İnsan hüquqlarının təminatı
Azərbaycan dövlətinin ali məqsədlərindən
biridir
Ulu öndərin
layiqli davamçısı
İlham Əliyev Prezident seçildiyi ilk günlərdən insan hüquqlarının təmini
ilə bağlı bir sıra tədbirlər
həyata keçirməklə
adı çəkilən
sahədə ulu öndərin yolunu yüksək səviyyədə
davam etdirəcəyini
nümayiş etdirdi. Bu müstəvidə də İham Əliyev tərəfindən həyata
keçirilən kompleks
tədbirlər nəticəsində
şəxsiyyətin toxunulmazlığı,
söz, mətbuat, vicdan azadlığı, bütün vətəndaşların
bərabər hüquqlara
malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarına çevrilib.
1998-ci il fevral ayının
22-də Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin
edilməsi sahəsində
tədbirlər haqqında”
fərman imzaladı.
Bu sənədin əsasında
Azərbaycan Respublikası
Prezidentinin 18 iyun
1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ilk “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı” qəbul olundu. Bu, ölkəmizdə
insan və vətəndaş hüquq
və azadlıqlarının
müdafiəsinə xidmət
edən ən önəmli sənədlərdən
biri hesab edilir. Proqramda Azərbaycan Respublikasının
insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması,
bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun
təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan
hüquqları sahəsində
fəaliyyət göstərən
beynəlxalq qurumlarla əməkdaşlığın
daha da inkişaf
etdirilməsi, bu sahədə fəaliyyət
göstərən beynəlxalq
institut və mərkəzlərdə tədqiqat
və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması,
insan hüquqları haqqında öhdəliklərə
riayət edilməsi və digər məsələlər nəzərdə
tutulmuşdur. Proqramda həmçinin
İnsan hüquqları
üzrə Azərbaycan
Respublikasının səlahiyyətli
müvəkkili təsisatının
yaradılması da öz əksini tapmışdır. Beləliklə, bu sənədlər yeni qanunvericilik və hüquqi bazanın yaradılması
ilə yanaşı, həm də insan hüquq və azadlıqlarının
təmin olunması üçün yeni mexanizmlərin yaranması,
mövcud olanların isə təkmilləşməsinin
özülünü qoymuş
oldu. Eyni zamanda həmin il mətbuat
üzərindən senzura
götürüldü. Bununla da
mətbuat qarşısındakı
ən böyük maneə aradan qaldırıldı. Bu qərar ölkə mətbuatı tərəfindən
çox müsbət
qarşılandı. Çünki
senzuranın ləğvi
Azərbaycan mətbuatının
yeni inkişafına təkan verdi,
azad sözün bərqərar olmasına yol açdı. Bu baxımdan Azərbaycanın
1992-ci ildən BMT-yə,
2001-ci ildən isə
Avropa Şurasına tamhüquqlu üzv olması xüsusi əhəmiyyət kəsb
edir. 2001-ci ilin dekabrın 25-də isə Azərbaycan Respublikası Avropa insan hüquqları konvensiyasını təsdiq
etdi.
Ombudsman fəaliyyətə
başlayır
2001-ci il dekabr
ayının 28-də isə
Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında
Konstitusiya Qanunu qəbul olundu. Bu sənəd Azərbaycanda
insan hüquqlarının
beynəlxalq hüquq prinsipləri əsasında
müdafiə edilməsinin
daha bir sübutu oldu. Avropa Şurasına qəbul olunarkən Azərbaycan Respublikası öz üzərinə bir sıra öhdəliklər
götürmüşdür ki, bunlardan biri
də insan hüquqları üzrə
müvəkkil haqqında
qanunun qəbul olunması idi. Buna uyğun olaraq, 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında
Konstitusiya Qanunu qəbul olundu ki, bu qanunla
Müvəkkilin hüquqları
və səlahiyyətləri,
onun seçilməsi qaydası, toxunulmazlığı
və müstəqilliyinin
təminatları, insan
hüquqlarının pozulmasına
dair şikayətlərin
verilməsi, məzmunu,
baxılması qaydaları
və nəticələri,
onun illik məruzələri, Müvəkkilin
və onun Aparatının təşkili
və təminatları
təsbit olunmaqla ümumilikdə Müvəkkil
təsisatının fəaliyyətinin
hüquqi əsasları
formalaşdı. 24 avqust 2002-ci ildə
referendum yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir
qismi məhz insan hüquq və azadlıqlarının
məzmununun genişləndirilməsinə
xidmət edirdi.
Azərbaycanda elektron medianın fəaliyyəti üçün
mükəmməl hüquqi
baza yaranıb
Azərbaycan keçmiş sovet respublikaları arasında
medianın, o cümlədən
elektron medianın fəaliyyəti üçün
mükəmməl və
zəruri hüquqi baza yaratmış yeganə ölkədir. Kütləvi
informasiya vasitələri
haqqında, “Televiziya və Radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”,
“Məlumat azadlığı
haqqında”, “Reklam haqqında”, “Dövlət
dili haqqında” qanunların qəbulu, mətbuatda və teleradioda senzuranın ləğvi, teleradio və mətbuat şuralarının yaradılması
şübhəsiz ki,
Azərbaycanda azad mətbuatın və müstəqil teleradio fəaliyyətinin genişlənməsi
üçün əlverişli
şərait yaratımışdır.
Televiziya
və radio yayımı
qəzet auditoriyasına
nisbətən daha genişdir və milyonları əhatə edir. Sırf qavrayış məqamlarına
və psixoloji-emosional
təsir gücünə
görə də ekrandan deyilən söz, qəzetdəki yazılı sözdən
çox fərqlənir.
Ona görə də Teleradio Şurası
proqramların məzmununa
qanunun müəyyən
etdiyi xüsusi tələblə yanaşır.
Məsələn, “Teleradio
yayımı haqqında”
qanunda göstərilir
ki, hər kəsin öz fikir və baxışlarını
sərbəst şəkildə
ifadə etmək hüququna şərait yaradılmalıdır, bu
şərtlə ki, informasiyanın tərəfsizliyi,
qərəzsizliyi, əhatəliliyi,
tam və doğru-dürüstlüyü
təmin olunsun.
Televiziya proqramlarını hazırlayanlar
cəmiyyət, qanun və vətəndaş qarşısında məsuliyyət
daşıyırlar. Ona görə
də ekranda insanların şərəf
və ləyaqətinin
alçaldılmasına, işgüzar
nüfuzunun ləkələnməsinə
yol verilməməli, insanların Konstitusiya ilə müəyyənləşdirilmiş
hüquq və azadlıqlarına hörmətlə
yanaşılmalıdır. Bundan başqa, verilişlərdə
terrorizm, zorakılıq,
qəddarlıq, milli,
dini və irqi ayrı-seçkilik təbliğ olunmamalıdır.
Hüquqi dövlət quruculuğu yeni zirvələrə daşınır
Ulu öndərin
layiqli davamçısı
İlham Əliyev Prezident seçildiyi ilk günlərdən insan hüquqlarının təmini
ilə bağlı bir sıra tədbirlər
həyata keçirməklə
adıçəkilən sahədə
ulu öndərin yolunu yüksək səviyyədə davam etdirəcəyini nümayiş
etdirdi. Bu müstəvidə
də İlham Əliyev tərəfindən
həyata keçirilən
kompleks tədbirlər
nəticəsində şəxsiyyətin
toxunulmazlığı, söz,
mətbuat, vicdan azadlığı, bütün
vətəndaşların bərabər
hüquqlara malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarına çevrilib.
Azərbaycan Respublikası Prezidentinin
28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
insan hüquqlarının
müdafiəsi üzrə
Milli Fəaliyyət Planı” qəbul edildi. Bu sənəd
30-dan artıq dövlət
orqanları qarşısında
insan hüquqlarının
qorunması sahəsində
mühüm vəzifələr
qoyub.
Milli Fəaliyyət Planının 22-ci bəndinə əsasən, Baş Prokurorluğa şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi tapşırılmışdır.
Prezident İlham Əliyevin digər bir sərəncamı ilə isə 18 iyunun Azərbaycanda İnsan Hüquqları Günü elan olundu. Bütün bunlar da respublikamızın insan hüquqlarının və azadlıqlarının yüksək səviyyədə qorunması məsələsini prioritet sahəyə çevirdiyini və insan hüquqlarının təminati məsələsinin Azərbaycan dövlətinin ali məqsədi olduğunu bir daha təsdiqləyir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı:
Əziz Mustafa
Zaman.-2014.-15 avqust.-S.13.