Sumqayıt çirkli şəhərdirmi? (2)

 

əvvəli ötən sayımızda

 

İnstitutun 1994-cü ildə çap olunan şəkilləri Sovet dövründəki faktları hesabata salmaqda hansı məqsədlər güddüyü haqlı sual doğurur bu artıq bir az sonranın söhbətidir ki, biz, sizə təqdim edəcəyik. Bleyer bu faktı da instituta qarşı ittihamında göstərib: “Mənim onların hesabatına şübhə ilə yanaşmağımın səbəbi odur ki, onlar 1994-cü ildə “Azerbaijan İnternationaljurnalında dərc edilmiş məqaləni icazəsiz istifadə ediblər onlar öz veb-saytlarında Sumqayıtın problemləri siyahısında uşaqlara aid olan hissəni bizim jurnaldan köçürərək 2007-ci ilin məlumatı kimi təqdim ediblər”.

 

 

                          ***

 

Görürsünüzmü, bir az dərinə getdikcə bir çox məsələlər öz aydınlığına qovuşur. Yazılanlardan bir daha məlum aydın olur ki, “Blacksmith” İnstitutu 2007-ci ildən bəri dünyanın çirkli şəhərləri ilə bağlı heç bir hesabat təqdim etməyib ya edibsə , Sumqayıtın adı bu hesabatlarda öz əksini tapmayıb.

 

İndi qayıdaq Vesti.az saytının 5 noyabr 2013-cü il tarixində yerləşdirdiyiSumqayıt vnovg popal v spisok samıx zaqrəznennıx mest zemlibaşlıqlı yazıya.

 

Ola bilsin ki, dəyərli oxucular soruşarlar ki, niyə məhz “Vesti.az” saytının adı hallandı burada. Məsələ burasındadır ki, təkziblərdən sonra ilk dəfə yenidən bu məsələyə bu sayt öz səhifələrində yer verdi sözün müstəqim mənasında digər saytlar da bundan yaxşıcabəhrələndilər”. Bununla daAzərikimyaİstehsalat Birliyi başda olmaqla görülən bütün işlər, çəkilən bütün zəhmətlər öz əvvəlki halına, yəni sıfır nöqtəsinə qayıtmış oldu. Bu da hər şeyin yenidən başlanması deməkdir ki, bu yazıdan da gördüyünüz kimi biz, bu işlə məşğuluq. Bura əlavə vaxt itkisini, əsəb gərginliyini Sumqayıt - Bakı - Nyu-York arası yazışmaları, məsələyə bildirilən münasibətlərin təhlilini digər çalışmaları da əlavə etsək, bir yanlışlığın, yoxlanılmadan, araşdırılmadan verilən informasiyanın nələrə səbəb olduğunu aydınca görə bilərik.

 

Yeri gəlmişkən anlayış göstərdiklərinə, bu yanlış informasiyanın ardından - cəmi bir gün sonraAzərikimya” İB-nin  İnstitut Blacksmith otvetilAzerkimgəpo povodu spiska zaqrəznennıx qorodov, v kotorıypopalSumqayıtadlı təkzib məktubunu dərc etdirdiklərinə görə, saytın rəhbərliyinə minnətdarlığımızı bildiririk. Hətta məktuba “Vesti.az” saytının baş redaktoru Mətin müəllimin cavabında bu mövzuda daha geniş, daha sanballı informasiya dərc etməyə hazır olduqları vurğulanıb.

 

 

 

                          ***

 

Qayıdaq yenə “Blacksmith” institutuna. İstər-istəməz adamda belə bir sual yaranır: əgər 2007-ci ildən bu yana “Blacksmith” institutunun hesabatlarında Sumqayıtın adı çirkli şəhərlər sırasında qeyd olunmayıbsa, 2013-cü il hesabatında isə Sumqayıtda ətraf mühitin qorunması istiqamətində görülən işlərin təqdirəlayiq olması xüsusi vurğulanıbsa, necə olur ki, saytların təqdim etdikləri siyahılarda Sumqayıtın adına yenidən rast gəlirik?

 

Məsələ araşdırılarkənAzərikimyaİstehsalat Birliyinin müvafiq şöbəsi tərəfindən ARDNŞ-in Amerika nümayəndəliyinin ofisinin direktoru Rauf Məmmədova da müraciət ünvanlanmış adı çəkilən institutla bağlı bir araşdırma aparılması xahiş olunmuşdu. Cavab məktubunda oxuyuruq: “Sizin göndərdiyiniz müraciətlə əlaqədar bildirmək istəyirəm ki, “Blacksmith” institutunun baş ofisi Nyu-York şəhərində yerləşir əsasən uşaqların həyatı üçün təhlükə (risk) yaradan ərazilərdə ətraf mühitin təmizlənməsi layihələrini həyata keçirən bir təşkilatdır. Təşkilat 50-yə yaxın ekoloji layihələri uğurla tamamlamış hazırda 15 ölkədə 30 layihə həyata keçirməkdədir. Diqqətinizə çatdırmaq istəyirəm ki, apardığımız araşdırma zamanı məlum olmuşdur ki, institutun texniki məşvərət şurasının üzvlərindən biri , ətraf mühit mütəxəssisi Robert Kurkjian adlı bir ermənidir”.

 

Rauf Məmmədov məktubunda daha sonra yazır: “İnternet səhifələrinin istinad etdikləri hesabatlar qeyd olunan institutun 2007-ci ildə nəşr etdiyi hesabata əsaslanır,  Blacksmith” institutunun, ümumiyyətlə, qeyd olunan tarixdən etibarən Sumqayıt şəhərinin adı hallandığı yeni hesabatı dərc olunmamışdır. 2007-ci ildə nəşr olunan hesabatda isə 2003-2006-cı illərdəki, bəzən isə 1994-cü ildəki məlumatlara əsaslanılır. Doğulduğum böyüdüyüm Sumqayıt şəhəri haqqında dezinformasiya xarakterli məlumatların yayılması çox məyusedici haldır. Lakin bu məlumatları yaymazdan əvvəl internet səhifələrinin jurnalistika qaydalarını gözardı edərək, zəruri araşdırmaları həyata keçirməməsi daha da böyük təəssüf doğurur.”

 

Çox hörmətli Rauf müəllimə minnətdarlıq ifadə etməklə bildirmək istərdim ki, bu məktub bizə çox mətləbləri anlatdı. Ələlxüsus da “Blacksmith” institutunda erməni mütəxəssisinin işləməsi faktını ortaya qoymaqla. Onu da öyrəndik ki, Robert Kurkjianın yerüstü yeraltı su ehtiyatlarının qiymətləndirilməsi, torpağın qurunt sularının müayinəsi, təhlükəli tullantıların idarə olunması kompleks ekoloji tədqiqatların aparılması sahəsində 20 ildən artıq təcrübəsi var. bu yönümlü bütün beynəlxalq təşkilatlarla geniş əlaqələrə malik adamdır.

 

 

 

                           ***

 

Elə bilirəm ki, dəyərli oxucular üçün də məsələnin hardan qaynaqlandığı yavaş-yavaş aydın olur. Erməni ola, əlinə Sumqayıt haqqında nəsə yazmaq fürsəti düşə. İndi özünüz təsəvvür edin. Anlaşılan odur ki, sözü gedən institut 2007-ci ildən bəri öz hesabatlarında Sumqayıtın adını çəkməsə də, erməni barmağı öz işini görmüş, digər qurumlara bilərəkdən və qərəzli şəkildə Sumqayıtın adı dünyanın  10 ən çirkli şəhərlərindən biri kimi ötürülmüşdür. Və artıq bir həqiqət də öz təsdiqini tapır ki, Sumqayıtın adının 2007 və ondan öncəki illərin hesabatlarına salınmasında da bu erməni mütəxəssisin “müstəsna xidmətləri” olmuşdur. Mənə elə gəlir ki, sözün tükənən nöqtəsinə gəlib çatdıq.

 

Sonda mənim dəyərli həmkarlarıma, qələm dostlarıma bir tövsiyəm var: doğma Azərbaycanımız, bölgələrimiz, şəhərlərimiz haqqında xarici kütləvi informasiya vasitələri hər hansı bir qərəzli yazı verirsə, onu əlüstü öz saytlarımıza, qəzetlərimizin səhifələrinə çıxarmağa tələsməyək. O informasiyanı diqqətlə oxuyaq, bir az düşünək, bir az da özümüzü əziyyətə salıb araşdırma aparaq, ondan sonra saytlarımızda yerləşdirilib-yerləşdirilməməsi haqqında qərar qəbul edək. Çünki torpağı üzərində gəzdiyimiz, havasını udduğumuz, suyunu içdiyimiz, çörəyini yediyimiz bu məmləkət bizim doğma vətənimiz Azərbaycandır.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

 

 

Rafiq Oday, Nicat Xıdırlı

Zaman.-2014.-20 fevral.-S.13.