Məsuliyyət və inam oyatmadan vətəndaş cəmiyyətini formalaşdırmaq çətindir

 

QVAMI RƏSULOV ,

 

Unutmayaq ki, vətəndaş həm seçicidir o, seçdiyi orqanın fəaliyyəti ilə maraqlanmağa borcludur. Ancaq vətəndaş-seçici laqeydliyi bu sahədə özünü göstərir. Əksər seçicilər bələdiyyə seçkilərində iştirak edib bələdiyyə üzvlərini seçməklə öz işlərini bitmiş hesab edir sonrakı beş ildə bir dəfə olsun seçdikləri orqanın fəaliyyəti ilə maraqlanmırlar. Belə olan halda bələdiyyə tamamilə seçici nəzarətindən kənarda qalır. Sözsüz ki, vətəndaşların bələdiyyələrə olan münasibətini dəyişmədən, normallaşdırmadan, lazımi səviyyəyə çatdırmadan, seçicilərdə seçdikləri orqanın nüfuzunun artırılmasına məsuliyyət inam oyatmadan vətəndaş cəmiyyətini formalaşdırmaq çətindir.

 

Müxtəlif problem təzadlara baxmayaraq, bütün tarixi dövrlərdə ölkəmizdə cəmiyyət içərisində bərabərlik, ədalət, demokratiya prinsipləri müəyyən qədər gözlənilib. Bu, ilk növbədə, xalqımızın milli mədəniyyətindən, müsəlmançılıq ənənələrindən irəli gəlir. Bu gün isə cəmiyyətimizin bütün strukturlarında, müxtəlif səviyyələrdə demokratik prinsiplərə kifayət qədər əməl olunur. Əlbəttə, respublikamızda demokratiya tələb prinsiplərinin qorunmasında, cəmiyyətin demokratik fəallığının artmasında inkişafında yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin müəyyən rolu var bu özünü son illərdə real göstərir. Son illər ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz sürətli inkişaf yoluna çıxıb regionun ən qüdrətli dövlətinə çevrilib. Bu nailiyyətlərin qazanılmasında digər icra strukturları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin payı var (Ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu il, dekabrın 12-də keçirilib-red.). Qeyd etmək lazımdır ki, ötən dövr ərzində bələdiyyələr yerli problemlərin həllində aparıcı rol oynamağa başlayıb, onun hüquqi bazası möhkəmlənib, fəaliyyət dairəsi genişlənib (Yerli özünüidarəyə həsr olunmuş 30-a yaxın qanun, bələdiyyələrin fəaliyyətinin istiqamətlərini tənzimləyən 200-dən çox qərar, fərman, sərəncam əsasnamənin qəbul edilməsi bunu deməyə əsas verir-red.). Yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi inkişafı ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına, demokratik hüquqi dövlətin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

 

Məlumat üçün bildirək ki, ölkəmizdə bu yeni demokratik təsisatın formalaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bu, ümummilli liderin təşəbbüsü rəhbərliyi ilə hazırlanıb,1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Milli Konstitusiyamızda yerli özünüidarə anlayışı geniş yer alıb. Onu da qeyd edək ki, bu orqanların formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət vətəndaş quruculuğu, dövlətin cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri olub. Ümummilli lider bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün diqqət qayğısını əsirgəməyib. O, bələdiyyələrin yaradılmasını zamanın tələbi demokratiyanın ifadəsi kimi dəyərləndirərək deyirdi: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”.

 

 Vətəndaş üzərinə düşən vəzifənin məsuliyyətini qiymətləndirməlidir

 

Təbii ki, vətəndaş cəmiyyətinin bir forması kimi bələdiyyələr insanlarla, seçicilərlə sıx təmasda olmalı birgə işləməlidirlər. Bu gün hansı ərazidə icra strukturları ilə bələdiyyələrin birğə fəaliyyəti səmərəli qurulubsa, orada yaxşı nəticələr nəzərə çarpır bu, insanlar tərəfindən qiymətləndirilir. Bu, bələdiyyə-vətəndaş münasibətlərinə aiddir. Çünki bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi, ilk növbədə, vətəndaşlarla münasibətin qurulmasından nəticədə yerli özünüidarəetmə orqanlarının maliyyə bazasının möhkəmlənməsindən asılıdır. Bu gün bələdiyyələrimizin əsas problemi onlara daha yüksək səlahiyyətlərin verilməsində, külli miqdarda maliyyə vəsaitinin ayrılmasında deyil, əsas problem bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin normal, yüksək səviyyədə qurulmamasındadır. Mütəxəssislərin fikrincə, bələdiyyələrdəki bir çox nöqsanların da səbəbi  budur. Məsələn, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bələdiyyələrin işlərində nöqsanların bir hissəsi ictimai fəallığın zəif olmasından irəli gəlir. Biz vətəndaş, həm seçici olaraq, seçdiyimiz orqanın - bələdiyyələrin fəaliyyəti ilə müntəzəm olaraq yaxından maraqlanmalı, ona yardımçı olmalı nüfuzunu qorumalıyıq. Unutmayaq ki, vətəndaş həm seçicidir o, seçdiyi orqanın fəaliyyəti ilə maraqlanmağa borcludur. Ancaq vətəndaş-seçici laqeydliyi bu sahədə özünü göstərir. Əksər seçicilər bələdiyyə seçkilərində iştirak edib, bələdiyyə üzvlərini seçməklə öz işlərini bitmiş hesab edir sonrakı beş ildə bir dəfə olsun seçdikləri orqanın fəaliyyəti ilə maraqlanmırlar. Belə olan halda, bələdiyyə tamamilə seçici nəzarətindən kənarda qalır. Sözsüz ki, vətəndaşların bələdiyyələrə olan münasibətini dəyişmədən, normallaşdırmadan, lazımi səviyyəyə çatdırmadan, seçicilərdə seçdikləri orqanın nüfuzunun artırılmasına məsuliyyət inam oyatmadan vətəndaş cəmiyyətini formalaşdırmaq çətindir.

 

Bəli, bu gün bələdiyyə institutunun inkişafı dövlətin, həm vətəndaşın xeyrinədir. Dövlət bu sahədə üzərinə düşən vəzifənin dəyərini yaxşı bilir. Seçkilərin demokratik şəraitdə, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsini, qanunların aliliyini, bələdiyyələrin fəaliyyəti üçün lazımi imkan şəraitin yaradılmasını, yerli özünüidarəetmə orqanlarında müəyyən islahatların keçirilməsini təmin edir. Vətəndaş da bunun müqabilində öz üzərinə düşən vəzifənin məsuliyyətini qiymətləndirməli, seçdiyi orqanın səmərəli fəaliyyət göstərməsi üçün ona kömək etməlidir.

 

 İnkişaf tələb edir

 

Bələdiyyələrin əsas vəzifələrindən biri vətəndaşlarla hakimiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirmək əhaliyə daha yaxın olmaqdan ibarətdir. Ona görə onlar fəaliyyətlərinin səmərəliliyini artırmalı əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər. Amma etiraf edək ki, bələdiyyələrin özünüidarəetmə orqanına çevrilməsi, təəssüflər olsun ki, hələ tam mümkünləşməyib. Unutmayaq ki, yerli özünüidarəetmə sisteminin inkişafı ölkədə vətəndaş cəmiyyətinin formalaşması, demokratik hüquqi dövlətin möhkəmlənməsi çox vacibdir. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözləri ilə desək, ölkəmizin müstəqil, hüquqi, dünyəvi dövlət quruluşu, beynəlxalq aləmlə, dünya dövlətləri ilə gündən-günə genişlənən möhkəmlənən əlaqələrimiz, həm ölkəmizdə gedən sürətli sosial-iqtisadi, regional inkişaf, insan hüquqlarına hörmət siyasətinin həyata keçirilməsi özü bunu tələb edir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı:

 

Qvami Rəsulov 

Zaman.-2014.-16 avqust.-S.13.