İlin nominantları təqdim edildi

 

 NICAT XIDIRLI,

 

2 Fevral - Azərbaycan Gənclərİ Günü Sumqayit şəhərİndə gənclərİn yaddaşinda Gənclər İdman Baş İdarəsİnİn təşkİl etdİyİ sİlsİlə tədbİrlərlə qaldi

 

Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsi Gənclərlə sektorunun müdiri  Rüstəm Sadıqzadənin "Zaman-Azərbaycan"a verdiyi məlumata görə, 30 yanvar 2014-cü ildə yaradıcı, istedadlı ictimai fəal gənclərinin bir qrupu müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsini "Şəhidlər Xiyabanı"nı dərin ehtiramla ziyarət etmiş, abidələr üzərinə tər çiçək dəstələri qoyublar.

 

Uşaq Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin (UYYM) rəsm zalında məktəblilərin rəsm əl işlərindən ibarət "Gənclik Gələcəyimizdir!" adlı sərgi, Mərkəzin akt zalında isə "Gələcək bizimlədir!" adlı bədii-əyləncəli tədbir keçirilib. Tədbirlərdə çıxış edən Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev, Gənclər İdman Baş İdarəsinin rəisi Musa Həsənov Sumqayıt gənclərinin 2013-cü il ərzində müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərdən bəhs edərək, gəncləri tarixi gün münasibətilə təbrik etmiş, bundan sonrakı fəaliyyətlərində onları daha məsuliyyətli olmağa çağırıb.

 

Daha sonra ilin nominantları təqdim edilib

 

Əfqan Səfərli "İlin ictimai fəal gənci", Sumqayıt Musiqi Kolleci tələbə-gənclər təşkilatı "İlin fəal tələbə-gənclər təşkilatı", "Demokratik Gənclər" İctimai Birliyi "İlin fəal qeyri-hökumət gənclər təşkilatı", İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aytən Hacıyeva "İlin şagirdi", Prezident təqaüdçüsü, Qafqaz Universitetinin tələbəsi Flora Qafarova "İlin tələbəsi", 28 nömrəli tam orta məktəbin İnformatika müəllimi Fərid Ağahüseynov "İlin gənc müəllimi", AMEA Polimer Materialları İnstitutu "İşığa həssas polimerlər" laboratoriyasının elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Səidə Məmmədli "İlin gənc alimi"," 4 nömrəli uşaq poliklinikasının həkimi Gülbacı Məmmədova "İlin gənc həkimi, cüdo üzrə yeniyetmələr arasında Dünya Birinciliyinin qalibi Natiq Qurbanlı "İlin gənc idmançısı", "Təhsil" Respublika İdman Mərkəzi Sumqayıt Filialının cüdo üzrə məşqçi-müəllimi Emin Baydullayev "İlin gənc məşqçisi", Qafur Mustafayev "İlin gənc idman təbliğatçısı", Polis İdarəsi Cinayət axtarışı şöbəsinin müvəkkili, polis baş leytenantı Elvin Həsənov "İlin gənc polis işçisi", Gülzar Fərəcova "İlin gənc müğənnisi", Kənan Qədimov "Azərbaycan musiqisini beynəlxalq miqyasda təbliğ etdiyinə görə", Bəhlul Qədimov "İlin gənc rəssamı", Ömürtay Şükürlü "İlin gənc fotoqrafı", "Azərikimya" İstehsalat Birliyi Etilen-polietilen zavodunun işçisi Elvin Xasiyev "İlin gənc kimyaçısı", Bəhruz Quliyev "İlin gənc nümunəvi vergi ödəyicisi", "Arch Construction" MMC-nin təsisçisi və icraçı direktoru Aqşin İsmayılov "İlin gənc sahibkarı", Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt "ASAN Xidmət" Mərkəzinin könüllüsü Vüsalə Babayeva "İlin gənc könüllüsü", Prezident təqaüdçüsü Emin Piriyev "İlin gənc yazarı", Lider Televiziyasının rejissoru, "www.xeberle.com" xəbər portalının həmtəsisçisi Kamal Almuradlı "İlin gənc jurnalisti", "Dünya" MTRŞ-nin baş direktoru Əli Hüseynov "İlin gənc telejurnalisti" nominasiyalarında Baş İdarənin plaketlərilə təltif edildilər.

 

Tədbirin bədii hissəsində gənc müğənnilər Leyla Məmmədovanın, Gülzar Fərəcovanın, Kənan Qədimovun, Lil Orxanın, UYYM-in rəqs qrupununBülbül adına uşaq incəsənət məktəbinin xorunun ifaları yer alıb.

 

Zaman.-2014.-19 aprel.-S.3.