Sumqayıt çirkli
şəhərdirmi?
Bu məsələnin belə tezliklə yenidən gündəmə
gələcəyini gözləmirdik. Əslində, gündəmdən tamamilə
çıxarılması daha
real görünürdü. Çünki bir müddət bundan öncə Sumqayıtın
dünyanın 10 ən
çirkli şəhərlərindən
biri olması ilə bağlı müxtəlif internet saytlarında
dezinformasiyalar getmiş
və bu məsələlərə aydınlıq
gətirmək, yanlışılığı
aradan qaldırmaq üçün “Azərikimya”
İstehsalat Birliyi tərəfindən müəyyən
addımlar atılmış,
məsul qurumlar tərəfindən təkzib
verilməsinə nail olunmuş,
Rus və Azərbaycan dillərində
bir çox internet saytlarında yerləşdirilmişdi.
Bununla da hər şeyin
öz yerini aldığını zənn
edirdik. Çünki bu yazıda
(təkzibdə) bütün
məsələlər təfərrüatı
ilə öz aydınlığına qovuşmuşdu.
***
Lakin son vaxtlar
bəzi kütləvi
informasiya vasitələri,
informasiya agentlikləri
və xəbər portalları heç bir əsas olmadan,
real faktlara söykənmədən
ABŞ-ın “Blacksmith” İnstitutunun
2007-ci ildəki hesabatında
dərc etdirdiyi qeyri-obyektiv məlumata istinad edərək, Sumqayıtın dünyanın
ən çirkli şəhərlərindən biri
olması barədə
dezinformasiya yaymaqda davam edirlər. İnformasiya
agentliklərinin daha çox istinad etdikləri mənbə “Çirklənmə və
Sağlamlıq” Qlobal
Alyansının üzvü,
ölkələrdə ekoloji
çirklənmə problemləri,
xüsusi təhlükə
törədən çirklənmə
mənbələrinin monitorinqinin
keçirilməsi, inventarlaşdırılması
və təmizlənməsi
ilə məşğul
olan “Blacksmith” İnstitutu
olduğu üçün
bu qurumun Bakı ofisinin nümayəndəsi Rövşən
Abbasovun Sumqayıtın
ekoloji vəziyyəti
ilə bağlı dezinformasiyaların yayılmasına,
Sumqayıt haqqında,
bəlkə də, məqsədli şəkildə
yanlış təsəvvür
yaradılmasına mütəxəssis
münasibəti öyrənilərkən
məlum olmuşdur ki, bu İnstitutun
2007-ci ilə qədər
nəşr olunmuş
hesabatlarında şablon
təkrarçılığa yol verilmiş, yeni monitorinq keçirilmədən təxminən
15-20 il əvvəlki səthi araşdırmalara
istinad olunmuş, bir çox yerli və beynəlxalq
informasiya agentlikləri
və saytlar da şəhərin ekoloji durumu ilə bağlı yanlış məlumatları
yaymaqla, dünya ictimaiyyətinin təsəvvüründə
Sumqayıt haqqında
həqiqətləri əks
etdirməyən rəy
formalaşdırmışlar.
***
Sumqayıtın ekoloji vəziyyətinin
son 10 il ərzində
xeyli yaxşılaşdığını
xüsusilə vurğulayan
Rövşən Abbasov,
sözügedən məsələ
ilə bağlı bir müddət öncə “Blacksmith” İnstitutunun
Amerikadakı Mərkəzi
ofisinin rəhbərliyinə
yazılı məlumat
göndərildiyini bildirmiş
və Nyu-York ofisindən alınmış
cavabı “Azərikimya”
İB-yə təqdim
etmişdir.
İnstitutun Regional Proqramlar üzrə direktoru Andrew McCartorın imzası ilə göndərilmiş cavab məktubunda bildirilir ki, “Blacksmith” İnstitutu Sumqayıtda olan ətraf mühit riskləri ilə bağlı hesabatını
son dəfə 2007-ci ildə
dərc etdirmişdir. 2007-ci ildə dərc olunan hesabat artıq köhnəlmişdir.
Ona görə də, Azərbaycandakı mətbu
orqanların və
internet saytlarının Sumqayıtın
dünyanın çirkli
şəhərləri sırasında
öndə olması ilə bağlı yaydıqları informasiya ilə bağlı
“Blacksmith” İnstitutu heç
bir məsuliyyət daşımır. Həmin mətbu
orqanlar bu materialı dərc edərkən həmin məlumatların ən azından 2007-ci ilə aid
olduğunu qeyd etməli idilər. Rövşən Abbasov “Blacksmith” İnstitutu
tərəfindən yaxın
zamanlarda Sumqayıtda monitorinq keçiriləcəyini
və növbəti hesabatlarında yalnız
son monitorinqin nəticələrinə
əsaslanacaqlarını bildirmişdir.
***
“Blacksmith”
İnstitutunun da daxil olduğu “Çirklənmə və
Sağlamlıq” Qlobal
Alyansı (“Global Alliance on Health and
Pollution”) ilə “Azərikimya”
İB arasında “İnsan
orqanizmi üçün
potensial təsirə malik toksiki çirklənmiş
ərazilərin müəyyənləşdirilməsi
və qiymətləndirilməsi
Proqramı” pilot layihəsi
üzrə əməkdaşlığa
başlanılmışdır. Layihənin predmetinə uyğun olan ərazilərin müəyyənləşdirilməsi
üçün “Azərikimya”
İB-nin və
ARDNŞ-in Ekologiya
idarəsinin mütəxəssislərindən
ibarət işçi
qrup yaradılmış,
Birliyin “Üzvi sintez” zavodunun (müasir tələblərə
cavab vermədiyindən
zavod artıq istismardan çıxarılmışdır)
suötürmə məntəqəsinin
ərazisinin təmizlənməsi
və abadlaşdırılmasının
həyata keçirilməsi
qərara alınmışdır.
Artıq
monitorinq işləri
aparılaraq, ərazinin
qiymətləndirilməsi işləri
həyata keçirilmişdir.
“Blacksmith”in də üzvü olduğu GAHB
(Global Alliance on Health and Pollution) təşkilatının
maliyyə dəstəyi
və yerli icma və bələdiyyələrin
iştirakı ilə
Sumqayıtda Pilot layihənin
gerçəkləşdirilməsi üçün artıq maliyyə vəsaiti ayrılmış və bu yaxınlarda bu layihəyə start veriləcəkdir.
Bu təkzib xarakterli informasiyadan sonra yenidən bu məsələyə qayıtmaq
bir az
gülünc görünmürmü?!
***
Son illər istər Azərbaycanda, istər Rusiya məkanında, istərsə də xarici ölkə mətbuatında Sumqayıtın ekologiyası ilə bağlı yazıların heç birində son 20 ilin həqiqətləri öz əksini tapmayıb. Sadəcə olaraq, sovetlər dönəminin iylənmiş, paslanmış informasiyaları olduğu kimi ötür-ötür oyunu ilə bir nöqtədən digər nöqtəyə ünvanlanaraq nəşr olunmuş, bununla da Sumqayıtla bağlı əsl həqiqətlər pərdə arxasında qalmışdır. Gəlin bir az geriyə ekskurs edək və fikirlərimizin təsdiqini tapmağa çalışaq. Hələ illər öncəsi Avstraliya saytlarından biri Sumqayıtı 7 ölkənin 10 ən çirkli şəhəri siyahısına daxil etmiş və istinad mənbəyi kimi də “Blacksmith” İnstitutunu göstərmişdi. Bu məsələni araşdıranda maraqlı bir mənzərənin şahidi olduq.Araşdırmalarımız zamanı məlum oldu ki, Avstraliya saytının istinad etdiyi “Blacksmith” İnstitutu hesabatdakı şəkilləri və bəzi rəqəmləri “Azerbaijan İnternational” jurnalının 1994-cü ildə Sumqayıtın ekoloji vəziyyətinə dair çap etdirdiyi məqalədən götürüb. Maraqlısı odur ki, həmin məqalədən götürülən faktların özü də təhrif olunub. Hətta jurnalın redaktoru xanım Beti Bleyer Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdiyi məktubda onların 1994-cü ildə çap etdirdiyi məqalədəki faktların Sovet İttifaqı dövrünə aid olduğunu aydınca qeyd edib: “1994-cü ildə Sumqayıt barədə hesabatı hazırlayan zaman zavodların əksəriyyəti işləmirdi və həmin dövrdə çirklənmə halları gözə çarpmırdı. Biz Sovet vaxtında olan vəziyyət barədə yazmışıq”.
***
Hesabatı hazırlamazdan öncə İnstitut “Azerbaijan International” jurnalının rəhbərliyindən jurnalda çap olunan şəkillərdən istifadə edilməsi üçün icazə vermələrini xahiş edib. Bunun cavabında Bleyer institutun layihə koordinatoru Aadika Sinqə göndərdiyi cavab məktubunda belə qeyd edib: “Jurnalda çap olunan şəkillər 1994-cü ildə, yəni 13 il bundan əvvəl çəkilən və bugünkü vəziyyəti əks etdirməyən şəkillərdir. 2007-ci il üzrə hesabatda köhnə şəkilləri əks etdirmək məqsədəmüvafiq olmadığından Sizə icazə verə bilmərik”.
Buna baxmayaraq,
institut həmin şəkillərdən
istifadə edərək hesabatda dərc etdirib. Ardı var...
Zaman.-2014.-19 fevral.-S.13.