Tariximizin qan yaddaşı
- Qaraqoyunlular (2)
Mir Həmzə Nigari, Xas Məhəmməd
Şirvani, Molla Məhəmməd Yaraqi, Cəmaləddin Qazıqumuqlu
və digərləri
onun sevimli müridləri olub.
Xas Məhəmməd Şirvani
və Molla Məhəmməd Yaraqi bu təriqəti Dağıstana kecirən və orada yayan
şeyxlərdir. Daha sonra
gələn Cəmaləddin
Qazuqumuxlu və müridləri Qafqazda bu təriqəti daha geniş yayıblar. Nəqşibəndinin
Dağıstanda yayılmasında
Molla Məhəmməd
Yariqinin (Yarıqlının)Yaraq kəndindəki
mədrəsəsi müstəsna
rol oynayıb. Ruslara qarşı azadlıq
mübarizəsinə qalxan
mücadilənin rəhbərləri
olmuş Qazı Məhəmməd, imam Şamil
kimi şəxsiyyətlər
həmin məktəbin
yetirmələridir. Şirvaninin Qarabağ
bolgəsində fəaliyyətləri
isə xəlifəsi
Mir Həmzə Nigari ilə bağlıdır.
O, Qarabağ xanlığınınn
Cicimli kəndində
1805-ci ildə dunyaya gəlib. Əvvəlcə, Şəkinin Dəhnə
kəndində təhsil
alıb, sonra Sivasa köçərək
İsmail əfəndinin
yanına gedib. Təhsilini tamamlayaraq Qarabağa qayıdıb. Həmzə Nigari
Qarabağ bölgəsindən
başqa Şərqi Anadoluda Azərbaycanın Qarabağ və şimal-qərb bölgəsində
bir cox mürid
yetişdirərək bunlarla
şöhrət tapıb.
Xüsusi ilə Aslanbəyli
Hacı Mahmud Əfəndinin
geniş fəaliyyəti
nəticəsində Borçalı,
Qarabağ və Qazax bölgəsində xalqın böyük hissəsi Şeyx Nigarinin müridi olub. Bunların bir hissəsi
daha sonra Türkiyəyə köçərək
Amasiya və ətrafında yerləşiblər.
Bu təriqət bizim bölgə olan Qaraqoyunlu dərəsində də çox geniş yayılmışdı. Şeyx Nigari haqqında məlumatlara Firidun bəy Köçərlinin qeydlərində rast gəlinir. Firidun bəy Köçərli Şeyx Nigarini şəxsən görmüş Hacı Mirzə Abdul Kərim adlı şəxsin dediklərini olduğu kimi kağıza köçürüb.
Firidun bəy Köçərli yazır: “Şeyx Nigari ucaboylu, xoşsifət imiş, ibadət zamanı təbii halını dəyişib başqa hala düşürmüş. Kənardan onun bu halını görənlər heyrət və əndişəyə düşərmiş. 6 yaşı olduğu zaman anası onu qaraqaşlı Mahmud əfəndinin yanına təhsil almağa göndərir. Təhsilini Şəki qəzasının Dəhnə kəndində şikəst Abdullanın yanında davam etdirir, sonra isə Amasiyaya böyuk filosof Hacı Siracəddin əfəndinin yanına gedərək orada ondan dərs alır. 1839-cu ildə Cicimliyə dönür və burada Əminə xanımla evlənir və sonra birmüddət Qazax mahalının Xanlıxlar kəndində yaşayır. Çar Rusiyası onun ətrafına yiğılanlardan təşvişə düşərək Azərbaycandan çıxmasını israrla tələb edir. Ona qədər bütün dindarlar Tambov şəhərinə sürgün edilirdi. Seyid Osmanlıya köç etməyə məcbur olur. Osmanlı dövləti onu Elazığın Harput kəndində yerləşdirir. Nigari 29 iyun 1885-ci ildə Harputda vəfat edir. Onun cənazəsi Amasiyaya gətirilir və orada dəfn edilir. Seyidin ən sevimli müridlərindən biri Hacı Mahmud əfəndi Veysəl Qarani oğlu olub (1835-1896). Hacı Mahmud əfəndi 1835-ci ildə Qazax qəzasının Aslanbəyli kəndində doğulub, ilk təhsilini atasından alandan sonra Şəki şəhərində təhsilini başa vurur. 1870-ci ildə Amasiyaya gedir. Seyidin müridi olur. 5 il sonra doğma kəndinə dönür və burada elmi bilikləri təbliğ etmək üçün öz vəsaiti hesabına mədrəsə açır. Ruslara qarşı mübarizədə Şeyx Şamili açıq şəkildə mudafiə etdiyinə görə təqiblərə məruz qalaraq iki dəfə həbs olunur. Birinci dəfə Qazaxda (Şəkərin qalasında), ikinci dəfə isə Tiflisdə (Tamara) qalasında həbs cəzasını çəkir. Həbsdən çıxdıqdan sonra Çar hökuməti ona müsəlman ölkələrin birinə köçməsinə icazə verir. Hacı Mahmud əfəndi isə Türkiyəyə köç edir və orada müəlliminin vəfat etdiyini eşidir. Sevimli müəlliminin adını əbədiləşdirmək üçün dostu və məsləkdaşı Mir Həsən əfəndi ilə birlikdə qəbirin üzərində cami tikməyə qərar verir. Müəyyən müddətdən sonra pulları qurtarır. Hacı Mahmud əfəndi ailəsini və uşaqlarını Mir Həsən əfəndinin yanında qoyub özü Azərbaycana dönür. Azərbaycandakı müridlərin yardımı ilə Amasiya şəhərində Mir Həmzə Nigarinin qəbrinin üzərində cami tikdirir. Azərbaycana döndüyü zaman burada xeyli mürid yetişdirir. Qaraqoyunlu dərəsində Hacı Rəsul əfəndi (Göyərçinli kəndi), Hacı Hətəm əfəndi (Çaykənd), Hacı Haşım əfəndi (Gölkənd), Hacı Mahmud əfəndinin müridləri olub. Onlar Nəqşibəndini təbliğ etmişlər”.
“Azərnəqliyyatinşaat” şirkətinin direktoru Mahir Alıyevin
sözlərinə görə, 1896-cı ildə Hacı Mahmud əfəndi
rəhmətə gedib. Onu
anadan olduğu
Qazaxın Aslanbəyli kəndində dəfn ediblər. Mahir müəllim həmin dövrdə
Hacı Mahmud ağanın Yavuz
əfəndi adlı sevimli bir şagirdinin olduğunu da xüsusi qeyd edir. Yavuz şiə idi və Hacı Mahmud
Əfəndidən əvvəl vəfat etmişdi. Mahir müəllim
deyirki Hacı Mahmud əfəndinin
böyüklüyü onda
idi ki, o
vəsiyyət etmişdi ki,
məni şiə məzhəbinə mənsub olan müridim Yavuz əfəndinin yanında dəfn etsinlər.
Bununla da o sünni- şiə
ayrılığını aradan
götürmək istəmiş və bununla
da özündən sonra gələnlərə
bir ibrət dərsi vermək istəmişdi. Onların
qəbri qoşadır, bir yerdədir. Nəqşibəndi
təriqətinin ən fəal
davamçılarından biri olan Xuluflu Hüseyn
əl- İstanbuli isə onlardan
xeyli sonra Haqqın rəhmətinə
qovuşdu. Mahir müəllimin
araşdırmalarına görə, Hüseyn
Xuluflu əl İstanbulinin
bir əsəri var. Mahir müəllim: “Hüseyn
Xuluflu əl-İstanbulinin əsərində
deyilir ki, Qazax qəzasının Dağlıq hissəsinə
Darlıq dərəsi deyilir. Darlıq dərəsində
məni aşağıda adı sayılan insanlar
qonaq apardı. Hacı Rəsul, Hacı Hətəm,
Hacı Həşim. O, əsərində dördün-nün
adını çəkir. Mən bunlarla
maraqlandım, Qaraqoyunluda bunları
tanıyan olmadı. Amma bildirdilər ki, Hacı Rəsul mənim nənəmin birinci ərinin qaynı olub.
Türkiyəyə gedəndə mən Türkiyədəki Qaraqoyunlu nəslinin
məşhur simalarından biri olan tanınmış cərrah İbrahim Yıldırıma zəng etdim ki, həmin
adamları tanıyırsınızmı? O məşhur professordur, həkimdir, eyni zamanda bu
sahənin çox gözəl bilicisidir. Ədalət
Tahirzadə “Azərbaycan”
qəzetində onun haqqında geniş bir məqalə ilə çıxış
etmişdi. Nə
isə, İbrahim
Yıldırımdan soruşdum,
o da dedi ki, Mir Həsən əfəndi Hacı Rəsulun qucağında öldü. İndiki Slovanın Ayrançı
kəndində dəfn
edilib. Tale elə
gətirdi ki, o rəhmətə gedəndən
sonra Nigarinin qəbri üzərində
Siracəddin əfəndinin
oğlu Türkiyənin
sonuncu sədr-əzəmi
öz hesabına məscidi
tikdirdi. Bu gündə
o məscid Şirvanlılar
məscidi adlanır, hazırda bu məscid Amasiyanın yuxarı hissəsindədir”,- deyir.
Mahir müəllim Qaraqoyunludan Türkiyəyə olan
köçləri də
xatırladaraq bildirir ki, Nəqşibəndi təriqəti Qaraqoyunlular
arasında geniş yayıldığından və
ona etiqad olduqca güclü olduğundan yerli əhali öz şeyxlərinin ardınca
Türkiyəyə köç
etmək barədə
qərar qəbul etdilər. Bu köçün
birinci dalğası
1892-ci ildə başladı.
1892-ci ildə indiki Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən əhalinin Türkiyənin Amasiya vilayətinə ilk köçlər getdi. Qaraqoyunluların Osmanlıya köç etməyə başlaması çar hökuməti tərəfindən məmnunluqla qarşılandı. Çünki onlar boşalmış ərazilərdə malakanları məskunlaşdırmaq niyyətində idilər. Öz, növbəsində Osmanlı hökuməti Qaraqoyunluları aranda, isti ərazilərdə yerləşdirdi. Adət etmədikləri isti hava isə Qaraqoyunluları ağır vəziyyətə salmışdı. Onlar Aranın isti havasına dözə bilmirdilər. Ona görə də Qaraqoyunludan köç edənlərin bir hissəsi geri-dədə-baba torpaqlarına qayıtmağa məcbur oldu. Qaraqoyunluların yeni yerdə vətən həsrətini, doğma torpaqlar üçün darıxdıqlarını Osmanlıya köç edənlər onlar arasında yazı-pozu bilən 3-5 nəfərdən biri olan Hacı Əmirxanın yurd yerində qalan Molla Məhəmmədə yazdığı şeir də sübut edir.
O, molla Məhəmmədə yazır ki, Qaraqoyunlu üçün ürəyim tökülür, gözüm çıxır. Yaz görüm nə var, nə yox oralarda.
O, məktubunda belə bir şeir də yazır:
Əmirxeyrin Bəryabadın meşəsi,
Açılıb laləsi, tər bənövşəsi.
Dəstə-dəstə gəzir gəlin, qızlar dəstəsi,
Bu yerləri qoyub gedən ağlasın.
Püstə, Dikdaş, bir də Nigar
bulağı,
Qarayasdı Tuklutəpə oylağım.
Tazucan gərdəni Qanqallı dağı,
Bu yerləri gəzib
görən aglasın.
Yanıqpəyə, Xalıkəndi, Xaraba
Qaraqaya,
Kilsə gəlir xəyala,
Ceyran, Cüyür, qarışıbdır
marala,
Bu yerləri görüb
gedən ağlasın.
Mahir müəllim: “Qaraqoyunluların bir hissəsi doğma dədə-baba torpaqlarına qayıtsa da, onların digər hissəsi Osmanlıda qaldı. Ona görə də indiki Türkiyə ərazisinin Əzirkörpü, Tokat, Sivas, Amasiya, Merzifonda Qaraqoyunlular yaşayırlar. Amma onları orada şirvanlı, ya da qarapapaqlar kimi tanıyırlar. Onu da deyim ki, Qaraqoyunluların bəzilərinin dədə-baba torpaqlarına qayıtması ilə bağlı rəhmətlik babam deyirdi ki, onlar istiyə dözə bilməyiblər. Rəhmətlik babamın sözlərinə görə, Qaraqoyunluların qayıtmasına səbəb su içən camışın boğazına zəli yapışması olub. Babamın babası bunu görüb deyibmiş ki, mən Göytalada maral ovlayıram, nə gəzirəm bu istidə. Ona görə də ağsaqqalların dediklərinə görə köç edən qaraqoyunluların 25 faizi geri dədə-baba torpaqlarına qayıdıb”,- deyir.
Amma geri qayıdanların da başqa bir problemi ortaya çıxmışdı. Belə
ki, onların qoyub getdikləri dədə-baba torpaqlarındakı boş
evlərində çar
hökuməti malakanları
yerləşdirməyə başlamışdı.
ƏZIZ MUSTAFA,
Zaman.-2014.-9 iyul.-S.7.