“1 ton tullantı
kağızın emalı altı ədəd ağacın
qorunması deməkdir”
Yarandığı gündən indiyə
qədər yer üzü bütün nemətləri ilə insanlığa xidmət edir. Birbaşa olmasa da, insan demək olar ki, ona
lazım olan hər şeyi təbiətdən alır.
İnsan
bu nemətləri istifadə etdiyi ölçüdə də,
onu qorumalıdır.
Ətraf
mühitin təmizliyini
təmin etmək hər bir fərdin
üzərinə düşən
önəmli vəzifələrdəndir.
Bu baxımdan da, dünyanın bir çox ölkələrində tullantıların
yenidən istifadəsini
təmin etmək məqsədilə onların
emalı prosesinə üstünlük verilir.
İstər məişət, istərsə də sənaye tullantıları
emal edilərək, yenidən istifadəyə
qazandırılır. Bu həm ekoloji
təmizliyi, həm də israfın qarşısını almağa
kömək edir.
Kağız insanlar tərəfindən
ən çox istifadə olunan sənaye məhsullarından
biridir
İstehsalatın demək olar ki, bütün sahələrində istifadə
olunan məhsullardan biri də kağızdır. Kağız hazırda
dünyada insanlar tərəfindən ən
çox istifadə olunan sənaye məhsullarından biridir.
Kağız və ondan hazırlanan məhsullar insanların gündəlik
həyatında olduqca
önəmli yerə sahibdir. Xüsusilə,
elm və təhsil ocaqlarında, nəşriyyatlarda,
mətbu orqanlarda, həmçinin yüngül
və yeyinti sənayesində kağız
və ondan hazırlanan məhsullara böyük ehtiyac var. Kağız ixtira olunmazdan əvvəl, insanlar yazı yazmaq üçün qaya və ağac
parçalarından (papirus),
həmçinin gil lövhələr və heyvan dərilərindən
(perqament) istifadə ediblər. İlk dəfə e.ə
105-ci ildə Çində
icad olunan kağızdan əsasən
dövlət işlərində
istifadə olunub.
Çinlilər kağız hazırlamaq
üçün bambuk
və tut ağacından
istifadə ediblər.
Daha sonra (8-ci əsr) çinlilərdən
kağız istehsalının
sirrini öyrənən
ərəblər Misirdə
və Orta Asiyada (Səmərqənddə)
kağız fabriki inşa edirlər və 500 il
ərzində Şərqdən
Qərb ölkələrinə
kağız ixrac olunur. Qərb xalqları arasında
kağız istehsalına
ilk dəfə ispanlar
başlayır. Bundan sonra
İtaliyada (12-ci əsr),
Almaniyada (13-cü əsr)
və İngiltərədə
(14-cü əsr) kağız
istehsal olunur. Azərbaycanda isə kağız istehsalının
tarixi daha əvvəllərə - 9-10-cu əsrlərə
gedib çıxır.
O dövürdə Azərbaycanda
istehsal olunan kağızlar “Təbriz kağızı” kimi bütün dünyada tanınıb. Nəhayət ötən əsrin
ortalarında yeni nəsil kağızların
(sintetik kağız) istehsalına başlanılıb.
Qeyd edək ki, ölkəmizdə
sintetik kağız istehsal olnmur. Ancaq bu cür kağızlar
ölkəmizə xaricdən
idxal olunur. Bu kağız növü,
digər kağızlardan
fərqli olaraq, cırılmır, su keçirmir, nəmə və istiliyə davamlı olur. Sintetik kağızlardan daha çox divar kağızlarının (oboy)
hazırlanmasında istifadə
olunur.
Kağız istehsalında ağacdan
xammal kimi istifadə edə bilmirik
Bütün dünyada olduğu kimi ölkəmizdə də kağıza olan təlabat olduqca yüksəkdir. Lakin, ölkəmizdəki
mövcud meşə sahəsi kağız istehsalı üçün
zəruri olan ağacdan əsas xammal kimi istifadə
etməyə imkan vermir. Bu səbəbdən
də Azərbaycanda kağız istehsal olunmadığından ölkəmizə
kağız Rusiya, Ukranya, Qazaxıstan və Belarusiyadan gətirilir. Hal-hazırda
ölkəmizdə meşələrin
ümumi sahəsi 989,4 min hektardır. Bu da, o deməkdir ki, ərazimizin cəmi 11,4% ni meşələr təşkil edir. Ölkəmizdə adam başına təqribən
0,12 ha meşə sahəsi düşür ki, bu da
ümumdünya miqyasında
götürülən müvafiq
orta rəqmdən 4 dəfə (0,48 ha) azdır.
Məlumat üçün bildirək ki, dünya üzrə meşə örtüyünün
sahəsi 4 milyard hektardan bir qədər
çoxdur.
“Əhali dəstək verərsə bu sahədə daha çox uğur qazanmaq olar”
Ölkəmizdə tullantı kağızlar emal edilərək, karton istehsalı həyata keçirilir. Bakı şəhəri
və Respublikamızın
ayrı- ayrı regionlarından toplanmış
kağız tullantıları
Azərbaycan Kağız
ve Karton İstehsalatı Kombinatına
gətirilir. Burada müxtəlif
növ kağızlar
istehsal edilir və daha sonra
bu kağızlardan Xırdalan Karton Fabrikində karton məhsulları istehsal olunur. Bakı və Sumqayıt
şəhərlərinin müxtəlif
yerlərində qurulan
Kağız toplama məntəqələrinə gətirilən
tullantı kağızlar
təmizləmə prosesindən
keçirildikdən sonra
Kağız emalı zavoduna göndərilir.
Müsahibimiz “Azərsun”
şirkətinin kağız
məhsulları qrup direktoru Elşən Osmanov kağızın istehsalı barədə qəzetimizə ətraflı
məlumat verdi:
“Toplanan tullantı kağızlar əvvəlcə
yad maddədən təmizlənir. Daha sonra təxminən
600 və 800 kq ağırlığında olan
kağızlar preslənərək
təkrar istehsala verilir. İlkin mərhələdə kağız tullantılar su ilə qarışdırılaraq
xəmir halına salınır. Içərisinə müxtəlif kimyəvi maddələr əlavə
olunaraq aparatlar vasitəsilə qurudulur və hazır hala gəldikdən sonra xüsusi labaratoriyada standartlara uyğun olub-olmadığı
yoxlanılır. Əgər
istifadəyə yararlı
deyilsə, yenidən emal olunaraq proses
təkrarlanır. Tullantı
kağız məhsulları beş-altı dəfə tekrar emal olunduqda,
tərkibindəki liflər öz keyfiyyətini saxlaya bilir. Bu proses bir neçə dəfə də təkrar oluna bilər. Bu zaman
isə kağızın
keyfiyyətini artırmaq
üçün daha çox nişasta və digər maddələr əlavə
olunmalıdır. Bu gün Türkiyə və İran kimi qonşu ölkələrdə kağız
on dəfədən artıq
emal edilir. Bu zaman da təbii ki, kağızın tərkibindəki
lazımi maddələr
öz funksiyasını
itirir və əlavə olunacaq kimyəvi maddələrin
miqdarını artırmaq
lazım gəlir.
Ancaq tullantı kağızın
normal emalı beş-
altı dəfə olarsa, keyfiyyətli məhsul əldə etmək mümkündür”.
E. Osmanov onu da qeyd etdi
ki, kağız tullantılarının təkrar
emala qazandırılmasına
əhalimiz tərəfindən
də lazımi dəstək verilərsə
ciddi nailiyyətlər
əldə oluna bilər: “Əgər əhali dəstək verərsə, bu istiqamətdə daha çox uğur qazanmaq mümkündür.
Bu addım tullantıların
miqdarı azalacaq, təbii ehtiyatın qorunmasına yardım edəcək. Eyni zamanda
enerji sərfiyyatının
azalmasına və ölkə iqtisadiyyatının
güclənməsinə təkan
verəcək”.
Tullantı kağızların emala
qazandırılması bir
il ərzində
aşağıdakı nailiyyətlərin
əldə olunmasına
səbəb olur:
- 850 min yetişmiş şam ağacının kəsilməsinin
qarşısı alınır
- 1.8 mln ton CO2 qazının atmosferə buraxılmasının
qarşısı alınır
- Elektrik enerjisi sərfiyyatı 205 mln KWh azalır
- 2 mln m3 suyun sərf
olunmasının qarşısı
alır
“Tullantı kağızların
emalı yaşıllıqların
qorunmasına xidmət
edir”
Tullantı kağızın emal olunaraq yenidən istifadəsi ekoloji təmizliyin təmin olunmasında mühüm rol oynayır. Bu addım yaşıllıqların qorunması yol açır ki, bu da təmiz hava, sağlam həyat deməkdir. Qəzetimizə müsahibə verən ekoloq Telman Zeynalov hesab edir ki, ətraf mühitin qorunması adına ölkənin müxtəlif bölgələrində tullantı kağız toplayan məntəqələrin qurulmalıdır: “Tullantı kağızları toplamaq üçün respublikanın müxtəlif bölgələrində məntəqələr qurmaqla insanları cəlb etmək olar. Təqdim olunan kağız qarşılığında həmin insanlara müəyyən bir məbləğ ödənərsə, o da həmin pulu yeni kağız almağa sərf edər”. T. Zeynalov yaşıllıqların qorunması adına atılan addımları yüksək qiymətləndirdi: “Əgər tullantı kağızlar yığılaraq yenidən emal olunursa, bir ton kağızın emalı altı ədəd ağacın məhv olmasının qarşısını almaq deməkdir. Bu addım yaşıllıqların qorunması deməkdir ki, bu da insanın sağlamlığına xidmət edir. Bu yolla xəstəliklərin də qarşısı alınmış olur”.
Nemətləri “tükənməyəcək”
düşüncəsi ilə istifadə etmək bir gün onlardan
məhrum olmaq faktı ilə
qarşılaşmağımıza səbəb ola bilər. “Mənfi” və ya
“müsbət”- atdığımız hər bir
addım özümüzə geri
qayıdır. Hər bir fərd “mənim
əlimdən bir şey
gəlməz” şüarına qarşı “əlimdən gəldiyi
qədər” deyib, ətrafına fayda vermək üçün
çalışmalıdır.
Zaman.-2014.-16 aprel.-S.13.