Vətəndaş cəmiyyətinin
formalaşmasında seçkilərin əhəmiyyəti
Ümumxalq səsverməsi yolu
ilə 1995-ci ildə qəbul edilmiş
müstəqil Azərbaycanın ilk
Konstitusiyası ölkəmizdə demokratik
standartlara cavab verən
azad, ədalətli, obyektiv
seçkilərin keçirilməsi üçün
əsas prioritetləri müəyyənləşdirdi.
Qeyd etmək lazımdır ki,
konstitusiyanın 4-cü maddəsinə əsasən,
xalqın seçdiyi səlahiyyətli
nümayəndələrdən başqa heç kəs xalqı təmsil edə,
xalqın adından danışa və onun
adından müraciət edə bilməz. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan
vətəndaşının dövlət orqanlarına
seçmək və seçilmək, habelə referendumda iştirak etmək
hüququ var.
Seçkilər əksəriyyətin iradəsini ifadə etmək baxımından hakimiyyəti legitimləşdirir. Seçkilər vasitəsilə xalq öz nümayəndələrini seçir və suveren hüquqlarını həyata keçirmək üçün onlar arasında mandat bölgüsü aparır. Bu yolla insan və vətəndaşın ən mühüm hüquqlarından biri həyata keçirilir. 10 dekabr 1948 - ci il tarixli “İnsan Hüquqlarının Ümumi Bəyannaməsi”ndə qeyd olunduğu kimi, xalqın iradəsi hakimiyyətin əsasını təşkil edir. Bu iradə öz əksini ümumi, bərabər seçki hüququ əsasında gizli səsvermə və seçkinin azad və demokratikliyini təmin edən vasitələrdən istifadə etməklə müntəzəm keçirilən səsvermələrdə tapır. Seçkilərin keçirilməsi həmişə bir qayda olaraq xalqın hüquq düşüncəsinin genişləndirilməsinə, onun siyasi aktivliyinin artmasına, xalqı daha uğurlu idarə edə biləcək və xalqın daha çox inamını qazanmış olan qüvvələrin dinc yolla hakimiyyətə gəlməsinə şərait yaradır. Belə demək mümkünsə, seçkilər cəmiyyətin “siyasi barometri” qismində çıxış edir.
Ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir
Azərbaycan dövləti keçdiyi tarixi inkişaf yolu ilə əldə etdiyi nailiyyətlərlə kifayətlənməmiş, ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması istiqamətində də işləri artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirmişdir. Ölkə göstərdiyi siyasi cəhdlərlə 1997-ci ildən müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu istiqamətdə nəzərə çarpan əsas fəaliyyətlərdəndir. Qeyd edək ki, Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq hüdudları daha da genişlənmiş, ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.
Azərbaycanda seçki qanunvericiliyinin nizamlanması məqsədilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın uğurlu bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmənin nəticəsindən alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə mindi.
Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirməklə yanaşı, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirdi. Seçki Məcəlləsi eyni zamanda Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirdi. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazanın yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdı.
Azərbaycan hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərə həssaslıqla yanaşmışdır
Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını qanunauyğun şəkildə aparmaq üçün bərabər imkanlar yaradıldı. Beynəlxalq aləmdə Azərbaycanın demokratik səviyyəsinin daha da yüksəlməsinə nail olan Prezident İlham Əliyev seçki sisteminin daha da təkmilləşməsi, ədalətli və şəffaf seçkilərin həyata keçməsi istəqamətində səy göstərir. İlham Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər bunun əyani sübutudur. 2005-ci il mayın 11-də parlament seçkilərindən bir qədər əvvəl prezidentin imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” sərəncam ölkəmizdə keçirilən seçkilərin daha da demokratikliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.
Qeyd etmək lazımdır ki, sərəncamdan sonra seçki praktikasının daha da inkişafını təmin etmək məqsədilə görülən tədbirlərin verimliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının lazımi qaydada həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının tam təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” növbəti sərəncam imzaladı.
Bütün bunların nəticəsi idi ki, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox müsbət yeniliklərlə yadda qaldı. Bununla yanaşı, beynəlxalq təşkilatlar ölkəmizdə seçkilərin ədalətli və demokratik qaydada keçirildiyinə dair müsbət rəy bildirlər.
Bu həm də ölkənin beynəlxalq aləmdə
tanınmasının göstəricisi idi.
Əvvəldə qeyd etdiyimiz
kimi, Azərbaycan hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi
ilə bağlı təşəbbüslərə həssaslıqla
yanaşmışdır. Azərbaycan
hakimiyyətinin Avrora Şurası Venesiya Komissiyası ilə seçki
qanunvericiliyinin təkmilləşdirilməsi
məqsədi ilə apardığı işin
yekun nəticəsi olaraq
2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin 145 maddəsinə
91 əlavə və dəyişikliyin edilməsi sənədin
daha da təkmilləşdirilməsinə
xidmət etmişdir.
Zaman.-2014.- 19 dekabr.-S.13.