Hüquqi dövlət quruculuğu prosesində elektron idarəetmə sistemi

 

 

Elektron xidmətlərin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması informasiya tələbatının dolğun ödənilməsi kimi ciddi məsələlər asanlıqla həllini tapacaq. Yəni qarşıda duran məsələ bizə tam aydındır.

  Elektron hökumət”in formalaşdırılması elektron xidmətlərin inkişaf etdirilməsindən əsas məqsəd hüquqi dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, hökumətlə-vətəndaş arasında daha şəffaf operativ əlaqələrin qurulmasıdır. Bu sahədə həyata keçirilən uğurlu tədbirlər nəticəsində vətəndaşların dövlət orqanlarının xidmətlərinə çıxışını təmin edənelektron hökumətportalı (www.e-gov.az) yaradılıb. Bu da, öz növbəsində, idarəetmədə şəffaflığa nail olunmasına gətirib çıxararaq, ölkənin sosial-iqtisadi həyatında böyük irəliləyişlərin əldə edilməsinə imkan verib. Bu müstəvidə dövlət idarəetmə orqanlarında idarədaxili elektron sənədləşmənin tətbiqi uğurla həyata keçirilməkdədir. Qeyd etdiyimiz kimi, “elektron hökumət” (“e-hökumət”) - informasiya cəmiyyətinə xas olan hüquqi dövlət idarəçiliyidir. O, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına vətəndaş cəmiyyətlərinin dəyərlərinə əsaslanır.

Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq olmasına təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə ilk növbədə, ABŞ-da Böyük Britaniyada “e-hökumət”ə ümumilikdə dövlətin hüquqi fəaliyyətinin effektivliyinin artırılmasına yönəlmiş bir konsepsiya kimi baxılır. Başqa sözlə desək, “e-hökumət”in mahiyyəti ondan ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarından istifadə edərək, hüquqi dövlət quruculuğu prosesi çərçivəsində istehlakçılara bilavasitə informasiya xidmət təklif edir. “E-hökumət”in təklif etdiyi xidmətinin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təşkilatları ya dövlət strukturları ola bilər. Qərbin hüquqi dövlət quruculuğu prosesində böyük təcrübəsi var. Bu baxımdan Qərbin təcrübəsində “e-hökumətüç əsas moduldan ibarətdir. G2G hökumət hökumətə (government to government), G2B-hökumət biznesə (government to business), G2C hökumət vətəndaşlara (government to citizens) özündə çoxsaylı tətbiq elementləri ehtiva edir. Məsələn, vətəndaşların dövlət informasiyasına çıxış azadlığı, dövlət orqanlarının kağızsız dövriyyəyə keçməsi, dövlət məmurlarının identifikasiyası üçün plastik kartların tətbiqi s. “E-hökumət”in üstünlüklərinə konkret misalda baxaq. Fərz edək ki, hansısa bir nazirlik müəyyən bir xidmət üçün qanuna ya proseduraya dəyişiklik etmək istəyir. O, nəzərdə tutulan dəyişikliklər haqqında informasiyanı internetdə öz saytında yerləşdirə bilər maraqlı şəxslərə təklif edə bilər ki, bu yenilik haqda öz fikirlərini bildirsinlər. Bu məqamda gələcək istifadəçilərin fikirlərinin əvvəlcədən, işlənmə mərhələsindəcə nəzərə almağa imkan verər. Qeyd edək ki, bir sıra belə misallar göstərilə bilər, amma mahiyyət “e-hökumət”in effektiv idarə edilməsi məsələsinin həllindən ibarətdir. İdeal halda “e-hökumətözunun bütün vətəndaşlarına dövlət müəssisələrinin bütün xidmətlərinə tez, sadə çıxışı təmin etməli, həmçinin dövləti idarədə iştirak etmək kimi Konstitusiya hüququnu reallaşdırmaq hüquqi dövlət quruculuğu prosesinə öz töhfəsini verməsinə şərait yaratmalıdır. Bu isə, öz növbəsində, hüquqi dövlət quruculuğu üçün çox önəmlidir.

Sivil hüquqi dövlət quruculuğu prosesində elektron idarəetmə sistemi özündə əsas 3 böyük bloku birləşdirir. Kargüzarlıq onunla bağlı biznes proseslərini əhatə edən Elektron Sənəd Dövriyyəsi, Kadr İdarəetmə Sistemi, Elektron Maliyyə Mühasibatlıq Sistemi. Hər 3 blok vahid verilənlər bazasında birləşməkləveb interfeysilə bir-biri ilə qaşılıqlı informasiya mübadiləsi formasında fəaliyyət göstərir.

Elektron sənəd dövriyyəsinin tətbiq edilməsinin perspektivlərini nəzərdən keçirmək üçün hal-hazırda mövcud olan kağız-arxiv kargüzarlığının çatışmayan cəhətlərini qeyd etmək zəruridir. Belə ki, kağız üzərində aparılan zaman həm işin özü, həm sənədlərin saxlanması, uçotu, axtarışı onlara müraciət çətinləşir. Bu isə həm vətəndaşlarla işin effektivliyini azaldır, həm biznes proseslərini əhəmiyyətli dərəcədə ləngidir.

Ölkədə elektron xidmətlərin geniş tətbiqinin təmin edilməsi hüquqi dövlət quruculuğunun effektliliyini artırmaq üçün bu sahədə işlərin mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, yerli icra hakimiyyəti yerli özünüidarəetmə orqanlarında da aparılması zəruridir. Hazırda yerli icra hakimiyyəti yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin digər dövlət orqanlarına nisbətən geri qalması bu qurumların elektron xidmətlər göstərməsini ləngidən əsas səbəblərdəndir. Yerli icra hakimiyyəti yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin İKT-nin tətbiqi ilə səmərəliliyinin artırılması, onlar tərəfindən hüquqi dövlət quruculuğunun sivil inkişafını təmin edən elektron xidmətlərin təşkili elektron hökumətinfrastrukturlarına inteqrasiyasının təmin edilməsi üçün bir sıra hüquqi, texniki təşkilati məsələlər öz həllini tapmalıdır.

Modern çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının hüquqi dövlət quruculuğu çərçivəsində fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi bürokratik əngəllərin aradan qaldırılması üçünelektron hökumət”in inkişafı əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir. Bu sahədə yuxarıda qeyd edilən işlər davam etdirilməklə normativ hüquqi baza inkişaf etdirilməli dövlət orqanlarının informasiya sistemlərinin ehtiyatlarının yaradılması təmin olunmalıdır. Eyni zamanda mövcud informasiya ehtiyatlarının təkmilləşdirilməsi məlumatların vahidliyinin təmin olunması, dövlət informasiya ehtiyatlarına məlumatların daxil edilməsinin reqlamentləşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi xidmətlərin göstərilməsinin sadələşdirilməsi hüquqi dövlət quruculuğu baxımından olduqca əhəmiyyətlidir.

Nəhayət, sivil hüquqi dövlət quruculuğunun ən önəmli faktorlarından olanElektron hökumət”in yaradılması istiqamətində həyata keçirilən ən uğurlu tədbirlərdən biri elektron imzanın tətbiqi üzrə Açıq Açar İnfrastrukturunun qurulması Milli Sertifikat Mərkəzinin yaradılması olub. Bunun davamı olaraq, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin may ayının  23-də imzalananDövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqındafərmanElektron hökumətyaradılması prosesinin sürətləndirilməsi istiqamətində atılan daha bir uğurlu addım oldu. Bu da hüquqi dövlət quruculuğu müstəvisində 40-a yaxın dövlət orqanının informasiya sistemininelektron hökumətportalına qoşulmasına yol açaraq, 200-dən artıq elektron xidmət portalının yaradılmasına gətirib çıxarıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Əziz Mustafa

Zaman.-2014.-9 iyul.-S.13.