Vətəndaş cəmiyyətinin inkişaf xüsusiyyətləri və maneələr
Vətəndaş cəmiyyətinin formalaşma mərhələsində bu prosesə
ictimai-siyasi strukturların qeyri-sabitliyi, inkişaf etmiş
bazar münasibətlərinə
çıxışın ləngiməsi,
mülkiyyətçilərin geniş sosial təbəqəsinin
olmaması,
şəxsiyyətin hüquqi müdafiəsinin aşağı
effektivliyi mane olur. Bütün bu çətinliklərə
və müxtəlif növ kataklizmlərə baxmayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin
qurulması əsl simasını qorumaqla, keçmişdən qalan özünəməxsus müsbət
təcrübələri saxlamaqla
dünya inkişaf məcrasında öz yerini tutur. 1995-ci ilin noyabrında qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyasında vətəndaş
cəmiyyəti və
hüquqi dövlətin
qurulması güclü
impuls və onun həyata keçirilməsi üçün
müəyyən hüquqi
zəmanət qazanmışdır.
İnkişaf etmiş vətəndaş
cəmiyyəti hüquqi
dövlətin qurulmasında
tarixi fon
kimi çıxış
edir. Yetkin vətəndaş cəmiyyəti olmadan demokratik siyasi sistemin qurulması mümkün deyil. Yalnız şüurlu, azad və siyasi aktiv vətəndaşlar kollektiv həyatın daha rasional formasını
qurmaq imkanına malikdirlər. Digər tərəfdən,
dövlət fərdlərin
və qrupların hüquq və azadlıqlarının həyata
keçirilməsi üçün
şərait yaratması
məqsədini güdür.
Vətəndaş cəmiyyəti vətəndaşların
fərdi və qrup maraqlarını daşıyan xüsusi qeyri-dövlət ittifaqının
məcmusudur.
Vətəndaşların maraqlarının müxtəlifliyi
və onların müxtəlif institutlar vasitəsilə reallaşdırılması
zamanı istifadə olunan hüquq və azadlıqlar vətəndaş cəmiyyətinin
əsas xəttini təşkil edir.
Vətəndaş cəmiyyəti institutlarını
üç qrupa bölmək olar. Bu təşkilatlarda
fərdlər:
- Yemək, geymək və mənzil ehtiyaclarını təmin
etmək üçün
vəsait alırlar.
Bu vəsaitləri fərdlər
istehsalat müəssisələrindən,
istehlakçı və
peşəkar ittifaqlardan
əldə edə bilərlər;
- nəslin davam
etdirilməsi, ünsiyyət,
mənəvi və fiziki kamilləşmə ehtiyaclarını təmin
edirlər. Buna ailə,
din, elm və təhsil
müəssisələri, yaradıcı
ittifaqlar, idman cəmiyyətləri kömək
edirlər;
- cəmiyyət həyatının idarə
edilməsi tələbatını
təmin edirlər. Burada maraqlar siyasi partiya və cərəyanların fəaliyyət
göstərməsində iştirak
etmək yolu ilə reallaşır.
Ayrı-ayrı vətəndaşların, müxtəlif vətəndaş
cəmiyyətlərinin öz
fərdi maraqlarını
qorumaq qabiliyyətiI: bu zaman digər
xüsusi və ictimai maraqları pozmadan onları öz istəklərinə
uyğun şəkildə
təmin etmək inkanları vətəndaş
cəmiyyətinin yetkinliyindən
xəbər verir.
Müasir şərtlər daxilində
vətəndaş cəmiyyəti
bazar və demokratik hüquqi dövlətçilik şəraitində
dövlətin vasitəçiliyi
olmadan azad və bərabərhüquqlu
fərdlərin qarşılıqlı
münasibətinin müxtəlifliyi
kimi çıxış
edir. Dövlət strukturlarından fərqli olaraq, vətəndaş cəmiyyətində
vertikal olmayan (iyerarxiya) deyil, üfüqi əlaqələr
- hüquqi cəhətdən
azad və bərabərhüquqlu partnyorlar
arasında həmrəylik
və rəqabət münasibətləri üstünlük
təşkil edir.
İqtisadi sahədə vətəndaş
cəmiyyətinin struktur
elementini qeyri-dövlət
müəssisələri - koperativlər, tərəfdaşlıq,
aksioner cəmiyyətləri,
kompaniyalar, korporasiyalar,
assosiasiyalar və vətəndaşların öz
təşəbbüsləri ilə yaradılmış
digər könüllü
təsərrüfat ittifaqları
təşkil edir.
Vətəndaş cəmiyyətinin sosial-siyasi
sferasına aşağıdakılar
daxildir:
- Vətəndaş cəmiyyətinin
sosial nüvəsi sayılan fərdi və ictimai maraqların birləşdiyi
ailə;
- vətəndaş cəmiyyətinin müxtəlif
qruplarının müxtəlif
maraqlarını ifadə
edən ictimai, ictimai-siyasi, siyasi partiya və hərəkatlar;
- yaşayış və iş yerlərində ictimai özünüidarə orqanları;
- ictimai fikri
üzə çıxaran,
formalaşdıran və
ifadə edən, həmçinin sosial konfliktləri həll edən mexanizmlər;
- qeyri-hökumət kütləvi informasiya vasitələri.
Mənəviyyat sahəsində vətəndaş
cəmiyyəti söz
və fikir azadlığı, öz fikrini azad ifadə
etmək imkanları, elmi, yaradıcı və digər birliklərin dövlət
strukturlarından qeyri-asılılığı
və müstəqilliyini
qarşıya qoyur.
Ümumən vətəndaş cəmiyyəti
insan hüquqları və azadlıqları, həyat keyfiyyətinin yüksəldilməsini prioritet
sayır:
- İnsanın yaşamaq, sərbəst fəaliyyət
göstərmək və
xoşbəxtlik haqlarının
tanınması;
- qanun qarşısında
bütün vətəndaşların
bərabərlik hüququnun
tanınması;
- iqtisadi və
sosial-siyasi fəaliyyətin
bütün subyektləri
üçün bərabər
imkanların yaradılması.
Vətəndaş cəmiyyəti əsas
funksiyası aşağıdakılardan
ibarət olan hüquqi dövlətlə
sıx birləşir
və qarşılıqlı
fəaliyyət göstərir:
- İctimai inkişafın ümumi strategiyasının
hazırlanması;
- cəmiyyətin iqtisadi və sosial sahədə inkişafının nisbəti,
tempi, prioritetlərinin təyin
edilməsi və əsaslandırılması;
- vətəndaşların ictimai-faydalı fəaliyyətinin
stimullaşdırılması və onların şəxsi ləyaqət,
mülkiyyət və
hüquqlarının qorunması;
- cəmiyyətin həyat fəaliyyətinin
bütün sahələrində
demokratikləşmə;
- sərhədlərin qorunması və ictimai asayişin təmin edilməsi.
Azərbaycanda islahat illərində vətəndaş cəmiyyətinin
qurulması istiqamətində
böyük irəliləyişlər
əldə edilmişdir. Mülkiyyətin özəlləşdirilməsi, siyasi plüralizm, düşüncə azadlığının
təsdiq edilməsi -
bütün bunlar vətəndaş cəmiyyətinin
infrastrukturunun yaradılmasına
imkan verir. Lakin onun keyfiyyət göstəricisi hələ
yüksək səviyyədə
deyildir. Çünki bəzi sosioloqların fikrincə, Azərbaycanda fəaliyyət göstərən
siyasi partiyalar hakimiyyət və cəmiyyət arasında vasitəçilik funksiyasını
yüksək səviyyədə
yerinə yetirmək qabiliyyətinə malik deyil.
Nəticə etibarilə tədqiqatçılar
bu fikirdədirlər ki, vətəndaş cəmiyyətinin qurulması
yolunda kifayət qədər həm obyektiv, həm də subyektiv çətinliklər var. Onlardan
biri cəmiyyətdə
vətəndaş həyatı
ənənəsinin olmaması,
digəri isə postsosialist ölkələrində
vətəndaş cəmiyyətinin
qurulmasının mexanizmi
və təbiəti barədə bəsit təsəvvürlərin formalaşması
və bu prosesdə dövlətin rolunun layiqincə qiymətləndirilməməsidir.
Vətəndaş cəmiyyəti azad fərdlər birliyindən ibarətdir. İqtisadi baxımdan bu o deməkdir ki, hər bir fərd mülkiyyətçidir. O, real şəkildə insanın normal yaşaması üçün vacib olan vəsaitlərə malikdir. O, mülkiyyət formasının seçilməsində, peşə və əmək fəaliyyəti növünün təyin edilməsində, zəhmətinin nəticələrini sərf etməkdə azaddır. Sosial planda fərdin müəyyən sosial topluma (ailə, nəsil, sinif, millət) məxsusluğu mütləq xarakter daşımır. O, sərbəst şəkildə mövcud ola bilər, öz ehtiyac və maraqlarının ödənilməsi üçün kifayət qədər muxtar özünüidarə hüququna malikdir. Vətəndaş kimi fərdin azadlığının siyasi aspekti onun dövlətdən asılı olmamasıdır. Təmin edilmiş azadlıq onda olur ki, fərd müəyyən mexanizmlər vasitəsilə özünə münasibətdə dövlət və ya digər strukturların özbaşınalığını məhdudlaşdıra bilsin.
Vətəndaş cəmiyyətinin formalaşma mərhələsində bu prosesə ictimai-siyasi strukturların qeyri-sabitliyi, inkişaf etmiş bazar münasibətlərinə çıxışın ləngiməsi, mülkiyyətçilərin geniş sosial təbəqəsinin olmaması, şəxsiyyətin hüquqi müdafiəsinin aşağı effektivliyi mane olur. Bütün bu çətinliklərə və müxtəlif növ kataklizmlərə baxmayaraq, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması əsl simasını qorumaqla, keçmişdən qalan özünəməxsus müsbət təcrübələri saxlamaqla dünya inkişaf məcrasında öz yerini tutur. 1995-ci ilin noyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaş cəmiyyəti və hüquqi dövlətin qurulması güclü impuls və onun həyata keçirilməsi üçün müəyyən hüquqi zəmanət qazanmışdır. Konstitusiyada vətəndaş cəmiyyətinin əsas ideyaları öz yerini almışdır. İnsan, onun hüquq və azadlıqlarına yüksək dəyər verilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının tanınması, qorunması və müdafiə edilməsi dövlətin vəzifəsi kimi göstərilmişdir. Hakimiyyət bölgüsünün qanunverici, icraedici və məhkəmə orqanlarına ayrılması elan edilmiş, yerli özünüidarə orqanlarına səlahiyyətlər verilmişdir. Vətəndaş cəmiyyətinin bundan sonrakı inkişafı mülkiyyətin davamlı və əsaslı şəkildə dövlət inhisarından çıxarılması, bürokratik aparatın azaldılması və neytrallaşdırılması, çoxpartiyalı sistemin formalaşdırılması, istehsalatın inkişaf stimulları sisteminin yaradılması, optimal sosial proqramların hazırlanmasından asılı olacaqdır.
Zaman.-2014.-22 avqust.-S.13.