İnsan hüquqlarının pozulması vətəndaş cəmiyyətinin formalaşmasına mane olur (2)

 

Əvvəli ötən sayımızda

                        

BMT Nizamnaməsində konkret insan hüquq azadlıqları sadalanmır. Hansı hüquqların əsas insan hüquqlarına aid olduğunu onlarınbeynəlxalq kataloqunumüəyyən etmək üçün 10 dekabr 1948-ci il tarixdə BMT Baş Assambleyasının 217 saylı qətnaməsi ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildi. 58 BMT üzvündən 48-i Nizamnamənin lehinə səs vermiş, 8 dövlət, o cümlədən SSRİ bitərəf qalmışdı (iki dövlət isə, ümumiyyətlə, iştirak etmirdi). 30 maddədən ibarət olan bu sənəddə vətəndaş siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial mədəni hüquqlar da təsbit olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqlarıhüququnun, habelə bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır. Onun başlıca müddəaları bir çox konstitusiyalarda digər qanunvericilik aktlarında öz əksini tapmış, xeyli sayda milli məhkəmə qərarlarının əsasını təşkil etmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqi xarakteri barədə müxtəlif fikirlər mövcudur. Hər şeydən öncə, qeyd edək ki, Bəyannamə BMT Baş Assambleyasının qətnaməsidir onun bilavəsitə hüquqi qüvvəsi yoxdur; müqavilə əvəzinə qətnamə qəbul etməklə, dövlətlər öz üzərlərinə məcburi öhdəliklər götürmək istəməmişlər. Lakin Bəyannamənin əksər müddəaları bu gün adət kimi hamılıqla tanınmışdır. Bilavəsitə olmasa da, dövlətlərin ümumi praktikası vasitəsilə bu müddəalar ümumi beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir.

 

***

 

Əsas insan hüquq azadlıqlarını hüquqi sənəd çərçivəsində təsbit etmək məqsədilə 1966-cı ildə iki universal müqavilə imzalandı - İqtisadi, sosial mədəni hüquqlar haqqında Beynəlxalq Pakt Vətəndaş siyasi hüquqlar haqqında Beynəlxalq Pakt. Adlarından göründüyü kimi, birinci Paktda iqtisadi, sosial mədəni hüquqlar, ikinci Paktda isə vətəndaş siyasi hüquqlar öz əksini tapmışdır. Formal-hüquqi baxımdan Vətəndaş siyasi hüquqlar haqqında Pakt daha mükəmməldir o, iştirakçı dövlətlər üçün daha aydın dəqiq müəyyən olunmuş öhdəliklər nəzərdə tutur. Paktda nəzərdə tutulmuş başlıca öhdəlik ondan ibarətdir ki, dövlət öz ərazi hüdudlarında yurisdiksiyası çərçivəsində olan hər bir şəxsin bu Paktda təsbit olunmuş hüquqlarına hörmət etməli onları təmin etməlidir. Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət zəruri qanunvericilik, inzibati digər tədbirlər görməli habelə pozulmuş hüquların müdafiəsi bərpası məqsədilə şəxsə effektiv dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etməlidir. Vətəndaş siyasi hüquqlar haqqında Paktın daha bir üstün cəhəti ondadır ki, o, iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək məqsədilə xüsusi mexanizm nəzərdə tutur. Bu, 28-ci maddənin əsasında təsis olunmuş İnsan hüquqları komitəsidir.

 

Beynəlxalq insan hüquqları hüququnun sonrakı inkişafı ayrı-ayrı insan hüquqlarına həsr olunmuş müqavilələrin bağlanması insan hüquqları sahəsində beynəlxalq mexanizm prosedurların inkişaf etdirilməsi təkminləşdirilməsi ilə əlamətdardır. Bu gün beynəlxalq insan hüquqları hüququ beynəlxalq hüququn ən intensiv inkişaf edən dövlətdaxili hüquq ilə ən sıxəməkdaşlıq edən”sahəsidir.

 

 

 

***

 

 

 

İnsan hüquqları sahəsindəki beynəlxalq öhdəliklər, əsas etibarilə, müqavilə mənşəlidır. Müqavilənin üstünlüyü ondadır ki, o, dövlətlərin konkret insan hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən edir ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm prosedurlar nəzərdə tutur.

 

Hal-hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə mövcuddur. Bundan əlavə, Beynəlxalq əmək təşkilatı (BƏT) çərçivəsində bəzən sosial ədalətin corpus yuris-i adlandırılan çoxlu sayda konvensiyalar qəbul olunmuşdur.

 

İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi sahəsində adət normalarının da müəyyən rolu vardır. Beynəlxalq hüquqi adətin bu sahədə rolu müvafiq müqavilə müddəalarının qeyri-iştirakçı dövlətlərə şamil edilməsi həmin müqavilələrdə nəzərdə tutulmamış hüquqi müdafiə vasitələrinin təmin edilməsi ilə məhdudlaşır. Əsas insan hüquqlarının müəyyən hissəsi artıq ümumi beynlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir hər hansı bir müqavilənin iştirakçısı olub-olmamaqdan asılı olmayaraq bütün dövlətlər üçün məcburidir. Məsələn, indi heç bir dövlət Vətəndaş siyasi hüquqlar haqqında 1966-cı il Paktında iştirak etmədiyini bəhanə gətirərək, işgəncələr tətbiq edə bilməz ya şəxsi özbaşına ya qanuni əsas olmadan həyatdan məhrum edə bilməz. Dövlətlərin aşağıdakı hüquqa zidd əməlləri beynəlxalq adət hüququnun pozuntusu kimi tövsif edilə bilər: genosid; aparteid; köləlik; bir sıra insan hüqüqlarınin aşağıdakı sistematik ya kobud pozuntuları - şəxsin qanunsuz həyatdan məhrum edilməsi; işgəncə; irqi ayrı-seçkilik; uzunmüddətli özbaşına həbs; şəxsin zorla müəyyən ərazidən çıxarılması; minimal məhkəmə təminatlarının pozulması; qanunun geriyə tətbiqi.

 

***

 

İnsan hüquları sahəsində tövsiyə xarakterli sənədlər köməkçi hüquq mənbəyi kimi böyük əhəmiyyətə malikdir. Bu cür sənədlərə misal olaraq aşağıdakıları göstərmək olar:

 

BMT Baş Assambleyasının qətnamələri; o cümlədən bu qətnamələrlə qəbul olunmuş aktlar; beynəlxalq konfransların aktları;  ATƏT çərçivəsində qəbul olunmuş özündə siyasi öhdəliklər ehtiva edən sənədlər b.

 

Bu sənədlərdə həm bütövlükdə insan hüquqlarının müdafiəsi, həm konkret insan hüquqlarının həyata keçirilməsi ilə bağlı tövsiyə xarakterli standartlar müəyyən olunur. Adətən, dövlətlər bu standartlara riayət etməyə çalışır, bəzi hallarda isə onları hətta öz qanunvericiliyinə daxil edirlər.

 

İnsan hüquqlarının ən sadə təsnifatı onların vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara ayrılmasıdır. Universalregional səviyyədə bağlanan müqavilələr şox zaman bu bölgüyə uyğunlaşdırlır. Geniş yayılmış daha bir təsnifat isə tarıxı meyara söykənir. Söhbət fransız alimi K.Vasak tərəfindən irəli sürülmüşinsan hüquqlarının üç nəsli” konsepsiyasından gedir. Bu konsepsiyaya görə, hazırda mövcud olan bütün əsas insan hüquqları öz inkişaf tarixində üç mərhələ keçmişdirbu mərhələlər əsasında üç nəsil fərqləndirilir. Birinci nəsil vətəndaş hüquqları və siyasi hüquqlar aiddir; Qərb ölkələrinin məhşur sənədlərində yalnız bu hüquqlar öz əksini tapmışdır. Bu hüquqlar aşağıdakılardır: yaşamaq hüququ; işgəncəyə və digər qəddar, qeyri-insaniya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaq hüququ; köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və toxunulmazlıq hüququ; sərbəst hərəkət etmək hüququ; fikir, vicdandin azadlığı; sərbəst toplaşmaq hüququ; birləşmək hüququ; dövlət işlərinin aparılmasında iştirak etmək hüququ;

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 Elvin Əliyev 

Zaman.-2014.-17 dekabr.-S.13.