Vətəndaş cəmiyyətinin formalaşmasında milli- mənəvi dəyərlərin rolu

 

Azərbaycan müstəqillik qazandıqdan sonra onun dövlət rəmzləri dəyişdirildi. Daha doğrusu, eyni əsrdə ikinci dəfə müstəqillik qazanmış respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu üçün onun dövlət rəmzlərini bərpa etdi.

 

Konstitusiya da azadlıq suverenliyi təsbit edir

 

Noyabrın 12-i Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Konstitusiya dövlətin əsas, başqa sözlə desək, şah qanunudur. Milli Məclisimizin qəbul etdiyi digər bütün qanunlar, belə demək olarsa, onun törəməsidir. Konstitusiyada hər birimizin yaşaması, təhsil alması, işləməsi sair barədə hüquqlar öz əksini tapıb. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilib: “Azərbaycan xalqı özünün dövlətçilik ənənələrini davam etdirərək, “Azərbayacan Respublikasının dövlət müstəqilliyi haqqındaKonstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suverən hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

 

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini ərazi bütövlüyünü qorumaq,

 

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək,

 

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,

 

- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq,

 

- ədalətli iqtisadi sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək,

 

- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh əmin-amanlıq şəraitində yaşamaq bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.”

 

Qeyd edək ki, bu sözlər müstəqil, demokratik ölkədə vətəndaş cəmiyyətinin yaradılması üçün təməl prinsiplər sayıla bilər. Buna görə bayraq, gerb himn kimi Konstitusiya da qorunur uca tutulur. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində qəbul edilib həmin il noyabrın 27-də qüvvəyə minib.

 

Bayraq da dövlətin rəmzlərindən biridir, azadlıq suverenliyi təsbit edir. Əslində xalqımız azadlıq müstəqilliyə can atan gündən bu bayrağa sarılmış, onu öz başı üzərində dalğalandırmağı şərəf saymışdır. Bu bayrağı əlinə alan gənclərimiz nəinki 1988-89-cu il mitinqlərində, 20 Yanvar hadisələri zamanı da neçə-neçə soydaşımız milli bayrağımızı qürurla dalğalandırmış, onun bir daha enməməsi üçün canlarını qurban vermişlər...  2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncam verib. Dövlət Bayrağı Günü bayram kimi ilk dəfə 2009-cu il noyabrın 9-da qeyd edilib. Bayraq dövlətin rəmzlərindən biridir, azadlıq suverenliyi təsbit edir.

 

Paytaxtımızda, Xəzərin sahilində dövlət bayrağımızın dalğalandığı geniş ərazi Bayraq meydanı adlanır. Meydanda Dövlət bayrağı 162 metr hündürlüyü olan metal dirəkdən asılıb. Bayrağın uzunluğu 70, eni 35 metr, çəkisi isə 350 kiloqramdır. Son illər Azərbaycanın əksər şəhər rayon mərkəzlərində Bayraq meydanı inşa olunub.

 

Xalqımız dövlət bayrağını çox sevir onu əziz tutur. Bu gün Bakının çox ərazisindən baxılsa,  Azərbaycan Respublikasının Dövlət bayrağını görmək olar. İndi Azərbaycanın üçrəngli bayrağı daha qürurla dalğalanır.

 

 Milli bayramlar tarixi günlər

 

Ən böyük milli bayramlarımızdan Novruz təbiətlə, təbiətin oyanması ilə bağlıdır, yazın ilk günüdür. Boz ay girəndən, yəni Novruza bir ay qalmış evlərdə səməni göyərdilir. Novruzqabağı ev-eşikdə, həyətdə, bağçada təmizlik işləri görülür. Şəkərbura, paxlava digər şirniyyatlar bişirilir, xonçalar tutulur. Payızdan tədarük edilən qoz, fındıq, şabalıd üzə çıxarılır, çətənəli, noxudlu buğda qovrulur, yumurtalar boyanır. Hər yerdə Novruz şənlikləri, Novruz oyunları keçirilir...

 

Əkinçilər Novruzdan sonra şum üstünə çıxmaq üçün hazırlıq görürlər. Bütün bunlar min illərdir ki, beləcə təkraralanır. Novruz bayramı həm əməyə, el-obaya, doğma torpağa sevgi bayramıdır. Bütün bunlar isə insanda vətən sevgisini gücləndirir. Digər milli bayramlarımızın kökündə Vətən sevgisi əsas amildir.

 

Tarixdə çox hadisələr döyüşlər sübut edib ki, ən güclü ordu əsgərləri sayca çox deyil, birliyi möhkəm, inamı güclü olandır. Demək, birlik inam hər bir qələbənin açarıdır. Azərbaycan torpağı iki əsərə yaxındır ki, güneyli-quzeyli adlandırılaraq hissələrə bölünüb. Bu illər ərzində xalqımızın başına çoz bəlalar gətirilib. Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti quzeydə yaşayan azərbaycanlılara azadlığın sevincini daddırsa da, bu, uzun sürmədi. 23 aydan sonra Azərbaycan yenidən rus ordusu tərəfindən işğal edildi. Xalqımızın ən görkəmli ziyalıları məhv edildi, sürgünlərə göndərildi. Bir çox görkəmli insanlarımız isə xarici ölkələrə getmək məcburiyyətində qaldılar. Sovet hakimiyyəti illərindədə xalqımız çox çətinliklərlə üzləşdi. Qərbi Azərbaycankı yurd yerlərimiz, dədə-baba torpaqlarımız müxtəlif yollarla alınıb ermənilərə verildi...

 

1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik qazandı və öz arzu və istəklərini dünyaya bəyan etdi, xalqımız yenidən azadlığa qovuşdu. Ötən illər ərzində xalqımız çətin sınaqlardan uğurla keçiböz azadlığını inamla qoruyub. Bu gün müstəqil Azərbaycan Respublikası daha sürətlə inkişaf edirdünya ölkələri arasında layiqli yerini tutur. Bu, xalqın gələcəyə olan inamını daha da artırır. Lakin respublikamızın ərazisinin təqribən iyirmi faizdən çoxunun ermənilər tərəfindən işğalı ölkəmizin ən ciddi problemi olaraq qalır. Azərbaycan Prezidenti çalışır ki, torpaqlarımız sülh yolu ilə azad olunsun. Çünki müharibə böyük fəlakətlər doğurur. Əgər sülh danışıqları nəticə verməsə daha da güclənməkdə olan ordumuz işğal altında olan ərazilərimizi döyüş yolu ilə azad edəcək. Bunun üçün isə təkcə ordumuzun döyüş əzmi yox, həm də xalqımızın birliyi və inamı lazımdır. İnanırıq ki, xalqımız bu çətin və şərəfli işi də ləyaqətlə görəcək. Bu işdə dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan soydaşlarımızın da fəallığı lazımdır. Onlar bütün dünyaya səs salmalıdırlar ki, xalqımız sülsevərdir, lakin işğal olunmuş torpaqlarını azad etmək istəyir. Yəqin bilirsiniz ki, hazırda dünyada təqribən 50 milyondan çox azərbaycan türkü var. İllər ötdükcə soydaşlarımız arasındakı birlik daha da möhkəmlənir. Belə demək olarsa, onların çoxu müstəqil Azərbaycan Respublikası ilə nəfəs alır, ölkəmizin inkişafına kömək etməyə çalışır. 2001 və 2008-ci illərdə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayları da bunu sübut etdi. Biz xalqımızın mənəvi və əməli birliyinə nail olmalıyıq ki, Azərbaycan daha da çiçəklənsin. 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günübu məqsədə xidmət edir.

 

Demək, mili mənəvi dəyərlərimizin tərkib hissəsi kimi milli bayramlar vətəndaş cəmiyyəti şəraitində xalqı daha yekdil olmağa, vətənin bütövlüyünü və sərvətlərini qorumağa sövq edir. Bu bayramların və tarixi günlərin ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında öz yerirolu vardır.

 

Ötən illər ərzində ölkəmiz sürətlə inkişaf edib, dövlətimiz daha da möhkəmlənib. Xüsusilə iqtisadiyyatda böyük uğurlar qazanılıb, xalqın həyat səviyyəsi yüksəlib. Bunlarla yanaşı, şəhər və kəndlərimizdə geniş quruculuq işləri aparılıb. Hələ qarşıdakı illərdə respublikamızda daha böyük işlərin görülməsi nəzərdə tutulub. Bütün bunlar şübhəsiz, müstəqilliyin bizə bəxş etdiyi uğurlardır.

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Səməd Məlikzadə 

 

Zaman.-2014.-18 dekabr.-S.13.