Hüquqi dövlətin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının rolu

 

             

 Hüquqi dövlətdedikdə tədqiqatçılar heç həmişədemokratik dövlət”i nəzərdə tutmurlar. Dövlətin həm hüquqi, həm demokratik olduğunu göstərmək üçündemokratik hüquqi dövlətterminindən istifadə etmək yerinə duşər. Tədqiqatçıların fikrincə, elə dövlətlər var ki, təyinatına görə qeyri-demokratikdirlər, lakin bununla yanaşı, hüquqi dövlətin yüksək inkişaf səviyyəsinə malikdir. Bunun tipik nümunəsi Honkonqdur - demokratiyası olmasa da, hüquqi dövlət institutlarının yüksək inkişaf göstəriciləri danılmazdır. Demokratikləşmə prosesi formalaşmış inkişaf etmiş institutları olan hüquqi dövlətlə bu institutlardan məhrum olan dövlətdə müxtəlif nəticələr baş verə bilər.

 Qanunun aliliyi onun mahiyyəti, başqa sözlə, qanunda nəyin təsbit edildiyi ilə bağlıdır. Çünki qanunlar ədalətli ədalətsiz ola bilər. Faşist Almaniyasında, Stalin dövründə qanunlar vardı, fəaliyyət göstərirdi. Məsələnin kökündə duran odur ki, qanun ədalət ideyasına, ümumbəşəri dəyərlərin prioritetinə, bu yolla özünün hüquqi mahiyyətinə uyğun gəlsin. Qanun xalqın böyük əksəriyyətinin iradəsinə uyğun gələ hüquqi ola bilər. Xalqın böyük əksəriyyətinin iradəsini real şəkildə yerinə yetirmək mexanizmi var - bu, ictimai rəyin daha dolğun əks edilməsi, aşkarlıq söz azadlığından ibarətdir. Dövlətçilik praktikasında seçkilər referendum formasından istifadə edilir. Beləliklə, dövlət hakimiyyəti öz qanunlarında xalqın iradəsini əsas götürməli yalnız bu qanun hüquqi sayılmalıdır.

  Qanunun aliliyi yalnız qanunların mahiyyətini əks etdirmir, dövlətin orqanları məsul şəxslərinin bağlılığını, həm bütün vətəndaşlardan qanunun qorunması əməl olunmasını tələb edir. Qanunun aliliyi həm bir-birini inkar etməyən normativ aktların müəyyən iyerarxiyasını təyin edir. Dövlətdə qanunlar hüququn beynəlxalq normalarına uyğun olmalıdır. Əsas qanun - Konstitusiya bu iyerarxiya pilləkənində başda gəlir digər normativ aktlar ona uyğun olmalı, əksinə getməməlidir.

Qanunun aliliyi təkcə ölkə əhalisinin böyük əksəriyyətinin iradəsini əks etdirməklə şərtlənmir. Qanunun qəbul edilməsi işləmə prinsipinin özü onu bütün digər normativ aktlardan üstün tutur, istənilən hüquq sistemində onun xüsusi yerini təyin edir. Qanuna hörmət hüquqi dövlətin ayrılmaz xüsusiyyəti, bütün vətəndaşların şüur fəaliyyətinin atributudur.

Dövlət hakimiyyətinin sivil mövcudluğu yalnız qanunverici, icraedici məhkəmə funksiyalarının aydın prinsipləri əsasında ola bilər.

Heç bir hakimiyyət özünə aid olmayan funksiyanı mənimsəməməli, qanunun aliliyini dəqiqliklə rəhbər tutmalıdır. Konstitusiya hakimiyyətin bölünmə sistemini, parlamentin, hökumətin, prezidentin səlahiyyətlərinin həyata keçirilməsini, federal orqanlar onların subyektlərinin səlahiyyətlərinin məhdudlaşdırılmasını təyin edir.

Hakimiyyətin funksiyasının bölunməsi qarşılıqlı dözüm ziddiyyət şəraitində mümkündür. Belə mexanizmə orqanların seçkililiyi, icraedici orqanların məsul şəxsləri orqanların fəaliyyyətinə deputat nəzarətini, ayrı-ayrı məqamlarda məsul şəxslərin formalaşması, seçilməsi, təsdiq edilməsi, referendum elan edılməsi, parlament sessiyasının çağırılması hüququnu s. aid etmək olar.

Hakimiyyət bölgüsünü heç bir halda onların qarşıdurması kimi qəbul etmək olmaz. Əksinə, Konstitusiya buna yol verməz. Hakimiyyət bölgüsü konsepsiyasına uyğun olaraq, hakimiyyətin hər bir qolunun - qanunverici, icraedici məhkəmə sisteminin öz təyinatı (funksiyası) var uyğun səlahiyyətlə təsbit edilir: hakimiyyətlər öz səlahiyyyətlərini reallaşdırmaqda sərbəst azaddırlar; bir-birini qarşılıqlı şəkildə dəstəkləmək nəzarət etmək imkanına malikdirlər. Heç bir hakimiyyət başqasının funksiyasını öz üzərinə götürə bilməz, lakin ayrılıqda fəaliyyət göstərmək imkanı da yoxdur. Buna görə hakimiyyətlər qarşılıqlı şəkildə bir-birini tamamlamalı, bütövsiyasi orqanizmyaradaraq xalqın rifahı üçün fəaliyyət göstərən ardıcıllıq lazımi əlaqə saxlamalıdırlar.

 

Hüquqi dövlətdə azad, lakin hüquqi cəhətdən nizamlanan dördüncü hakimiyyət - kütləvi informasiya mənbələri olmalıdır. Tam şəffaflıq cəmiyyətin geniş informasiya təminatı, aşkarlıq olmasa, hüquqi dövlət vətəndaş cəmiyyətinə xidmət göstərə bilməz. İnformasiya xidməti hüquqi dövlətin yeni vacib funksiyasıdır.

Öz hüquqi dövlət quruculuğu yolu ilə gedən bütün dünya dövlətlərində dördüncü ikinci (icraedici) hakimiyyət arasında qarşıdurma olur. Jurnalistlər  maneəsiz informasiya almaq (dövlət qanunla qorunan xüsusi sirlərdən başqa) hüquq azadlıqlarına dövlət hakimiyyət orqanları tərəfindən riayət olunmasını tələb edirlər. Hakimiyyət isə qəzet səhifələri televiziya ekranlarından gələn tənqidi aradan qaldırmağa çalışır.

Bununla yanaşı, əlbəttə, söz informasiya azadlığından neqativ məqsədlər üçün istifadə edilməməlidir. Bu sahədə sui-istifadə hüquqi dövlətin fəaliyyətinin özünü deformasiya edir.

Dövlət vətəndaşın qarşılıqlı məsuliyyəti onların bərabər subyektlər kimi tanınması ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, məhz dövlətin rolunun şişirdilməsi şəxsiyyətin siyasi arenadan sıxışdırılmasına səbəb olur dövlət tərəfindən bu cür hallarda hüquq azadlıqların təmin edilməsi formal xarakter daşıyır. Hüquqi dövlətdə dövlət vətəndaş qarşısında necə məsuliyyət daşımalıdırsa, vətəndaş da dövlət qarşısında eyni məsuliyyəti daşımağa borcludur. Dövlət vətəndaşların normal həyat şəraitinin qarantı olmalı bu vəzifəni yerinə yetirməkdə cavabdehlik daşımalıdır. Əgər həm dövlət, həm vətəndaş üzərinə düşən məsuliyyəti yerinə yetirirsə, onda dövlət hüquqi sayılır. Hüquqi dövlətin əsas prinsipini nəzərə alsaq, demək lazımdır ki, hər prinsipin meyarı insan olmalıdır. Göstərilən prinsiplərin həyata keçirilməsi hüquqi dövlətə doğru atılan addımları əks etdirir.

Onu da qeyd etmək lazımdır ki, müxtəlif ölkələrin inkişaf praktikası göstərir ki, ölkədə demokratiyanın mövcudluğu heç həmişə inkişaf etmiş hüquqi dövlətin mövcudluğunu göstərmir. Ona görə hüquqi dövlətdedikdə, tədqiqatçılar heç həmişədemokratik dövlət”i nəzərdə tutmurlar. Dövlətin həm hüquqi, həm demokratik olduğunu göstərmək üçündemokratik hüquqi dövlətterminindən istifadə etmək yerinə duşər. Tədqiqatçıların fikrincə, elə dövlətlər var ki, təyinatına görə qeyri-demokratikdirlər, lakin bununla yanaşı, hüquqi dövlətin yüksək inkişaf səviyyəsinə malikdir. Bunun tipik nümunəsi Honkonqdur - demokratiyası olmasa da, hüquqi dövlət institutlarının yüksək inkişaf göstəriciləri danılmazdır. Demokratikləşmə prosesi formalaşmış inkişaf etmiş institutları olan hüquqi dövlətlə bu institutlardan məhrum olan dövlətdə müxtəlif nəticələr baş verə bilər. Honkonq tipli dövlətlərdə demokratikləşmə iqtisadi inkişafa islahatlara səbəb ola bilər. Amma Türkmənistan tipli dövlətlərdə iqtisadi inkişafı əhəmiyyətli dərəcədə zəiflədə islahatlara yol açmaya bilər, çünki zəif institutları olan dövlətdə demokratikləşmənin nəticələrindən biri, əvvəlcə, mövcud olan institutların sıradan çıxması xüsusi qrupların siyasətə təsirinin güclənməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı:

 

Loğman Məmmədov 

Zaman.-2014.-9 avqust.-S.13.