AMEA-da elmi konfrans keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib. Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, Azərbaycan 1969-cu ilə kimi SSRİ-nin tərkibində geridə qalan ölkələrdən biri idi, 45 il öncə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətinin inkişafının təməli qoyulub.

A. Əlizadə qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələrkən ölkənin gələcək inkişafının proqramını ortaya qoyub bunun icrası istiqamətində mühüm işlər görüb: “O, Azərbaycanı bugünkü firavan həyata gətirib çıxarıb. Bu gün ölkəmiz ildən-ilə inkişaf edir, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir”.

Tədbirin davamında AMEA-nın vitse-prezidenti İsa HəbibbəyliAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik idealları müasirlik”, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif AbbasovGörkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan nefti digərləri məruzə ilə çıxış ediblər.

 

Zaman.- 2014.- 15 iyul.- S. 3.