Azərbaycançılıq
ideologiyasının vətəndaş cəmiyyətinin
formalaşmasında rolu (2)
Əvvəli ötən sayımızda
Vətəndaş cəmiyyətinin formalaşması
və hüquqi dövlət quruculuğu prosesində azərbaycançılıq
fəlsəfəsini vahid
Azərbaycanın ideya
əsası, dünya
azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünyaya
tanıdan milli-mənəvi
irs olaraq öyrənmək və təbliğ etməklə
yanaşı, onun ölkəmizin milli təhlükəsizliyinin, müstəqilliyinin,
ərazi bütövlüyünün
qorunub saxlanılmasında
mühüm rol oynadığını da
unutmaq olmaz. Bu baxımdan əminliklə
qeyd etmək olar ki, Azərbaycanın
yeni inkişaf mərhələsinə qədəm
qoyduğu, sürətlə
dünyaya inteqrasiya olunduğu indiki vaxtda vətəndaş cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu prosesində azərbaycançılığın
oynadığı rolun
hərtərəfli tədqiqi,
onun dünya azərbaycanlıları arasında
və bütövlükdə
beynəlxalq miqyasda təbliği təkcə
bugünün deyil, həm də sabahın tələbidir.
Vətəndaş cəmiyyətinin formalaşmasında
ana dilin rolu
Heydər
Əliyev vətəndaş
cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu üçün azərbaycançılıq
ideologiyasını yeni
zirvəyə qaldırarkən
tarixi təcribəni nəzərə alaraq onun vəhdətinə
nail oldu. O, bu zaman həm Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik
ənənələrini yeni
müstəvidə inkişaf
etdirdi, həm də XX əsrin əvvəlindəki ana dili mücadilələrini
əsas götürərək
dövlət müstəqilliyimizin
və vətəndaş
cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu prosesində azərbaycançılıq
ideologiyasını sivil
inkişafımızın onurğa
sütununa çevirdi.
Onu da deyək ki,
hakimiyyətdə olduğu
bütün dövrlərdə
Heydər Əliyev vətəndaş cəmiyyətinin
formalaşdırılması və hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsində
ana dilimizin qorunub saxlanılmasını
önə çıxarıb
və bu məqsədlə də bütün imkanlardan istifadə edib. Bu müstəvidə də Heydər Əliyev hələ imperiyanın qılıncının
dalının da, qabağının da kəsdiyi bir dövrdə, 1978-ci ildə
heç nədən çəkinmədən cəsarətlə
və uzaqgörənliklə
Azərbaycan SSR-in yeni
Konstitusiyasına Azərbaycan
dilini dövlət dili kimi daxil
etdi. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayırdı: “Yadımdadır,
1978-ci ildə biz Azərbaycanın
Konstitusiyasına Azərbaycan
dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər
göstərildi. Ancaq
biz bu təzyiqlərə
dözdük” (2001-ci il oktyabrın 17-də
Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə
Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi).
Bu baxımdan da Heydər Əliyevin vətəndaş cəmiyyətinin
formalaşdırılması və hüquqi dövlət quruculuğu prosesində önə çıxardığı azərbaycançılıq
ideologiyasının təməlində
məhz Azərbaycan dili dayanır. Çünki ölkəmizdə sabitliyin
bərpası, əmin-amanlığın
qorunub saxlanılmasın
və vətəndaş
cəmiyyətinin formalaşdırılması,
hüquqi dövlət
quruculuğu prosesində
mühüm rol oynayan azərbaycançılıq
ideologiyasını Azərbaycan
dili olmadan təsəvvür etmək
mümkün deyil.
Təsadüfi deyil ki, Heydər Əliyev: “Hər bir millətin
dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən
artıq əzizdir.
Çünki çox illər
ana dilimiz, Azərbaycan dili həyatımızda geniş
yer ala bilməmişdir.
Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında
az da
olsa, çox da olsa xidmətlərini
göstərmişdir. Biz Azərbaycanda
Azərbaycan dilinin
hakim olmasını, Azərbaycan
dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”,-deyirdi.
Bu müstəvidə də Heydər Əliyev vətəndaş
cəmiyyətinin formalaşması
və hüquqi dövlət quruculuğu prosesində Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni
- azərbaycançılıq məfkurəsini yüz illər bundan sonra da güclü
və qüdrətli Azərbaycan dövlətinə
xidmət edəcək
millii strategiyaya çevirdi. Ulu öndərin 18 iyun 2001-ci
il iyun ayının
18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında”, həmçinin
9 avqust 2001-ci il avqust ayının 9-da imzaladığı “Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında”
Fərmanı vətəndaş
cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu prosesində böyük tarixi-siyasi əhəmiyyətə
malikdir. Eyni zamanda bu tarixi fərmanlar artıq yeni əsrin və üçüncü minilliyin
əvvəllərində ana
dili uğrunda mübarizənin dövlət
səviyyəsində milli
müstəqillik uğrunda
mübarizənin - azərbaycançılığı
tərkib hissəsi kimi əks etdirən
dövlət proqramlarıdır.
Nəhayət, Heydər Əliyev vətəndaş cəmiyyətinin
formalaşdırılması və hüquqi dövlət quruculuğu prosesində azərbaycançılıq
ideyasını gündəmə
gətirərkən dövlətçiliyimizin
və ideoloji düşüncəmizin tarixi
ənənələrindən bəhrələnmiş və
onu yeni şəraiadə inkişaf
etdirib.
Onu da deyək ki, vətəndaş cəmiyyətinin
formalaşdırılması və hüquqi dövlət quruculuğu prosesində uğurla tətbiq edilən Heydər Əliyevin azərbaycançılıq ideologiyasında
tarixiliklə müasirlik
möhkəm, sarsılmaz
vəhdət təşkil
edir. Bunu ulu öndərin 2001-ci il noybar ayının 10-da dünya
azərbaycanlılarının birinci qurultayındakı çıxışında dedikləri
də sübut edir. Heydər Əliyevin qurultaydakı
çıxışı vətəndaş
cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu prosesində azərbaycançılıq
ideologiyasının tarixi
proqram sənədi hesab edilir. Heydər Əliyev qurultaydakı çıxışında
bununla bağlı: “Azərbaycan dövlət müstəqilliyini əldə
edəndən sonra azərbaycançılıq aparıcı
ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar
üçün əsas
ideya olubdur. Biz həmişə bu ideya ətrafında
birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi
dəyərlərini qoruyub
saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından
bəhrələnmək və
hər bir insanın inkişafının
təmin olunması deməkdir. Müstəqil Azərbaycan dövlətinin
əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı
öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir və
biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq”,-demişdi.
Vətəndaş cəmiyyətinin formalaşmasında
azərbaycançılıq milli təfəkkür tərzinə
çevrilir
Vətəndaş cəmiyyətinin formalaşması
və hüquqi dövlət quruculuğu çərçivəsində xaricdəki diasporumuzun təşkilatlanmasında, onların
arasında milli həmrəyliyin gücləndirilməsində
önəmli rol oynayan və sivil Azərbaycan dövlətçiliyininin onurğa
sütununu təşkil
edən azərbaycançılıq
ideyasının gündəmə
gətirilməsi dünya
azərbaycanlılarını birləşdirən ən
önəmli faktorlardan
birinə çevrildi. Bü müstəvidə
də Heydər Əliyev tərəfindən
əsası qoyulan azərbaycançılıq anlayışı
qısa müddətdə
milli təfəkkür
tərzinə çevrilərək
dünyanın müxtəlif
ölkələrində məskunlaşmış
soydaşlarımız üçün
milli qürur, mənəvi dayaq və ümid yeri oldu.
Vətəndaş cəmiyyətinin formalaşdırılması
və hüquqi dövlət quruculuğu çərçivəsində önəmli rol oynayan azərbaycançılıq
ideologiyası günümüzdə
Pezident İlham Əliyev tərəfindən
sivil, demokratik, dövlət qurucluğu prosesində uğurla həyata keçirilməkdədir. Prezident İlham
Əliyevin rəhbərliyi
altında, dövlət
siyasətinin bütün
sahələrində olduğu
kimi, azərbaycanlı
diasporunun güclənməsi,
vətəndaş cəmiyyətinin
formalaşdırılması və hüquqi dövlət quruculuğu çərçivəsində azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi
istiqamətində ardıcıl
olaraq mühüm tədbirlər həyata keçirilir.
Ardı növbəti
sayımızda
Əziz Mustafa
Zaman.-2014.-11 dekabr.-S.13.