Hüquqi dövlət quruculuğunda daha böyük addımlar ataq

 

Müasir dövrdə insan hüquqlarına hörmət, bu hüquq azadlıqların təminatı hər bir dövlətin ali məqsədini təşkil etməklə beynəlxalq aləmdə ölkənin cəmiyyətin demokratik inkişaf səviyyəsini, eyni zamanda millətlərin sivil xarakterini müəyyən edən əsas qiymətləndirmə meyarlarından biri sayılır.

 

Müstəqilliyimizin ilk illərində dövlətçilik prinsiplərinin olmaması onun erməni separatçıları tərəfindən başladılan haqsız ərazi iddialarına tutarlı cavab verə bilməməsi ilə nəticələnib. Məlumat üçün bildirək ki, həmin dövrdə müstəqil Azərbaycanın Konstitusiyasının yoxluğu ölkədə digər qanunların tam gücü ilə işləməməsinə müəyyən əngəllər yaradırdı. Çünki sovet dönəmində qəbul edilən Konstitusiya müstəqil dövlətin reallıqlarını əks etdirə bilmirdi. Hüquq sisteminə, cəmiyyətə nizamı yalnız Konstitusiya gətirə bilərdi. Hələ o zaman ulu öndər Heydər Əliyev ölkəmizin hüquqi dövlət quruculuğu istiqamətində prioritetlərini vurğuladı. O deyirdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Az sonra o, bununla bağlı əməli fəaliyyətə başladı: “Konstitusiyamız da, yaradacağımız parlament parlamentin yaradılması üçün keçirilən seçkilər respublikamızda seçilən həmin strateji məqsədə - Azərbaycanın müstəqilliyi, respublikamızda hüquqi, demokratik, sivilizasiyalı, dünyəvi dövlət qurulması, ölkəmizin həyatında - iqtisadiyyatda, sosial sahədə ciddi dəyişikliklər edilməsi Azərbaycanın bir müstəqil dövlət kimi yaşaması məqsədinə uyğun olmalıdır: həm seçki qanunu, həm Konstitusiyamız - Əsas Qanunumuz.

 

***

 

Ulu öndər yaxşı bilirdi ki, Azərbaycanda demokratik dəyərlərin bərqərar olması Ali Qanunun mövcudluğu ilə mümkündür. Beləcə, 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul olundu. Yeri gəlmişkən, demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə etdirən cəmiyyətdə əsas qanundur. Konstitusiya insanın vətəndaşın əsas hüquq azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarını xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının inkişafının hüquqi əsası kimi çıxış edir.Əgər bu, bir tərəfdən, insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən, dövlətçiliyin qurulmasına, dövlət quruculuğu prosesinin aparılmasına, inkişaf etdirilməsinə Azərbaycanda həm dövlətin, həm xalqın, həm hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır”,- deyən ulu öndər bundan sonra Hüquqi İslahat Komissiyası (1996-cı ildə) təşkil etdi bir sıra önəmli qanunların (“Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında s.) qəbuluna nail odu. Əfv amnistiya institutlarının bərpası, ölüm cəzasının ləğvi bir daha göstərdi ki, Azərbaycan demokratik-hüquqi dövlət quruculuğu yolundadır. Bəli, məhz bu kimi addımlardan sonra ölkədə tam sabitlik bərpa olundu, ölkəmizin dünya demokratik dəyərlər sisteminə inteqrasiyası sürətləndi. Bir sözlə, Konstitusiyanın qəbulu ölkəmizin hüquq sistemində dönüş yaratdı. Konstitusiyanın qəbul edilməsi, xalqımızın həyatında dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı. Bu mühüm sənədin ən üstün fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət cəmiyyət tərəfindən verilmiş verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən həvalə edilən etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların vəzifələrin bütöv vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasındadır.

 

***

 

İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 saylı sərəncamı ilə təsdiq edilmişİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Belə səmərəli hüquq müdafiə mexanizmlərindən biri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır. Xatırladaq ki, 28 dekabr 2001-ci il tarixdəAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqındaKonstitusiya Qanunu qəbul edilib. Dövlət başçısı tərəfindənAzərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqındasərəncam imzalanaraq, qüvvəyə minib. Sərəncama əsasən, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

 

Qeyd olunmalıdır ki, Milli Fəaliyyət Proqramında ölkəmizdə insan hüquq azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulub. Belə ki, proqramda qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur.

 

***

 

Konstitusionalizm quruculuğunda növbəti mərhələ isə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması oldu. Məqsəd ölkədə Konstitusiya ədalət mühakiməsinin təmin edilməsi olub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin protokol ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanovun sözlərinə görə, Konstitusiya Məhkəməsi hazırkı fəaliyyətində beynəlxalq təcrübəyə böyük diqqət yetirir, beynəlxalq hüququn müddəalarına, eləcə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. “Bu gün hər birimiz qəti əminliklə söyləyə bilərik ki, respublikamız artıq qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi region dövlətindən dünya əhəmiyyətli ölkəyə çevrilir, müasirləşmə modernləşmə istiqamətində inamla irəliləyir demokratik dəyərləri sürətlə mənimsəyir. Artıq ölkəmiz insan hüquq azadlıqlarının təminatına əsaslanan beynəlxalq hüququn norma prinsiplərini rəhbər tutaraq, dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşdirilməsində ciddi rol oynamaqla, eyni zamanda ümumbəşəri sərvət olan hüquqi dövlət quruculuğu prosesinə yeni-yeni töhfələr verir. Ölkə başçısı cənab İlham Əliyev öz çıxışlarında hər zaman vurğulayıb ki, Azərbaycanda hüquqi dövlət quruculuğu sürətlə uğurla gedir, qəbul edilmiş qərarlar, məhkəmə-hüquq sistemində aparılmış islahatlar, yeniliklər, eyni zamanda dünyada mövcud olan ən mütərəqqi təcrübənin respublikamızda tətbiqi bütövlükdə ölkəmizin güclənməsinə, insan hüquqlarının müdafiəsinə xidmət edir. Azərbaycanın hazırkı dinamik iqtisadi inkişafı, əhalinin rifahının yüksəlməsi onu deməyə əsas verir ki, hüquqa ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən insan hüquq azadlıqlarının təminatı üzrə görülən genişmiqyaslı tədbirlər bundan sonra da uğurla davam etdiriləcək”.           

 

Ötən dövr ərzində ölkəmizdə insan hüquq azadlıqları sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər hər şeydən əvvəl respublikamızın hərtərəfli inkişafı gələcək perspektivləri üçün zəmin yaradıb. Elə bu səbəbdən Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb: “Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər”. 

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Qvami Rəsulov  

Zaman.-2014.-23 avqust.-S.13.