Özbaşına tikintiyə mülkiyyət
hüququnun tanınması mümkündür
Bakıda inşa edilmiş özbaşına tikililərin aqibətinin necə olacağı hələ də sual altındadır. Ümumilikdə ölkəmizdə yarım milyondan artıq tikili də var ki, orada yaşayan insanlar səbirsizliklə hökumətin bu məsələ ilə bağlı qəbul edəcəyi qərarı gözləyirlər. Hər kəsdə bir ümid var ki, veriləcək qərar müsbət olacaq. Ancaq bütün hallarda nə olacağını zaman göstərəcək...
Qeyd edək ki, özbaşına tikinti və özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının şərtləri barədə “Bakı Hüquq Mərkəzi” (BHM) hüquq şirkəti açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, mülkiyyət hüququ ilə bağlı ölkəmizdə ən geniş yayılan problemlərdən biri özbaşına tikintinin aparılması nəticəsində həmin özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsidir.
“Bakı Hüquq Mərkəzi” (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev deyir ki, özbaşına tikinti tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan, şəhərsalma-tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak sayılır.
Hüquq məsləhətçisi Tahir Əliyevin sözlərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir: “Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin özbaşına tikinti aparmış şəxs Mülki Məcəllənin müəyyən etdiyi tələblər daxilində həmin tikintiyə dair mülkiyyət hüququ əldə edə bilər”.
Hüquq məsləhətçisi: “Mülki Məcəllənin tələblərinə əsasən, yalnız məhkəmə yolu ilə özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilər. Özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsi üçün bu, ilkin şərtdir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mülki Məcəllənin bu tələbi ikinci əsas şərtdir”, - deyir.
Şəxslərin hüquqları və qanunla qorunan mənafeləri
Bu məsələdə sonuncu şərt isə, həmin, tikintinin saxlanmasının digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmaması və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasıdır: “Göründüyü kimi, özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmək üçün öncə məhkəməyə müraciət etməli, məhkəmə tikinti aparılmış torpaq sahəsinin həmin şəxsin mülkiyyətində olmasını və digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmamasını və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasını araşdırmalıdır. Yalnız göstərilən şərtlər daxilində şəxs özbaşına tikintiyə mülkiyyət hüququ əldə edə bilər”.
Sonda hüquqşünas qeyd edib ki, özbaşına tikintinin sökülməsi ilə bağlı problemlər də öz aktuallığını qoruyur: “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan və ya şəhərsalma-tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər”.
1Bakıda inşa edilmiş özbaşına tikililərin aqibətinin necə olacağı hələ də sual altındadır. Ümumilikdə ölkəmizdə yarım milyondan artıq tikili də var ki, orada yaşayan insanlar səbirsizliklə hökumətin bu məsələ ilə bağlı qəbul edəcəyi qərarı gözləyirlər. Hər kəsdə bir ümid var ki, veriləcək qərar müsbət olacaq. Ancaq bütün hallarda nə olacağını zaman göstərəcək...
Qeyd edək ki, özbaşına tikinti və özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının şərtləri barədə “Bakı Hüquq Mərkəzi” (BHM) hüquq şirkəti açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, mülkiyyət hüququ ilə bağlı ölkəmizdə ən geniş yayılan problemlərdən biri özbaşına tikintinin aparılması nəticəsində həmin özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsidir.
“Bakı Hüquq Mərkəzi” (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev deyir ki, özbaşına tikinti tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan, şəhərsalma-tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak sayılır.
Hüquq məsləhətçisi Tahir Əliyevin sözlərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir: “Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin özbaşına tikinti aparmış şəxs Mülki Məcəllənin müəyyən etdiyi tələblər daxilində həmin tikintiyə dair mülkiyyət hüququ əldə edə bilər”.
Hüquq məsləhətçisi: “Mülki Məcəllənin tələblərinə əsasən, yalnız məhkəmə yolu ilə özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilər. Özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsi üçün bu, ilkin şərtdir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mülki Məcəllənin bu tələbi ikinci əsas şərtdir”, - deyir.
Şəxslərin hüquqları və qanunla qorunan mənafeləri
Bu məsələdə sonuncu şərt isə, həmin, tikintinin saxlanmasının digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmaması və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasıdır: “Göründüyü kimi, özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmək üçün öncə məhkəməyə müraciət etməli, məhkəmə tikinti aparılmış torpaq sahəsinin həmin şəxsin mülkiyyətində olmasını və digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmamasını və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasını araşdırmalıdır. Yalnız göstərilən şərtlər daxilində şəxs özbaşına tikintiyə mülkiyyət hüququ əldə edə bilər”.
Sonda hüquqşünas
qeyd edib ki, özbaşına tikintinin
sökülməsi ilə bağlı problemlər də öz aktuallığını qoruyur: “Tikinti
məqsədləri üçün
ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan
və ya şəhərsalma-tikinti
normalarını, qaydalarını ciddi
surətdə pozmaqla tikilmiş
bina və qurğular müvafiq icra hakimiyyəti
orqanlarının və ya maraqlı tərəfin
müraciəti üzrə qəbul edilmiş
məhkəmənin qərarı əsasında
sökülə bilər”.
Zaman.-2014.-4 iyul.- S. 13.