Qanunun şah olması üçün cəmiyyət buna hazırlanmalıdır”

 

İnsan bəzi hüquqlara sahib olaraq dünyaya gəlir.

 

Məsələn, bir uşaq dünyaya gəldikdə bəslənmə, səhiyyə, təhsil, baxılma kimi hüquqlara malikdir. Uşaqların bu hüquqları ailə dövlət tərəfindən təmin olunur. İnsanların bir yerdə yaşaması üçün müəyyən qaydalar vardır. Bunlara hüquq etik qaydalarını misal göstərmək olar. Sevgi, hörmət, inam, dürüstlük kimi əxlaq qaydaları da bunlardandır. Etik qaydaları bilən hər bir kəs insan hüquqlarına hörmət edir onun qorunmasına diqqət göstərir. Din, dil, irq, cinsiyyət fərqi bu hüquqları etibarsız hala gətirməz. Cəmiyyətdə qəbul edilən insan hüquqları insanın dəyərini qoruyan bir vasitədir. Bizlər öz haqlarımızı bilməli onu tələb etməyi bacarmalıyıq. Bu digər məsələlərlə bağlıAranhüquq firması MMC-nin icraçı direktoru Alik Əsədovla söhbətləşdik.

 

 - Alik müəllim, Şirvan şəhərində hazırda vətəndaşlar ən çox hansı məsələlərdə hüquqpozulmaları ilə bağlı sizə müraciət edirlər?

 

- Son dövrlərdə ən çox nikahın pozulması, aliment tələbi, evə köçürülmə, evdən istifadə hüququnun tanınması, qızıl-zinət əşyalarının geri alınması məsələləri ilə bağlı müraciətlər olur. Bundan başqa, pensiya hüquqlarının pozulması ilə əlaqədar müraciətlər edilir.

 

- Sizcə, bunun səbəbi nədir?

 

- Mən deyərdim ki, bir çox gənclər ailə qurarkən ailə münasibətlərinə çox məsuliyyətsiz yanaşırlar. Onlar ailənin dolandırılmasına, uşağa qayğı göstərilməsinə biganə yanaşırlar çalışırlar ki, bu vəzifədən uzaq olsunlar. Digər tərəfdən,mənim şəxsi qənaətim belədir ki, gənc qızlar ailə həyatı qurarkən bu həyata tam hazır olmurlar. Yəni onlar yeni ailəyə, yeni mühitə düşdükdən sonra buraya uyğunlaşmaqdansa, valideynlərinin yanına qayıtmağa meyilli olurlar. Beləliklə, gənc ailələrdə müəyyən çətinliklər, problemlər yaşanır. Bu problemin həllində gənclərin valideynləri kömək etmək əvəzinə, onları tamamilə əks istiqamətə yönəldirlər. Bu da ailənin dağılmasına gətirib çıxarır.

 

Qeyd etdiyim digər problemə gəlincə, məlum olduğu kimi, vətəndaşların pensiya təminatı haqqında qanun var. Bir pensiyanın hesablanması haqqında təlimat var. Təlimatda yazırlar ki, pensiya əmək kitabçasında olan qeydiyyatlara əsasən hesablanmalıdır. Əmək kitabçaları sovet dövründə mövcud idi. Ancaq bir çox sovxoz kolxozlarda əmək kitabçaları yazılmayıb. Vətəndaşlar indi onun əziyyətini çəkirlər. Arxivdən arayışlar alırlar, ancaq əmək kitabçasında həmin qeydiyyatlar olmur. Buna görə Şirvan İnzibati İqtisadi Məhkəməsinə öhdəliyin qoyulması tələbinə dair iddialarla müraciət edirlər. Bu da onların vaxt itkisinə uzaq rayonlardan gəlib,burada əziyyət çəkmələrinə səbəb olur.

 

- Vətəndaşların öz hüquqlarını bilməmələri onların hüquqlarının tapdanması ilə dərəcə əlaqəlidir?

 

- Bilavasitə əlaqədardır. Bəzi insanlar öz hüquqlarını bilmirlər öyrənmək istəmirlər. Tamamilə əks istiqamətə gedirlər. Beləliklə, hüquqlarını bilməmələri onları süründürməçiliyə, bəzi icra məmurlarının özbaşınalığına gətirib çıxarır ki, vətəndaşlar da bundan əziyyət çəkirlər.

 

- Bəs hüquqlarını bilən insanlar onu müdafiə etməyə dərəcə nail olurlar, bacarırlar?

 

- Mən deyim ki, hüquqlarını bilən şəxslərin 95 faizi öz hüquqlarını müdafiə edə bilirlər. Yəni digər orqanlara müraciət etməklə, məhkəmələrə müraciət etməklə s. formada pozulmuş hüquqlarını bərpa etdirə bilirlər.

 

- Bəzən öz hüququnu tələb edən insanlarademaqoqdeyirlər...

 

- Mənim fikrimcə, “demaqoqsözü elə öz hüququnu tələb eləyən deməkdir. Bir bizdə bir az milli mentalitetdən irəli gələn bir şey var, məsələn, kiminsə hüququ pozulur,heç kimə demək istəmir, utanır, çəkinir. Fikirləşir ki, mənədemaqoq”, yazan deyəcəklər. Hər halda mən belə düşünənlərin bu hərəkətinə pis baxıram. Ona görə ki, hər bir insan öz hüququnu tələb etsə, cəmiyyət tamam başqa cür formalaşar məmur özbaşınalığına, süründürməçiliyə son qoyular. Bütün bunların hamısı camaatın xeyrinədir. Məsələn, son zamanlarda respublikada möhtərəm Prezidentimizin səyi nəticəsində yaranan “ASAN xidmətəhalini süründürməçilikdən, get-gəldən qurtarmaq neqativ halların qarşısını almaq üçün atılmış addımdır.

 

- Qanunlarımızın dili çox qəlizdir. Bəzən anlamaq üçün bəzi maddələri bir neçə dəfə oxumalı olursan. İnsanların çoxunun öz hüququnu bilməməsi bununla bağlı ola bilərmi?

 

- Qanunlarda bəzən qəlizliklər olur. Bəzən görürsən ki, bir məcəllənin maddəsi ilə digər məcəllənin maddəsi arasında ziddiyyətlər olur. Bununla əlaqədar Konstitusiya Məhkəməsi plenumunda çox vaxt şərh verirlər, həmin maddələri necə başa düşmək lazımdır,izah verirlər. Mən burada elə bir qəlizlik görmürəm. Mülki Məcəllə var onun izahı var. Maddələr şərhlərdə daha geniş yazılır. Ailə Məcəlləsi var, bir onun yozumu var. Bütün məsələlər şərhlərdə daha geniş sadə dildə izah olunur. Bir kimsə qanunları qəliz hesab edirsə, yaxınlaşıb bizdən soruşa bilər bunları ona təmənnasız öyrədərik. Mən özüm o şərhlərdən geniş istifadə edirəm.

 

- “Qanun şahdır, şah qanun deyilfikri ilə yəqin tanışsınız. Qanunun şah olması üçün biz etməliyik?

 

- Qanunun şah olması üçün cəmiyyət buna hazırlanmalıdır. Özünü bu üslubda kökləmələdir. Birdə ki, biz hər şeyə bir qədər soyuqqanlılıq var, “əşideyib keçib gedirik. Bizim evimizi yıxan elə bunlardır.

 

- Şirvanda boşanmalarla bağlı vəziyyət necədir?

 

- Şirvanda da vəziyyət ürəkaçan deyil. Deyim ki, belə gedərsə, nikahın pozulması nikahın bağlanma statistikasını üstələyəcək. Boşanmaların artması həm hüquqla bağlı problemləri artırır.

 

- Boşanmalardan sonra ortaya növbəti problemlər çıxır. Məsələn, əmlakın bölüşdürülməsi, uşaqlara aliment verilməsi s. Bu barədə deyərdiniz?

 

- İddia qaldırılanda 3 məsələni bir yerdə həll edirik. Bunlar nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması bir aliment tələbidir. Yəni bu 3 iddia bir yerdə gedir. Daha sonra burada da problem əmələ gəlir. Ata aliment ödəməkdən qəsdən, bilə-bilə yayınır. O, hesab eləyir ki, mən bu alimenti ödəyirəmsə, bununla ananın maddi rifahını yaxşılaşdırıram. Ancaq o, öz uşağını hesaba qatmır. Valideynlərin hər ikisi uşaqları saxlamağa borcludur. Birgə nikah dövründə əldə olunmuş əmlak varsa, onun bölünməsinə dair ayrıca iddia qaldırılır.

 

- Bəzi qanunlar var ki, tutaq ki, vəkillər onu başqa mənalara yozurlar. Bu halda Ali Məhkəmə şərh verir. Siz bu cür problemlərlə üzləşirsinizmi?

 

- Konstitusiya Məhkəməsinin plenumunda məsələlər həll olunur. Orada ziddiyyətlər əmələ gələrsə, Konstitusiya Məhkəməsi şərh verir, qərar qəbul eləyir. Biz Konstitusiya Məhkəməsinin plenumunun qərarına görə işlərimizi qururuq.

 

- Vətəndaşlar düşünürlər ki, vəkilə müraciət etdikdə o,üzləşdiyi problemi həll edəcək. Bəs hansı hallarda vəkillər də aciz qalırlar?

 

- Elə məsələr olub ki, biz onu həll edə bilməmişik. Çünki müraciət edən şəxsin tələbi ya əsassız olub, ya da tamam başqa bir məlumat verib. Bu da məhkəmənin gedişində başqa halların, ziddiyyətlərin ortaya çıxmasına səbəb olur.

 

- Hüquqların müdafiəsi, süründürməçiliyin aradan qaldırılması məsələsində vəziyyət ildən-ilə yaxşılaşır, yoxsa pisləşir?

 

- Hal-hazırda yaxşılaşmağa doğru gedir.

 

- Vətəndaşlara nə tövsiyə edirsiniz?

 

-Vətəndaşlara tövsiyəm odur ki, öz hüquqlarını qanuni yolla müdafiə etməyi bacarsınlar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Babək Əsgər

Zaman.-2014.-28 avqust.-S.13.