Azərbaycançılıq ideologiyasının vətəndaş cəmiyyətinin formalaşmasında rolu (3)

 

Əvvəli ötən sayımızda

 

Vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu çərçivəsində azərbaycançılığın oynadığı əvəzedilməz rol Prezident İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilir. Bunu vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu çərçivəsində azərbaycançılığın oynadığı əvəzsiz rolla bağlı Prezident İlham Əliyev tərəfindən 2006-cı ilin mart ayında keçirilən Dünya azərbaycanlılarının II qurultayında dedikləri bir daha sübut edir.

 

Dünya azərbaycanlılarının II qurultayında İlham Əliyev: “Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram konsepsiya əsasında irəliləyirik. Bu işdə Azərbaycan diasporunun böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun. Bu, bizim mövqelərimizi möhkəmləndirir. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”,-deyib.     

 

Prezident İlham Əliyev sonrakı illərdə bu məsələni, vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu çərçivəsində azərbaycançılığın oynadığı mühüm rolu onun dünya azərbaycanlıları arasında birləşdirici körpü funksiyasını yerinə yetirməsini diqqət mərkəzində saxladı.

 

Bu baxımdan  Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu prosesində Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasının təntənəsi idi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində önəmli rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara birləşdirmə səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məsələnin bu tərəfinə diqqəti cəlb edərək Dünya azərbaycanlılarının III qurultayındakı çıxışında: “Axı bura bizim vətənimizdir. Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi!”-dedi.

 

Bu isə öz növbəsində vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu prosesində dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən azərbaycanlıların vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin milli diasporumuzun formalaşdırılmasının möhkəm əsaslarınının qoyulduğunu bir daha sübut edir.

 

Bu çərçivədə tarixi təcrübəni yeni müstəvi üzərinə keçirən Heydər Əliyevin şah əsəri olan azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsində, vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu prosesində tarixi bir missiyanı həyata keçirməkdədir.

 

Vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu prosesində mühüm rol oynayan azərbaycançılıq həm Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir. Azərbaycançılıq ideyası həm Azərbaycanın böyük ədib mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bu işin mühüm tərkib hissəsidir.

 

Sevindirici haldır ki, vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu prosesində azərbaycançılıq ideyası çərçivəsində dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu prosesində ulu öndərin şah əsərlərindən biri olan azərbaycançılıq ideyası çərçivəsində beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər, gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Təbii ki, Mehriban xanımın ölkəmizdə uğurla həyata keçirilən vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu prosesində Azərbaycanın zəngin mədəni irsini beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ etməsi nəticə etibarilə ölkəmizin inkişaf etmiş dövlətlər arasında nüfuzunun daha da artmasına xidmət edir.

 

Dünyada qloballaşmanın yayıldığı zamanda bu tarixi prosesdə  öz milli-mənəvi irsi ilə qoşulmaq vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi məsələsində hər bir xalq üçün böyük önəm daşıyır. Vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu prosesində mühüm rol oynayan azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir.

 

Bu nöqteyi-nəzərdən vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu çərçivəsində azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğuna xidmət edən azərbaycançılıq Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün mədəniyyətlərarası dialoqda, xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm bir körpüdür.

 

Günümüzdə vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu çərçivəsində azərbaycançılıq bu günümzlə sabahımız arasında əbədiyaşar ideologiyalardan birinə çevrilib. Təsadüfi deyil ki, Heydər Əliyevin özündən sonra Azərbaycan dövləti gələcəyimizin əsas istiqamətlərindən biri kimi yadigar qoyduğu, bütün dünya azərbaycanlılarının əvəzsiz milli sərvəti olan azərbaycançılıq ideologiyası haqqında akademik Ramiz Mehdiyev: “Azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında, beynəlxalq miqyasda artıq qərarlaşmış olan başlıca ideoloji kurslarla müqayisəli şəkildə təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac vardır”,-deyir.

 

Bir sözlə Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun zəhməti sayəsində xalqda dövlətə inam hissi, hakimiyyətə hörmət gücləndi.

 

Beləliklə, vətəndaş cəmiyyətinin formalaşdırılması hüquqi dövlət quruculuğu çərçivəsində azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması müstəqil Azərbaycan dövlətçiliyinin aparıcı xəttinə çevrilməsi Heydər Əliyevin qədər uzaq görən bir dövlət başçısı olduğunu bir daha sübut edir. Beləliklə, müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında azərbaycançılıq ideologiyası dayanmasınının müəyyən edilməsi bu günki sürətli dövlət inkişafımızda aparıcı rol oynmaqda davam edir.

 

Vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlət quruculuğu çərçivəsində Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində əsası qoyulmuş azərbaycançılıq ideologiyası min illər bundan sonra gələcək nəsillər üçün də hesablanmış, milli dövlətçiliyimizin əbədiyaşarlılığına hesablamış bir ideologiyadır.

 

Bir sözlə Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideyası vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlət quruculuğu çərçivəsində ölkəmizdə və xaricdə yaşayan bütün azərbaycanlıları vahid ideya ətrafında birləşdirərək uğurlu bir gələcəyə, onların daha sıx həmrəyliyinə, güclüinkişaf etmiz Azərbaycan dövlətçiliyinə aparır.

 

Azərbaycan  Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı: Əziz Mustafa 

 

Zaman.-2014.-12 dekabr.-S.13.