Tariximizin qan yaddaşı
- Qaraqoyunlular (1)
Qaraqoyunlular Azərbaycan tarixində özünəməxsus bir
iz qoyan və orta əsrlərdə
güclü bir dövlət quraraq adlarını tariximizə
qızıl hərflərlə
yazdıran türk tayfalarındandır.
Sonralar müəyyən səbəblər
üzündən Qaraqoyunlular
öz müstəqilliklərini
itirsələr də,
onların nümayəndələri
uzun müddət Azərbaycanın həm şimalının, həm
də cənubunun ictimai, siyasi həyatında önəmli
rol oynamaqda davam ediblər. Hazırda Azərbaycanın
həm şimalında,
həm də cənubunda, o cümlədən
Türkiyədə məskunlaşan
Qaraqoyunluların törəmələrinin
arasından onlarla məşhur elm, dövlət,
sənət xadimləri
çıxıb və
onlar bu gün də ölkəmizin ictimai-siyasi
həyatında yaxından
iştirak etməkdədirlər.
Qaraqoyunlular bölgədə gedən müxtəlif tarixi proseslər nəticəsində Azərbaycanın
müxtəlif bölgələrinə
səpələnsələr də, onlar özlərinin şanlı
tarixlərini, keçmişlərini
unutmur, qədimlərdən
gələn adət və ənənələrimizi
yaşatmağa çalışırlar. Qaraqoyunluların tarixini olduqca
dəqiq bilən və bununla bağlı qeyri-adi yaddaşa malik olan ziyalı Alıyev Mahir Məmməd oğlu da belə vətənpərvər
ziyalılarımızdandır. Yeri gəlmişkən, onu da deyim ki,
bu yaxınlarda
“Qaraqoyunlu.com” saytında Mahir
Alıyevin ağsaqqaların
danışdıqlarından yadında saxladığı
Hacı Əmirxanın
qürbətdən Molla
Məhəmmədə yazdığı “Darıxmışam
vətən üçün”
şeirini oxudum. Həzin və olduqca kövrək üslubda yazılan bu şeir mənə olduqca güclü təsir bağışladı.
Mahir müəllim bu şeiri dərc
etdirməklə Qaraqoyunluların
keçmişinə, zəngin
mənəviyyatına, mədəniyyətinə ,dünyagörüşünə bir daha işıq
salaraq onları unudulmağa qoymamağa çalışıb. Mahir
müəllimin danışdıqlarına
qulaq asanda bu qədər zəngin biliyə, tarixi keçmişimizə
dərindən bələd
olmasını, o dövrdə
baş verənləri
dəqiqliklə xatırlamasına
heyrətlənməyə bilmirsən.
Mahir müəllimlə
bizim söhbətimiz də daha çox
Qərbi Azərbaycandakı
doğma yurd-yuvalarından
didərgin salınan Qaraqoyunluların törəmələri,
onların dünəni
və bu günü haqqında oldu
Qaraqoyunlunun tarixi yaddaşlarda
yaşayır
Mahir müəllim deyir ki, Ermənistandakı Qaraqoyunlu dərəsi Qərbi Azərbaycanın
İcevan və Krasnoselsk ərazilərində
məskunlaşan aşağıdakı
kəndlərdən ibarət
idi:
Hakkıxlı , Ağkilsə,
Polad, Mirteyil, Salah, Qaraqaya,Yanıxpeyə,
Xalı kəndi
(1920-ci ilə qədər
yaşayış məskəni
olub), Çaykənd,
Beryavat, Əmirxeyir, Golkənd, Civixli.
Mahir müəllim: “Bu kəndlərdə
Qaraqoyunluların torəmələri
məskunlaşmışdılar. İnqilaba qədər bizim dərənin rəsmi ünvanı belə idi: Gəncə quberniyası,
Qazax qəzasının
Qaraqoyunlu dərəsi.
Ağsaqqallarımız deyirdilər
ki, vağzalımız
Ağstafa, bazarımız
bizim Tiflis( Tbilisi) idi.
Onu da deyim ki, babalarımızın
Qaraqoyunlu dərəsində
məskunlaşması 1800-cü illərə təsadüf
edir. Ona qədər Qaraqoyunlu
dərəsi yaylaq yeri kimi istifadə
olunurdu. Yenə də
ağsaqqallarımızın dediklərinə görə,
Qaraqoyunluda ilk qəbir
Qacar Alı deyilən kişinin qəbri olub. 1970-ci ildə həmin
qəbrin uzərində
olan yazını oxumuşlar. Həmin qəbrin
150 yaşı var. Ona
qədər ölənləri
Qazax rayonunun Coğaz deyilən hissəsindəki Qaraqoyunlu
qəbiristanlığında dəfn edirdilər. Bununla bağlı el arasında belə bir deyim yaranmışdı:
Məni çiynində
Hacıtəpəyə apar”,
-deyə Qaraqoyunluların
şanlı keçmişini
yenidən xatırladır.
Qaraqoyunluların Qərbi Azərbaycana haradan köç etmələri ilə bağlı da çoxsaylı ehtimallar mövcuddur. Bəziləri onları Qarabağdan,
digərləri isə
başqa yerdən gəlmə hesab edir. Amma bu məsələdə
bir faktın üstündən sükutla
keçmək olmur.
Bu da Qaraqoyunlu dövlətinin
süquta uğramasından
sonra onların törəmələrinin çoxsaylı
siyasi səbəblərdən
Azərbaycanın şimal
və cənubudan müxtəlif yerlərə
köç etmələri,
yer dəyişmələri
ilə əlaqədardır.
Belə yerdəyişmələr
o vaxt tez-tez baş verdiyindən hansı tayfanın
hara köç etməsini müəyyənləşdirmək
çətindir. Bu məsələdə ən
etibarlı mənbə
nəsildən-nəslə ötürülən məlumatlar,
qan yaddaşıdır.
El ağsaqqallarından eşitdikləri isə Mahir müəllimin çox yaxşı yadında qalıb. Mahir müəllim bu barədə belə deyir: “Ağsaqqallarımızın söylədiklərinə
görə, Qaraqoyunlu
dərəsi ərazisinə
Qaraqoyunlular Qarabağdan
gəliblər. Bu, harada isə təxminən 1840-1850-ci illərdə
baş verib. O vaxt Qaraqoyunlu dərəsinə köç
edən Qaraqoyunlulardan
birinin qardaşı indiki
Naftalanın Qaşaltı
Qaraqoyunlu kəndində
qalıb, adı da Allahverdi olub.
Onlar aslanlılar kimi tanınırlar, soyadları
Aslanov yazılır, amma bilmirlər keçmişlərini, bizlər
Qaraqoyunlular isə az-çox bilirik tariximizi. Allahverdinin törəmələri indiki Qaşaltı Qaraqoyunlu (Naftalanda), Tapqaraqoyunludadır (Goranboy).
Deməli, qardaşların birinin, Allahverdinin törəmələri oradadır.
Hətta o vaxt belə xəbər gəlmişdi ki, Qaraqoyunludan birinin atası ölüb, uşaq yetim qalıb, gəlin yetiminizə sahib çıxın.
Mənim
ulu babam Həsənoğlu Gülməmmədlə
gedib o uşağı
gətiriblər. Bizdə ona
qərib deyiblər.
Onun törəmələri indi
də yaşayırlar.
Tapqaraqoyunlunu, Qaşaltını gedib gəzmişəm.
Onların da “burada bir qərib
vardı”,- deyə yadlarında az-çox qalıb.
Yadımdadır, kəndimizdə bir Layış paşa vardı, məni onların niyə belə adlanması çox maraqlandırırdı. Layışlardan
rəhmətlik Balakişi
vardı, haradasa 110 il yaşadı. Bir dəfə ondan
sorudum ki, bəs sizə niyə Layış deyirlər. Dedi ki, mənim dədəmin ulu-babalarının
qonşuları lahıclar
idi. Ona görə onlara
lahıc-layış deyirdilər.
Bu tayfanın adamları İsmayıllıdakı
Girdman çayının
adını da özləri ilə yeni yerə gətirmişdilər. Çaykənddən
Dəryavada qalxanda bir uçurum yer vardı, ona Kirdivan deyirdilər...”
Bütün bunlar isə onu göstərir ki, qaraqoyunlular arasında Qaraqoyunlu dərəsinə Azərbaycanın
müxtəlif yerlərindən
köç edən Qaraqoyunlu törəmələri
olub.
Onu da deyək ki, Azərbaycanın Rusiya tərəfindən işğal
edilməsindən sonra
qədim Azərbaycan torpaqlarına İran və Türkiyədən
ermənilərin, Rusiyadan
isə malakanların və ya duxoborların
köçürülməsinə başlanılmışdı. Çarizm
bununla da Azərbaycanda yaşayan yerli xalqı buradan tədricən sıxışdırıb çıxarmaq,
onların yerinə köçürülən erməni
və rusların simasında özünə
dayaq tapmaq niyyətində idi.
Qaraqoyunlular yaşayan ərazilərə
də Rusiyanın müxtəlif yerlərindən
malakanları, xoxolları
köçürürdülər.
Malakanların köçürüldüyü
kənd inqilaba qədər Mixaylovka adlanırdı. 28 noyabr, 1921-ci ildə Ermənistanda sovet hakimiyyəti qələbə
calandan sonra Mixaylovkanın adını
dəyişib, Krasnoselo
qoydular.1937-ci ildə həmin
ad altında rayon yaradıldı.
Nəqşbəndiliyin yayılması və Qaraqoyunlular
Mahir müəllimin
sözlərinə görə,
Qaraqoyunluların bir hissəsi 1892-1896-cı ildə
Türkiyəyə köç
edib. O deyir
ki, köçə səbəb Qaraqoyunlular arasında geniş yayılan Nəqşbəndi
təriqəti olub. Mahir müəllim Qaraqoyunluların köçünə
səbəb olan Nəqşbəndi təriqəti
barəsində elə
həvəslə danışır
ki, onun bununla
bağlı bildiklərinə
sahəni araşdıran
məşhur tədqiqatçılar
belə həsəd apara bilərlər.
Onun sözlərinə görə,
türk dünyasında
islamın yayılması
əsrlər boyu davam edib Bu işdə müxtəlif
təriqətlərin böyük
rolu olub. Onlardan biri də Nəqşbəndi
təriqətidir. Nəqşbəndi
təriqəti Orta Asiyada yaranmışdı
və onun banisi
“Şah Nəxşibendi”kimi
tanınan buxaralı türk Bahəddin olub. Bu təriqət
15-ci əsrdə yaranaraq
yayılmağa başladı.
Bu təriqətin Azərbaycana gətirilməsi
isə İsmail Siracəddin Şirvaninin adı ilə bağlıdır.
Mahir müəllim deyir: “Haci Siracəddin Şirvani 1783-cü ildə Şirvan xanlığının Kürdəmir kəndində doğulmuşdu və ilk təhsilini atasından almışdı. Sonra Şamaxı, Ərzincan,Tokat, Bağdadda mükəmməl təhsilə yiyələndi. Bağdad şəhərində Xalid Bağdadinin müridi oldu, onun təlimini tam mənimsədi. 1807-ci ildə mürşidindən icazə alaraq, Kürdəmirdə mükəmməl bir məktəb açır. 1812-ci ildə Həccə gedir və Yaxın Şərqin bir çox şəhərlərini gəzir. Yenidən Kürdəmirə qaydıraq yaratdığı məktəbin fəaliyyətini davam elətdirir. Bu məktəbin sorağı Azərbaycanın və Dağıstanın hər yerinə yayılır. Nəticədə bütün bölgələrdən həmin məktəbə oxumağa Şirvaninin müridi olmağa insanlar gəlir. Böyuk sərkərdə Şeyx Şamilin müəllimi Molla Məhəmməd Yarıxlı da həmin məktəbin məzunu olub. Rus üsul-idarəsinin təzyiqi ilə Azərbaycandan çıxarılana qədər Hacı Siracəddin Şirvani, buradakı məktəbdə fəaliyyət göstərir. 1826-ci ildə, əvvəlcə, Ahıskaya köçür. Ahıskanın ruslar tərəfindən işğalından sonra Anadoluya gedərək Osmanlı dövlətinin himayəsinə girir. Sivasda 9 il qaldıqdan sonra 1841-ci ildə Amasiyaya yerləşən Şirvani vəfatına qədər burada fəaliyyət göstərir. Şirvani Azərbaycan və Dağıstanda bir çox mürid yetişdirib.
Əziz Mustafa
Zaman.-2014.-4 iyul.- S. 6.