Vətəndaş cəmiyyəti və hüquqi dövlət:
qarşılıqlı əlaqə və
qarşılıqlı fəaliyyət
Vətəndaş cəmiyyətinin müasir
əhəmiyyəti ondan
ibarətdir ki, o, hökumətə qarşı
dura bilən, onun fəaliyyətinə nəzarət edən, hökumətə yerini göstərməyə qadir
olan bir cəmiyyətdir. Başqa sözlə, vətəndaş
cəmiyyəti öz
dövlətini hüquqi
dövlətə çevirməyi
bacaran bir cəmiyyyətdir. Bununla belə,
bu heç də o demək deyildir ki, vətəndaş
cəmiyyəti yalnız
dövlətlə mübarizə
aparmaqla məşğuldur.
Sosial dövlət prinsipləri
çərçivəsində vətəndaş cəmiyyəti
dövlətə sosial-iqtisadi
proseslərə aktiv müdaxilə etmək imkanları verir.
Hüquqi dövlət və
vətəndaş cəmiyyəti
eyni sosial tarixi hadisənin - inkişaf etmiş sənaye və post sənaye cəmiyyətinin
iki müxtəlif tərəfidir. Birincisi formanın,
ikincisi isə məzmunun göstəricisidir.
Forma kimi dövlət
vətəndaş cəmiyyətinin
maraqlarını əks
etdirir; onun idarə edilməsi və sonrakı inkişafını həyata
keçirir və vətəndaş cəmiyyətinin
maraqlarına uyğun
gəlir, hüquqi qaydada onları müdafiə edir.
Hüquqi dövlət vətəndaş
cəmiyyətinin idarə
olunmasının əsaslarından
biri kimi onunla qarşılıqlı
şəkildə əlaqəlidir. Eyni zamanda
hüquqi dövlətə
tamamilə özünəməxsus
vətəndaş cəmiyyəti
institutu kimi də baxmaq olar. Axı dovlət son nəticədə
vətəndaşların müəyyən
tələbatlarının ödənilməsi mexanizmi
kimi özünü göstərir, hansı ki, onlarsız vətəndaş cəmiyyətinin
varlığını təsəvvür
etmək ağlasığmazdır.
Belə
bir sual ortaya çıxa bilər: vətəndaş
cəmiyyəti olmadan
hüquqi dövlət
mümkündürmü? Şübhəsiz,
bu iki anlayış
arasındakı sıx
əlaqə və təbii ki, sosial fəaliyyət forması var, lakin bu əlaqə
hər şeydən əvvəl ayrılmaz “eynivaxtlılıq” prinsipi,
qarşılıqlı əlaqə
səviyyəsindədir. Vətəndaş cəmiyyəti olmadan hüquqi dövlət mümkün deyil, çünki hüquqi olmayan dövlətdə vətəndaş cəmiyyətinin
necə də olsa, qurulması mümkün deyil.
Tarixi reallıqlar şəraitində,
demək olar ki, məsələ belə qoyulub: əgər qəti şəkildə, sözün
tam mənasında, hüquqi
dövlət yoxdursa, əvvəlcə, vətəndaş
cəmiyyəti qurmaq lazımdır, eyni zamanda mübarizədən
imtina etmək olmaz, heç olmasa, o əsasa görə ki, hələlik, vətəndaş
cəmiyyəti qurulmamışdır.
Tarixin müxtəlif mərhələlərində
hüquqi dövlət
qurulması yolunda ayrı-ayrı uğurların
qazanılması nisbətən
zəif vətəndaş
cəmiyyətində heç
də nadir hallarda baş verməmişdir.
Belə ki, əksər hallarda, tarixdə bir sıra ölkələrdə
dövlət özü
insan hüquqları problemini həll edir, hüquqi strukturları təkmilləşdirir.
Və əksinə, əgər diktatura ilə mübarizədə
vətəndaş cəmiyyətinin
daha güclü strukturları formalaşıbsa,
onlar hüquqi dövlətin qurulmasında
motor rolunu oynaya bilər.
Vətəndaş cəmiyyəti və dövlət özünəməxsus
dialektik əksliyin vəhdətidir. Bu cür
vətəndaş cəmiyyəti
hüquqi dövlətin
bünövrəsini təşkil
edir. Vətəndaş cəmiyyəti və
hüquqi dövlət
məntiqi şəkildə
bir-birini gözləyir
- biri olmadan o birisi mümkün deyil. Eyni zamanda vətəndaş cəmiyyəti öndə
gəlir: o hüquqi dövlətin həlledici
sosial-iqtisadi fonunu təşkil edir.
Ümumilikdə qəbul edilmişdir ki, hüquqi dövlətdə vətəndaş
cəmiyyətinin inkişaf
etmiş institutları
fəaliyyət göstərməlidir. Ənənəvi olaraq bu institutlar
sırasına birinci növbədə siyasi partiyalar, həmkarlar təşkilatı, qeyri-hökumət
təşkilatları, kütləvi
informasiya vasitələri,
həmçinin ailə,
məktəb, biznes və s. daxildir. Bu institutlar vasitəsilə
vətəndaşlar sərbəst
şəkildə, dövlətin,
onun orqanlarının
və məsul şəxslərının birbaşa
iştirakı olmadan gündəlik həyat fəaliyyətləri ilə
bağlı əksər
problemlərini həll
edirlər. Və dövlət
nə qədər demokratikdirsə, vətəndaşların
öz problemlərinin
həlli üçün
dövlətə müraciət
etmək ehtiyacı o qədər azdır.
Başqa
sözlə, vətəndaş
cəmiyyəti kənar
müdaxiləyə ehtiyac
duymayan özünütənzimləyən
təşkilat kimi fəaliyyət göstərir.
İnkişaf etmiş vətəndaş
cəmiyyəti institutlarının
əlahiddə əhəmiyyət
daşıması onunla
şərtlənir ki,
o, hüquqi dövlətin
sosial əsasını
təşkil edir ki, onsuz sonuncunun
varlığı mümkün
deyil. Vətəndaş cəmiyyətinin qurulması Azərbaycan cəmiyyətinin modernləşdirilməsi,
Azərbaycan Respublikasının
nəhəng sosial-siyasi,
iqtisadi və hüquqi islahatlar yolu ilə inkişaf
etməsinin vacib şərtlərindən birinə
çevrilir.
Vətəndaş cəmiyyətinin müasir
əhəmiyyəti ondan
ibarətdir ki, o, hökumətə qarşı
dura bilən, onun fəaliyyətinə nəzarət edən, hökumətə yerini göstərməyə qadir
olan bir cəmiyyətdir. Başqa sözlə, vətəndaş
cəmiyyəti öz
dövlətini hüquqi
dövlətə çevirməyi
bacaran bir cəmiyyətdir. Bununla belə,
bu heç də o demək deyildir ki, vətəndaş
cəmiyyəti yalnız
dövlətlə mübarizə
aparmaqla məşğuldur.
Sosial dövlət prinsipləri
çərçivəsində vətəndaş cəmiyyəti
dövlətə sosial-iqtisadi
proseslərə aktiv müdaxilə etmək imkanları verir. Bu, başqa məsələdir
ki, o, dövləti əyilməyə qoymur, sosial sistemi totalitarlaşmağa imkan vermir. Bu cür
imkanlar yalnız müəyyən iqtisadi şərtlər - iqtisadi
müstəqillik, mülkiyyətin
müxtəlif formaları,
bazar münasibətlərinin
olduğu halda mümkündür. Vətəndaş cəmiyyətinin təməlində
isə şəxsi mülkiyyət dayanır.
Mənz bu amil vətəndaş
cəmiyyəti üzvlərini
iqtisadi asılılıqdan
xilas edir.
Beləliklə, vətəndaş cəmiyyətinin
dövlətlə qarşılıqlı
münasibəti əsasən
aşağıdakı məqamlarla
xarakterizə olunur:
- Vətəndaş cəmiyyətinin
bazası özəl və digər mülkiyyət formaları,
bazar iqtisadiyyatı, siyasi plüralizmdən ibarətdir;
- vətəndaş cəmiyyəti dövlətlə
həm nisbi azad, həm də ona qarşı
duran güc kimi onunla əkslik
təşkil edən vəhdətdədir;
- vətəndaş cəmiyyəti - cəmiyyət
üçün bütün
təsərrüfat və
siyasi məsuliyyəti
öz üzərinə
götürən azad
mülkiyyətçi vətəndaşların
cəmiyyətidir;
- vətəndaş cəmiyyəti subyektlər
arasında şaquli əlaqə (koordinasiya prinsipi) ilə qurulmuş sistemdən ibarətdir;
- vətəndaş cəmiyyətinin inkişafı
və hüquqi dövlətin yaranması
ilə dövlət və cəmiyyətin yaxınlaşması və
qarşılıqlı inteqrasiyası
baş verir: mahiyyət etibarilə hüquqi dövlət vətəndaş cəmiyyətinin,
onun siyasi formasının təşkili
üsuludur;
- vətəndaş cəmiyyəti və hüquqi dövlətin qarşılıqlı fəaliyyəti
demokratik hüquqi dovlətin formalaşması,
demokratik-sosial hüquqi
dövlətin yaranmasına
yönəlmişdir.
Beləliklə, “vətəndaş cəmiyyəti”
anlayışı cəmiyyətin
müəyyən inkişaf
səviyyəsi, onun vəziyyəti, sosial-iqtisadi,
siyasi və hüquqi yetkinlik mərhələsi ilə
xarakterizə olunur.
Bu və ya digər
ölkənin spesifikasından
asılı olmayaraq, vətəndaş cəmiyyətinin
əsasını təşkil
edən bir sıra ümumi ideya və prinsiplər
göstərmək olar:
1) İqtisadi azadlıq, mülkiyyət formasının
müxtəlifliyi, bazar
münasibətləri.
2) İnsan və vətəndaşın təbii
haqlarının qorunması
və müdafiəsinin
şərtsiz qəbul
edilməsi.
3) Hakimiyyətin legitimliyi və demokratikliyi.
4) Hamının qanun və ədalət qarşısında bərabərliyi,
şəxsiyyətin etibarlı
hüquqi müdafiəsi.
5) Hakimiyyətin bölünməsi
və qarşılıqlı
əlaqəsi prinsipinə
əsaslanan hüquqi dövlət.
6) Siyasi və ideoloji plüralizm, leqal müxalifətin varlığı.
7) Söz, mətbuat, fikir azadlığı, kütləvi informasiya vasitələrinin müstəqilliyi.
8) Dövlətin vətəndaşların
şəxsi həyatına
müdaxilə etməməsi,
onların qarşılıqlı
vəzifə və məsuliyyətləri.
9) Sinfi həmrəylik, əməkdaşlıq və
milli konsensus.
10) İnsanların layiqli həyat səviyyəsini təmin edən səmərəli sosial siyasət.
Vətəndaş cəmiyyəti insanlar
arasında real şəkildə
mövcud olan əsasən iqtisadi, şəxsi, özəl fəaliyyət sferası olub,
siyasi dövlət
quruluşu deyil. Bu, valyuntarist idarəetmə
üsuluna malik şəxsi hakimiyyət rejiminin, sinfi bərabərsizliyin, totalitarizmin,
zorakılığın olmadığı
qanun və əxlaqın, ədalət
və humanizm prinsipinin yer aldığı azad, demokratik, hüquqi sivil cəmiyyətdir.
Dövlətin rolu birinci növbədə
asayişi qorumaq, cinayətkarlıqla mübarizə
aparmaq, fərdi və kollektiv mülkiyyətçilərin fəaliyyətinə
maneəsiz şərait
yaratmaq, onların hüquq və azadlıqlarını təmin
etməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifə ni hazırladı:
Loğman Məmmədov
Zaman.-2014.-7 avqust.-S.13.