Əməkdar jurnalist Möhsüm
Xəlilov: “Jurnalistin özünəməxsus üslubu olmalıdır”
Azərbaycanda mətbuatın keçdiyi
uzun və şərəfli yolda
region qəzetlərinin də
özünəməxsus yeri var.
Mətbuatın ən ağır günlərində mərkəz qəzetləri maddi mənada
bir sıxıntı çəkiblərsə, bölgə qəzetləri bundan da ağır
vəziyyətə dözməli olublar. Lakin bütün çətinliklərə baxmayaraq,
öz fəaliyyətlərini davam etdiriblər. Respublikamızın demək
olar ki, bütün şəhər və rayonlarında yerli mətbuat
orqanları fəaliyyət göstərir.
Şirvan şəhərində fəaliyyət göstərən “İşıq” qəzeti də
belələrindəndir. “İşıq” qəzetinin redaktoru Möhsüm Xəlilov
ilə
görüşüb bu
mövzu ətrafında söhbətləşdik. Məlumat üçün bildirək
ki, Möhsüm Xəlilov
Şirvan şəhərində
kifayət
qədər tanınan jurnalistlərdəndir. Bu sahədəki xidmətlərinə
görə, “Əməkdar jurnalist” və “Şərəf nişanı”
ordeninə
layiq görülüb.
O, 1935-ci ildə
Əli Bayramlı rayonunda
(indiki Şirvan şəhəri) anadan olub. Şirvan şəhər 1 nömrəli
məktəbi, Azərbaycan
Dövlət
Universitetinin Jurnalistika
fakültəsini
bitirib. Möhsüm
müəllim
bizimlə
söhbətində 78 yaşının olmasına
baxmayaraq, hələ bu sahədə çalışma əzmini itirmədiyini vurğuladı: “Universiteti
bitirdikdən
sonra 1959-cu ildə Qazıməmməd rayonunda (indiki Hacıqabul) çıxan
“Kommunizm Yolu” rayon qəzetində məsul
katib kimi işə
başlamışam”.
Dediyinə görə,
1965-ci ilin iyul ayından etibarən Mərkəzi Komitə
“İşıq” qəzetinin nəşri
barədə qərar
çıxarıb: “Redaktor
vəzifəsinə isə
mən
təyin
edildim. 1973-cü ilədək bu qəzetin
redaktoru kimi çalışdım. Daha sonra
şəhər partiya komitəsinin ikinci
katibi vəzifəsinə təyin
edildim. Bir müddətdən sonra təkrar
“İşıq” qəzetinin redaktor müavini, 1988-ci ildə
isə
baş redaktoru oldum. İndiyədək bu vəzifədə çalışıram”.
Möhsüm Xəlilov
mətbu
orqanını şəhərin yaddaşı
hesab edir: “Olub keçənlər,
uğurlar onun səhifələrində
əbədi yer tapır və
istənilən vaxt yaşanan illəri
dilləndirmək, danışdırmaq mümkündür”.
“Əsl jurnalist hansı
xüsusiyyətlərə sahib olmalıdır?”,-sualımıza müsahibimiz belə cavab verdi: “Əsl jurnalist işinə can yandırmalı,
qəzetin
bütün qayğıları
ilə
yaşamalı, kifayət qədər savada malik olmalıdır.
Seçdiyi sənətin vurğunu olmalıdır.
Birinci növbədə, bu peşənin vurğunu
olmalıdır və Azərbaycan
dilini, ədəbi
dilimizi gözəl bilməlidir.
Yazını elə
yazmalıdır ki, başqalarının təkrarı olmasın. Jurnalistin özünəməxsus üslubu olmalıdır.
Tənqidi elə
yazmalıdır ki, kiminsə
şəxsiyyətinə toxunmasın. Obyektiv və əsaslı
yazmalıdır. Jurnalist yeniliyin,
müasirliyin təbliğatçısıdır.
Jurnalistin müəyyən mənada
digər
sahələrlə də bağlı əsaslı biliyi
olmalıdır. Özümə gəlincə, bir daha qeyd
edim ki, mən
öz peşəmi çox sevirəm. Orta məktəbdə
oxuyarkən
divar qəzetinin redaktoru
olmuşam və bu həvəslə də gedib Azərbaycan
Dövlət
Universitetinin Jurnalistika
fakültəsinə daxil olmuşam”.
“Qəzetlər Azərbaycan dilinin saflaşmasında, zənginləşməsində böyük
rol oynayır”,-deyə
qeyd edən
Möhsüm Xəlilovun
sözlərinə görə, qəzet, televiziya,
radio, telefon, internet kimi informasiya
vasitələrinin və onların
çatdırdıqları məlumatların
insanlar və
cəmiyyət üzərində təsirləri
var: “Bu təsirlər müsbət və mənfi olaraq
bir-birindən
ayrılır. Hər
bir jurnalist bu mənada
gördüyü işin
əhəmiyyətini anlamalı, məsuliyyətini dərk etməlidir”. Babək Əsgər, Şirvan
Zaman.-2014.-8 fevral.-S.4.