Vətəndaş cəmiyyəti və onun spesifik xüsusiyyətləri

 

 

Ötən yazımızda hüquqi dövlətin spesifik xüsusiyyətlərini analiz etməyə çalışmışdıq. Bu dəfə isə vətəndaş cəmiyyəti barədə mühakimələr yürüdəcəyik.

 Vətəndaş cəmiyyəti fəlsəfi-hüquqi kateqoriyadır. Hüquqi dövlət ideyası ilə sıx surətdə bağlı olan bu kateqoriya bəzən ziddiyyətli fikirlərin ortaya çıxmasına səbəb olur. Hüquqi dövlət söz birləşməsi ən azı terminoloji olaraq adamda hansısa təsəvvürlər yaradır. Vətəndaş cəmiyyəti məfhumunun izahında isə fikirlər haçalanır, bir-birinə zidd münasibətlər ortaya qoyulur. Əksəriyyətin üstünlük verdiyi fikrə görə, vətəndaş cəmiyyəti toplumun maraqlarını gerçəkləşdirmək məqsədi ilə hakimiyyətə təsir edə bilən onun özbaşınalıqlarını məhdudlaşdırmaq gücünə malik, özünütənzimləmə qabiliyyəti, dövlətdən müəyyən müstəqillikləri muxtariyyəti olan fərdlər toplusudur.

Vətəndaş cəmiyyəti - cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub, özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli b. münasibətlərin məcmusu olub, azad vətəndaşların könüllü formalaşmış təşkilat assosiasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.

Vətəndaş cəmiyyətinin mövcudluğunun başlıca şərti onun  hər bir üzvünün konkret mülkiyyətə ya belə bir mülkiyyətə  yiyələnməkdə iştirak imkanına, ondan öz istədiyi kimi istifadə edə bilmək onun barəsində sərəncam vermək hüququna malik  olmasıdır. Mülkiyyətə sahib olmaq vətəndaş cəmiyyətində  şəxsiyyət azadlığının təməl şərtidir. Xüsusilə orta xırda  sahibkarlıq fəaliyyəti ilə bağlı  təşəbbüslər yalnız inkişaf etmiş  vətəndaş cəmiyyətinin verdiyi imkanlardan asılıdır. Vətəndaş cəmiyyəti həm şəxsiyyətin sosial, intellektual  psixoloji inkişafının, daxili azadlığının öz potensialını  gerçəkləşdirmək imkanlarının yüksək səviyyədə olduğu bir cəmiyyətdir. Bu şərt cəmiyyətin uzunmüddətli təkamül   inqilabi inkişafı nəticəsində ödənilir reallaşır. Yaxşı inkişaf  etmiş cəmiyyət strukturunu qısa müddət ərzində yaratmaq olmaz,  bu obyektiv bir prosesdir. Qısamüddətli bir kampaniya vasitəsilə hər kəsin canındakı kölə psixologiyasını kökündən bir anda  qoparıb atmaq mümkün deyil. Vətəndaş cəmiyyətinin mövcudluğunun daha bir mühüm  şərti cəmiyyətdə müxtəlif qrupların təbəqələrin mənafelərini  bütün zənginliyi çoxcəhətliliyilə əks etdirən inkişaf etmiş sosial  strukturun mövcud olmasıdır. Bu strukturun formalaşması üçün  cəmiyyətdə qeyri-dövlət münasibətlərin (iqtisadi, sosial, ailə,  milli, mənəvi, əxlaqi, dini s. insanların özəl həyatı, onların adətləri, ənənələri, xüsusiyyətləri) varlığı işləkliyi həlledici amildir. Sosial strukturun dağınıqlığı şəraitində fərd dövlətdən  birbaşa asılı olur ki, bu da onun öz şəxsi hüquq azadlıqlarını reallaşdırmaq imkanını xeyli məhdudlaşdırır.

Vətəndaş cəmiyyəti aşağıdakı spesifik xüsusiyyətlərə malikdir:

Fərdlər toplusu

Vətəndaş cəmiyyətini təşkil edən fərdlər siyasi elitanın saxta şüarlarını ambisiyalarını əsas tutan kütlə rolunu oynamır. Bu cəmiyyətin üzvü olan hər bir kəs fərd xüsusiyyətlərə, yüksək maarifçilik inkişaf etmiş hüquq mədəniyyətinə sahib, hakim sinfin qərar bəyanatlarını qiymətləndirmək qabiliyyəti olan şəxsiyyətdir. Bu insan öz maraqları naminə mübarizə apara bilir, ölkənin siyasi həyatında fəal iştirak edir, dövlət məsələləri barədə qəbul olunmuş mühüm qərarları müşahidə edir. Onu əminliklə öz hüquq azadlıqlarını müdafiə edən şəxsiyyət adlandırmaq olar.

Muxtar müstəqil təşkilat

Vətəndaş cəmiyyətinin dövlətin müdaxilələrinə ehtiyacı yoxdur, o tamamilə muxtar şəkildə mövcud olma imkanına sahibdir. Əks təqdirdə, o öz mənasını itirmiş olardı. Belə ki, vətəndaş çəmiyyəti dövlətin fəaliyyətinə nəzarət etmək onun müdaxilələrini məhdudlaşdırma üçün formalaşmışdır.

 

 Özünütənzimləmə sistemi

Vətəndaş cəmiyyətində fərdlər öz davranışlarının məsuliyyətini dərk edərək onu nəzarətdə saxlayaraq müstəqil hərəkət edirlər. Ona görə vətəndaş cəmiyyətində pozitiv hüquqlar deyil, milli adət ənənələr cəmiyyətində formalaşmış təbii ayrılmaz insan hüquq azadlıqları prioritet təşkil edir. Vətəndaş cəmiyyəti azadlıq bərabərlik, qardaşlıq ədalət, məntiq rasionallıq s. prinsiplərinə əsaslanır. Pozitiv hüququn aradan qaldırıldığı digər cəmiyyətlər xaosa iflasa məhkum olduğu halda, vətəndaş cəmiyyəti onsuz mövcud ola bilir. Bu ona görə mümkün olur ki, həmin cəmiyyətin üzvləri öz məsuliyyətini əhəmiyyətini dərk edir, qarşıya qoyulmuş məqsədə çatmaq üçün təşəbbüskarlıq göstərir.

Mürəkkəb quruluşlu sistem

Bu xüsusiyyətin əsas mahiyyəti ondan ibarətdir ki, vətəndaş cəmiyyəti özünü ayrıca götürülmüş hansısa sferada göstərmir, cəmiyyətin bütün sistemlərində eyni vaxtda fəaliyyət göstərir. Bura hər şeydən əvvəl, insan yaradıcılığının siyasi, iqtisadi, informasiya, sosial, mədəni başqa sahələri daxildir. Yalnız bu halda vətəndaş cəmiyyəti qarşıya qoyulmuş məqsədləri effektiv həyata keçirə bilər.

Dövlətin müdaxiləsinin məhdudlaşdırılması

Vətəndaş cəmiyyətinin əsas vəzifəsi hakimiyyət orqanlarına təsir göstərib, onların cəmiyyətə müdaxiləsini məhdudlaşdırmaqdan ibarətdir. Vətəndaş cəmiyyət hakimiyyəti pozitiv hüquq normaları ilə müəyyənləşmiş qaydalara tabe olmağa məcbur etməlidir.

Vətəndaş cəmiyyəti hakimiyyəti cəmiyyətin xeyrinə fəaliyyət göstərməyə məcbur etməlidir.

Bütün bunların nəticəsində dövlət bir sinfin digər sinfi əzmək alətindən cəmiyyətin marağına xidmət edən sosial maşına çevrilir.

Hüquqi dövlətlə vətəndaş cəmiyyətinin münasibətləri

Hüquqi dövlət vətəndaş cəmiyyyətinin spesifik xüsusiyyətlərini analiz etdikdə aşkar görünür ki,  bunların biri digəri olmadan mövcud ola bilməz. Doğrudur, hüquqi olmayan istənilən dövlətdə belə, vətəndaş cəmiyyətinin bəzi əlamətlərinə rast gəlmək olar. Amma vətəndaş cəmiyyəti olmadan hüquqi dövlət qurmaq mümkün deyil. Yəni hüquqi dövlətdə vətəndaş cəmiyyətinin bütün əlamətləri bir arada olmalıdır.

Vətəndaş cəmiyyətinin inkişafı dövlətin inkişafı deməkdir. Bu iki tərəfin inkişafı isə siyasi sistemin inkişafıdır. O siyasi sistemin ki, o vətəndaş cəmiyyətinə dövlət müdaxiləsinin qarşısını alır. Deməli, nəticədə istər vətəndaş cəmiyyətinin, istərsə hüquqi dövlətin mövcudluğu üçün hər ikisinin birgə vəhdət təşkil etməsi mütləqdir.

O ki qaldı siyasi sistemin inkişafına onun ifadə vasitələrindən biri siyasi etikadır. Siyasi etika - siyasi mədəniyyətin ən vacib tərəfidir o, bir tərəfdən siyasət, digər tərəfdən isə əxlaq etika ilə bağlıdır.

Siyasi etika demokratiya şəraitində daha tez formalaşır hakimiyyətin siması kimi çıxış edir. Totalitarizmdə , demək olar ki, etika var. Lakin burada sözügedən etika yox, hakim etikası (lider etikası - rəhbər, fürer) olur. Məsələn, faşizmdə məqsəd millət idisə, vasitə hakim etikası - yəni zorakılıq idi. Göründüyü kimi, siyasi etika siyasətdə iştirak davranışı, normaları dəyərləridir. Yəni siyasət məqsəd olarsa, siyasi etika ən ideal vasitədir. O vasitə ki, vətəndaş cəmiyyəti hüquqi dövlət üçün xarakterikdir. Siyasi etika vətəndaş cəmiyyətinin inkişafına təkan verir, cəmiyyət ilə elita arası münasibətləri tənzimləyir bu münasibətləri tolerant yolla mümkün edir. Qərb alimləri haqlı olaraq hesab edirlər ki, bütün sivilizasiyalarda olduğu kimi, siyasi etika elitalarda yaranır vətəndaşlara keçir. Öz növbəsində , bu proses bazar iqtisadiyyatını doğurur. Bazar iqtisadiyyatında isə siyasi etikanın rolu vacibdir bunsuz iqtisadiyyat gec-tez korrupsiyaya gətirib çıxarır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

 

Elvin  Əliyev

Zaman.-2014.-12 iyul.-S.-13.