Vətəndaş cəmiyyətinin inkişafında medianın əvəzsiz rolu danılmazdır

 

 

    Bu gün Azərbaycan mətbuatı, jurnalistikası özünün yeni inkişaf mərhələsini yaşayır. Bu sahədə kütləvi informasiya vasitələrinə dövlətin böyük dəstəyi danılmazdır. Prezident İlham Əliyevin KİV-in inkişafına, Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair imzaladığı sərəncamlarda mətbuata diqqət və qayğının bariz ifadəsidir.

  İki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülən ölkə başçısı bunu əməyinə verilən qiymət kimi xarakterizə edir. İlham Əliyev hesab edir ki, dövlət maraqlarını qorumaq üçün bu addımların atılması zəruridir: “Azərbaycan xalqı bu gün öz taleyinin sahibidirbizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə ki, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq”. Amma təəssüflər olsun ki, bu gün bəzi işinin öhdəsindən gələ bilməyən, qanunlara biganə yanaşan məmurların ucbatından media təmsilçilərinin hüquqları pozulur desək, yanılmarıq. Belə ki, Azərbaycan media məkanını indiyədək bir çox mətbu orqanı tərk edib. Bəzən də tənqidi yazıları məmurlar heç sevmirlər. Media eksperti Qulu Məhərrəmli deyir ki, tənqidi yazıları dünyanın çox yerində sevməsələr də inkişaf etmək, cəmiyyətdə gedən prosesləri doğru-dürüst bilmək üçün tənqidi mediaya hər zaman ehtiyac duyulur. Özünü müdafiə imkanları məhdud olduğuna görə cəmiyyətimiz zahirən elə görünür ki, vətəndaş tənqidi medianı dəstəkləmir. Amma qəzetdə tənqidi bir yazı gedən kimi buna dərhal reaksiya verilir. Deməli, bizdə bir çox məmur ictimai nəzarəti istəmir. Bu da öz mənfi nəticəsini  korrupsiyanın, rüşvətin miqyasında, qanunsuzluqlarda göstərir. Onu da qeyd etmək lazımdır ki, bəzən də jurnalistlərin öz peşə kodekslərini, öz peşə prinsiplərini bilməməsi ucbatından problemlər yaşanır.

Müəyyən dırnaqarası fəaliyyətlə məşğul olan jurnalistlər də varbu gün onlar müəyyən məhkəmə çəkişmələri ilə üz-üzə qalırlarsa, kimsə onlara təzyiq edirsə, bu onların fəaliyyətinin  peşə kodeksinin olmamasıdır. Amma bütün hallarda əgər jurnalist peşəkarlığı pozarsa, əgər jurnalist qanunvericiliyin tələblərinə riayət etməyibsə, bu jurnalistlərlə zor gücündə yox, hüququn dili ilə danışmaq lazımdır. Bu gün Azərbaycan Beynəlxalq Konvensiyaların üzvüdürAvropa Birliyi qarşısında bir sıra öhdəliklər götürübbu öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər addımlar atılır.

Jurnalist hüququ qorunurmu?

Hesablamalara görə, Azərbaycanda 50-yə yaxın jurnalist təşkilatı varonlar jurnalistlərin hüquqlarını tam qoruyurlar. Bir neçə il bundan əvvəl Azərbaycanda Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olmadığından jurnalistlərin hüquqlarının qorunmasında bəzən problemlər yaşanırdı. Bu gün təəssüflə vurğulamaq olar ki, Azərbaycanda xüsusilə region jurnalistlərinə qarşı bəzi yerli məmurlar tərəfindən biganə münasibət var. Amma yaxın zaman kəsiyində bu problemlər də yəqin ki, aradan qalxacaq.

Azərbaycanda Jurnalistlərin Həmkarlar İttifaqının koordinatoru Müşfiq Ələsgərlinin fikrincə, dünya praktikasında yeni mediada təhqir və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə və s. məsələlərə görə məsuliyyət nəzərdə tutulur:Jurnalistmedia qurumu üçün informasiyanın yayılmasından cəmiyyətin nə dərəcədə fayda götürməsi həmişə aktual məsələ olub.  Yəni ictimai önəm daşıyan informasiya yayılan zaman həddən ziyadə məsuliyyətli olmaq, həmin məlumatın gətirə biləcəyi nəticə və hətta fəsadları nəzərə almaq vacibdir”.

Regionda qalıb, fəaliyyət göstərmək, sözün həqiqi mənasında, qəhrəmanlıqdır”

 “Son illər Azərbaycanda jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb. Bu, əməkhaqlarının artırılması ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsində özünü göstərir”. JuHİ-nin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, redaksiyaların bir çoxunda əmək müqavilələri bağlanıb: “Biz Həmkarlar İttifaqı olaraq çalışırıq ki, jurnalistlərin əməkhaqları o səviyyəyə çatdırılsın ki, onlara redaksiyalardan verilən əmək haqları ilə ipoteka kreditlərindən yararlana bilsinlər. Lakin qeyd etməliyəm ki, bəzi bölgələrimizdə, o cümlədən Goranboy rayonunda jurnalistlər informasiya əldə etməklə bağlı ciddi maneələrlə rastlaşırlar. Yerli məmurlar, ümumiyyətlə, bölgə KİV-ləri ilə əməkdaşlıq etməkdən boyun qaçırırlar. Bir məmurdan informasiya almaq üçün saatlarla onun qəbuluna düşmək olmur. Dəfələrlə bölgələrdən qəzet üçün yazı hazırlamaq istəsək , bu, istək olaraq qalıb. Onu da qeyd edim ki, yerli icra strukturlarının bəzilərində KİV- işləyən məmurlar yoxdur. Lazımi məlumatı almaq istəyəndə ötür-ötür oyunu ilə rastlaşılır.

 Mingəçevir işıqlarıqəzetinin baş redaktoru Fərman Nəbiyev deyir ki, bəzi məmurlar qaldırılan problemlərlə maraqlanmırlar: “Elə isə bu mətbuat nəyə lazımdır? Bəzən elə olur ki kifayət qədər problemli yazılar qulaqardına vurulur”.

 Hazırda regionda qalıb, fəaliyyət göstərmək, sözün həqiqi mənasında, qəhrəmanlıqdır”,-deyən Fərman Nəbiyev onu da vurğuladı ki, bu gün bölgə mətbuatı kifayət qədər azad deyil: “Bu gün təhsil dalınca paytaxta üz tutan gənclərimiz təhsillərini bitirdikdən sonra öz doğma ocaqlarına qayıtmaq istəmirlər. Hətta bizdən jurnalistikanın əlifbasını öyrənənlər belə, redaksiyadan qaçırlar. Təbii ki, bunun da əsas səbəblərindən biri maaşın az olmasıdır. Bu da son anda kadr çatışmazlığı ilə nəticələnir”.

  Haqqımızı almağı bacarmalıyıq

Müşfiq Ələsgərli deyir ki, 2009-cu ilə qədər paytaxt jurnalistlərinin vəziyyəti o qədər ürəkaçan deyildi: “Jurnalistlərin hüquqlarının qorunması, əməkhaqlarının aşağı olması problemi, digər sosial problemlər, əmək müqavilələrinin bağlanmaması s. hər an gündəmdə idi. Biz çox böyük kampaniyalar keçirdik, 2008-ci ildə məcbur olub, bütün media qurumları bu məsələyə reaksiya verdilər. Biz Mətbuat Şurasının xətti ilə jurnalistlərin sosial problemlərini ortaya qoyduq ki, bu problemlər mütləq aradan qaldırılmalıdır. 2009-cu ildən sonra Prezident yanında xüsusi fond yarandı mən həmin fondun idarə heyəti seçildim. Orda da bu məsələləri davam etdirdik, nəticədə isə bu gün paytaxt jurnalistlərinin orta əməkhaqları 500-600 manata çatır. Gələcəkdə bu artım davam edəcək. İndi biz fəaliyyətimizi regionlara yönəltmişik. Bölgə jurnalistlərinin durumu haqqında çox kampaniyalara başlamışıq, əgər jurnalistlərimiz aktiv olsalar, bu proseslərə qoşulsalar, onların vəziyyətlərində bir dönüş olacaq. Yəni bu nəzəriyyə yox, praktikadır. Atatürkün bir məşhur şüarı var: “Haqq verilmir, haqq alınır”, yəni biz özümüzün olan haqqımızı almağı bacarmalıyıq.

Hüquqi-siyasi islahatların dərinləşdirilməsi

Böyük britaniyalı jurnalist, Beynəlxalq Jurnalistlər Federasiyasının eksperti Arjumand Vacid bölgələrdə jurnalistlərlə görüşərkən deyib: “Azərbaycanın bölgələrində jurnalistlərin durumu ilə maraqlandım, seminarlarda, treninqlərdə iştirak etdim. Belə bir nəticə əldə etdim ki, Azərbaycanda media sahəsində müəyyən bir irəliləyiş var. Əlbəttə, çətinliklər var. Bu çətinlik yeni demokratiya əldə etmiş ölkələrin hamısında var. Çox-çox illər bundan əvvəl bu ölkə sovetlər birliyinin tərkibində idi. O vaxtı yəqin ki, çox böyük məhdudiyyətlər var idi. Yeni  demokratik respublika kimi mənə elə gəlir ki, Azərbaycan öyrənir, inkişaf edir, irəliləyir. Mənə elə gəlir ki, hələ qabağa getmək üçün uzun bir dövr lazımdır. Bir çox ölkələrdə olmuşam müşahidələrimə görə bu problemlər orada da var. Demək olmaz ki, problem yoxdur. Amma problem varsa, deməli, onun həlli yolları da var. Hər halda problemlər inkişafla əlaqədar olan problemlərdir. Mən Cənubi Qafqaz regionunda çox olmuşam, mənə elə gəlir ki, Azərbaycandakı vəziyyət hər halda Gürcüstanda, Ermənistanda olan vəziyyətdən yaxşıdır. Ölkə yaxşı varlı ölkədir, nefti, qazı var. Mənə elə gəlir ki, media sahəsindəki problem bunun yanında cüzi bir şeydir, onun həlli yolları o qədər çətin deyil. Mən belə başa düşürəm ki, ayrı-ayrılıqda bu problemləri həll etmək olmaz, hamınız birləşməli problemlərinizi həll etməlisiniz”.

Federasiyanin digər nümayəndəsi, ekspert Adrien Colin Azərbaycanda keçirilən təlimlərə 2010-cu ildən qatıldığını dedi: “Məqsədimiz jurnalist təşkilatlarında Həmkarlar İttifaqının fəaliyyətini gücləndirməkdir. Həyata keçirəcəyimiz layihələr üçün regionlarda jurnalistlər haqqında məlumat almaq onların şəraitini öyrənməkdir”.

Cəbhəyanı bölgələrdə çalışan jurnalistlər gözlənilməz problemlərlə üzləşirlər. Belə ki, onların ən ümdə problemi ezamiyyə problemidir. Qarabağ bölgəsinin xüsusi müxbiri Teymur Zahidoğlu deyir ki, son vaxtlar Qarabağ bölgəsində çalışan müxbirlər maddi vəziyyətlə bağlı işdən çıxmağa məcbur olublar. Çünki bir xəbər dalınca azı 2-3 dəfə bölgələrə getməli olurlar. Bu da ezamiyyə ödənilmədiyinə görə problem yaradır. Bu kimi problemlərin aradan qaldırılması üçün bölgə KİV- həmkarlar təşkilatının yaradılmasının zəruri olduğu bildirilir.

Ümumiyyətlə, cəmiyyət həyatında müşahidə olunan fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısı İlham Əliyev bunu nəzərə alaraq, xüsusi qeyd edir ki, respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə qəbuluna daha yaxşı imkanlar yaranıb. Bu çağırışın əsasında Azərbaycanda liberal dəyərlərin, insan vətəndaş hüquq azadlıqlarının prioritetinə əsaslanan idarəetmə modelinin formalaşdırılması məqsədi dayanır.

 

 

Esmira Hidayətova

Zaman.-2014.-5 avqust.-S.13.