Sosial məsələlərin həllində
vətəndaş cəmiyyətinin rolu əvvəli
ötən sayımızda
XX əsrin
sonu kommunist sisteminin dağılması
ilə yadda qaldı. Hüquqi
dövlət, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyətinin
yaranması istiqamətində
ilk addımlar atıldı.
Lakin tarixi sıçrayış
etmək imkanı reallaşdırılmadı. Dəyişikliklər siyasətinin
sonu maddi mənafe və vulqar iqtisadi yanaşma üzərində
qurulmuşdu ki, bu da Avropa
və dünya dövlətlərinin sosial-iqtisadi
və intellektual inkişaf təcrübəsi
ilə inkar olunurdu.
Sosial ədalət prinsipindən imtina etmək əksər vətəndaşların həyat
səviyyəsinin aşağı
düşməsi və
keyfiyyətinin azalması,
əhalinin böyük
hissəsinin kasıblıq
həddinə sıxışdırılmasına
səbəb olur. Kəskin sosial təbəqələşmə
stabil demokratiyanın qarantı kimi orta təbəqənin yoxluğuna işarədir.
Əhali
qarşısında sosial
öhdəlilklərin yerinə
yetirilməməsi ilə
yanaşı milli sərvətin bir qrup insanlar tərəfindən
özəlləşdirilməsi cəmiyyəti uğur qazanmış azlıqlar və uduzmuş çoxluqlara ayırır.
Vəhşi kapitalizmin
sınağına təhsil,
səhiyyə, elm və
mədəniyyət tab gətirə
bilmir.
***
1990-ci illərin əvvəllərində
demokratiya və bazar iqtisadiyyatına keçid fəal və qəti şəkildə Azərbaycan
vətəndaşları tərəfindən
dəstəkləndi. Onlar bununla
azadlığın xeyrinə
həlledici və sarsılmaz seçıim
etdilər. Bu Azərbaycan xalqının
çox böyük və real, dövlətimizin
isə XX əsrdə
ən böyük nailiyyəti idi. Bununla bir çox islahatlar həyata keçirildi, yeni sosial təcrübələr
mənimsənildi, dövlət
orqanlarına seçkilər
keçirildi, bazar iqtisadiyyatı inkişaf etməyə başladı.
Nəticədə fəal insan
potensialı yarandı
ki, bunsuz vətəndaş cəmiyyətinin
formalaşması mümkün
deyildir.
Azad cəmiyyət yalnız
o halda qurula bilər ki, bunda əksəriyyət maraqlı olsun. Dövlətin vəzifəsi bu azadlıqdan daha çox vətəndaşın
bəhrələnməsi üçün
münbit şərait
yaratmaqdan ibarətdir.
Yalnız varlı və
güclülərin deyil,
kasıb və zəiflərin də azad yaşamaq hüquqları vardır.
Lakin ikincilərin bunu əldə etmək şansı olmalıdır.
Yalnız firavanlıq içində
yaşayan azlığın
deyil, istisnasız olaraq bütün vətəndaşların maraqlarına
uyğun islahatlar aparmaq istəyən əksər müasir siyasi güclər bu yanaşma ilə razılaşırlar.
Sosial təbəqələşmə və məhəlli inkişafın uyğunsuzluq
miqyasını nəzərə
alaraq, 1990-cı illərin
əvvəlləri üçün
xarakterik olan islahatlara vulqar yanaşmanın dəyişməsi
zəruridir. Milli gəlirin
sivil şəkildə
bölüşdürülməsi dövlətin inkişafı
kimi, siyasətinin də prioritet sahəsi olmalıdır.
Vətəndaş cəmiyyəti - sosial ədalət, güclü
və zəiflərin
sosial həmrəylik prinsiplərinə əsaslanan
bərabər imkanlar cəmiyyətidir. Bu, o deməkdir
ki, azad cəmiyyətin mövcudluğu
üçün vacib
şərt, təkcə
fərdi təşəbbüslərə
azadlıq vermək deyil, həm də inkişaf etmiş sosial yardım sisteminin formalaşmasıdır.
Bəzi mütəxəssıslərin fikrincə, vətəndaş
cəmiyyətinin inkişafı
iki əsas oyunçudan - dövlətdən
və mahiyyət etibarilə vətəndaş
cəmiyyətinin inkişaf
yollarını və
onun siyasi iştirakının modelini
təyin edən biznesdən asılıdır.
Azad cəmiyyət yalnız
istənilən özbaşınalığı
inkar edir və hamı üçün firavanlıq
məqsədi daşıyan
iqtisadi qaydaların yaradılmasında dovlətin
aktiv rolunu təklif edən stabil siyasi sistem
çərçivəsində qurula bilər. Bazar - məqsəd deyil, bütün vətəndaşların
firavanlıq və azadlığına nail olmaq
vasitəsidir. Dövlətin
vəzifəsi azad bazarı sosial məqsədlərə nail olmağa
yönəltməkdir, onu
buna məcbur etmək deyil.
Vətəndaş cəmiyyəti - dövlət
tərəfindən verilən
müəyyən zəmanət
sistemi hesabına özünün fiziki varlığını və
siyasi dəyər qazanır. Vətəndaş cəmiyyəti və
hüquqi dövlətin
bir-birinə təsir və bir-birindən asılılığı bundan
ibarətdir. Demokratik quruluşun
varlığı ilə
şərtlənən hüquqi
dövlətin tədrici
inkişafı nəinki
hakimiyyətin üç
ənənəvi qola
ayrılmasını, həm
də vətəndaş
cəmiyyəti və
dövlət arasında
onların ayrılmasını
tamamlamağı özündə
ifadə edir.
Demokratik hüquqi dovlət qurmaq üçün fəaliyyətdə olan Konstitutsiyanın bütün
maddələrinə əməl
etmək kifayətdir. Hüquqi dövlət
yalnız dövlətin
özü qanunları
gözlədiyi halda mümkündür. Vətəndaş cəmiyyəti məhz cəmiyyətin avtoritarizmə
qayıtmasının qarşısını
almaq üçün
yaranmışdır. Onun qurulması isə aşağıdakı
amıllərin yaranmasına
səbəb ola
bilər:
- müəyyən növ insan toplumunun mülki, siyasi və sosial hüququnun onun ayrılmaz hıssəsi olduğunun tanınması;
- çoxsaylı təşkilat, assossasiya və institutların yaradılması, onların
müxtəlifliyinin qorunması;
- kütləvi informasiya vasitələrinin
müstəqillik və
plüralizm şəraitində
fəaliyyəti;
- müxtəlif təyinatlı fondlar və xeyriyyəçiliyin
digər formaları və kiçik biznesin inkişafı üçün sadələşdirilmiş
qanunvericilik bazasının
yaradılması;
- əsas institutlara
(dini müəssisələr,
universitetlər, mədəniyyət
sferası və s.) özünüidarə imkanları
vermək;
- mərkəzi oprqanların bəzi vəzifələrinin yerli
orqanlara verilməsi prinspinin həyata keçirilməsi.
***
Tədqiqatçıların firkincə, vətəndaş
cəmiyyətinin formalaşmasında
əsas çətinliklərdən
biri təkcə ənənəvi normalar və sosial-mədəni əlaqələrin dağılması
deyil, həm də artırılmış
maddi və mövqe gözləntilərinin
meydana çıxmasıdır. Bu gözləntilər, xüsusilə
ilkin, yetkinləşməmiş
mərhələdə vətəndaş
cəmiyyətinin konstitusiyalaşdırılmasını
reallaşdırmadı.
Qonşu dövlətlərin siyasi mədəniyyəti bir-birinə ciddi təsir göstərir. Avropada yayılmış indivudalizm kollektivçilik xarakterinə təsir etməyə başlayır. Bu konteksdə vətəndaş cəmiyyəti haqqında təsəvvürlərin transformasiyasının mümkünlüyü ortaya çıxır. Bunsuz həyat problemlərinin effektiv həlli mümkün deyil.
Sovet kollektivçiliyi kollektivin həll etdiyi çərçivələrlə insan azadlığını məhdudlaşdırırdı. O, kollektiv üzvlərinin səviyyəsini düzəldir, şəxsiyyətlər deyil, fərdlər yetişdirərək insan yaradıcılığı və təşəbbüsünü boğurdu. Kollektivdən çıxmaq olmazdı, oradan yalnız qovulmaq olardı. Rus filosofu F.A.Stepun şəxsiyyət və fərdiyyət arasında sərhəd çəkməni iki digər anlayışla izah edir - ellik və kollektivçilik. O, belə hesab edir ki, ellik və ya xalis icma haqqında yalnız şəxsiyyətlərdən, həm də şəxsiyyətlərdən deyil, fərdlərdən ibarət olan cəmiyyətdə söz etmək olar.
Vətəndaş cəmiyyəti özlərinin maraqlarına səbəb olan məsələlərin həlli üçün birləşən azad insanlardan ibarətdir. Başqa sözlə, insanlar burada həqiqi icmaçılıqdan bəhs edən kollektivi şüurlu şəkildə yaradırlar. Bu, dövlət tərəfindən qurulmuş və ya dövlətin nəzarətində olan kollektivdən fərqlənir. Çünki belə kollektiv birinci növbədə şəxsi maraqları deyil, dövlət maraqlarını ifadə edir. Vətəndaş cəmiyyətində insan ona qarşı dövlət və cəmiyyət hər hansı bir sanksiyanın qəbul edilməsindən qorxmayaraq kollektivi azad şəkildə tərk edə bilər. Bu, vətəndaş cəmiyyəti ictimai birliyini qeyri-demokratik rejim şəraitindəki analoji cəmiyyətdən köklü şəkildə fərqləndirir. Ona görə də vətəndaş cəmiyyətinin formalaşması üçün öz maraqlarını dərk edən və onun reallaşdırılması üçün aktiv şəkildə çıxış edən azad fərdlər lazımdır. Üstəlik, göstərilən fərdlərin azadlığı sinfi, dövlət və ya korporativ maraqlarla deyil, bu cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları ilə məhdudlaşdırılır. Bu fərdlərin yaradılması cəmiyyətin demokratikləşdirilməsi şəraitində obyektiv zərurətdir.
Zaman.-2014.-6 dekabr.-S.13.