Sumqayıt məktəbliləri olimpiadalarda ən yüksək nəticə
göstərirlər”
Ölkəmiz müstəqilliyimizin
ilk illərindəki çətinlikləri
artıq arxada qoyub.
İqtisadiyyatımızn bütün sahələri
sürətli inkişaf
yolubna qədəm qoyub. İndi respublikamızın bütün bölgələrində
tikinti-abadlıq işlərinin
sürətinə heyrətlənməmək
olmur. İstisnasız olaraq iqtisadiyyatımızın
bütin sahələrində
“ikinci nəfəs” açılıb. Bu müstəvidə Sumqayıt
da istisna deyil. Ölkənin böyük şəhərlərinədən
olan Sumqayıtda təhsil sahəsində də uğurlu addımlar atılır.
Sumqayıt təhsilinin dünəni,
bu günü və sabahı barədə ətraflı
məlumat əldə
etmək üçün
şəhər təhsil
şöbəsinin müdir
əvəzi Vaqif Ələkbərova müraciət
etdik. O rəhbərlik
etdiyi qurumun fəaliyyəti barədə
aşağıdakıları bildirdi:
1 “Ümummilli lider Heydər Əliyev ideyalarının Respublikamızın
Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı
olaraq, yaradıcılıqla
həyata keçirilməsi
sayəsində şəhərlərimizin,
kəndlərimizin siması
yaxşı mənada
dəyişib, dünya
iqtisadiyyatında maliyyə
böhranının dərinləşdiyi
bir dövrdə ölkəmizdə iqtisadiyyatın
dinamik inkişafı tərmin edilib, əhalinin maddi-rifah halı yüksəlib. Ölkəmizi tərəqqiyə aparan Heydər Əliyev ideyaları şəhərimizdə də
uğurla reallaşır.
Şəhərimizdə böyük zövq
və peşəkarlıqla
quruculuq və abadlıq işləri aparılır, Sumqayıt
Texnologiyalar Parkının,
yeni yaradılmış
onlarla istehsal sahələrinin timsalında
şəhərimiz müasir
tələblərə uyğun
sənaye mərkəzi
kimi formalaşır.
Son dövrlərdə şəhərimizdə
5 məktəb binası
tikilmiş, 6 məktəb
əsaslı təmir
olunmuş, 7 məktəbdə
2200 yerlik əlavə
tədris korpusu tikilmişdir. Üç məktəbdənkənar müəssisədə əsaslı
təmir və yenidənqurma işləri
aparılmışdır.
Şəhər Təhsil Şöbəsi
müəssisələrinin tədris-maddi bazasının
möhkərnləndirilməsi sahəsində son 2-3 il ərzində əhəmiyyətli işlər
görülmüşdür. Gənc nəslin milli-mənəvi, vətənpərvəlik
tərbiyəsini yaxşılaşdırmaq
məqsədilə son illərdə
Şəhər İcra
Hakimiyyəti başçısı
cənab Eldar Əzizovun təşəbbüsü
və yaxından dəstəyi ilə keçirilən müxtəlif
tədbilər - məktəblərin
“Şahin” komandalarının
hərbivətənpərvərlik paradı, “Şəhər
günü”, Kitab bayramı, tarixçilərin
konfransı, mikrorayonlar
və məhəllələr
üzrə gənclər
arasında futbol, mini futbol, velosiped idmanı, şahmat yarışlarının keçirilməsi,
nümunəvi məhəllələrin
təşkil olunması
zamanı idman meydançaları və qurğularının yaradılmasına
fıkir verilməsi artıq ənənə şəklini almaqla, şəhər ictimaiyyəti
tərəfindən rəğbətlə
qarşılanır. Respublika və
beynəlxalq miqyaslı
müsabiqələrdə Sumqayıt
məktəbliləri uğurla
çıxış edir
və müvəffəqiyyət
qazanırlar. 47 ölkənin
qatıldığı “Ətraf
mühitin mühafızəsi
üzrə VII Beynəlxalq
İNEPO layihəsində şəhərimizin
13 orta məktəbinin,
Təbiət Elmləri
Təmayüllü (TET) Gimnaziya,
“İstedad”, “Təfəkkür'
və Texniki və Təbiət Elmləri Liseyinin (TTEL) hazırladıqları layihələr
qəbul olunmuş, təqdimat sərgisində
Sumqayıt məktəbləri
dörd bürünc,
üç gümüş
medal qazanmışlar.
”Dilimiz varlığımızdır”
devizi altında keçirilən “Ana dilimizi
sevək, sevdirək” mövzusunda IX Respublika müsabiqəsində 36 nömrəli
məktəbin şagirdi
Türkan Heydərova qızıl, 43 saylı məktəbin şagirdi Aytac Hüseynova gümüş
medal almışdır. Ölkə Prezidentinin
sərəncamı ilə
keçirilən “Ən
yaxşı ümumtəhsil
məktəbi” və
“Ən yaxşı müəllim” müsabiqələrində
şəhərimizin 5 məktəbi
(30, 31 nömrəli məktəblər,
TET Gimnaziya, TTEL, “İstedad”
liseyləri) və 4 müəllimimiz qalib gəlmişdir. Beləliklə, müsabiqənin keçirilməyə
başlandığı vaxtdan
17 məktəbimiz (onlardan
üçü iki dəfə), 38 müəllimimiz
bu mötəbər müsabiqənin qalibi adını qazanmışdır.
Bakı və Sumqayıt məktəbliləri
arasında keçirilən
“Sabahın alimləri”
Beynəlxalq layihə
müsabiqəsinin Respublika
mərhələsində 16 nəfər Sumqayıt məktəblisinin layihələri
III dərəcəli diploma layiq görülmüşdür.
Fənn olimpiadalarnın
Respublika turunda Sumqayıt məktəbliləri
hər il olduğu kimi, bu il də
müvəffəqiyyətlə çıxış etmiş,
27 təmsilçimizdən iki nəfəri 1-ci, üç nəfəri
2- ci, yeddi nəfəri 3-cü, dörd
nəfəri mükafata
layiq 4-cü yerləri
tutmuşlar ki, bu da rayon və
şəhərlər arasında
ən yüksək nəticə hesab olunur.
Təhsil Nazirliyinin “Ümumtəhsil
məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması
barədə Təlimat”
pedaqoji kollektivlərdə
geniş müzakirə
edilmiş və tətbiqi giinün tələbinə çevrilmişdir. Hər il olduğu
kimi, bu il də şəhərimiz
üzrə ali məktəblərə qəbul
imtahanlarınm göstəriciləri
yüksək olmuş,
respublika üzrə ən yaxşı nəticələrdən hesab
edilmişdir. Bu il ali məktəblərə
sənəd vermiş
məzunlarımızın 54,3 faizi müxtəlif
universitetlərə qəbul
olunaraq, tələbə
adını qazanmışdır
ki, bu da
ötən ilin göstəricisi ilə müqayisədə 3,3 faiz
çoxdur. Beləliklə,
son illərdə şəhər
üzrə qəbul faizinin artımı davam etmiş, bu il artım tempi daha da yüksək olmuşdur.
Xüsusi
fərəh hissi ilə qeyd edirik
ki, bu il qəbul imtahanlarında TTEL-in məzunu
Flora Qafarova ən yüksək - 700 bal toplamışdır.
Şəhər üzrə
ümumilikdə 98 nəfər
(7 nəfər SÖTL, 1 nəfər
“İdrak” liseyi) 600-dən
çox bal toplamışdır
ki, bu da
ötən ilki göstəricidən çoxdur.
Sumqayıt şəhər TET Gimnaziyanın
şagirdi Yaxşı Şəfıyeva
və Texniki və TTEL-in şagirdi Həsənli Elçin
tam orta təhsili qızıl medalla başa vurmuş, qəbul imtahanlarında müvafıq olaraq 680 və 675 bal toplayaraq ümidləri doğrultmuşlar.
İstedadlı məzunlarımızın qəbul imtahanlarmdakı nailiyyətləri daim ölkə rəhəbərliyinin
diqqət mərkəzindədir.
2013-cü ildə də qəbul imtahanlarında yüksək
nəticə qazandıqlarına
görə şəhərimizin
ümumtəhsil məktəblərinin
məzunlarından 7 nəfəri
Prezident təqaüdünə
layiq görülmüşdür.
Ümumiyyətlə isə, təsis
olunduğu gündən
indiyə qədər
məktəblərimizin 83 məzunu
bu təqaüdə layiq görülmüşdür”.
Ceyhun Məmmədov
Zaman.-2014.-19 aprel.-S.6.