Hüququn və digər sosial
normaların qarşılıqlı əlaqəsi
Hüququn və digər normaların qarşılıqlı
əlaqəsi ikitərəfli
proses olub, bir hadisənin digərinə birtərəfli
təsirindən ibarət
deyil. Bunu nəzərə alaraq, hüququn və digər sosial normaların qarşılıqlı əlaqəsinin
aşağıdakı növlərini
göstərmək olar.
- Hüququn digər sosial formalara təsiri
Hər şeydən
əvvəl onu deyə bilərik ki, hüquq normaları digər sosial normaların fəaliyyətini dəstəkləyə
bilər. İkincisi, hüquq normaları
öz tərkibində
digər sosial normaları nəzərə
ala bilər. Məsələn,
əgər silah milli kostyumun ənənəvi elementidirsə,
bu halda silah gəzdirməyin cinayət məsuliyyəti
yoxdur: ümumxalq və nisbətən geniş yayılmış
bayramlar əmək qanunvericiliyində istirahət
günləri kimi qeyd edilir. Üçüncüsü,
hüququn normaları
bəzi sosial normaları sıxışdıra
bilər. Məsələn, qan düşmənçiliyini,
gəlin qaçırılmasını,
çoxarvadlılığı qanuni şəkildə qadağan edir.
- Digər sosial normaların hüquqa təsiri
Bəzi sosial normalar hüququ dəstəkləyə
bilər. İkinci tərəfdən, bəzi sosial normalar hüququn qəbulu və reallaşdırılması prosesində
istifadə oluna bilər. Məsələn, qanun bir sıra hallarda hüququn mənbəyi kimi adətlərə istinad edir. Üçüncüsü, bəzi sosial
normalar hüquq normalarının mahiyyətinin
izahına xidmət göstərir. Məsələn, “əxlaqsızlıq”, peşə
etikasının gözlənilməsi
kimi belə təxmini anlayışlar
yalnız digər sosial normaların mahiyyəti nəzərə
alınmaqla başa düşülə bilər.
Xüsusi mürəkkəblik yaradan məsələ hüquqi və digər sosial normalar arasında mövcud olan qarşıdurmadan ibarətdir.
Hüquq
və digər sosial
normalar arasında ziddiyyət
Hüquq və digər sosial normalar arasında ziddiyyət halında hüquq normaları prioritet təşkil edir. Lakin hər
şey belə sadə deyil. Bir şeyi unutmaq olmaz ki, hüququn
normaları digər sosial normalar kimi elə həmin
sosial şərtdən
alınmalıdır. Hüquqi məhdudiyyətlər vasitəsilə
ictimai münasibətlərin
normal vəziyyətindən neqativ kənaraçıxmalara
təsir etmək olar. Lakin digər hüquqi
normalara hüquqi təsirin imkanları məhduddur. Heç də
bütün sosial normaları hüquqi normalarla sıxışdırmaq
olmaz. Yeni hüquqi normaların
qəbul edilməməsi
cəmiyyətin geniş
hissəsini yaxşı
halda hüquqi normaların gözlənilməsindən
kütləvi yayınmalara,
bəzən isə kütləvi qeyri-qanuni hərəkətlərə gətirib
çıxara bilər.
Yaxşı məlumdur
ki, istənilən kütləvi proses öz-özünə normaya
çevrilir. Əgər hüquqi
normaları pozanların
əksəriyyəti qanuna
tabe olan vətəndaşlardan ibarət
cəmiyyətin kiçik
bir hissəsini təşkil edirlərsə,
yalnız onda onlara təsir göstərmək olar.
Əks təqdirdə, nə hüquqi reseptlər, nə də dövlət təzyiqi kömək edə bilməz. Məcburetməyə əsaslanan idarəçilik
davamlı deyil və münaqişə potensialına malikdir.
Optimal variant isə bir-birini qarşılıqlı
şəkildə tamamlayan
hüquq və digər sosial normalar sayılır.
Ona görə hüquqşünaslar
üçün sosial
nizamlama və onun digər normalarla qarşılıqlı
təsiri zamanı hüququn rolunu müəyyən etmək
belə vacibdir ki, bütün bunlar qanunvericilikdə nəzərə alınmalı
və hüquqi normalarda öz əksini tapmalıdır.
Əks halda, hüquqi normalar davamlı olmayacaq, bunun nəticəsində isə
effekti azalacaq. Qanunverici hüquqi və digər nizamlama zamanı müstəsna hallarda açıq konfliktə gedə bilər, əgər bundan ötrü, həqiqətən, sanballı
sosial səbəb varsa. Bu cür nadir hallarda (həm də hüquqi normaların effektliliyinin qorunması şəraitində)
hüququn aliliyi və onun xüsusi
təsir vasitəsinin
gücü hüquqi normaların üstünlüyünə
nail olmağa imkan verir.
Hüququn və digər sosial
normaların nisbəti
Hüququn sosial normalar sistemində yeri və normativ nizamlama sistemində rolu onu digər
sosial normalardan fərqləndirən xüsusiyyəti
ilə təyin edilir. Bu nöqteyi-nəzərdən hüququn aşağıdakı
xüsusiyyətləri əhəmiyyətlidir:
- Dövlətlə hüququn
əlaqəsi - dövlət
formal şəkildə hüquq
normalarını möhkəmləndirir,
normaların yerinə
yetirilməsini təmin
edir.
- Hüquqi normaların məcburiliyi - heç bir digər sosial normalar bu xüsusiyyətə malik deyil, bütün
digər normaların yayılması və imperativlik dərəcəsi
kifayət qədər
aşağıdır.
- Formal müəyyənlik - hüquq
normaları insan davranışlarını çox
aydın şəkildə
izah edir, fərdlərin hüquq və vəzifələrini
qəti şəkildə
fərqləndirir, onların
bütün qaydaları
rəsmi mənbələrdə
təsbit edilmişdir.
Bütün bu xüsusiyyətlər
digər sosial normalara malik deyil.
- Hüququn sistemliliyi - hüquq normaları davranış qaydalarını
qarşılıqlı və
kompleks şəkildə
nizama salır; bütün sosialyönümlü
sfera hüquqi nizamlama ilə əhatə olunur. Hüquq - ayrı-ayrı qaydaların
ziddiyyətini aradan qaldırmağa səy göstərən yeganə
normativ sistemdir. Bütün digər sosial normalar - onların aşkar qarşılıqlı
əlaqəsinə baxmayaraq,
əksər hallarda ziddiyyətli xarakter daşıyır, hansısa
ictimai münasibətlər
fikrini birmənalı
şəkildə nizama
salmağa qadir deyil.
Hüququn digər sosial normalarla nisbəti üç amillə təyin edilir: onların birliyi, fərqi və qarşılıqlı təsiri.
Birlik ondan ibarətdir ki, hüquq, adətlər, əxlaq, korporativ normalar - bütün bunlar sosial normalara aiddir. Yuxarıda bəhs etdiyimiz
sosial normaların sübutu bütünlüklə
hüququn normalarına
aiddir. Bütün bunlar oxşar
sosial funksiyaları yerinə yetirən sosial nizamlayıcıya aiddir. Bundan başqa, sosial
normaların ümumi cəhətləri var. Onlar
insanların əqidə
və şüurunun təsiri ilə könüllü şəkildə
yerinə yetirilir.
İctimai təsir tədbirləri,
hər şeydən əvvəl ictimai rəyin gücü bütün sosial, o cumlədən hüquqi normaları dəstəkləyir.
Digər
tərəfdən, hüquqi
normalar üçün
bu tədbirlər yeganə təminat vasitəsi deyildir.
Sosial normaların
ziddiyyəti çoxşaxəlidir. Hər şeydən
əvvəl yuxarıda
göstərilən hüquqi
normaların xüsusiyyəti
ilə təyin edilir. Hüquqi və digər
sosial normalar fərqinin əsas kriteriyası onların formalaşdırılması və
təmin edilməsi ilə bağlıdır.
Bununla yanaşı, hüququn normaları digər sosial normalardan fərqlənir:
- İfadə tərzinə
görə. Hüquqi normalar dövlət
orqanları tərəfindən
çıxarılan rəsmi
normativ aktlarla təsbit edilir. Digər normalar insanların şüurunda
yer alıb, rəsmi xarakter daşımır;
- fəaliyyət dairəsinə görə.
Hüququn normaları ictimai
munasibətləri nizama
salır. Bir qayda
olaraq, bu ən əhəmiyyətli
ictimai münasibətlərdir.
Digər
sosial normalar həm hüquqi normalar kimi eyni
sferaları, həm də hüquq nöqteyi-nəzərindən əhəmiyyət
kəsb etməyən
münasibətləri nizama
sala bilər. Digər tərəfdən, hüquq
normaları bu nizamlayıcının toxunmadığı
əxlaq və digər sosial normalar baxımından neytral olan münasibətlərə
təsir göstərir.
Bundan başqa, hüququn normaları inzibati ərazi vahidində və dövlətin ərazisində olan bütün şəxslərə
öz təsirini göstərir. Bütün
başqa normalar bu və ya
digər şəkildə
lokaldır, onların
təsir dairəsi dardır;
- inkişaf tendensiyasına
görə. Hüququn normaları yalnız
cəmiyyətin inkişafının
ayrı-ayrı mərhələsındə
özünü göstərir.
Bu zaman hüququn
ayrılmaz tərkib hissəsi cəmiyyətlə
transmormasiya imkanı yaradan dinamizmdən ibarətdir. Adət və
əxlaq normaları hüquqi normalardan əvvəl meydana gəlmişdir. Bununla belə,
onlar daha konservativdir, ləng formalaşır və yavaş-yavaş da sıradan çıxır.
Hüququn və digər
sosial normaların qarşılıqlı təsiri
hər şeydən əvvəl aralarında mövcud olan yuxarıda qeyd etdiyimiz fərqlərlə
müəyyən olunur
və bundan əlavə, normaların məzmunundan asılıdır.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifə
ni hazırladı:
Loğman Məmmədov
Zaman.-2014.-21 avqust.-S.13.