“Azərbaycan digər ölkələrlə
müqayisədə daha təhlükəsiz
və dostcanlı bir ölkədir”
VÜQAR AĞAMALIOĞLU,
Dünyanın ən böyük
media qurumlarından olan
“Thomson Foundation”nin əməkdaşı, köhnə
tanışım Den Meysonun
(Dan Mason) Azərbaycana gələcəyini
eşidəndə ismarış
göndərdim ki, Bakıda olanda görüşək. Məlumat üçün
deyim ki, D. Meyson İngiltərədə
qəzetlərdə, eyni
zamanda mühüm
media qurumlarında çalışıb.
O, Azərbaycandakı media işçiləri,
həmçinin jurnalistika
təhsil mərkəzləri
üçün treninqlər
təşkil edir. Elə 2009-cu
ildə də D. Meysonla tanışlığım
Bakı Dövlət Universitetində, jurnalistika
fakültəsində baş
tutub.
D. Meysonla söhbətim zamanı harada işlədiyimlə maraqlandı.
“Zaman-Azərbaycan” qəzetində
çalışdığımı deyəndə Denin nə qədər qəzet həvəskarı
olduğunu hiss etdim. Mən də onu Azərbaycana
gələn kimi ofisimizə dəvət etdim.
- Azərbaycanda gördükləriniz
və ümumiyyətlə,
Azərbaycan haqqında
nə
deyə bilərsiniz?
- Mən Azərbaycana 5 il əvvəl
gəlmişəm. İlk
gəlişimdə özümü
çox rahat və təhlükəsiz
hiss edirdim. Bu ölkə digər ölkələrlə müqayisədə
daha təhlükəsiz
və dostcanlı bir ölkədir. Mənim Bakıdan kənara çıxmağım 3 ilimi
aldı. Sonra regionlara
getdim. Azərbaycanın ən çox
sevdiyim cəhəti insanlarıdır. İnsanları çox gözəl xarakterə malikdirlər.
Mən keçən dəfə Qubaya getmişdim. Xınalıq kəndinə getdim.
Kənd çox gözəldir.
İnanılmaz dərəcədə mehriban insanları var.
Mobil jurnalistika ilə
bağlı kurslar, treninqlər zamanı Lənkəranda da oldum. Təbiəti müxtəlif gözəlliyə
sahib olduğu kimi, insanları da gözəl təbiətə
malikdir. Ölkəniz
əsla cansıxıcı
ola bilməz.
Dediyim kimi, müxtəlif gözəllikləri, insanların
mehriban olması Azərbaycanı vazkeçilməz
edir.
Novruz bayramını
xüsusi qeyd etmək istəyirəm. Möhtəşəm bir bayramdır. Çox maraqlı bayramdır.
Maraqlı tarixi və
adət-ənənəsi var. Bir neçə dəfə Novruz bayramlarında iştirak etmişəm. Əyləncəsi bol ölkədir. Azərbaycan rəqsləri inanılmaz
dərəcədə gözəldir.
Rəqslərinizi bir neçə
dəfə görmüşəm.
Arxitekturası, yeməkləri, insanları və mədəniyyəti ilə
çox gözəl,
əvəzolunmaz ölkədir.
- Azərbaycan mediası haqqında nə düşünürsünüz? Xüsusilə də, medianın
inkişafı ilə
bağlı fikirləriniz
maraqlı olardı?
- Xüsusilə, medianın
irəliləyişi, inkişafı
başqa ölkələrlə
müqayisədə çox
güclüdür. Azərbaycanın media üstünlüklərindən biri də əlaqədir.
İkinci isə jurnalistlərin
öz işlərini bilmələridir. Jurnalistlərin sayı da kifayət
qədərdir. Bəzi zəruri
hallarda jurnalist qıtlığı olmur.
Dünyada çox ölkədə
azərbaycanlı jurnalistləri
görmək olar.
Almaniyada
çoxlu azərbaycanlı
jurnalistə rast gəldim. Britaniyada belə rast
gəldim. Hətta başqa
ölkələrdə də
rast gəlmişəm.
Azərbaycanda neft sahəsində
də jurnalistikanın
inkişafı müşahidə
olunmaqdadır. Bu, hadisələrin yayımlanması
və başqa məsələlərin inkişafına
təkan verən elementlərdir. Mənim narahat
olduğum sahə Azərbaycanda jurnalistika üzrə təhsil sistemindəki keyfiyyətsizlikdir.
Jurnalistika təhsili verən
universitetlərin təcili
yenilənməsinə ehtiyac
var. Fikirimcə, jurnalistikada
praktika üstünlük
təşkil etməlidir.
Nəzəriyyə ilə jurnalistika
öyrətmək olmaz;
xüsusilə də müasir medianın
multimedia sahəsini. Bəlkə də
nəzəriyyə öyrətmək
olar, amma buna 4 ilin sərf
olunması mənasız
bir şeydir. Bu mənim jurnalistika
təhsil sistemində
gördüyüm ümumi
fikirlərimdir. Bu sistem yeni məzun
olmuş jurnalistika tələbələri üçün
işə başlayanda
problem təşkil edir.
Onlar universitetdə öyrənməli olduqları
nüansları artıq
iş yerində öyrənirlər. Beləcə də, bu məzunlar
yaşlı nəslin
təcrübəsindən yararlanırlar
və jurnalistikanın
inkişafına ən
böyük mane də
buradan başlayır.
Təhsil sisteminin bu cür olması jurnalistikanın inkişafının
qarşısını alır.
Azərbaycan mədəniyyəti hələ də çox güclüdür.
Azərbaycançılıq cəmiyyətə və ailəyə təsir göstərir.
Hansı
ki jurnalistikaya da təsir edir.
Buna görə, demək olar ki, Azərbaycanda jurnalistika sağlam mövqedədir. İnsani dəyərlərə
üstünlük vermək
müsbət jurnalistikanın
inkişafına təkan
verir.
Azərbaycan mediasının bir problemi də təbiəti sevdirmə jurnalistikasının zəif
olmasıdır. Qlobal problem kimi ən
ciddi məsələlərdən
biri də budur. Bununla bağlı nə
universitetlərdə dərs
verilir, nə də media qurumlarında kifayət qədər yazılır.
- Britaniya və Azərbaycan jurnalistikasında
fərqlər və oxşarlıqlardan danışa
bilərsinizmi?
- Fərqlər haqqında belə deyə bilərəm ki, Britaniya mediası multimedia
sahəsində çox
irəlidədir. Britaniyadakı hər jurnalist keyfiyyətli şəkil çəkməyi, səs
və video yayımlamağı
bacarır. Bu, Britaniyada ən adi bir jurnalistin
belə bildiyi və jurnalistdirsə, bilməli olduğu bacarıqdır. Azərbaycanda
“İphone” və
“Android” sistemli telefonlara
sahib olan jurnalistlərin
az olması
multimedianın inkişafını
bir az ləngidir.
Digər
bir fərqli cəhət isə buradakı jurnalistlərin
jurnalistlik bacarığı
daha aşağıdır.
Bu da təhsil
sistemindəki bayaq danışdığımız problemlərdən irəli
gəlir. Başqa bir
maraqlı fərq isə sosial media ilə bağlıdır.
Azərbaycanda 100-dən artıq jurnalistlə çalışdım.
Çox
təəssüf ki,
o jurnalistlərdən çox
azının ağıllı
telefonu var idi. Hətta nadir halda rast
gəldim. Ağıllı telefon jurnalistika üçün çox mühüm bir vasitədir. Hər iki
ölkənin sosial mediadan istifadə edərək, məlumat yaymaqda çox yaxşı imkanları
var. Sosial medianın imkanları burada Britaniyadan daha yaxşıdır, amma istifadə səviyyəsinə
və jurnalistlik bacarığına görə
Britaniya daha üstündür.
- Britaniyada Azərbaycanın
işıqlandırılması haqqında nə deyə bilərsiniz?
- Britaniyada çox adama yaxınlaşsan ki, Azərbaycanı xəritədə tap, çətin
ki, tapa bilsin. Tanınmayan bir yer üçün də xəbər vermək, informasiya yaymaq çətin işdir; təbii ki, bu ölkədə ciddi hər hansı bir hadisə baş verməyibsə. Ukraynanı Britaniyada
son hadisələrdən sonra
tanıdılar. Hazırda
Suriyada, Ukraynada yaşanan hadisələr bu yerlərin Britaniyada daha çox tanınmasına səbəb olub.
- Qarabağ məsələlərinin
işıqlandırılması haqqında nə deyə bilərsiniz?
- Mənə görə, Azərbaycan istər maraqlı olsun, istərsə də yox, Qarabağ problemi işıqlandırılmalıdır. Çünki Azərbaycanın ərazisi ilə müqayisədə böyük torpaqları işğal olunub və bundan bütün dünyanın xəbəri olmalıdır. Bir tərəfdən də Şərqi Avropada baş verənlər bütün Avropada maraqlı olmalıdır. Bunun üçün də çalışmaq lazımdır.
- Azərbaycanda gənc jurnalistlər haqqında nə deyə bilərsiniz? Onların imkanları və iş qabiliyyətləri haqqında...
- Azərbaycanda gənc jurnalistlərin sayı sürətlə artır.
Hər halda gənclər hər sahədə daha faydalıdır.
Yeni medianı gənc jurnalistlər daha yaxşı anlaya bilərlər. Diqqət edəndə
Azərbaycanda əksər
videolar və multimedia
şəklində informasiyalar
əsasən gənclər
və xüsusilə də, gənc xanımlar tərəfindən
daha çox yayımlanır. Xüsusilə də, sosial problemlərlə bağlı
məsələlər gənc
yazarlar tərəfindən
yayımlanır. Sizdə gənc
jurnalistlər tərəfindən
radiolar, media inkişaf
mərkəzləri, qeyri-hökümət
təşkilatları qurulur.
Müqayisə üçün onu deyim ki,
bizdə Britaniyada
media inkişafı qurumu
yoxdur. Bir tərəfdən düşünəndə Britaniyada
buna ehtiyac da yoxdur. Çünki Britaniyada media kifayət
qədər inkişaf
edib. Burada isə çoxlu
kurslar, treninqlər olur ki, bu
da gəncləri həvəsləndirir. Bu işdə gənclərin
rolu danılmazdır.
Bunlar müsbət şəkildə
baş versə, bu Azərbaycan üçün böyük
irəliləyişdir.
- Azərbaycanda 5
ildə hansı dəyişiklikləri gördünüz?
- Azərbaycan sürətlə
inkişaf edir. Bu inkişaf, bir
tərəfdən, varlı
insanları artırır,
digər tərəfdən
də, kasıb insanları artırır.
Güclü təbəqələşmə
gedir. Bakıda gördüklərimlə bağlı onu deyə bilərəm ki, Bakı inkişaf
edir və bir gün Londona
çatacaq, özündən
qabaqda hansı şəhər varsa, onu keçmək üçün çalışacaq.
Zaman.-2014.-22 aprel.-S.6.