Sumqayıtlı qəhrəman Belarusda ehtiramla yad edildi
Bu günlərdə Belarusun
Sumqayıtla qardaşlaşmış
şəhəri olan Mogilyovda bu şəhərin
alman faşizmindən
azad edilməsinin 70 illiyi münasibətilə
“Şəhər günü”
keçirilib.
Paytaxt Minskdən 200 kilometr məsafədə yerləşən, Belarusun
qədim yaşayış
məskənlərindən olan Mogilyov qardaşlaşdığı
Sumqayıt kimi (xüsusilə xoşdur ki, Təbriz də Mogilyovun “qardaş”larındandır) iri
sənaye şəhəridir.
Orada 70-ə yaxın müəssisə, o
cümlədən maşınqayırma, metal
emalı, kimya və neft-kimya,
yüngül və yeyinti
sənayesi müəssisələri fəaliyyət göstərir.
Əhalisinin sayı da təxminən elə
Sumqayıtınkı qədərdir - 370 min
nəfər. Mogilyov yalnız sənaye
şəhəri kimi deyil,
həm də zəngin tarixi yerlərə
və abidələrə malik olan bir şəhər kimi də bura gələnləri,
o cümlədən turistləri
özünə cəlb edir. Təsadüfi
deyil ki, vaxtilə bu şəhərdə görkəmli rus şairi və
yazıçıları Aleksandr Puşkin, Sergey Yesenin, Konstantin Simonov, hətta Rusiya
imperatorları I Pyotr, II Nikolay
da olmuş, şəhərin
gözəlliyinə vurulmuşlar. Mogilyovda təşkil
edilmiş biznes-forumda
və böyük təmtəraqla
keçirilən “Şəhər günü”
tədbirlərində belaruslularla
yanaşı, qardaşlaşmış şəhərin
qonağı olan Sumqayıt Bələdiyyəsinin
sədr müavini Sultan
Əsədov da iştirak
edib. Bu barədə qəzetimizə
Sumqayıt Bələdiyyəsinin mətbuat xidmətindən
Rəhman Orxan xəbər verib.
Onun
sözlərinə görə, Sumqayıtdan olan
nümayəndəni hörmət və səmimiyyətlə
qarşılayan şəhər rəhbərliyi Azərbaycan-Belarus
dostluğundan, ölkələrimiz
arasında yaranmış iqtisadi-mədəni əlaqələrin
inkişafından məmnunluğunu bildirib,
bu dostluq, qardaşlıq
əlaqələrinin uzun illər əvvəlki
təməlindən söhbət açıb. Xüsusi bir minnətdarlıqla diqqətə
çatdırılıb ki, II Dünya müharibəsi zamanı Azərbaycanın
minlərlə igid və mərd
oğulları Belarus torpaqlarında alman faşistlərinə qarşı rəşadətlə
döyüşərək, qəhrəmanlıq nümunələri
göstəriblər. Qeyd edilib ki, Azərbaycanın
igid, cəsur oğlu,
2-ci Belarus cəbhəsinin 1-ci Mogilyov şturm qvardiya briqadasının komandiri,
Sovet İttifaqı Qəhrəmanı polkovnik Aslan Vəzirovun
xatirəsi Belarus xalqı üçün
xüsusilə əzizdir. Döyüşlərdə göstərdiyi
igidliklərə görə, “Kutuzov”, “Boqdan Xmelnitski” ordenlərinə
də layiq görülmüş
azərbaycanlı komandir Belarusun
bir çox şəhər
və kəndlərinin düşməndən azad
edilməsində böyük fədakarlıqlar
göstərib. Təsadüfi deyil
ki, müharibədən sonra
bir zamanlar düşmənə
qarşı qəhrəmanlıqla vuruşduğu
Belarus torpağında, Mogilyovda
olmuş, döyüş
dostları ilə görüşmüş,
bu gün isə hər
bir belaruslunun minnətdarlıq
hissi ilə xatırladığı Aslan Vəzirov sağlığında “Mogilyov şəhərinin Fəxri vətəndaşı”
adına layiq görülmüşdür.
Şəhərin Pervomaysk küçəsində
onun xatirə lövhəsi
asılmış, Kocmonavtlar və Lazarenko küçələrinin kəsişməsində
yerləşən bağda azərbaycanlı
qəhrəmanın büstü qoyulmuşdur. Mogilyov şəhərinin
rəhbərliyi sumqayıtlı qonaqla
birgə igid azərbaycanlı döyüşçünün xatirəsinə
ehtiram əlaməti olaraq,
onun büstünü
ziyarət etmiş, önünə
gül-çiçək dəstələri
düzmüşlər.
Nicat Xıdırlı
Zaman.-2014.-3 iyul.-S.9.