“Elektron hökumət”
hüquqi, sivil
dövlət quruculuğunun əsasıdır
Azərbaycanda həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində “elektron hökumət”in yaradılması və fəaliyyət göstərməsi ölkəmizin sivil inkişafında önəmli rol oynamadadır.
Hüquqi dövlət quruculuğunun
ən önəmli faktorlarından biri olan “elektron hökumət”in qurulması
və bəşəri
sivilizasiyanın gələcək
inkişafını müəyyənləşdirməsi
beynəlxalq aləmdə
onun geniş tətbiqinə yol açıb. Çünki “elektron hökumət”
beynəlxalq aləmlə
həm də hüquqi dövlət quruculuğu çərçivəsində
geniş və hərtərəfli inteqrasiya
deməkdir. Bu müstəvidə də Azərbaycan müstəqilliyini
əldə etdikdən
sonra onun beynəlxalq aləmlə hərtərəfli inteqrasiyası
qarşısıalınmaz zərurət kimi meydana çıxdı.
Bunun üçün Azərbaycanın
sivil inkişafına,
demokratik və hüquqi dövlət quruculuğuna imkan verən qabaqcıl texnologiyanın tətbiq edilməsinə ehtiyac duyulurdu. Bu müstəvidə
də 1993-cü ildə
xalqın tələbi
ilə yenidən hakimiyyətə gələn
Heydər Əliyevin
ilk işlərindən biri
ölkəmizdə demokratik,
hüquqi dövlət
quruculuğuna imkan verən yeni texnologiyaların tətbiqi
ilə bağlı tədbirlərin həyata
keçirilməsi oldu.
1994-cü ildən başlayaraq, Azərbaycanda
iqtisadi və siyasi sahədə həyata keçirilən
uğurlu islahatlar ölkəmizin inkişafında
yeni mərhələ
açdı. Bu da,
öz növbəsində,
ölkəmizin idarə
edilməsində, “elektron
hökumət” yaradılması
ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) son nailiyyətlərindən istifadə
etməyə, vətəndaşlara
yüksəkkeyfiyyətli xidmətlərin
göstərilməsinə imkan verdi.
Buna paralel olaraq, sivil,
demokratik, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi,
dövlət orqanlarının
fəaliyyətində şəffaflığın
artırılması, onun
işində ictimaiyyətin
daha fəal şəkildə iştirak
etməsi və dövlət idarəçiliyində
İKT-nin geniş tətbiqi ilə bağlı tədbirlər
həyata keçirilməyə
başladı. Bu müstəvidə
də sivil, hüquqi dövlət quruculuğu və idarəetmədə önəmli
rol oynayan “elektron hökumət”in formalaşdırılması və
elektron xidmətlərin
inkişaf etdirilməsi
ölkəmizin inkişafında,
belə demək mümkünsə, yeni eranın açılmasına
gətirib çıxardı.
“Elektron hökumət”in
sivil, hüquqi dövlət quruculuğunda
xüsusi önəm daşıdığını nəzərə alaraq, dövlət hakimiyyəti
orqanlarında informasiya
texnologiyalarının genişmiqyaslı
tətbiqini sürətləndirmək
qərara alındı.
Bu çərçivədə ümummilli lider Heydər Əliyev tərəfindən
2003-cü il fevral ayının 17-də təsdiq
edilmiş “Azərbaycan
Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya
(2003-2012-ci illər)” ölkəmizin
sivil inkişafında
hüquqi dövlət
quruculuğu prosesində
tarixi hadisələrdən
biri oldu.
Bununla da ölkəmizdə “elektron hökumət”in yaradılması, “hökumət-vətəndaş”
və “hökumət-biznes”
münasibətlərində, hüquqi dövlət quruculuğu prosesində daha şəffaf və operativ əlaqələrin qurulması
istiqamətində genişmiqyaslı
işlər həyata
keçirilməyə başlandı.
“Elektron hökumət”in hüquqi dövlət quruculuğunda
önəmli rola malik olması ilə bağlı məsələyə münasibət
bildirən Azərbaycan
Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev deyir ki, Azərbaycanda
artıq insanların şəxsi həyatından
tutmuş, müxtəlif
dövlət qurumlarının
hüquqi fəaliyyətinə
qədər informasiya
texnologiyaları geniş
tətbiq olunmağa başlayıb. Onun sözlərinə görə, informasiya texnologiyalarının ayrı-ayrı
komponentləri var ki, bunların hamısı hər bir təşkilatda, hər bir dövlət
qurumunda, eləcə də biznes sektorunda, hüquqi dövlət quruculuğu prosesində yeni mühit, yeni imkanlar yaradır. Ona görə də ölkənin internetləşməsi, şəbəkələşməsi,
təşkilatların bir-biri
ilə artıq elektron ünvan vasitəsi ilə münasibətlər yaratması,
hətta sosial şəbəkələr üzərində
əlaqələr qurması,
bundan başqa, elektron imza texnologiyasının
ölkədə tətbiq
olunması, informasiyanı
bir yerdən başqa yerə göndərərkən artıq
onun hüquqi əsası mövcudluğu
və sairə kimi hüquqi məsələlərin həllində
önəmli rol oynayan elektron imza texnologiyası artıq yeni reallıq tələb edir.
Elektron hökumət sərbəst
bazar iqtisadiyyatı və hakimiyyət orqanlarının bölünməsi
şəraitində, bütün
orqanların seçilməsi,
şəffaf olması,
vətəndaşlara açıq
münasibətin göstərilməsi,
cəmiyyətdə informasiya
azadlığının təmin
olunması, insanların
informasiya əldə etmək imkanlarının
böyük olması,
eyni zamanda insanların şəxsi və ailə həyatına aid olan məlumatların qorunması
kimi prinsipləri özündə əks etdirməlidir. Əks halda, qurulan
“elektron dövlət”
vətəndaşların, cəmiyyətin maraqlarına,
hüquqi dövlət
quruculuğu prosesinə
uyğun gəlməyə
bilər. Ona görə
də Azərbaycanda qurulan “elektron dövlət” məhz hüquqi dövlət quruculuğu prinsipləri üzərində qurulur.
Bunun üçün parlament tərəfindən müvafiq
qanunlar qəbul olunur.
Hüquqi dövlət quruculuğunu
sivil “elektron hökumət”in təşkili
müstəvisində uğurla
həyata keçirən
inkişaf etmiş dövlətlər bu sahədə böyük təcrübə toplayıblar. Bir sözlə,
bu amil bizim
bir çox şeyləri yenidən ixtira etməyimizə, zaman xərcləməyimizə
də ehtiyac qoymur. Əsas məsələ bu təcrübədən
faydalanmaq, tətbiq və inkişaf etməkdir. “Elektron hökumət” qurmaq, işlətmək, tətbiq
və inkişaf etdirmək üçün
qarşıda duran əsas məsələlər
bunlardır:
1. Siyasi iradə: bu olmadan hüquqi
sivil dövlət quruculuğuna imkan verəcək “elektron dövlət” qurmaq mümkün deyil.
2. İKT
infrastrukturunun yaradılması
və hüquqi dövlət quruculuğu prosesində beynəlxalq təcrübədən yararlanmaq
xüsusi önəm daşıyır. Nəhayət bu məsələdə maarifləndirmənin uğurla
tətbiqi, kadr hazırlığının təmin
edilməsi önəm
daşıyır.
Bu işlər ardıcıl,
bəzən paralel şəkildə həyata
keçirildikdə nəticə
əldə etmək mümkün olacaq, heç bir itkiyə (vaxt, maliyyə) yol verilməyəcək.
Nəhayət, “elektron hökumət” dövlət tərəfindən
yaradılır ki, hüquqi dövlət quruculuğu prosesi ilə bağlı xidmətləri İnformasiya
Kommunikasiya Texnologiyanın
tətbiqi ilə həyata keçirilsin. Bu da, öz növbəsində,
səmərəliyi artırır,
hüquqi dövlət
quruculuğu prosesinə
mane olan bürokratizmi
aradan götürür,
vaxt itkisinin qarşısını alır.
Bundan əlavə, “elektron hökumət” qurulması
hüquqi dövlət
quruculuğunun ən böyük problemi olan korrupsiyanın qarşısını alır.
Yəni əhalinin dövlət orqanlarına gedib-gəlməsi,
onlarla birbaşa təması aradan qaldırılır. Bu da bütün aspektlərinə görə
vətəndaşlar üçün
daha səmərəli
olur. Vətəndaşlar “elektron hökumət”in
idarə edilməsində
bilavasitə iştirak
etmək imkanları qazanırlar.
“Elektron
hökumət” layihələrinin
əsas məqsədi
məhsuldarlığı yüksəltmək,
daha səmərəli
olmağa çalışmaq,
xərcləri artırmayaraq
daha çox xidmət göstərə
bilmək və bu yolla hüquqi
dövlət quruculuğu
prosesinə töhfə
verməkdir.
Eyni zamanda bu prosesin
həyata keçirilməsi
zamanı bürokratiyanı
aradan qaldırmaq, kiçik qurumların səlahiyyətini genişləndirmək,
xidmət səviyyəsini
artırmaq və
bununla da dövlət qurumlarının
vətəndaşa yüksək
səviyyədə xidmət
göstərmək amili
önə çıxarılır.
Bu da hüquqi
dövlət quruculuğu
prosesində “elektron hökumət”in çevik
fəaliyyət göstərməsinə
imkan verir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Əziz Mustafa
Zaman.-2014.-8 iyul.- S. 13.