Vətəndaş cəmiyyətinin
inkişafında bələdiyyələrin rolu
(3)
Azərbaycan Respublikası vətəndaşlarının
yerli özünüidarə
orqanlarına seçmək
və seçilmək
hüququ vardır.
Bələdiyyə qulluğu vətəndaşlarımız
üçün eyni dərəcədə müyəssərdir. Hər bir
vətəndaşın bələdiyyələrə,
bələdiyyə orqanlarına
və onların vəzifəli şəxslərinə
müraciət etmək
hüququ vardır.
Bələdiyyələr, bələdiyyə
orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə
aid sənəd və
materiallarla hər bir vətəndaşın
tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa,
bələdiyyələrin fəaliyyəti haqqında
tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin
tapşırıqlarını yerinə yetirməyə borcludurlar.
Əvvəli ötən sayımızda
İndi isə “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının
Qanununa daha ətraflı nəzər
salaq. Adıçəkilən qanunda göstərilir
ki, yerli özünüidarə vətəndaşların
fəaliyyətinin təşkilinin
elə bir qeyri-dövlət sistemidir
ki, bu sistem
qanun çərçivəsində
onlara yerli əhəmiyyətli məsələləri
müstəqil və sərbəst şəkildə
həll etmək hüququ verir. Bu hüququ qanunla
müəyyən edilmiş
qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst,
şəxsi və gizli səsvermə yolu ilə seçilmiş
bələdiyyə üzvlərindən
ibarət nümayəndəli
kollegial orqanlar (bələdiyyələr) və
ya vətəndaşların
yığıncaqları həyata
keçirirlər. Bələdiyyələr öz vəzifələrini
yerinə yetirmək məqsədi ilə onların qarşısında
məsuliyyət daşıyan,
daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər.
Vətəndaşlarının yerli özünüidarəni həyata
keçirmək hüququ
Azərbaycan Respublikasının vətəndaşları
yaşadıqları ərazilərdə
yerli özünüidarə
hüququnu bələdiyyələrə
seçkilər, öz
iradəsini birbaşa
ifadə etmək, rəy sorğusu, müstəqil fikir söyləmək, təkliflər
vermək vasitəsilə
və digər formalarda həyata keçirirlər. Vətəndaşlar
irqindən, milliyyətindən,
cinsindən, dilindən,
mənşəyindən, əmlak
və vəzifə mövqeyindən, dinə münasibətindən, əqidəsindən,
peşəsindən, siyasi
partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə münasibətindən
asılı olmayaraq, yerli özünüidarəni
həm bilavasitə, həm də öz nümayəndələri
vasitəsilə həyata
keçirə bilərlər.
Azərbaycan Respublikası vətəndaşlarının
yerli özünüidarə
orqanlarına seçmək
və seçilmək
hüququ vardır.
Bələdiyyə qulluğu vətəndaşlarımız
üçün eyni dərəcədə müyəssərdir.
Hər bir vətəndaşın
bələdiyyələrə, bələdiyyə orqanlarına
və onların vəzifəli şəxslərinə
müraciət etmək
hüququ vardır.
Bələdiyyələr, bələdiyyə
orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə
aid sənəd və
materiallarla hər bir vətəndaşın
tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa,
bələdiyyələrin fəaliyyəti haqqında
tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin
tapşırıqlarını yerinə yetirməyə borcludurlar.
Bələdiyyələr inkişaf proqramları həyata
keçirə bilərlər
Bələdiyyələrin səlahiyyətləri çərçivəsində
reallaşdıra biləcəkləri
proqramlardan biri sosial müdafiə və sosial inkişaf proqramlarıdır. Yerli sosial
müdafiə proqramları
bələdiyyə tərəfindən
müəyyən edilən
vətəndaşlar kateqoriyasına
dövlət sosial təminatından əlavə
sosial təminatlar müəyyən edir.
Həmin təminatlar mütəmadi və birdəfəlik ola
bilər. Yerli sosial müdafiə
və sosial inkişaf proqramlarından
məqsəd dövlətin
həyata keçirdiyi
sosial inkişaf proqramlarında nəzərdə
tutulmayan və ya onlara əlavə
olaraq yerli əhəmiyyətli sosial
inkişaf məsələlərini
həll etməkdir.
Həmin proqramlar məktəbəqədər tərbiyə,
təhsil, səhiyyə,
mədəniyyət, yaşayış
və qeyri-yaşayış
binalarının saxlanılması
və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili,
saxlanılması və
inkişafı, mənzil
tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə,
su təchizatının
və kanalizasiya təsərrüfatının təşkili,
saxlanılması və
inkişafı, yanacaq
təchizinin və satışının təşkili,
yerli əhəmiyyətli
yolların tikilməsi
və saxlanılması,
mərasim xidmətlərinin
təşkili və qəbiristanların qorunması,
yerli nəqliyyat və rabitə xidmətinin təşkili,
ticarət, ictimai iaşə və məişət xidmətinin
təşkilinə şərait
yaradılması, mədəniyyət
müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix
və mədəniyyət
abidələrinin saxlanılması,
informasiya xidmətinin
təşkili, kütləvi
informasiya vasitələrinin
fəaliyyəti üçün
şərait yaradılması,
kimsəsizlərə, xəstələrə,
qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum
olan, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin
məşğulluğuna, adamların
peşələri üzrə
işlə təmin olunmasına kömək göstərilməsi və
yerli infrastrukturun digər sahələrini əhatə edə bilər. Qeyd edək ki, yerli sosial müdafiə
və sosial inkişaf proqramlarını
həyata keçirərkən
bələdiyyələr dövlət
orqanlarının müvafiq
proqramlarının həyata
keçirilməsinə müdaxilə
edə bilməzlər.
Onların yerli iqtisadi inkişaf proqramları hazırlamaq və həyata keçirmək səlahiyyətləri də
vardır. Hansı ki, yerli iqtisadi inkişaf proqramlarında məqsəd
dövlətin həyata
keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan
və ya onlara əlavə olaraq yerli əhəmiyyətli
iqtisadi inkişaf məsələlərini həll
etməkdir. Həmin proqramlar
aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə
edə bilər.
Yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə
torpaqlarında və dövlətin bələdiyyələrə
verdiyi əmlakdan səmərəli istifadə
yolları göstərilir.
Sözügedən iqtisadi inkişaf
proqramlarını həyata
keçirərkən bələdiyyələr
dövlət orqanlarının
səlahiyyətlərinin həyata
keçirilməsinə müdaxilə
edə bilməzlər.
Bələdiyyələr yerli ekoloji proqramlar da keçəkləşdirə
bilər ki, burada da məqsəd
dövlətin həyata
keçirdiyi ekoloji proqramlarda nəzərdə
tutulmayan və ya onlara əlavə
olaraq yerli əhəmiyyətli ekoloji
təmizlik məsələlərinin
həllinə yerli əhalinin hamılıqla
cəlb edilməsidir.
Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın
qorunub saxlanılması,
bələdiyyə ərazisinin
yaxşılaşdırılması və abadlaşdırılması,
məişət tullantılarının
toplanması və emalı, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması,
qonşu bələdiyyələrlə
birgə ekoloji tədbirlərin həyata
keçirilməsi və
yerli əhəmiyyətli
digər tədbirlər
daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji
proqramları ilə yerli ekoloji proqramların
əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə
də yardım göstərirlər.
Yerli özünüidarənin həyata
keçirilməsində əhalinin
iştirakının digər
formaları...
Yerli özünüidarənin həyata
keçirilməsində vətəndaşlar
bu qanunla nəzərdə tutulmuş
formalarla yanaşı,
Azərbaycan Respublikasının
Konstitusiyasına, bu Qanuna, başqa qanunlara və bələdiyyənin nizamnaməsinə
zidd olmayan digər formalarda da (məhəllə komitələri, assosiasiyalar,
xeyriyyə təşkilatları
və s.) iştirak edə bilərlər.
Məlumat üçün bildirək
ki, yerli özünüidarəni Azərbaycan
Respublikasının Qanunu
ilə təsdiq edilmiş ərazilərdə
yaradılan bələdiyyələr
həyata keçirirlər. Müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata
keçirmək hüququndan
məhrum edilə bilməzlər. Bundan başqa,
bələdiyyə ərazilərinin
müəyyənləşdirilməsi və dəyişdirilməsi,
o cümlədən bələdiyyələr
təşkil edilərkən,
birləşdirilərkən, yenidən təşkil edilərkən və ya ləğv olunarkən onların hüdudlarının müəyyənləşdirilməsi
və dəyişdirilməsi
tarixi və digər yerli xüsusiyyətləri, müvafiq
ərazi əhalisinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının
seçkili vəzifəli
şəxslərinin öz
səlahiyyətlərini maneəsiz
və səmərəli
həyata keçirilməsinə,
hüquqlarının, şərəf
və ləyaqətinin
müdafiəsinə dövlət
təminat verir.
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Elvin Əliyev
Zaman.-2014.-24 dekabr.-S.13.