Azərbaycançılıq
ideologiyasının vətəndaş cəmiyyətinin
formalaşmasında rolu
Qloballaşan dünyada hər bir insanın
hansı ölkədə
yaşamasından asılı
olmayaraq onların vətəndaşı olan
ölkədə özlərini
cəmiyyətin tam hüquqlu
üzvü sayması
önəmli rollaradan
birini oynayır.
Bu da təsadüfi deyil. Hər bir insanın irqindən, dinindən və siyasi dünya görüşlərindən asılı
olmayaraq yaşadığı
ölkədə vətəndaş
cəmiyyətinin formalaşmasında
yaxından iştirak etməsinin təmin edilməsi sivil və demokratik dövlət qurucluğunun
əsas şərtlərindən
biridir. Bu müstəvidə
də hər bir dövlətin dünyanın siyasi səhnəsində uzunömürlü
olması ilk növbədə
onun öz ərazisində yaşayan
bütün xalqları
öz ətrafında
birləşdirməyi bacaran
və bu əsasda da sivil vətəndaş cəmiyyətinin formalaşdırılmasına
imkan verən möhkəm təməllər
üzərində qurulan
siyasi ideologiyasının
uğurla həyata keçirilməsindən asılıdır.
Bu baxımdan tarixboyu tolerant ölkə
kimi tanınan Azərbaycanda da bütün xalqların dostluq və qardaşlıq içərisində
yaşamasını təmin edən
vətəndaş cəmiyyətinin
formalaşdırılması taleyüklü vəzifələrdən
biri hesab edilib.
Buna da səbəb
Azərbaycanın tarixboyu
burada yaşayan çoxsaylı xalqlar üçün ana vətən rolunu oynaması olub. Bu müstəvidə də Azərbaycan adı coğrafi məvhum kimi lap qədimlərdən
ortaya çıxaraq ölkəmizin həm şimal, həm də cənubunu, Arazın o tayındakı
ərazilərimizi əhatə
edib.
Məsələn, X əsrdə yaşayan ərəb tarixçisi və səyyahı Əbülqasım ibn Havqəl “Əl-Məsalik
vəl məmalük”
(Yollar və məmləkətlər) və
ya “Kitab-surət əl ard” adlanan
kitabında 3 xəritə
verib. Onlardan biri Azərbaycan
adlanır. Bu xəritədə Arazın
hər iki tərəfi vahid dövlətdə göstərilib.
(Nailə Vəlixanlı
“Ərəb xilafəti
və Azərbaycan”. Bakı 1993, səh129-130)
Yəni hələ min illər bundan əvvəl Azərbaycan amili burada yaşayan bütün xalqlar üçün birləşidirici
bir məvhuma çevrilmişdi. XVI əsrdə Azərbaycanın böyük
hökmdar və qüdrətli dövlət
xadimi Şah İsmayıl Xətayi tərəfindən Azərbaycan
türkcəsinin dövlət
dili elan edilməsi burada yaşayan xalqların Azərbaycan ətrafında
daha da sıx
birləşməsində və
o dövr üçün
indiki terminlə desək vətəndaş
cəmiyyətinin formalaşmasında
atılan ilk addımlardan
biri idi.
1918-ci ildə qurulan
və şərqdə
ilk demokratik cümhuriyyət
olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq
ideologiyası əsasında
vətəndaş cəmiyyətinin
formalaşdırılması istiqamətində mühüm
addımlar atıldı. Bunu Azərbaycan
parlamentində ölkəmizdə
yaşayan bütün
xalqların nümayəndələrinin,
hətta həmin illərdə türk-müsəlmanlara
qarşı soyqırımına
əl atan ermənilərin nümayəndələrinin
olması da sübut edir.
Heydər Əliyev vətəndaş
cəmiyyətinin formalaşadırılmasında
azərbaycançılığı önə çıxarır
Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda
başlayan milli-azadlıq
mücadiləsi və
bu müstəvidə
yaşadığımız faciələr həm ölkə daxilində həm də xaricdə yaşayan milyonlarla soydaşlarımızın
vahid ideya ətrafında birləşdirilməsi
və ölkəmizdə
vətəndaş cəmiyyətinin
formalaşdırılmasında onların imkanlarından ən yüksək səviyyədə istifadə
edilməsini taleyüklü
bir məsələ kimi ortaya çıxardı. Bu məsuliyyətli və taleyüklü məsələnin
həlini öz üzərinə götürən
Heydər Əliyev isə qısa müddətdə ölkəmizdə
vətəndaş cəmiyyətinin
formalaşdırılması istiqamətində mühüm
tədbirlər həyata
keçirdi.
O, bu müstəvidə də dünya azərbaycanlılarının vahid
ideya ətrafında birləşdirilməsinin və
vətəndaş cəmiyyətinin
formalaşdırılmasının Azərbaycanın gələcəyi
üçün tarixi
və strateji önəm daşıdığını
uzaqgörənliklə müəyyən
etdi. Həmin dövrdə Heydər
Əliyev tərəfindən
irəli sürülən
azərbaycançılıq ideyası Azərbaycanın
dünya birliyinə inteqrasiyasının təməl
sütunlarından birini
təşkil etməyə
başladı.
Heydər Əliyev vətəndaş
cəmiyyətinin formalaşdırılması
məqsədinə xidmət
edən azərbaycançılıq
ideologiyasını Azərbaycan
dövlətinin ana xəttlərindən birinə
çevirərkən ilk növbədə
tarixboyu əldə edilmiş zəngin təcrübədən məharətlə
və uzaqgörən
bir strateq kimi istifadə etdi.
Necə deyərlər, Heydər Əliyev mahir strateq kimi XX əsr ziyalılarının
əsərlərində milli
ideya kimi gündəmə gətirilən
türkçülüyü daha da zənginləşdirmək
yolu tutaraq vətəndaş cəmiyyətinin
formalaşdırılmasında azərbaycançılığı yeni tarixi şəraitdə
milli dövlətçilik
ideologiyası kimi sistemə saldı. Nəticədə o, ümummilli ideya, dünya azərbaycanlılarının
ideologiyasına, vətəndaş
cəmiyyətinin formalaşdırılmasına
xidmət edən milli birlik təliminə
çevrildi.
Heydər Əliyev öz çıxışlarında ölkəmizdə
vətəndaş cəmiyyətinin
formalaşdırılması ilə bağlı bir vacib məqama
hər zaman diqqət cəlb edib. O deyirdi ki, Azərbaycanın çoxmillətli,
tolerant ölkə olması
bizim böyük sərvətimizdir və vətəndaş cəmiyyətinin
formalaşdırılması zamanı biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə
təbliğ etməliyik:
“Azərbaycan əhalisinin
çoxmilli tərkibi
bizim sərvətimizdir,
üstünlüyümüzdür. Azərbaycanın ən başlıca
sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan,
öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır.
Biz bunu qiymətləndiririk
və saxlayacağıq.
Dövlət, ölkə nə
qədər çox xalqı birləşdirsə,
bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya
mədəniyyətinə və
sivilizasiyasına öz
töhfəsini verir.
Azərbaycan bu ərazidə
yaşayan bütün
millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
Azərbaycançılıq ideologiyası vətəndaş
cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu üçün bir tərəfdən, Azərbaycan
türklərinin ölkədəki
digər etnik qruplara tolerant münasibətinin,
sülh içində
yaşamaq istəyinin
bariz göstəricisidirsə,
digər yandan, Azərbaycanın türk dünyasının ayrımaz
parçası olduğunun
təsdiqidir. Odur ki, ölkəmizdə vətəndaş
cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu üçün azərbaycançılığı
realist milli inkişaf modeli olaraq qəbul
edən Azərbaycan, türk dövlətləri
və dünya ölkələri arasında
sivil və demokratik, hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirdiyini bəşəriyyətə nümunə
dövlət kimi bir daha nümayiş
etdirir.
Digər tərəfdən də vətəndaş cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu prosesində tolerantlığı,
polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq
ideologiyası Azərbaycanın
şovinist siyasətli,
monoetnik Ermənistanla
apardığı informasiya
mübarizəsində güclü
siyasi və təbliğati silahdır.
Çünki, vətəndaş cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğunda
önəmli rol oynayan azərbaycançılıq
ideologiyası ifrat ksenofobiya, davakar millətçilik üzərində
köklənən ermənilik
ideologiyasından fərqli
olaraq, sağlam vətənpərvərlik ideologiyasıdır.
Vətəndaş cəmiyyətinin formalaşdırılması və
hüquqi dövlət
quruculuğu üçün
güclü silah olan azərbaycançılıq
ideologiyasının mayasında
başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük
fəlsəfəsi dayanır.
Bu baxımdan dünyaya açıq, mütərəqqi ümumbəşəri
dəyərlərin təcəssümü
olan azərbaycançılıq
özünü təcrid
üzərində köklənən,
qonşu xalqlara düşmənçilik, milli
nifrət aşılayan
ermənilik ideyasının
tam əksidir və onun vətəndaş cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu prosesində oynadığı
ümumbəşəri rol
danılmazdır. Bu baxımdan da vətəndaş cəmiyyətinin
formalaşdırılması və hüquqi dövlət quruculuğu prosesində uğurla tətbiq edilən azərbaycançılıq ideologiyası
bəşəriyyətin dinc
yanaşı yaşamasına
xidmət edən sivil inkişaf modelidir.
Ardı növbəti
sayımızda
Zaman.-2014.-10 dekabr.-S.13.