Qərbin öz vətəndaş cəmiyyəti.., Şərqin də öz vətəndaş cəmiyyəti...

 

QVAMI RƏSULOV ,

Avropada həyata baxışda, fərd - cəmiyyət - dövlət münasibətlərində ən öndə nəfs, yəni fərdi, sonra qrup mənfəətləri durur. Başqa sözlə, MƏN, EQO ön sıradadır. Bunun adını da qoyublar - insan haqq azadlıqları. Fərdi baxımdan eqoizm olan bu dünyagörüşünün cəmiyyət baxımından, ictimai baxımdan adı liberalizmdir. “Mənə toxunma, mənə qarışma, mənə zərər vermə, edirsən et!” Mənə toxunmayan ilan min il yaşasın!” məntiqi hakimdir.

 

Vətəndaş cəmiyyətinin tam inkişaf etməsi üçün hələ illərin gərək olması danılmaz bir faktdır. Sadəcə, onun inkişafında bizlər - vətəndaşlar da iştirak etməliyik. Çünki vətəndaş cəmiyyətinin inkişafı məhz bizdən asılıdır. Elə Beynəlxalq Təhsil Mərkəzinin təhsil üzrə müşaviri Nazim Əkbərovla da söhbətimiz bu mövzudadır.

 

 - Nazim müəllim, vətəndaş cəmiyyəti dedikdə başa düşülür?

 

- Vətəndaş cəmiyyəti anlayışının tərifini açıqlamalı olsaq, söhbət çox uzanıb gedər bəlkə, məsələnin içindən heç çıxa bilmərik. Çünki bu anlayışın tarixi çox qədimdir. Bəlkə insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir. Bu qədər uzaq keçmişi olan bir anlayışın, fəaliyyətlərin isə, əlbəttə, forma metodları da müxtəlif olub, müxtəlif olduğu üçün daima mübahisələrə, müzakirələrə yol açıb. Vətəndaş cəmiyyəti anlayışını anlamağımız üçün sadə şəkildə belə deyə bilərik. Vətəndaş cəmiyyətinin əsasında bu məntiq dayanır. İnsanlar maraq, həvəs, qabiliyyət, fəaliyyət s. görə qruplaşır, bu qruplar da bir-biriləri ilə münasibətlərini qurur, dövlət isə onlara qruplaşmada qrup halında fəaliyyətlərində, həmçinin qruplararası fəaliyyətlərində yardım edir, həmçinin onların müdafiəsini, təhlükəsizliyini təmin edir, onlara hər cür yardım edir. Yuxarıda dediklərimiz, əlbəttə, vətəndaş cəmiyyəti anlayışının tam tərifi izahı deyildir, amma onu anlaya bilməyimiz üçün bir istiqamətdir. Vətəndaş cəmiyyəti, yuxarıdakı izahdan da göründüyü kimi, özünün fəaliyyətinə kənardan heç bir müdaxiləni qəbul etməyən bir ictimai özünüidarə təşkilatıdır. İctimai təşkilat anlayışının bugünkü, müasir səviyyəyə gəlib çatması, yuxarıda da qeyd etdiyim kimi, uzun bir tarixi yolun nəticəsidir.

 

 - Bəlkə bu yoldan bir qədər ətraflı söz açasınız?

 

- Onun ilk rüşeymlərini qədim fəlsəfə məktəblərinin onların nümayəndələrinin - Platonun, Aristotelin, Siseronun digər yunan-Roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Belə ideyalar intibah dövründə olub H.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapıb. Dünyamız müasir dövrə yaxınlaşanda səhnədə V.Humbolt, İ.Kant, G.Hegel, Karl Marks, M.Veber kimi mütəfəkkirləri görürük. Daha sonrakı dövrlərdə artıq sosializmin, kommunizmin utopistləri meydan sulayır, insan kütlələrini məftun edərək öz arxalarınca sürükləyirlər. Görünür, Qiyamət gününədək bu axtarışlar davam edəcək. Böyük şair-dramaturqumuz Hüseyn Cavidin təbiri ilə desək, “Xəyal içində bəşər daim səadət arar...”

 

Vətəndaş cəmiyyətini daha aydın başa düşməyimiz üçün bir böyük ailə düşünün, orada ailə üzvləri özlərinin müxtəlif istək, arzu, maraqlarına görə qruplaşırlar, öz qanun-qaydalarını qoyurlar, sərbəst fəaliyyət göstərirlər ailə başçısının, yaxud ailə başçılarının ora müdaxiləsini istəmirlər. Ailə başçısının onların fəaliyyətinə müdaxilə etmək imkanı təcavüz, totalitarlıq, despotluq kimi qiymətləndirilir. Ailə başçısının vəzifəsi onların təhlükəsizliyini qorumaq, onlar üçün istədikləri hər cür fəaliyyət sahəsi açmaq, onları narahat etməmək sairdən ibarətdir.”Belə bir şey ola bilməz!” deməyə tələsməyin. Həsrətində olduğumuz Qərbdə, başqa sözlə, vətəndaş cəmiyyətində ailə məhz belədir. Sən övladına xoşagəlməz söz belə deyə bilməzsən. Əgər belə davransan, üç dəfə övladın səndən şikayətçi olsa, dövlət gəlib o uşağını alar sən onun üzünü bir daha görə bilməzsən. Sən isə ömrünün sonunadək cani olaraq dövlətin dəftərinə düşərsən. Bax, belə!

 

Bəlkə Hüseyn Cavid əfəndidən yuxarıdakı iqtibasımla vətəndaş cəmiyyətinə aid ailə modelini təqdim etməyimlə bu cəmiyyət formasını bəyənmədiyimi hiss edənlər etiraz edər: “Elə deyil, baxın, Avropa ölkələrində, dünyanın bir çox ölkələrində vətəndaş cəmiyyəti mövcuddur. Amma siz bunu utopiya adlandırırsınız, qara yaxırsınız!”- deyə bilərsiniz. Belə bir etiraz edənlərə belə cavab verərik: “Siz haqlısınız, dünyanın bir sıra ölkələrində vətəndaş cəmiyyəti mayası tutmuş, insanlar öz fərdi qrup maraqlarına görə sərbəst, rahat yaşayırlar. Dövlət onlara hər cür yardım edir. Məsələn, belə cəmiyyətlərdə elmi, mədəni, dini s. bu kimi fəaliyyətlərə yaşıl işıq yandırılıb, insanlar bu sahədə maraq, istedad, qabiliyyət, istəklərinə uyğun olaraq sərbəst, maneəsiz fəaliyyət göstərirlər, dövlət onlara hər cür yardım göstərir - it-pişik, ilan-qurbağa haqlarından tutmuş sərbəst toplanmaq, hətta narkotik istifadəsində, eynicinslilərin evlənmələrinədək, onların dövlət hökumətdə təmsil olunmasınadək imkanlar açıb”.

- Nazim müəllim, sizin sözünüzdən belə çıxır ki, Qərbin öz vətəndaş cəmiyyəti var, Şərqin öz vətəndaş cəmiyyəti...

 

- Avropada həyata baxışda, fərd- cəmiyyət-dövlət münasibətlərində ən öndə nəfs, yəni fərdi, sonra qrup mənfəətləri durur. Başqa sözlə, MƏN, EQO ön sıradadır. Bunun adını da qoyublar - insan haqq azadlıqları. Fərdi baxımdan eqoizm olan bu dünyagörüşünün cəmiyyət baxımından, ictimai baxımdan adı liberalizmdir.Mənə toxunma, mənə qarışma, mənə zərər vermə, edirsən et!” Mənə toxunmayan ilan min il yaşasın!” məntiqi hakimdir. Bu fərdi baxımdan da, ictimai baxımdan da, hakimiyyət dövlət baxımından da belədir. Hər kəs özü üçün yaşayır, qanunlara əməl edir, vergisini verir, dövlət onlardan topladığı vergi hesabına onlarınazadlıqlarını”, təhlükəsizliklərini müdafiəsini təmin edir.

 

Bizə gəldikdə, Şərqin hakim İslam-Türk əxlaqına, onun fəlsəfəsinə, bu gün dəbdə olan təbirlə desək, mentalitetimizə görə isə məsələ tam tərsinədir - yaşatmaq üçün yaşamaq. Baxın, Avropada, Qərbdə ən çox təkrarlanan terminlərFərd,” “Fərdi Haqq Azadlıqlar,” “Liberalizm,” “Vətəndaş Cəmiyyəti”dirsə, Şərqdə, o cümlədən bizdə sırası iləAllahın haqqı, Peyğəmbərin haqqı, valideyn haqqı, qonşu haqqı, qohum haqqı, müəllim haqqı, alimlərin haqqı, kimsəsizlərin haqqı, əlillərin haqqı, hətta heyvanların haqqı, ağacların, otların dənizlərin, çayların, havanın haqqı olaraq sonsuza qədər uzanıb gedən bir haqlar zənciri...

 

Ardı növbəti satyımızda...

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı:

 

Qvami Rəsulov

Zaman.-2014.-19 avqust.-S.13.