Mingəçevir Bələdiyyəsinin
sədri Qızıl bələdiyyə nişanı ilə
təltif olundu
Bələdiyyələrin Mükafatlandırılması
Komissiyasının qərarı
ilə bələdiyyə
işində xidmətlərinə
görə bir qrup şəxs Qızıl bələdiyyə
nişanı ilə təltif olunub.
Mükafata layiq görülənlərin
içərisində Mingəçevir
Bələdiyyəsinin sədri
Coşqun Əli oğlu Abdullayev də var. Coşqun müəllimi təbrik etmək üçün bələdiyyədə onunla
görüşdük, təbrikdən
sonra Mingəçevir
bələdiyyəsinin gördüyü
işlərlə də
maraqlandıq. Qeyd edək ki, Mingəçevir bələdiyyəsi
12 dekabr 1999-cu ildə
yaradılıb. Bələdiyyənin
mülkiyyətində iki park, 8 fəvvarə vardır. Bələdiyyənin büdcəsinə uyğun olaraq, park və fəvvarələrdə,
məhəllələrdə tikinti-abadlıq işləri
aparılır. Məhəllələrin problemlərinin müəyyənləşdirilməsi
və həll edilməsi məhəllə
komitələri vasitəsilə
həyata keçirilir.
Hazırda bələdiyyənin şəhərin müxtəlif
ərazilərini əhatə
edən 90 məhəllə
komitəsi var.
Öncə qeyd
edim ki, mən 1999-cu ildən bələdiyyə üzvüyəm. Bələdiyyə seçkilərində bələdiyyə
üzvlüyünə namizədliyimi
vermişəm və seçilmişəm. 2009-cü
ildən bələdiyyə
sədrinin müavini vəzifəsində çalışmışam,
2013-cü ilin dekabr ayının 9-dan isə Mingəçevir Bələdiyyəsinə
sədr seçilmişəm.
Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan,
möhtərəm Prezidentimiz
İlham Əliyev cənabları tərəfindən
uğurla davam etdirilən inkişaf strategiyası bu gün də öz bəhrəsini verir. Belə ki, həyata
keçirilən irimiqyaslı
islahatlar, məqsədyönlü
şəkildə reallaşdırılan
və ölkəmizin
sosial-iqtisadi inkişafında
mühüm rol oynayan dövlət proqramının uğurlu
icrası nəticəsində
əhalinin yaşayış
səviyyəsi yüksəlir,
yerli idarəetmənin
mövqelərini möhkəmləndirir,
bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə
qurulmasını tələb
edir. Ötən
ilin dekabrında keçirilmiş seçkilər
nəticəsində bələdiyyələrə
iş təcrübəsinə,
yüksək peşəkarlıq
səviyyəsinə və
müasir düşüncəyə
malik üzvlərin seçilməsi bələdiyyələrin
gələcək inkişafına
zəmin yaradır, -
deyə qeyd edən müsahibimiz layiq görüldüyü
mükafatın bələdiyyə
sədrlərinin 6 ay ərzində
gördükləri işlərin
nəticəsinə uyğun
olaraq verildiyini vurğuladı: Bələdiyyə
sədri seçildikdən
bir az sonra
öz işimizdə güclü dönüş
yaratdım. Belə ki, əvvəlcə,
vətəndaşlarla görüşlər
keçirdik. Onları
narahat edən problemlərlə yaxından
tanış olduq. Məhəllə komitələrinin gördüyü işlərə
baxış keçirdik.
Həmin
komitələrin müraciətləri
əsasında reallaşan
layihəyə görə
məhəllələrdə xeyir-şər yerlərinin
tikintisi üçün
inşaat materialları
alınıb və sakinlər tərəfindən
təmir işləri
aparılıb. Hazırda iki
məhəllədə yeni
mağar tikilir.
Digər gördüyümüz
iş bələdiyyənin
mülkiyyətində olan,
icarəyə verilmiş
torpaqlardan vergilərin
yığılmasıdır - sözləri ilə söhbətini davam etdirən Bələdiyyə
sədri bildirdi ki, əmlak vergisi hələ də problem olaraq qalır: Demək olar ki, bu
bütün respublika bələdiyyələrinin ümumi
bəlasıdır. 2012-13-cü
illər ərzində
mövcud olmuş əmlak vergisi ilə bağlı problemlərimiz qalmaqdadır.
Son altı ayda
əmlak vergisindən
4 min 600 manat pul yığa bilmişik.
Mən elə başa düşürəm ki, bu, respublikada ən yüksək göstəricidir. Məhəllələrdə mağarların yenidən
qurulması, təmiri
və tikintisinə 16
min manatdan artıq vəsait ayırmışıq.
Bir sözlə, işlərimizi
günün tələbinə
uyğun qururuq və çalışırıq
ki, şəhər bələdiyyəsi olaraq
üzərimizə düşən
işin öhdəsindən
gələk. Mingəçevir şəhərində aparılan
abadlıq işlərində
də bələdiyyənin
üzərinə çoxlu
işlər düşür.
Çalışırıq ki, bu işlərin də öhdəsindən gələk.
30 ildən artıqdır ki, Mingəçevir şəhərində
yaşayıram
Bələdiyyələr vətəndaşlara
aid bütün sosial məsələlərlə məşğul
olmalıdırmı? - sualmıza bələdiyyə sədrinin
cavabı belə oldu: 30 ildən
artıqdır ki, mən Mingəçevirdə
yaşayıram. Demək olar ki, şəhərdə hamını
tanıyıram. Bizə aid olan-olmayan, hər hansı bir
problem olur-olsun
çalışıram ki, vətəndaşlarla
bir bələdiyyə sədri kimi yox, bir
vətəndaş kimi dil
tapım. Bütün idarə, müəssisə
təşkilatlarla ilə qarşılıqlı işləyirik.
Hər hansı bir problem
yaşanarsa, onlardan xahiş edirik və bu işdə bizə onlar
da yardımçı olurlar.
Onu da deyim
ki, bizi ən çox narahat edən
problemlərdən biri də mədən
vergiləri ilə bağlıdır. Mingəçevirdə
10-a yaxın qum-çınqıl karxanası fəaliyyət
göstərir, onlardan ancaq
1-2-si bizimlə qarşılıqlı işləyir.
Vaxtlı-vaxtında hesabatlarını da
verirlər. Yerdə qalanlarla isə dil tapa bilmirik.
Demək olar ki, onlar hər gün öz işlərini görürlər, lakin heç bir vergi ödəmirlər.
Onlar barədə heç
bir tədbir görülmür,
bununla bağlı vətəndaşlardan
da bizə şikayətlər daxil olur. Bir
neçə gün öncə bir daha 5 karxanaya
məktubla müraciət etmişik, lakin heç bir səs-səda yoxdur. Dəfələrlə
məhkəməyə də müraciət etmişik,
onların borclarına dair məhkəmənin
qərarları da var,
lakin həmin borcları yığa bilmirik. Texnikalarına da həbs
qoymaq mümkün deyil. Çünki bizə
sənəd təqdim edirlər ki, işlətdikləri
texnikanı icarəyə götürüblər. Bu günlərdə karxanaların mühasiblərini
dəvət edib, söhbətlər
aparmışıq, əgər söhbətimiz alınmasa, məcburuq
ki, yenidən məhkəmə
orqanlarına müraciət edək.
Zaman.- 2014.- 15 iyul.- S. 6.