İnsan hüquqlarının təmin
edilməsi hüquqi dövlət quruculuğuna xidmət edir
Hər bir dövlətin sivil inkişafı
və güclü dövlətə çevrilməsi,
ilk növbədə, qanunların aliliyinə
xidmət edən hüquqi dövlət quruculuğundan
asılıdır. Bunu inkişaf etmiş qüdrətli dövlətlərin
insan hüquqlarının
qorunması ilə bağlı zəngın təcrübəsi də sübut etməkdədır. Bu baxımdan ötən əsrin 40-cı illərindən
başlayaraq, insan hüquqlarının ən
yüksək səviyyədə
təmin edilməsi sivil inkişafın qaçılmaz zərurəti
kimi gündəmə
gəldi. Bu baxımdan
1948-ci il, dekabr ayının 10-da qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
ilə insan hüquq və azadlıqlarının təmini
sahəsində yeni bir mərhələnin əsası qoyuldu. Beləliklə, əsas insan
haqları - yaşamaq,
azadlıq, bərabərlik,
mülkiyyət və
təhlükəsiz yaşamaq
hüquqları demokratik
ölkələrin başlıca
məqsədinə çevrildi.
Fransada hüquqi dövlət quruculuğunun əsası
qoyuldu
Təsadüfi deyil ki, hələ XVII-XVIII əsrlərdə
yaşayıb-yaratmış, məhşur fransız mütəfəkkiri Ş.L.Monteskye
hüquq elmlərinin ensiklopediyası
sayılan “Qanunların ruhu haqqında” əsərində
üç hakimiyyətin
- qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölgüsü
modelini yaratdı. Ş.L.Monteskyeyə görə, azadlıqlar
qanunlarla icazə verilən hər bir şeyi etmək
hüququndan ibarətdir.
Bunlar nəinki hüquqi dövlət haqqında nəzəri biliklərin inkişafına
böyük təkan verdi, habelə
qanunvericilikdə əks
olunaraq, təcrübədə
tətbiq edildi. Məsələn, ABŞ-ın
1787-ci il tarixli, Fransanın 1791, 1795, 1848-ci il konstitusiyaları,
Fransanın 26 avqust
1789-cu il tarixli “Vətəndaş və insan hüquqları B\bəyənnaməsi” hakimiyyətin
bölünməsi, vətəndaşların
hüquq və azadlıqlarının təmin
edilməsi, vətəndaş
cəmiyyətinin yaradılması
istiqamətində qanunvericilik
tarixinin uğurlu addımlarıdır. İnsan
hüquq və azadlıqları müasir
dünyada demokratik inkişafın ayrılmaz
hissəsinə, bəşəriyyətin
mənəvi-hüquqi, siyasi
ideallarının ali təzahurünə,
vətəndaş cəmiyyətinin
yetkinliyinin başlıca
meyarına çevrilmişdir.
Qloballaşan dünyada hər bir dövlətin demokratik dəyərlərə
sadiqliyi, ilk növbədə,
onun insan hüquqlarına münasibəti
ilə müəyyən
olunur. Məlum olduğu kimi,
insan hüquqları şəxsin dövlətə
münasibətdə hüquqi
statusunu, onun iqtisadi, sosial və mədəni sferalarda imkan və tələblərini
xarakterizə edən anlayışdır.
Azərbaycanda hüquqi dövlət
quruculuğu sahəsində
ilk addımlar
Bəşəriyyətin yeni inkişaf dövrünə qədəm
qoyduğu XXI əsrdə
də hər bir ölkənin sivil, demokratik inkişafı, ilk növbədə,
onun insan hüquq və azadlıqlarına necə
əməl etməsindən,
demokratik dəyərlərə
sadiqliyindən asılıdır. Bu müstəvidə də müasir dünyanın ictimai-siyasi və sosial-iqtisadi inkişafının
əsasında insan hüquqlarının yüksək
səviyyədə təmin
edilməsi dayanır.
Bütün bunları nəzərə
alaraq, dövlət müstəqilliyini qazandıqdan
sonra Azərbaycan da demokratik inkişaf
yolu ilə irəlilədiyini bəyan
etmiş, insan hüquq və azadlıqlarının yüksək
səviyyədə təminatı
məsələsini özünün
mühüm vəzifələrindən
biri elan etmişdir.
Müstəqil respublikamızda insan
hüquqlarının prioritetliyi
1991-ci il oktyabrın 18-də qəbul
edilmiş Azərbaycan
Respublikasının “Dövlət
müstəqilliyi haqqında
Konstitusiya Aktı”nda əksini tapmışdır.
Bu ali sənəddə
Azərbaycanda hakimiyyətin
və bütün təbii sərvətlərin
xalqa mənsubluğu,
mülkiyyətin bütün
formalarının bərabərliyi,
vətəndaşların seçki
hüququnun, çoxpartiyalı
sistemin təminatı,
habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi
prinsipləri rəsmən
elan edilmişdir. Bununla belə, müstəqilliyimizin
ilk illərində bir
sıra obyektiv və subyektiv səbəblər üzündən
Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı
irəliləyiş baş
verməmişdir.
Lakin sonra vəziyyət dəyişdi. İnsan
və vətəndaş,
onun hüquq və azadlıqlarının
ali dəyərlər
olması və bu dəyərlərin qorunması Azərbaycan dövlətinin ali məqsədini təşkil
edir. Hüquqi demokratik dövlət
qurmağı özünün
ən mühüm məqsədlərindən biri
elan edən respublikamız insan hüquq və azadlıqlarını təmin
etməyi qanunverici, icra və məhkəmə
hakimiyyəti orqanlarının
vəzifəsi kimi müəyyən etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan
sonra Respublikamız insan hüquqları sahəsində bir çox beynəlxalq hüquqi aktlara, o cümlədən 1966-cı il Mülki və siyasi hüquqlar haqqında və İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktlara, 1950-ci il İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi
haqqında Avropa Konvensiyasına və onlara əlavə protokollara qoşulmuşdur.
Heydər
Əliyev və hüquqi dövlət quruculuğu
1993-cü ilin iyununda
ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra
respublikada ictimai-siyasi
sabitliyin, qanunçuluğun
və hüquq qaydalarının bərpası
istiqamətində kompleks
tədbirlərin həyata
keçirilməsi prosesi
geniş vüsət aldı. Əslində isə Heydər
Əliyev Azərbaycanda
insan hüquqlarının
qorunması, qanunların
hamı üçün
aliliyinin təmin edilməsinin əsası hələ Heydər Əliyevin ötən əsrin sonlarında Azərbaycana rəhbərlik
etməyə başlamasından
sonra qoyulmuşdu.
Azərbaycanda insan hüquqlarının
qorunması, qanunların
hamı üçün
aliliyinin təmin edilməsinin əsası Heydər Əliyevin ötən əsrin
60-cı illərinin sonlarında
Azərbaycana rəhbərlik
etməyə başlamasından
sonra qoyuldu. Ulu öndər
Azərbaycan KP MK-nın
birinci katibi seçilməsindən sonra
bütün diqqətini
ölkədəki qanun
pozuntularının qarşısının
alınmasına, insan
hüquqlarının qorunmasına
yönəltdi. Heydər
Əliyevin o dövrdəki
insan hüquqlarının
qorunmasına və qanunçuluğun möhkəmləndirilməsinə
yönəldilən fəaliyyəti
ilə əlaqədar
bir önəmli və tarixi faktı xatırlatmaq istəyirik:
1969-cu il avqust
ayının 5-də Bakıda
Azərbaycan KP MK-nin plenumu keçirildi. Plenumda çıxış edən
AZ. KP. MK-nın I katibi Heydər Əliyev Azərbaycanın
gələcəyinin ölkədə
qanunların aliliyinin və insan hüquqlarının
yüksək səviyyədə
təmin edilməsindən
asılı olacağına
diqqəti cəlb etdi. O dedi ki, biz ayrı-ayrı vəzifəli şəxslərin
davranışında özünü
büruzə verən
nalayiq hallara, pozğunluq təzahürlərinə
göz yuma
bilmərik. Heydər Əliyev qətiyyətlə bildirdi
ki, mənəviyyat, əxlaq bizim işimizə nüfuz etməlidir. Bununla bağlı kadrları açıq-aşkar kütlələrin
gözü qabağında
seçmək, onlar haqqında kollektivin, iş yoldaşlarının
rəyini nəzərə
almağın lazım
olduğunu vurğulayan
Heydər Əliyev bununla bağlı kadrların seçilməsi
və yerləşdirilməsindəki
bir çox səhvlərin, həmin sahədə ağır vəziyyətin
düzəldilməsinin vacibliyini xüsusi qeyd etdi.
Heydər Əliyevin bu sözlərindən sonra zal onu ayaq
üstdə alqışladı. Bu da əsassız deyildi. Çünki
Heydər Əliyevə
kimi heç kim, ölkəni
idarə edənlərin
heç biri sosializm sisteminin əsas dayaqlarından biri olan hüquq-mühafizə
orqanlarının və
digər idarəetmə
strukturlarının fəaliyyətini
belə kəskin şəkildə tənqid
etməyə özündə
cəsarət tapa bilməmişdi.
Heydər Əliyev həmin dövrdə belə bir çıxışla
xalq arasında ruh yüksəkliyi, sabaha inam yaratdı
və bununla da hüquqi dövlət quruculuğunun
hətta totalitar dövlət daxilində belə, xüsusi önəm daşıdığını
uzaqgörənliklə müəyyən
etmiş oldu.
Beləliklə, Heydər Əliyev ölkəmizdə insan hüquqlarının müdafiəsi
qanunlarının aliliyini
qoruması məsələsini
dövlətçilik fəaliyyətinin
əsas prioritet sahələrindən birinə
çevirmiş oldu.
Buna paralel olaraq,
Heydər Əliyev hüquqi dövlət quruculuğunda mühüm
rol oynayan “Qoy ədalət zəfər çalsın!”
şüarını irəl
sürdü. Bu şüar
dövlətdəki qanunn
pozuntularının qarşısını
almağa qarşı
çevrilmişdi və
nəinki SSRİ daxilində,
həm də beynəlxalq aləmdə böyük əks-sədaya
səbəb oldu.
Bu şüar 70-ci illərdə yetişməkdə
olan gənclərin qanunların aliliyinə hörmət ruhunda böyüməsində önəmli
rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Əziz Mustafa
Zaman.-2014.-12 avqust.-S.13.