Şəhərimizin yeni xəstəxanası

 

Azərbaycan Respublikası müstəqil dövlət kimi fəaliyyət göstərdiyi dövr ərzində çox sürətli bir  inkişaf yolu keçmişdir. Respublrika rəhbərliyinin səyi nəticəsində  ölkə dinamik sosial-iqtisadi inkişaf yoluna çıxmış, demokratik müasir dövlət quruculuğu sahəsində mühüm işlər görülmüşdür. Demək olar ki, bütün bölgələrində yeni müəssisələr, zavodlar, fabriklər minlərlə yerləri açılmışdır.

 

Respublikanın bütün sahələrində olduğu kimi Sumqayıt şəhərində Respublika Prezidentin göstərişi ilə mikrorayonlarda, küçə parklarda müəssisələrdə təmir tikinti abadlaşma işləri gedir. Şəhər dinamik olaraq inkişaf edir. Müasir dünya standartlarına cavab verən zavodlar tikilir, texniki parklar yaradılır.

 

2013-cü ildə ölkədə 50 səhiyyə obyekti istifadəyə verilib. Onlardan biri Prezident İlham Əliyev cənablarının 19 aprel 2012-ci il tarixli sərəncamı ilə təmir olunan Sumqayıt 1 saylı şəhər xəstəxanasıdır. Həmin xəstəxana 2013-cü il oktyabr ayında Prezidentin şəxsən iştirakı xeyir-duası ilə açılmışdır. Xəstəxana ən yüksək səviyyədə təmir olunmuş, müasir tibbi avadanlıqlarla; Maqnit rezonans tomaqrafiyası, rəqəmsal rentgen aparatı başqa avadanlıqlarla təmin olunmuşdur.

 

Dövlət proqramına müvafiq olaraq xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin şəhərimizdə dializ müalicəsi alması üçün xəstəxanada  hemodializ  şöbəsi fəaliyyətə başlamışdır. Bu xəstəxana kompleksinin yenidən qurulması müasir standartlara uyğun əsaslı rekonstruktiv təmir olunması bütün tibb ictimaiyyətinin şəhər sakinlərinin sevincinə səbəb olmuşdur.

 

gün çox profilli xəstəxananı, poliklinika doğum evini birləşdirən tibb şəhərcəyinin ən müasir üslubda yenidən qurularaq şəhər əhalisinin istifadəsinə verilməsi Sumqayıt tarixində ən önəmli bir töhvə hesab hesab edilir. Sakinlərlə apardığımız söhbətlərdə onlar bu diqqət qayğıya görə möhtərəm Prezidentə təşəkkürlərini çatdırmağı xahiş etdilər. Sakinlər Prezidentə Azərbaycanın inkişaf tərəqqisində yeni-yeni uğurlar, böyük nailiyyətlər dilədilər.

 

Zaman.-2014.-19 aprel.-S.2.