Hüquqi dövlət quruculuğunda seçki sistemi

 

Tarixi faktlar göstərir ki, hər bir ölkənin inkişafında müxtəlif səbəblərlə yanaşı eyni zamanda, demokratik seçkilərin təsiri böyükdür.

 

 Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsasən seçki vasitəsilə reallaşdırır bu zaman hakimiyyətlə idarəedilən arasında razılıq təmin olunur. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca sistem isə ilk növbədə azad, ədalətli obyektiv seçkilərin təşkil olunmasıdır. Demokratik seçkilərdə əsas şərt hesabat vermək məsuliyyətindən əlavə eyni zamanda, aşkarlıq, şəffaflıq obyektivlikdir.

 

Demokratik cəmiyyətin əsas göstəricisi hesab olunan seçkilər demokratiyanın bərqərar olunmasında mühüm rol oynayır. Seçkilər hakimiyyətin xalqın etibarını qazandığını göstərən bir vasitədir xalq hakimiyyətinin təmin edilməsi məhz seçkilər nəticəsində ortaya çıxır. Seçkilər olan ölkədə hakimiyyət faktiki olaraq xalqın əlinə keçir. Bu da cəmiyyəti ədalətsizlikdən diktatura rejimindən qoruyur. Azərbaycan Respublikasında 18 yaşına çatmış hər bir şəxs seçkidə iştirak etmək hüququna sahibdir. Hər hansı bir vətəndaşı yalnız məhkəmə yolu ilə seçki hüququndan məhrum etmək mümkündür. Ümumi seçki hüququ dedikdə irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən s. asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşları seçmək, seçilmək referendumda iştirak etmək hüququ başa düşülür.

 

Seçki prosesinin həyata keçirilməsində mühüm amillərdən biri səsvermənin təşkil olunma formasıdır. Qeyd etmək lazımdır ki, seçki forması seçki sistemi anlayışında öz əksini tapır. Seçki sisteminin üç tipi mövcuddur. Bunlar majoritar, proporsional qarışıq seçki sistemləridir.

 

Majoritar seçki sistemi 1 mandatlı olub deputatlığa namizəd seçkilərdə fərdi qaydada iştirak etməli o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə deputatlığa namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Belə ki, bu seçki sistemində bir nəfərin timsalında partiyalara deyil konkret namizədə səs verilir. Əvvəllər Fransada istifadə olunan bu sistem hazırda Kanada, İngiltərə, Hindistan, ABŞ bir sıra ölkələrdə tədbiq olunur.

 

Proporsional seçki sistemində seçkilərin partiya siyahıları üzrə aparılması nəzərdə tutulur. Bu sistem ayrı-ayrı namizədlər üzrə deyil, əldə olunmuş səslərə uyğun olaraq siyahı üzrə proporsional şəkildə bölgüyə əsaslanır. Bu zaman deputatlar yalnız partiya qarşısında məsuliyyət daşıyırlar. Qeyd edək ki, bu sistem İtaliyada, Latın Amerikasında, İsraildə, Avstraliyada Portuqaliyada geniş tətbiq edilir.

 

Qarışıq seçki majoritar proporsional üsullarının birləşməsini nəzərdə tutan bir sistemdir. Bu sistem Rusiya Federasiyasında istifadə olunur. Belə ki, dövlət dumasına seçkilərdə deputat yerlərinin sayı bərabər bölüşdürülür. Proporsional seçkilərdə 5%-dən artıq səs toplayan partiyalar Dövlət Dumasında təmsil olunma hüququ qazanır.

 

Qeyd edək ki, əvvəllər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi əsasında həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında 2002 il avqustun 24-ü ümumxalq referendumunda qəbul edilmiş dəyişikliklər nəticəsində Milli Məclisə yalnız majoritar seçki sistemi əsasında seçkilərin keçirilməsi müəyyən edildi.

 

Vətəndaşların seçki hüquqlarının birbaşa, dolayısı ilə ya başqa şəkildə məhdudlaşdırılması qadağandır

 

Ölkəmizdə seçki hüququ konstitusiya ilə müəyyən edilir. Azərbaycan Respublikası vətəndaşlarının hər birinin seçmək, seçilmək hüququ vardır. 18 yaşına çatmış fəaliyyət qabiliyyəti olan hər bir vətəndaş seçki hüququna malikdirlər. Mənşəyinə, siyasi baxışlarma, sosial əmlak vəziyyətinə, irqi milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının birbaşa, dolayısı ilə ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

 

Tarixi faktlar göstərir ki, hər bir ölkənin inkişafında müxtəlif səbəblərlə yanaşı eyni zamanda, demokratik seçkilərin təsiri böyükdür. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsasən seçki vasitəsilə reallaşdırır bu zaman hakimiyyətlə idarəedilən arasında razılıq təmin olunur. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca sistem isə ilk növbədə azad, ədalətli obyektiv seçkilərin təşkil olunmasıdır.

 

Demokratik seçkilərdə əsas şərt hesabat vermək məsuliyyətindən əlavə eyni zamanda, aşkarlıq, şəffaflıq obyektivlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycanda da bu sistem müstəqilliyə qədəm qoyduqdan sonra formalaşmağa başlayıb. Hüquqi, demokratik dövlətdə sivil azad cəmiyyətin yaranmasına nail olan dövlət 1991-ci il oktyabrın 18-də qəbul olunmuşAzərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda xalqın demokratik seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ bəyan olunmuşdur.

 

Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. KonstitusiyanınƏsas insan vətəndaş hüquqları azadlıqlarıadlı III fəslində təsbit edilmişdir. Seçki hüququ respublikanın digər qanunlarıAzərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında”, “Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında”, “Referendum haqqında”, “Bələdiyyələrə seçkilərin qaydaları haqqındaAzərbaycan Respublikasının qanunları da seçki hüququ mənbələridir. Azərbaycan Respublikasının seçki qanunvericiliyində beynəlxalq təşkilatların tövsiyyələri nəzərə alınmaqla nisbətən dəyişikliklər olunaraq təkmilləşdirilib. Qeyd edək ki, “Seçki Məcəlləsi”nə son dəyişiklik 2008-ci il iyunun 8-də həyata keçirilib. Məcəllənin 145 maddəsinə 91 dəyişiklik olunub. Dəyişikliyə əsasən seçki kampaniyası müddəti 4 aydan 75 günə endirilib, namizədlərin pul depoziti hesabına qeydiyyata alınması ləğv edilib, prezidentliyə namizədlərin qeydiyyata alınması üçün tələb olunan imzalar 45 mindən 40 minə endirilib, dövlətdən maliyyələşən televiziya (AzTV), radio qəzetlərdə namizdlərin pullu pulsuz təbliğat aparması qadağan olunub, prezidentliyə namizədlərin seçki fondu bir milyon manatdan on milyon manata, deputatlığa namizədlər üçünsə, 85 min manatdan 500 min manata qədər artırılıb, hərbi hissələrdə seçki məntəqələrinin yaradılması ləğv edilib, adı seçici siyahısına düşməyən şəxslərin seçki günü siyahıya daxil edilməsi səlahiyyəti məhkəmələrdən alınaraq, məntəqə seçki komissiyasına verilib, seçkilərdə “exit-poll” keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməsi tələbi irəli sürülüb. Bütün bunlarla yanaşı, Seçkilərin gedişinə qanunsuz müdaxilənin yolverilməzliyi, seçki bülletenlərinin zərflərə qoyulmaması, müşahidəçiləri digər şəxslərdən fərqləndirən vəsiqələrin verilməsi, seçici siyahılarında seçicilərin ünvanlarının göstərilməsi, seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi ilə bağlı Venesiya Komissiyasının təklifləri Seçki Məcəlləsinə daxil edilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova 

 

Zaman.-2014.-9 dekabr.-S.13.