İnsan hüquqlarının pozulması vətəndaş cəmiyyətinin formalaşmasına mane olur

 

 

Vətəndaş cəmiyyətin bərqərarı barədə danışarkən müxtəlif istiqamətlərdən yanaşmaların şahidi oluruq.

 

 Bəzən belə bir iddia ortaya atılır ki, vətəndaş cəmiyyəti bərqərar etmək üçün öncə bu cəmiyyəti təşkil edən insanlar tox olmalıdırlar. Bəzən isə bunun əksi iddia olunur: insanın tox olması üçün o azad olmalıdır, ona siyasi iqtisadi azadlıqlar verilməlidir. Bəs “qızıl orta” necə müəyyənləşdirək. Bunun üçün tarixi təcribəni öyrənmək ən sadə məntiqli yoldur. Hikmət Hacızadənin “Demokratiya: gediləsi uzun yol” antalogiyasında bu məsələ ciddi araşdırılıb. Gəlin həmin antologiyanın kiçik bir hissəsinə nəzər salaq: “İnsan hüquqları uğrunda siyasi ideoloji mübarizə tarixində 20-ci əsr həlledici rol oynadı. Bu əsr həm demokratiya insan hüquqlarının mədəniyyət müxtəlifliyindən irəli gələn maneələri aşıb Birləşmiş Millətlər Təşkilatında təmsil olunan bütün ölkələrə yayılması ilə əlamətdar oldu. XIX əsrin sonu - XX əsrin əvvəlləri həm insan hüquqlarına yeni hücumlarla, həm onları bərqərar etməyin yeni cəhdləri ilə səciyyələndi. Çar Rusiyası, Almaniya Avstriya -Macarıstanda başlanan demokratik hərəkat birinci dünya müharibəsindən sonra Şərqi Avropa Almaniyada sosialist milli - sosialist diktaturasının yaranması ilə başa çatdı. Cəmiyyətin həyatına çox güclü şəkildə nüfuz edən ümumi rifah naminə insan hüquqlarını məhdudlaşdıran qüdrətli dövlət ideyası məhz XX əsrdə qol-qanad açdı həyata keçdi. İkinci dünya müharibəsində müttəfiqlərin qələbəsi insan üzərində aparılan ağlasığmaz Hitler eksperimentlərinə son qoydu. müharibədə qalib gəlmiş demokratik ölkələr insan hüquqlarının müdafiəsi ilə bağlı geniş beynəlxalq proqram kampaniya həyata keçirməyə başladı. SSRİ-nin kommunist rejimli Çinin fövqəldövlətlərə çevrilməsi demokratik sosialist sistemlər arasında beynəlxalq qarşıdurmaya gətirib çıxartdı. Sistemlər arasındakı fikir ayrılığının başlıca mövzusu, əlbəttə, insan hüquqlarına kimin hansı mövqedən yanaşması idi (o vaxtlar artıq kommunistlər insan hüquqlarından danışmağa başlamışdılar, lakin onlar sadəcə olaraq “insan hüquqları”na “sosialist” sözünü əlavə edirdilər).

 

Yeni millət-dövlətlərin meydana çıxması ilə nəticələnən əsarətçiliyə qarşı kütləvi mübarizə hərəkatları dünyada “Öz müqəddaratını təyinetmə hüququ” ilə bağlı müzakirələrə təkan verdi. Asiya Afrikanın əsarətdən qurtarmış 29 ölkəsinin liderləri Bandunq konfransında (1955) onlara həm “eqoizmə aparan” Qərb insan Hüququ konsepsiyasına, həm xüsusi mülkiyyət fikir azadlığını inkar edən bolşevik kollektivizminə alternativ kimi görünən inkişafın yeni - “üçüncü yolu”nu elan etdilər. Bandunq konfransı bəyan etdi: liberalizm, kommunizm! Ümumməqsəd naminə milli birlik!

 

”Üçüncü Dünya” ölkələrinin insan hüquqlarına baxışları bizə “Asiya dəyərləri” adları altında məlumdur. “Asiya dəyərləri” tərəfdarları belə hesab edirlər ki:

 

- İnsan hüquqları ancaq Qərb mədəniyyətinin məhsuludur o, bizim üçün, başqa mədəni, ictimai siyasi şəraitdə boya-başa çatmış adamlara uyğun gəlmir. Ona görə insan hüquqlarını bərqərar edərkən həmişə milli xüsusiyyətləri nəzərə almaq lazımdır.

 

- İnsan Hüququna dair Qərb konsepsiyası cəmiyyətdə eqoizm, əxlaqsızlıq zorakılıq meyllərini yayaraq, ənənəvi asiyalı cəmiyyətini ailəsini dağıdır. İcma insan üzərində üstünlüyə malik olmalıdır.

 

- Sosial iqtisadi hüquqlar (işləmək, sosial təminat hüququ s.) vətəndaşların şəxsi siyasi hüquqlarından yuxarıda durmalıdır.

 

- İnsan hüquqları ölkənin daxili işidir, hər bir xalq insana hansı hüquqlar verəcəyini özü həll etməlidir, heç bir xarici qüvvə insan Hüququ məsələsində ölkənin işinə müdaxilə edə bilməz.

 

Doğrudan da, insan hüquqları ideyasının qəbul olunmasında “milli mədəniyyətin” xüsusiyyətlərinin nəzərə alınması ilk baxışda ədalətli görünür. Lakin məsələnin əsl mahiyyətini anlamaq üçün başqa xalqların tarixi təcrübəsini yadda salmaq kifayət edir: insan hüquqlarına məhəl qoyulmaması qanlı diktaturaya gətirib çıxarmış bu diktaturaya qarşı mübarizə minlərlə insanın həyatı bahasına başa gəlmişdir. Məsələnin bu cəhətinə diqqət edək ki, “Asiya dəyərləri” konsepsiyasının müddəaları öz mahiyyətinə görə sosialist milli-sosialist ölkələrində  qəbul edilmiş müddəalarla tam üst-üstə düşür. Bunun SSRİ- nələrə gətirib çıxardığını biz öz gözümüzlə görmüşük.

 

Azərbaycan ailəsini cəmiyyətini daha çox dağıda bilər: insan hüquqları, yoxsa insan hüquqlarının pozulması? Əgər adət-ənənə  qadını kişinin təhqirləri qarşısında başını aşağı salıb susmağa məcbur edirsə, onda həmin adət-ənənə kişini dövlət məmurunun təhqirləri qarşısında başını aşağı salıb susmağa məcbur edəcəkdir. Ailədə avtoritarizm dövlətdə avtoritarizmin başlıca səbəbidir.

 

Demokratiya Asiya cəmiyyətlərinə uyğun gəlirmi? Asiya mədəniyyətinə mənsub olan Türkiyə, Yaponiya, Koreya, Tayvan kimi ölkələrin demokratik təcrübədəki uğurları bu suallara cavab verməyə kömək edər, bu ölkələrin nümunəsi bizdə ümid yaratmalıdır. İnsan hüquqlarının pozulduğu, zülmün dilənçiliyin baş alıb getdiyi cəmiyyətlərin nümunəsi isə hələ 200 il bundan əvvəl inqilabçı Fransada  “...insan hüquqlarına məhdudiyyət qoyulması cəmiyyətdə bədbəxtliyin, dövlətdə isə korrupsiyanın yeganə səbəbidir” fikri ilə təsdiqlənmiş aydın bir həqiqəti qəbul etməyə kömək etməlidir.

 

20-ci illərdə dünyada insan hüquq azadlığına hörmət edən 12 ölkə qeydə alınmışdı; 60-cı illərdə bu ölkələrin sayı 36-ya çatdı; 90-cı illərdə isə artıq müxtəlif qitələri əhatə edən 60 ölkə insan hüquqlarını beynəlxalq müdafiə təşkilatları tərəfindən azad demokratik ölkə hesab edilirdi. İnsan hüquqları universal səciyyə daşıyır, başqa sözlə desək, onlar dövlətlə münasibətdə istənilən mədəniyyət tipinə mənsub olan insana məxsusdur

 

***

 

İstənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə praktikada təmil etməlidir. Əsas etibarilə, suveren müstəqil dövlətlər arasında münasibətləri tənzimləmək missiyasını yerinə yetirən beynəlxalq hüquqda fərdlərin əsas hüquq azadlıqlarını nizamlayan normaların inkişaf etməsi çox böyü əhəmiyyət kəsb edir. Bu normaların məcmusu beynəlxalq insan hüquqları hüququnu təşkil edir.

 

İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: heç bir mövcud beynəlxalq müqavilə bilavəsitə fərdlərə hüquq azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki müqavilələrdə işlədilən “hər kəsin… hüququ vardır” konstruksiyaı birbaşa fərdlərə deyil, dövlətlərə ünvanlanmışdır. Dövlət müqavilənin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən hüquq azadlıqları yurisdiksiyası çərəivəsində hər bir şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas insan hüquları təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə ehtiyac vardır? Beynəlxalq hüququn bu sahədə rolunu biz aşağıdakılarda görürük:

 

- insan hüquqlarının təbii xarakter daşımasını dövlətin qanunvericiliyindən kənarda ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək

 

- insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək

 

- dövlətlər üçün ümumi standartlar müəyyən etmək

 

- dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək

 

Beləliklə, insan hüquqlarının müdafiəsi sahəsində ümumi standartlar müəyyənləşdirən və bu standartların dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət məqsədilə xüsusi mexanizmlər müəyyən edən normaların məcmusuna beynəlxalq insan hüquqları hüququ deyilir.

 

Beynəlxalq insan hüquqları hüququnun tarixi BMT Nizamnaməsindən başlamışdır. Bundan əvvəl ayrı-ayrı aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi, milli azlıqların müdafiəsi və s. ilə bağlı), insan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq məhz BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada “irqinə, cinsinə, dilinə, və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsi” BMT-nin əsas məqsədlərindən biri kimi, bəyan edilir (1-ci maddə). “Bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verilməsi” (55-ci maddə) və bunun üçün BMT ilə birgə və ya müstəqil tədbirlər görülməsi (56-cı maddə) dövlətlərin üzərinə vəzifə kimi qoyulur. Gördüyümüz kimi, bu öhdəliklər dəqiq və birmənalı ifadə olunmamışdır. Daha doğrusu, söhbət burada insan hüquqlarının təmin edilməsi və ya insan hüquqlarına hörmət edilməsi vəzifəsindən deyil, bu hüquqlara hörmətin “dəstəklənməsi və həvəsləndirilməsi” vəzifəsindən gedir. Bu vəzifənin məzmununu konkret situasiyalara tətbiq etmək olduqca çətindir. Praktik olaraq bu o deməkdir ki, yalnız insan hüquqlarına tam etinasız yanaşan, bu hüquqları kobud və kütləvi şəkildə pozan dövlət yuxarıda göstərilən Nizamnamə öhdəliyini yerinə yetirməmiş olur.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev 

 

Zaman.-2014.-16 dekabr.-S.13.