Sosial məsələlərin həllində vətəndaş cəmiyyətinin rolu

 

Vətəndaşların öz-özünə təşkilatlanmasının müxtəlif formaları özlüyündə cəmiyyətin sosial, iqtisadi mədəni inkişafının nəhəng ehtiyatlarını daşıyır.

 

Vətəndaş cəmiyyəti sosial məsuliyyət hissindən - dövlətin üzərinə atmadan vətəndaşların ya sərbəst, ya da kooperasiyada digər vətəndaşlarla öz ümumi problemlərinin həllinə çalışması hesabına böyüyür. Sosial tərəqqi cəmiyyətdə hakimiyyəti tənqid edən nəzarətdə saxlayan, onu öz maraqları üçün işləməyə məcbur edən məsuliyyətli vətəndaş cəmiyyəti olmadan mümkün deyil. Dövlət vətəndaşların könüllü birliyini idarə etməməli, dövlət işlərində onların iştirak imkanlarını genişləndirərək onlara dəstək verməlidir.

 

Vətəndaş cəmiyyətianlayışı sosial məsələlərin həllinin elə vəziyyətini ifadə edir ki, burada hüquq azadlıqların qorunması, vətəndaş özfəaliyyətinin siyasi fəallığın inkişafı, vətəndaşların siyasətdə real iştirakı üçün şərtlər hazırlanır. Müasir vətəndaş cəmiyyəti uzun tarixi inkişafın nəticəsidir. Vətəndaş cəmiyyətinin qurulması hüquqi dövlətin formalaşması ilə əl-ələ gəlmiş belə davam etməkdədəir. Vətəndaş cəmiyyəti hüquqi dövlət bir-birilə əlaqəli şəkildə fəaliyyət göstərərək ictimai siyasət sferasını əmələ gətirir.

 

1980-ci illərin axırı 1990-cı illərin əvvəllərində postkommunist dəyişikliklərininvətəndaş cəmiyyətişüarı həyatın bütün aspektlərinin tam bir yerə birləşməsinin sona çatdığı barədəydi, başqa sözlə dövlət cəmiyyəti bir-birindən ayırırdı. Bu məsələ cəmiyyətin müasir islahatlar mərhələsində ən vacib şərtlərdən biridir. Bu mənada vətəndaş cəmiyyəti o sosial sifariş o ideyadır ki, çox cəhətdən cəmiyyətin inkişafının magistral yolunu müəyyən edir. Bu, total dövlətçiliyin təsirinə düşməyən bu ya digər sosial minimumların tapılması deməkdir. Amerikalı tədqiqatçı D.Bouz yazır: “Vətəndaş cəmiyyətində sizə aid olan qərarı özünüz qəbul edin. Siyasi cəmiyyətdə bu qərarları sizin əvəzinizdən qəbul edirlər. qədər ki, həyati vacib məsələlərin həlli insanların iştirakı olmadan həyata keçirilir təbii ki, onlar buna qarşı çıxırlar, siyasi sistem məcburən zorakılığa əsaslanır”.

 

 

 

Sosial tərəqqi cəmiyyətdə hakimiyyəti tənqid edən nəzarətdə saxlayan vətəndaş cəmiyyəti olmadan mümkün deyil

 

Siyasi ədəbiyyatda vətəndaş cəmiyyətinin birmənalı anlamı yoxdur. Lakin ümumilikdə belə bir fikir üstünlük təşkil edir ki, vətəndaş cəmiyyəti qanunvericiliklə dövlətin birbaşa müdaxiləsinə sədd çəkən vətəndaş assossasiya cəmiyyətləri vasitəsilə üzə çıxan qeyri-siyasi münasibətdir. Amerika politoloqu O.Enkarnasyon belə hesab edir ki, vətəndaş cəmiyyəti öz maraq dəyərlərini qorumaq üçün xüsusi şəxslər tərəfindən yaradılan geniş müxtilif cəmiyyətlər aləmini əhatə edir. Bu aləm yerli vətəndaş təşkilatlarının sərbəst şəkildə qurduğu, məsələn, qonşuluqda yaşayan insan assossasiyaları kimi, həm iyerarxiya şəklində təşkilatlanmış ümummilli ittifaq tipli qruplar etnik assossasiyalardan ibarətdir.

 

Vətəndaşların öz-özünə təşkilatlanmasının müxtəlif formaları özlüyündə cəmiyyətin sosial, iqtisadi mədəni inkişafının nəhəng ehtiyatlarını daşıyır. Vətəndaş cəmiyyəti sosial məsuliyyət hissindən - dövlətin üzərinə atmadan vətəndaşların ya sərbəst, ya da kooperasiyada digər vətəndaşlarla öz ümumi problemlərinin həllinə çalışması hesabına böyüyür. Sosial tərəqqi cəmiyyətdə hakimiyyəti tənqid edən nəzarətdə saxlayan, onu öz maraqları üçün işləməyə məcbur edən məsuliyyətli vətəndaş cəmiyyəti olmadan mümkün deyil. Dövlət vətəndaşların könüllü birliyini idarə etməməli, dövlət işlərində onların iştirak imkanlarını genişləndirərək onlara dəstək verməlidir.

 

İnkişaf etmiş vətəndaş cəmiyyətində insan ləyaqəti şəxsiyyəti, ailəyə hörmət ictimai-siyasi dövlət quruluşunun dəyişməz bünövrəsinin keyfiyyəti ilə təsdiq olunur. “... Vətəndaş cəmiyyətinin ən böyük məqsədi fərdlərin xoşbəxtliyidir: çünki əgər onu təşkil edən üzvlər xoşbəxt deyilsə, cəmiyyət necə xoşbəxt ola bilər?” - bu sualı şotland mütəffəkkiri A.Ferqyusson qoymuşdur.

 

 

 

Postkommunizmin qarşısında yenidən yaradılmış həm siyasi, həm vətəndaş institutlarının legitimləşdirilməsi vəzifəsi durur

 

İnsanın ləyaqətli varlığı - onun azadlığı, onun firavanlığı, təhlükəsizliyi öz qabiliyyətlərini inkişaf etdirmək inkanlarının olmasıdır. Dovlət bu məqsədə nail olmaq üçün yalnız bir alətdir. Dövlətin varlığının mahiyyəti vətəndaşlara xidmət göstərməkdən ibarətdir, onları abstrakt ideyalara qurban vermək deyil. Belə cəmiyyətin əsas prinsipi: insan dövlət üçün deyil, dövlət insan üçündür. Vətəndaş cəmiyyəti ilə hüquqi dövlətin qarşılıqlı münasibətinin hüquqi baxımdan nizama salınması aşağıdakı prinsiplə həyata keçirilir: hakimiyyət üçün qanunla icazə verilməyən hər şey yasaqdır; vətəndaşlar üçün qanunla yasaq olmayan hər şey icazəlıdır.

 

D.Lovellin fikrincə, postkommunizmin qarşısında yenidən yaradılmış həm siyasi, həm vətəndaş institutlarının legitimləşdirilməsi vəzifəsi durur. Məhz yeni institut bunlar tərəfindən qəbul edilmiş qərarların alternativ legitimləşdirmə üsulu etimadı zəruriləşdirir. Bu etimad əsasında sonralar könüllü assossasiyaların törədiyi geniş ictimai əməkdaşlığa şərait yaradır hüquqı dövlət çərçivəsində iqtisadi inkişaf gedir. Mümkün alternativ etnik ya milli mənsubiyyətin köməyi ilə legitimliyi əsaslandırmağa cəhd göstərməkdir. Məsələnin bu cür həlli uzunmüddətli deyil, lakin o, öz siyasi uğursuzluğunun məsuliyyət yükünü başqalarının çiyninə yıxmaq istəyən bəzi siyasiləri cəlb edir.  

 

Etimadın güclənməsi liberal demokratiya xalis vətəndaş cəmiyyətinin konsolidasiyasını yaratmağa qadirdir. Bundan ötrü ictimai maraq oyatmaq qorumaq zəruridir. Siyasətin yeni forma rolu barədə - vətəndaşları, ictimai marağın vacibliyi təbiəti barədə isə dövlət qulluqçularını məlumatlandırmaq lazımdır. Şəffaf nəzarət altında olan idarə sistemi iqtisadi həyat fəaliyyətinin digər sferalarında sui-istifadənin qəti şəkildə qarşısını almaq iqtidarındadır. Lakin sadə sərəncamla etimad qazanmaq mümkün deyil. O vərdiş kimi yaranır daim təcrübə tələb edir.

 

İyerarxiya qarşılıqlı əlaqələrinin vertikal strukturları ilə siyasətdən fərqli olaraq, vətəndaş cəmiyyəti, cəmiyyətin həyat fəaliyyətini qoruya biləcək məcburi üfüqi, qeyri-hakimiyyət əlaqələrinin varlığını tələb edir.

 

 

 

Ədalətə can atmayan azadlıq cəmiyyətdə qoruna bilməz

 

Vətəndaş cəmiyyətinin funksiyaları onun struktur elementləri - həvəskar könüllü vətəndaş birlikləri ilə yerinə yetirilir. Məhz bu cür birliklərdə fəal vətəndaş şəxsiyyəti yetişir.

 

Vətəndaş cəmiyyəti insan həyatında azadlığı mütləq dəyər kimi tanımadan mümkün deyil. Yalnız suveren dövlət öz vətəndaşlarının firavanlığı və təhlükəsizliyini təmin edə və iyirmi birinci əsrdə dinamik inkişaf perspektivinə sahib ola bilər. Ədalətə can atmayan azadlıq cəmiyyətdə qoruna bilməz. Bu cür cəmiyyət, azadlığı maddi rifah halı ilə möhkəmlənmiş insanlarla azadlığı cansıxıcı kasıblığın simvoluna çevrilmiş insanlar arasında ayrılığa səbəb olmağa məhkumdur. Bu ayrılığın nəticəsi ya sosial partlayışa, ya da imtiyazlı azlıqların diktaturasına gətirib çıxara bilər. Ədalət nəinki hüququn bərabərlyinə can atmaq, həm də vətəndaşların öz qabiliyyətlirini reallaşdırmaq imkanlarının bərabərliyini, eləcə də bundan məhrum olanlara ləyaqətli həyat zəmanəti verməyi tələb edir.  

 

ardı növbəti sayımızda

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə

 

ni hazırladı:

 

Loğman Məmmədov 

Zaman.-2014.-5 dekabr.-S.13.