Kürdəmir dəyişir və müasirləşir

 

Respublikanın regionlarında aparılan kompleks tikinti-abadlıq işlərinin ab-havası son vaxtlar Kürdəmirdə ciddi surətdə hiss olunmaqdadır.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar irəli sürdüyü təşəbbüslər bu gün Kürdəmirin timsalında da öz ifadəsini tapıb. Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Cəfərov Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi ilk günlərdən götürdüyü xətt tikinti-quruculuq işlərini gündəlik tələbata çox mühüm bir ənənəyə çevirib. Son vaxtlar Kürdəmir şəhərinin bir çox guşələrinin tanınmaz dərəcədə dəyişməsi dediklərimizi bir daha subut edir. Belə ki, şəhərin küçə meydanlarının, prospektlərinin yenidən tikilib qurulması üçün müasir tipli layihələr hazırlanıb, fəvvarələrin, irihəcmli dekorativ elementlərin digər memarlıq üslublarının həyata keçirilməsi üçün sifarişlər verilib. Bundan başqa, Kürdəmir şəhərinin Heydər Əliyev Bakıprospektlərində yolboyu uzanıb gedən istinad divarları üzlənib, hər iki prospektdə işıq dirəkləri yeniləri ilə əvəz olunub, digər ərazilərdə isə yaşıllıq zolaqlarının salınması, şəhərə giriş yollarının genişləndirilməsi üçün kifayət qədər torpaq daşınıb. Adıçəkilən prospektlərdə, həmçinin Vaqif, Babək, X. İslamzadə, A. Əhməd, Xətai, Şəhriyar digər küçələrdə genişmiqyaslı abadlıq işləri davam etdirilir.

Heydər Əliyev prospektindəkiHeydər bulağı onun ətrafında kompleks abadlıq işlərinə başlanılıb. Hazırda həmin yerdə milli-memarlıq üslubunda istinad divarları çəkilməklə yanaşı, müvafiq yerlərdə orijinal görkəmli həyət darvazaları da qoyulur.

Şəhərdə aparılan abadlıq-quruculuq təmizlik işlərinə 400-dən çox işçi qüvvəsi, 36 ədəd maşın-mexanizm cəlb edilib. Şəhərə giriş alaqapılarının ərazidə ucaldılacaq Böyük Bayraq meydanının monomentlərinin tikintisi ilə əlaqədar torpaq daşıma işləri sürətlə davam etdirilir. Şəhərin Gülbuta Orucova Mirzə Fətəli Axundov küçələri asfaltlanıb, digər bir çox küçələrdə isə asfalt çəkilişinə hazırlıq işləri aparılır. Vağzalətrafı meydanda yeni fəvvarə kompleksinin tikintisinə başlanılıb. Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində görüləcək tikinti-abadlıq işlərinin həcmi memarlıq imkanları müəyyənləşdirilməklə həmin ərazidə quruculuq işlərinə başlanılıb.

Rayon İcra Hakimiyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə cavab olaraq, şəhərə bitişik ərazilərdə 2 ədəd ikimərtəbəli, 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlayıb. Bundan əlavə, rayonun Mürtülü Xınıslı kəndlərində hər biri 180 yerlik məktəb binalarının tikintisi yekunlaşmaq üzrədir. 624 şagird yerlik Atakişili kənd tam orta məktəb binasının tikintisi üçün hazırda layihə-sənədləşmə işləri aparılır.

Şəhər qəbiristanlığının ətrafına 540 metrlik hasar çəkilib, Şəhidlər xiyabanındaQəhrəmanlıq abidəsi ucaldılıb. Bütün bu deyilənlər aparılan tikinti quruculuq işlərinin yalnız bir hissəsidir. Yaxın gələcəkdə də rayonda tikinti-quruculuq işləri uğurla davam etdiriləcəkdir.

 

Pərviz Əliyev

 

Zaman.- 2014.- 22 iyul.- S. 6.