Vətəndaş cəmiyyətinin
inkişafında bələdiyyələrin rolu
(2)
Əvvəli ötən sayımızda
Müsahibimiz, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Dövlət
quruculuğu və hüquq kafedrasının
müdiri Fəxrəddin
Nağıyevin sözlərinə
görə, ölkəmizdə
bələdiyyələrə kifayət qədər geniş səlahiyyətlər
verilib: Ölkə qanunvericiliyi bələdiyyələrə
məktəb, universitet,
xəstəxana və
s. kimi müəssisələr
açmağa, sosial inkişaf proqramları həyata keçirməyə
imkanı verir. Dövlət tərəfindən
ümumilikdə ölkənin,
ayrı-ayrı regionların
sosial-iqtisadi inkişafına,
ekologiyanın qorunmasına
dair çox sayda proqramların qəbul edildiyini dilə gətirən müsahibimiz bildirdi ki, analoji səlahiyyətləri
konstitusiya ilə bələdiyyələrə verilməsi,
bir çox problemlərin həllinə
dövlət orqanları
ilə yanaşı vətəndaşların da
cəlb edilməsinə
şərait yaradır:
Azərbaycanın qanunvericiliyində
dövlət və qeyri-dövlət qurumlarının
səlahiyyətləri bölgüsü
aydın göstərilir.
Konstitusiyamız da daxil olmaqla qanunvericiliyimizdə
belə bir müddəa var ki, dövlət orqanları səlahiyyətlərinin
bir hissəsini bələdiyyələrə verə
bilərlər. Başlıca məqsəd isə ondan ibarətdir ki, idarəetmə əhaliyə daha yaxın olan qurumlara verilsin. Belə olan təqdirdə dövlət qurumuna həmin işlər üçün ayrılacaq
vəsaitin bələdiyyələrə
verilməsi də qeyd olunur. Təbii ki, dövlət verdiyi səlahiyyətin icrasına nəzarəti hüququnu özündə
saxlayır.
Bələdiyyələr vaxtından
əvvəl
buraxıla bilər
Söhbəti əsnasında 2014-cü ilin oktyabr ayının
sonlarında Bələdiyyələrin
statusu haqqında qanuna edilən dəyişikliklərə də
toxunan F. Nağıyev
bunları dedi: Sözügedən qanuna edilən son dəyişiklik
çox böyük əhəmiyyət kəsb
edir. Azərbaycanda bələdiyyələrin fəaliyyətlərinin 10-cu ilində-
2009-cu ildə yerli özünü idarəetmə
orqanlarının fəaliyyətləri
ilə bağlı konstitusiyaya əhəmiyyətli
dəyişiklik edildi.
Bu dəyişiklik bələdiyyələrin məsuliyyəti
ilə bağlı idi. Beləliklə də müəyyən
edildi ki, dövlət bələdiyyələrin
fəaliyyətlərinə nəzarət edir. Onlar işlərinin öhdəsindən
gələ bilmədiyi
təqdirdə bələdiyyər
vaxtından əvvəl
buraxıla və ya üzvlərinin fəaliyyətinə xitam
verilə bilər.
Sözügedən məsələlər
ilə bağlı bu il də, oktyabrın
28-ində Bələdiyyələrin statusu haqqında qanuna dəyişiklik edildi. Adıçəkilən qanuna edilən
yeni dəyişikliklə
müəyyən edildi
ki, hansı hallarda bələdiyyələrin
fəaliyyətinə xitam
verilə bilər.
Həmin
dəyişiklik əsasında
bələdiyyələrin hesabat qaydasının hansı formada olmasıda müəyyən
olunub. Belə ki, hər il yanvar ayının ikinci həftəsi bazar ertəsi günü bütün bələdiyyələr
gördüyü işlər,
o cümlədən maliyyə
vəsaitlərindən, bələdiyyə
mülkiyyətindən istifadə
haqqında seçicilərinə
hesabat verməlidirlər.
Çünki bunlar elə
məsələlərdir ki,
əhali arasında daha çox mübahisə doğurur.
Və
ilk dəfə müəyyən
edilib ki, bu hesabat yazılı
formada tərtib edilsin, iclasda təsdiq ediləndən sonra bələdiyyə binasının qarşısında
xüsusi lövhələrdə
yerləşdirilsin. Burada önəmli
olan məsələ budur ki, əgər
bu hesabat əhalini qane etməsə, vətəndaşların
ən azı 25%-nin iştirakı ilə bələdiyyənin
ümumi yığıncağı
keçirilir və həmin bələdiyyənin
fəaliyyətinin qeyri-qənaətbəxş
olması haqqında qərar qəbul edilir. Hansı ki, bu qərar
ayrı-ayrı üzvlərinin
fəaliyyətinə xitam
verilməsi ilə yanaşı, bütövlükdə
bələdiyyələrin buraxılmasına səbəb
ola bilər.
F. Nağıyev onu da əlavə etdi ki, Azərbaycanda
hələ ki, belə hadisə baş verməyib: Amma bu günlərdə
belə bir normanın qanunvericiliyə
daxil edilməsi bələdiyyələrin məsuliyyətlərinin
daha da artırılmasına
xidmət edir. Bu da bələdiyyə
də həvəskarların
deyil, peşəkarların
fəaliyyətini təmin
edəcəkdir.
Xaricdə bələdiyyələr
Amerikada müxtəlif bələdiyyə
formaları var. Bu da ayrı-ayrı ştatların
öz qanunları ilə bağlıdır. Adətən
hər bir ştatın iki səviyyədə bələdiyyəsi
olur: kaunti (yaxud pəriş) və munisipalitet. Məsələn, Pensilvaniya ştatında
67 kaunti var. Həmin kauntiləri 3-dən 7-cən komissiya
üzvü idarə edir. Onları 4 ildən bir
əhali seçir.
Kauntinin baş prokuroru, xəzinədarı, polis rəisi
və bəzi hakimləri ayrıca olaraq seçilir.
Munisipalitetlər daha
kiçik bələdiyyə
vahidləridir. Bunlar əhalinin sayından, şəhərin böyük-kiçikliyindən
asılı olaraq siti, taun, taunşip, barə adlanır. Pensilvaniyadakı citilər - 1-ci, 2-ci, 2A və 3-cü dərəcəli
olur. Ən çox səlahiyyət
1-ci dərəcəli citilərdədir.
Filadelfiya da belə kateqoriyaya aiddir. Filadelfiya, həm də Amerikanın 6 ən böyük şəhərindən
biridir.
Belə şəhərlərə dövlət
içində dövlət
də demək olar. Şəhər merinin
veto hüququ var. Şəhər
şurasının 15 üzvü
həm qanunverici, həm də təsdiqedici səlahiyyətlərə
malikdir. Onlar qanunlar qəbul
edə bilər.
Amma bəzi qanunlar ştat səviyyəsində
təsdiq edilməlidir.
Amerikada bələdiyyə hökumətlərinin
müxtəlif bölmələri
olur. Həmin şöbələr
təyinatından asılı
olaraq, ərazinin planlaşdırılması, iqtisadi
inkişafı, polis, bələdiyyə
məhkəməsi, yanğın
xidməti, təcili yardım, daşınmalar,
turizm, kanalizasiya, içməli su, küçələrin təmizliyi,
qar təmizlənməsi,
yol nişanları, parkların tikilməsi və saxlanması, dayanacaqlar və s. sahələri əhatə
edir.
Son illərdə Rusiyada
icra orqanları gücləndirilsə də,
bələdiyyələr yenə
də idarəetmədə
böyük əhəmiyyətini
saxlamaqdadır. Məsələn, paytaxt Moskva
federal qanunlara tabe olsa da, şəhərin
özünün qanun
və qaydaları da mövcuddur. Mer isə səsvermə yolu ilə seçildiyi
üçün tamamilə
müstəqil şəxsdir.
Moskvanın özü də
bələdiyyə vahidlərinə
bölünür. Onlardan biri
Filyovski park bələdiyyəsidir.
Bu bələdiyyə Rusiya Federasiyasi və Moskva şəhərinin qanunları
əsasında fəaliyyət
göstərir. Bələdiyyə
öz əmlakı, büdcəsi ilə bağlı qərar verməkdən əlavə
həm də vətəndaşların nigah
bağlamasına icazə
verir, mədəniyyət
abidələrinin qorunması,
onların təbliği
ilə məşğul
olur, istehlakçıların
hüquqlarını qoruyur,
ekoloji nəzarəti həyata keçirir, ictimai obyektlərin qorunmasına yardım edir, məktəb yaşlı uşaqların
illik fərdi uçotunu aparır, seçkilərin təşkilinə
kömək edir, vətəndaşların hərbi-vətənpərvərlik
tərbiyəsinə yönələn
tədbirlər təşkil
edir.
2006-cı ildən isə
Rusiyada bələdiyyələrin
- öz təşəbbüsləri
ilə əlillər,
çoxuşaqlı ailələr,
müharibə veteranları
və başqa köməyə ehtiyacı
olan təbəqələrə
yardım proqramları
həyata keçirmək
hüququ bərpa edilib.
Polşa Konstitusiyası hakimiyyətin
daha çox bələdiyyələrə verilməsini
təmin edir. Regional hakimiyyətlər müstəqildirlər.
Onlar həm də mülkiyyət, biznes fəaliyyətilə məşğul
olmaq hüququna malikdirlər. Bələdiyyələrin büdcəsi həm onların öz gəlirləri, həm də dövlət büdcəsindən ayrılan
birbaşa yardımlar
hesabına formalaşır.
Bələdiyyələr şərti ifadə etsək, əyalət,
rayon, kənd səviyyəsində
olur. Onların ən kiçiyi
qmina adlanır və yerli məsələlərlə
bağlı əsas qərarları vermək səlahiyyətinə malikdir.
Bələdiyyələrin əsas səlahiyyətləri:
orta məktəbləri,
uşaq bağçalarını
idarə edir, müəllimləri işə
götürür. Sosial yardıma
ehtiyacı olanların
qayğısına qalır,
bələdiyyə ərazisindəki
körpü, küçə
və yollar, eləcə də qaz, işıq, kanalizasiya, su təchizatı sahələrini
idarə edir. Bələdiyyələrə məxsus torpaqlar
mövcuddur. Onlar
həmin torpaqları sata, orada ev tikə, onları icarəyə verə bilər. Bundan başqa bələdiyyələr
kitabxanalar, mədəni
mərkəzləri idarə
edir, yanğınsöndürmə
xidməti göstərir,
qeyri-hökumət təşkilatları
ilə əməkdaşlıq
edir. Bələdiyyə seçkiləri 4 ildən bir keçirilir.
Türkiyədə mərkəzləşdirilmiş icra hakimiyyəti mövcuddur. Hər bir vilayət
vali tərəfindən
idarə olunur. Qanunlar valilərə böyük
səlahiyyətlər verir,
onlar həm də bələdiyyələrə
nəzarət etmək
hüququna malikdir.
Əhalisi 2000 nəfəri keçən yaşayış
məntəqələrinin hamısında bələdiyyələr
mövcuddur. Onlar səhiyyə,
təhsil, nəqliyyat
sahələrində dövlət
proqramlarını həyata
keçirməyə məsuldur.
Bələdiyyə rəisi
və şurası 5 il müddətinə
seçilir. Bələdiyyə şuraları ildə
3 dəfə görüşüb
büdcə, evtikmə
planları, yenidənqurma
proqramları, vergilərin,
bələdiyyə xidmətlərinə
görə ödənişlərin
miqdarı kimi məsələlərlə bağlı
əqrar verir. Kənd bələdiyyələrinin şurası
məktəb və sair ictimai binalar
üçün torpaq
sahəsi alır, yolların təmiri və başqa işlər üçün
əhalidən yığılmalı
olan pulun məbləğini və onların ayırmalı olduğu işçi qüvvəsinin sayını
müəyyən edir.
Şura kənd adamları arasında mübahisələri
həll etmək, xidmətlərin icrasının
tapşırıldığı şəxslər səhlənkarlıq
edərsə, onları
cərimələmək hüququna
malikdir.
Zaman.-2014.-23 dekabr.-S.13.