,  utanmasan oynamağa var ki...

 

 

 

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

 

- Heyvandarlıq əkin-biçin, müəllimlik

 

 

 

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

 

- Səhvlərimə, günahlarıma üzülürəm...

 

 

 

- Valideyn müəllimlərdən başqa özünüzü

 

kimlərə borclu bilirsiniz?

 

-  Onlardan əvvəl Allaha, onlardan sonra dostlarıma...

 

 

 

- Uğrunda hər şeydən keçə biləcəyiniz

 

varlığın adı?

 

-  Anam  idi, ailəmdir...

 

 

 

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

 

- Müəllimlikdə. Ümumiyyətlə .

 

 

 

- Üzr istəmək sizə ağır gəlmir ki?

 

- Yox. Əksinə sonra yüngülləşirəm.

 

 

 

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

 

- Sabir ağlamağı peşə edənləri nəzərdə tuturdu məncə, bu halda onunla razıyam. Ümumiyyətlə,  isə göz yaşları qəlbin buzunu əridir.

 

 

 

- “Kaş ki, filan ölkədə doğulaydım,  filan xalqın nümayəndəsi olaydımdediyiniz olurmu?

 

- Yox, amma  köçüb getmək haqqında düşündüyüm tez-tez olub.

 

 

 

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

 

- Olur. Mən. Çünki daha çox incidən mən oluram, təəssüf

 

 

 

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz kiminsə günahını bağışlamısınızmı?

 

- Bir xeyli adam var ki, onlara qarşı səhv etmişəm. Bağışlamaq Allaha məxsusdur. Mənə qarşı səhv edənlərə kin saxlamıram birdən başa düşürəm ki, unutmuşam

 

 

 

- Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?

 

- Həqiqi azadlıq xeyirlini eləməkdir, istəməsən belə

 

 

 

- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

 

- Sevgi, eşq - bu söylədiklərinizdən çox böyük, daha vacib anlayış   haldır.

 

 

 

- Ən çox zaman utanırsınız?

 

- Səhv edəndə

 

 

 

- Ölüm nədir?

 

- Kamyü deyirdi: ölüm yeganə şeydir ki, bunu yalnız bir dəfə yalnız öz təcrübəndə yaşaya bilərsən, özü heç kimlə bölüşə bilməzsən…. Doğru deyirdi. Məncə, ölüm - keçiddir. Necə? Bu suala isə artıq Kamyü cavab verib.

 

 

 

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

 

- Eee

 

 

 

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaqdüşüncəsi nəyi ifadə edir?

 

- Hərdən yaxşı şeyləri, hərdən pis

 

 

 

- Həyatda ən böyük təsəlliniz?

 

-Allahın Böyük Bağışlayan olması.

 

 

 

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

 

- . Olub. Adətən, jurnalistlərin əksəriyyəti ədəbiyyatla bağlı ümumi suallar verirlər. Arzulamışam ki, detallı suallar versinlər.

 

 

 

- Yubiley ad günlərində özünüzü necə hiss edirsiniz?

 

- Normal.

 

 

 

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, yazardınız?

 

-Ədalətli olun.

 

 

 

- Sizə görə, insanda ən yaxşı ən pis xarakter hansılardır?

 

- Ədalət səmimiyyət yaxşıdır. Əksi isə pis.

 

 

 

- vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

 

- , 5-6 yaşım vardı, dayım rəssamdı, deyəsən Nisə Qasımovanın rəsmini çəkmişdi. O şəklə vurulmuşdum. İfalarını sevə-sevə dinlədiyim ifaçılar var.

 

 

 

- Övladlarınız sizi atsalar, onlara deyərdiniz?

 

- Yəqin gözlərim dolardı onlar üçün dua edərdim.

 

 

 

- Ən çox sevdiyiniz sevmədiyiniz sözlər?

 

- İnşAllah, Allahdan xeyirlisi- bunlar sevdiyim sözlərdir. O biriləri isə bilmirəm.

 

- Fürsət olsa, ölümqabağı vəsiyyət edəcəksiniz?

 

- …bilmirəm.

 

 

 

- Ən çox nədən qorxursunuz?

 

- Bağışlanmamaqdan.

 

 

 

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

 

- Xoşbəxtlikdən daha vacib şeylər var.

 

 

 

- Sizin kimlərə kimi xeyriniz var?

 

- Doğrusunu Allah bilir.

 

 

 

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona deyərdiniz?

 

- Deyərdim ki, biz bir-birimizə çox oxşayırıq, çox qürurlanma, sən fanisən, mən .

 

 

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

 

- Çox olub.

 

 

- Gənclik hansı yaşda bitir?

 

- Bunun yaşla bağlı sərhədi çox qeyri-müəyyəndir.

 

 

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

 

- Dost çox olmur. Var əlbəttə. Yəqin ona görə ki, Allah belə istəyib.

 

 Zaman.-2014.-11 aprel.-S.9.