Qoruqların qorunması dövlətin xüsusi diqqətindədir!
HƏVVA CƏLILOVA,
Qoruq - mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini
öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir.
Qoruqlar elm, mədəniyyət
və təsərrüfat
üçün müstəsna
əhəmiyyəti olan,
dövlət tərəfindən
mühafizə edilən
akvatoriyalardır.
Qoruqlar təbiətin
ən yaxşı mühafizə formalarından
biridir. Burada müxtəlif təbii
zonaların xarakterik landşaftları, kökü
kəsilməkdə olan,
yaxud nadir hallarda rast gələn bitki və heyvan
növləri, eləcə
də aradan çıxmaq təhlükəsinə
məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar,
şəlalələr, buzlaqlar
və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama,
mal-qara otarması, turizm, ov etmək,
balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə
təbii sərvətlərdən
istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir.
Hal-hazırda Azərbaycanda 9 Milli Park, 11 Dövlət Təbiət Qoruğu, 24 Dövlət Yasaqlığı
fəaliyyət göstərir
və mütəxəssislərin
məlumatına görə
bu da ölkə
ərazisinin 10,3%-ni təşkil edir. Onların qorunma səviyyəsinə gəlincə
isə...
Heydər
Əliyev: “Biomüxtəlifliyin
qorunub saxlanılması
bizim
gələcəyimiz üçün
çox vacibdir”
Azərbaycan dünyada zəngin
fauna və floraya malik olan ölkələrdən
biri olmasına, burada faunanın 18 min növünün qeydə
alınmasına, məməlilərin
97, quşların 357, balıqların
100-ə yaxın, amfibiya
və reptiliyaların
67 növ və yarımnövünü, həşəratların
isə 15 minə yaxın növünü özündə cəmləməsinə
baxmayaraq, biomüxtəlifliyin
qorunub saxlanılması
ilə bağlı problemlər ölkəmizdən
də yan keçməyib.
Bu baxımdan əksər
ölkələrdə olduğu
kimi, Azərbaycanda da ətraf mühitin
mühafizəsi və
təbii sərvətlərdən
səmərəli istifadə
olunması problemlərinin
həllinə böyük
diqqət yetirilir. Bu çərçivədə də
1993-cü ildə xalqın
tələbi ilə yenidən müstəqil Azərbaycana rəhbərlik
etməyə başlayan
Heydər Əliyev tərəfindən ətraf
mühitin mühafizəsi
və bioloji müxtəlifliyin qorunmasına
xidmət edən bir sıra tədbirlər
həyata keçirildi.
Bizi əhatə edən təbiətə böyük qayğı və həssaslıqla yanaşan Heydər Əliyev: “Ətraf mühitə insani münasibət göstərilməsi,
biomüxtəlifliyin qorunub
saxlanılması bizim
gələcəyimiz üçün
çox vacibdir. Biz təbiətdən təcrid
olunmuş şəkildə
yaşaya bilmərik”,- deyirdi. Bu müstəvidə
də Heydər Əliyevin sərəncamı
ilə 2001-ci ilin may ayında Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
yaradıldı. Bu qurum
isə öz növbəsində
Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən
səmərəli istifadə
olunması problemlərinin
həllində böyük
rol oynamağa başladı. Buna paralel olaraq, respublikamız üçün aktual olan ekoloji problemlərin
həlli məqsədi
ilə Ətraf mühitin mühafizəsi
üzrə Milli Fəaliyyət Planı, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi
inkişafa dair” Milli Proqramı (Milli Strategiya və Fəaliyyət Planı) və digər dövlət proqramları qəbul edildi.
Milli Strategiya və Fəaliyyət Planının
məqsədi ekoloji tarazlığın tənzimlənməsi
və davamlı inkişafa nail olunması,
ölkədə olan bioloji müxtəlifliyin qorunub saxlanılması və onun səmərəli
istifadəsini təmin
edərək, gələcək
nəsillərə çatdırılmasıdır.
“Biomüxtəlifliyin qorunması
üzrə
Azərbaycan ön sıralardadır”
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Bioloji Müxtəlifliyin
Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı
Departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə
görə, son 10 ildə
təbiətin qorunması
məsələsinə daha
çox diqqət ayırılıb: “Azərbaycan
ərazisində fəaliyyət
göstərən təbiət
qoruqlarının mühafizəsi
yüksək dərəcədədir.
Ölkədə fəaliyyət göstərən
milli parklar, təbiət qoruqları və yasaqlıqların hər birinə ayrı nəzarət edilir. Mən görülən işlər arasında heyvanların qorunmasını
və bunun üçün də aparılan işlər arasında vəhşi heyvanların istirahət mərkəzlərindən yığılıb
təbiətə buraxılmasını,
xüsusilə, qeyd etmək istərdim. Belə ki, Ekologiya və
Təbii Sərvətlər
Nazirliyinin nadir və nəsli kəsilmək təhlükəsi qarşısında
olan heyvan növlərinin qeyri-qanuni
olaraq ovlanmasının
qarşısının alınması
üçün müəyyən
edilən cərimələrin
məbləğinin artırılması
təqdirəlayiq haldır.
Nazirlik tərəfindən hazırlanmış
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bir sıra nadir heyvan növlərinin ovlanmasına
görə cərimələrin
miqdarı bir neçə dəfə artırılıb. Bir baş
bəbirin ovlanmasına
görə qaldırılan
iddianın məbləği
şərti maliyyə
vahidinin 3 min misli, bir baş ceyranın
ovlanmasına görə
isə 500 misli miqdarında müəyyən
edilmişdir. Hazırda cərimə
sanksiyalarının daha
da artırılması
ilə əlaqədar
müvafiq sənədlər
hazırlanır”. H.Əlizadə
qanunsuz şəkildə
tutulmuş heyvanların
geri qaytarılmasından
sonrakı aqibətindən
danışdı: “Qoruqlardan
qanunsuz şəkildə
tutulmuş heyvanlar geri alındıqdan sonra Altıağac Milli parkının nəzdində “Vəhşi
heyvanların reabilitasiyası
və bərpası” Mərkəzində reabilitasiya
edilir və yenidən təbiətə
buraxılır. Eyni zamanda,
burada nadir və nəsli kəsilməkdə
olan heyvanların çoxaldılması işləri
də həyata keçirilir. Bütün görülən
işlər öz növbəsində nadir və
nəsli kəsilməkdə
olan heyvanların qorunması və artırılması üçündür”.
Diqqətinizə çatdıraq ki,
Ümumdünya Ətraf
Mühitin Müdafiəsi
Cəmiyyəti 6 il ərzində biomüxtəlifliyin bərpasına
və qorunmasına görə birinci yeri Azərbaycan və Estoniyaya verir. Hikmət Əlizadə də
təsdiqləyir ki, həqiqətən, bu sahədə Azərbaycan çox böyük göstəricilər əldə
edib.
“Qoruqlarımız Beynəlxalq
Təbiətin Müafizəsi
İttifaqı tərəfindən
mühafizə olunur”
Hikmət
Əlizadə bildirdi ki, biomüxtəlifliyin qorunub saxlanılmasında,
xüsusi mühafizə
olunan təbiət ərazilərinin rolu olduqca böyükdür:
“Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin
fəaliyyəti nəticəsində
nadir və nəsli kəsilməkdə olan
fauna və flora növlərinin
mühafizəsi, füsunkar
estetik gözəlliyə
malik ərazilərin antropogen təsirlərdən
kənar saxlanılması
və tam şəkildə
qorunub gələcək
nəsillərə çatdırılması
mümkün olur. Xüsusi mühafizə olunan təbiət əraziləri
sisteminin müasir tələblərə uyğunlaşdırılması
üçün bir sıra davamlı tədbirlər həyata keçirilmişdir”. Hikmət Əlizadənin
sözlərinə görə,
qoruqlarımız Beynəlxalq
Təbiətin Müafizəsi
İttifaqı tərəfindən
mühafizə olunur.
Son onillikdə biomüxtəlifliyin
qorunması daha çox aktual olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yarandığı vaxtdan
bioloji müxtəlifliyin
qorunub saxlanılması,
nadir bitki və heyvan növlərinin genofondunun mühafizəsi
və öyrənilməsi
istiqamətində daim
məqsədyönlü tədbirlər
həyata keçirmiş
və fəaliyyət
göstərdiyi qısa
müddətdə böyük
nəticələr əldə
etmişdir. Bu, həm
ölkə, həm də beynəlxalq səviyyəli ekoloq-alim və mütəxəssislər
tərəfindən yüksək
qiymətləndirilmişdir. Dövlət başçısı
İlham Əliyevin
2006-cı il 24 mart tarixli
sərəncamı ilə
təsdiq olunan “Azərbaycan Respublikasında
bioloji müxtəlifliyin
qorunması və davamlı istifadəsinə
dair Milli Strategiya və Fəaliyyət Planı” bioloji müxtəlifliyin qorunması və ölkə ərazisində
yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin
yaradılması istiqamətində
geniş perspektivlər
açmışdır. Son
onillikdə dünyada
bioloji müxtəliflik
və onun qorunması məsələsi
çox aktuallaşmışdır.
Qeyd etməliyik ki, 1992-ci ildə Braziliyanın
Rio-de-Janeyro şəhərində
keçirilmiş BMT-nin
Ətraf mühit və inkişaf üzrə konfransında Bioloji müxtəlifliyə
dair Konvensiyanın qəbul edilməsi və əksər ölkələr tərəfindən
imzalanması, bu məsələyə beynəlxalq
nüfuz qazandırmışdır.
Azərbaycan Respublikası bu
konvensiyaya 2000-ci ildə
qoşulub.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Həvva Cəlilova
Zaman.-2014.-12 aprel.-S.13.