Mingəçevirdə turizm üçün böyük imkanlar mövcuddur

 

Ilin 235 günü günəşli keçən Mingəçevirdə turizm üçün böyük imkanlar mövcuddur. Bu imkanlardan daha səmərəli istifadə etmək üçün yeni planlar da var.

Kür çayının sağsol sahilini əhatə edən Mingəçevir iqlimicoğrafi mövqeyi ilə ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Mingəçevirə il ərzində 800 nəfərə yaxın xarici turist gəlir. Yay mövsümündə çimərlik mingəçevirlilərin və bura gələn turistlərin sevimli istirahət yerlərindən biridir. Mingəçevir Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əzizlinin sözlərinə görə, şəhərdə turizm imkanlarını daha da gücləndirmək üçün yaxın gələcəkdə Mingəçevir Su Anbarının sahilində turistlər üçün əlverişli istirahət obyektlərinin təşkil olunması nəzərdə tutulub.

Tahir Əzizlinin dediyinə görə, Mingəçevirin turizm sahəsində inkişafını əsaslandıran, buna stimul yaradan ilk növbədə şəhərin coğrafi mövqeyionun müasir şəhər standartlarına cavab verməsidir: ”Mingəçevir ərazisində ilin 235 günü günəşli keçdiyi üçün burada turistləri il boyu qəbul etmək imkanı var”.

Mingəçevirdə turistləri cəlb edən məkanlardan biriTarix Muzeyidir. Mingəçevirin tarixini özündə əks etdirən muzeydə 15 minə yaxın eksponat saxlanılır. Muzeyde eniolit dövründən başlayaraq, ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş olunur. Muzeyin direktoru Nofər Məmmədəliyevin sözlərinə görə, tezliklə muzey yeni binaya köçürüləcək: “Şəhərdə olan bütün müəssisələr, təşkilatlar haqqında da muzeydə məlumatlar var”.

Bir müddətdir ki, Kürün sağsol sahillərini birləşdirən 212 metr uzunluğunda hava yolunun çəkilşi davam etdirilir. Bu, gələn qonaqlar üçün cəlbedici olmaqla yanaşı, həm də hərəkət rahatlığı yaradacaq.

Turizm sahəsində diqqətçəkən infrastruktur layihələrindən biri də şəhərdə inşa olunan otellərdir. Hazırda Mingəçevirdə Avropa standartlarına cavab verən 4 otel var ki, bunların da 2-si 4 ulduzludur. Yaxın gələcəkdə bir neçə otelin istifadəyə verilməsi də nəzərdə tutulub. Turistlər burada həmçinin Kür çayının sahilində, eləcə də şəhərin müxtəlif yerlərində olan restoran və yeməkxanalar şəbəkəsinin xidmətindən istifadə edə bilirlər. Ümumiyyətlə, Kür çayının hər iki sahilində salınan parklar istirahət və əyləncə üçün çox əlverişlidir.

Mingəçevirdə su idman növləri ilə də ilboyu məşğul olmaq mümkündür. Vaxaşırı olaraq, Mingəçevir su idmanının müxtəlif növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi edir. 2010-cu ildə istismara verilən “Kürİdman Tədris Mərkəzi də bu məqsədə xidmət edir. Mərkəzin nəzdində fəaliyyət göstərən otel də turistlərin qəbulu üçün tam hazır vəziyyətə gətirilib.

Mərkəzin icraçı direktoru Elnur Hacıyev bildirdi ki, mərkəz avarçəkmə idman növünün inkişafı üçün hər cür şəraitə malikdir: “Bütün Avropa məkanında bu tip baza yoxdu. Xüsusən Mingəçevirdə komplektləşdirilmiş bazanın olması, hava şəraitinin mülayim keçməsi, qışda suyun donmaması şəhərdə bu idman növünün inkişafı üçün çox əlverişli şərait yaradıb. Yeri gəlmişkən, 2015-ci ildə Avropa Olimpiya Oyunları çərçivəsində avarçəkmə idman növü üzrə yarışların Mingəçevirdə keçirilməsi nəzərdə tutulub.”.

Mingəçevirdə turizm sahəsində kadr çatışmazlığının aradan qaldırılması istiqamətində də işlər görülür. Şəhərdə fəaliyyət göstərən Turizm Kolleci bu amala xidmət edir. Kollecin müəllimi Aydın Rəhimovun dediyinə görə, bir çox xarici ölkələrlə əməkdaşlıq edən MTK-da turizmin, turist-mehmanxana təsərrüfatının və komplekslərdə tibbi xidmətintəşkili və idarə olunması, bələdçilik, reklam işi, turizmlə nəqliyyat daşıma, dizayn, və başqa ixtisaslar üzrə kadrlar hazırlanır: “Bu, mövcud sahədə çatışmazlığın aradan qaldırmasında böyük əhəmiyyət kəsb edir”.

 

Esmira Hidayətova,

 Fuad Bayramov

Zaman.-2014.-4 iyul.- S. 9.