Hüquqi dövlət quruculuğu
prosesində prokurorluq sisteminin
əhəmiyyəti
Bir əsirlik tarixi olan dövlət
orqanlarından biri də prokurorluq sistemidir.
Azərbaycan Demokratik Respublikası
Nazirlər Şurasının
1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində
yaradılmaqla əsası
qoyulan milli prokurorluq xalqımızın
müstəqilliyi uğrunda
apardığı mübarizədə
çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçib. Milli prokurorluq fəaliyyət göstərdiyi
bütün dövrlərdə
millətinə və
dövlətçilik ideyalarına
sədaqətlə qulluq
edib, qanunçuluğun
möhkəmləndirilməsi və cinayətkarlığa
qarşı mübarizə
işində öz xidmətlərini göstərib.
Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu ilə o zamanki milli prokururluğun
da fəaliyyətinə
son qoyulub. Ondan bu yana həmin orqan SSRİ-nin tərkibində mahiyyətcə sinfi xarakter daşıyan cəza orqanı kimi dövlətinin siyasi məqsədlərinə
xidmət edib.
İkinci dəfə müstəqillik
əldə etdikdən
sonra Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin
maraqlarına, insan hüquqlarının müdafiəsinə
xidmət edən sivil və demokratik
bir qurum kimi formalaşması ümummilli lideri Heydər Əliyevin idarəçilik səriştəsi
nəticəsində mümkün
olub. Sürətlə inkişaf edən,
güclü Azərbaycanımızda
prokurorluq sisteminin fəaliyyəti “Prokurorluq
haqqıda Azərbaycan
Respublikasının Qanunu”
əsasında tənzimlənir.
Həmin
qanunda göstərilib
ki, Azərbaycan Respublikasının Prokurorluğu
məhkəmə hakimiyyəti
sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış
prokurorluqların Azərbaycan
Respublikasının Baş
prokuroruna tabeliyinə
əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Prokurorluq haqqında qanunvericilik
Azərbaycan Respublikasının
Konstitusiyasından, bu
Qanundan, digər qanunlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən
ibarətdir.
Prokurorluğun fəaliyyət istiqamətləri
”Prokurorluq haqqıda Azərbaycan Respublikasının
Qanunu”nda prokurorluğun
fəaliyyət istiqamətləri
belə müəyyənləşdirilib:
“Cinayət işi başladır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər
üzrə cinayət
işinin başlanmasını
və ya istintaqın aparılmasını
təmin etmək məqsədilə əməliyyat-axtarış
fəaliyyətini həyata
keçirir; cinayət
işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara
riayət edilməsini
təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının
fəaliyyətində qanunların
icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə iddia
qaldırır (ərizə
verir), mülki və iqtisadi mübahisələrə dair
işlərə baxılmasında
iddiaçı kimi iştirak edir; məhkəmədə cinayət
işlərinə baxılmasında
tərəf kimi iştirak edir, dövlət ittihamını
müdafiə edir; məhkəmə qərarlarından
protest verir; məhkəmələr
tərəfindən təyin
edilmiş cəzaların
məqsədinə nail olunmasında
iştirak edir”. Qeyd edək ki, hər hansı
şəxs tərəfindən,
səbəbindən asılı
olmayaraq prokurorluğun
qanuni fəaliyyətinə
məhdudiyyət qoyulması,
təsir, hədə,
qanunsuz müdaxilə
edilməsi, habelə prokurorluğa hörmətsizlik
göstərilməsi yolverilməzdir
və Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə
tutulmuş məsuliyyətə
səbəb olur.
Azərbaycan Respublikasının Prokurorluğu
sisteminə Azərbaycan
Respublikasının Baş
Prokurorluğu, Azərbaycan
Respublikasının Hərbi
Prokurorluğu, Naxçıvan
Muxtar Respublikasının
Prokurorluğu, Naxçıvan
Muxtar Respublikasının
Hərbi Prokurorluğu,
rayon (şəhər) prokurorluqları,
hərbi ixtisaslaşdırılmış
prokurorluqları, tədris-elm
müəssisələri, mətbuat
orqanları, mətbəə,
sosial-məişət, təsərrüfat
təyinatlı digər
qurumlar daxildir.
Məlumat üçün bildirək
ki, Azərbaycan Respublikasının Baş
Prokurorluğu prokurorluğun
mərkəzi aparatıdır
və prokurorluq orqanlarının fəaliyyətinə
rəhbərlik edir. Hərbi prokurorluq
isə Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və
Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə
tutulmuş başqa silahlı birləşmələrdə,
bu Qanunla və Azərbaycan Respublikasının digər
qanunları ilə Hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri
həyata keçirir.
Azərbaycan Respublikasının Hərbi prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların
saxlanıldığı yerlərdə,
intizam hissələrində,
eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə
əməl olunmasına
nəzarət edir.
Hərbi
prokurorluq öz vəzifələrini hərbi
idarəetmə orqanlarından
və komandanlıqdan
asılı olmayaraq, icra edir. Hərbi prokurorluqların işçiləri xidməti
vəzifələrin icrası
ilə əlaqədar
bütün hərbi idarəçilik orqanların,
hərbi hissələrin,
hərbi müəssisə
və idarələrin
bina və ərazilərinə maneəsiz
daxil ola
bilərlər.
Prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri
daxilində ərizə,
şikayət və müraciətlərə baxılır,
vətəndaşların qəbulu
həyata keçirilir. Cinayət barədə
ərizə, şikayət
və müraciətlərə
isə təxirəsalınmadan
baxılır. Bu hallarda
müvafiq prokuror qanunla nəzərdə tutulmuş səlahiyyətləri
çərçivəsində ərizə, şikayət
və müraciətlərdə
göstərilən faktların
yoxlanılması məqsədilə,
dövlət orqanlarından
və ya audit təşkilatlarından mütəxəssisin
ayrılmasını təmin
edir və araşdırılan faktların
cinayət işinin başlanmasına kifayət
qədər əsas verib-verməməsindən asılı
olaraq müvafiq qərar qəbul edir. Qeyd edək ki, Azərbaycan Respublikası
qanunvericiliyinin tələblərinə
uyğun olaraq prokurorluğa daxil olmuş anonim ərizə, şikayət
və müraciətlərə
baxılmır.
Məlumat üçün bildirək
ki, prokurorluq işçilərinin hərəkətlərindən
(hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə
şikayət verilə
bilər. Azərbaycan Respublikasının prosessual qanunvericiliyində
nəzərdə tutulmuş
hallar istisna edilməklə şikayətin
verilməsi prokuror aktlarının icrasını
dayandırmır.
”Geniş səlahiyyətlərə
malik olan prokurorluq tam peşəkarlıq
göstərə bilmir”
Mövzumuzla bağlı suallarımızı
cavablandıran vəkil
Vamiq Şükürov
bildirdi ki, Azərbaycan müstəqilli
qazandıqdan sonra hüquqi dövlət quruculuğu yolunda müəyyən addımlar
atıb. Bura hüquq-məhkəmə islahatları,
insan hüquqlarını
təmin etməyi iştirakçı dövlətlərdən
tələb edən beynəlxalq müqavilələrə
qoşulmaq, həmin müqavilələrə uyğun
normativ-hüquqi bazanı
formalaşdırmağı və s. göstərə
bilərik. Onun sözlərinə görə
prokurorluq bütün
hüquq mühafizə
orqanları tərəfindən
aparılan istintaqa nəzarət edir: Prokurorluq sistemində müəyyən nöqsanların
olması hüquqi dövlət quruculuğuna
böyük maneə ola bilər.
Avropa ölkələrində prokurorluq
müstəqil dövlət
orqanı deyil, Ədliyyə Nazirliyinin, bəzən isə məhkəmələrin nəzdində
fəaliyyət göstərir.
Onların səlahiyyətləti Azərbaycanla müqayisədə
çox məhduddur.
Daha çox məhkəmələrdə,
proseslərdə iştirak
edir, istintaq aparır. Azərbaycanda
isə prokurorluq bütün hüquq mühafizə orqanlarının
apardığı istintaqa
nəzarət edir, istintaq və təhqiq orqanlarının
qərarlarını təsdiq,
ləğv edir, lazım olduqda dəyişdirir, cəzaçəkmə
müəssisələrində qanunlara əməl edilməsinə nəzarət
edir, məhkəmədə
cinayət işləri
üzrə dövlət
ittihamını müdafiə
edir, özünə
aid olan səlahiyyətlər
çərçivəsində cinayət işi qaldırıb istintaq aparır, dövlət əmlakının mühafizəsi
ilə əlaqədar
iddialar qaldırır.
Bu qədər geniş səlahiyyətlərə
malik olan prokurorluq həm tam peşəkarlıq göstərə
bilmir. Eyni zamanda Azərbaycanda
prokurorluğun səlahiyyətləri
çox olduğu üçün məhkəmələr
ilə bərabər hüquqlu qurum çevrilir. Bu isə məhkəmə hakimiyyətinin tam müstəqil
şəkildə həyata
keçirilməsinə müəyyən
maneələr yaradır.
Yaxşı olardı ki,
prokurorluq tamamilə Ədliyyə Nazirliyinin bir qurumuna çevrilsin
və yalnız məhkəmələrin fəaliyyətində
iştirak etsin, istintaqa nəzarət və digər səlahiyyətləri məhdudlaşdırılsın”.
Zaman.-2014.-13 dekabr.-S.13.